Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
26-01-2024, 23:20
Səfirimiz etimadnaməsini prezidentə təqdim etdi


Səfirimiz etimadnaməsini prezidentə təqdim etdi

Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Panama Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Laurentino Kortizo Kohenə təqdim edib.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Paytaxt Panama şəhərində yerləşən Prezident Sarayında keçirilən mərasimdə M.Talıbov ilk olaraq, Prezident Laurentino Kortizoya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Panama prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Prezident L.Kortizo ilə səfir arasında baş tutan söhbət zamanı Azərbaycanla Panama arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib.
Prezident L.Kortizo rəhbərlik etdiyi hökumətin Panama ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib.
Mərasimdən sonra, Panama xarici əlaqələr naziri xanım Janaina Tevaney ilə səfir M.Talıbov arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə potensialın olduğu bildirilib.
26-01-2024, 23:14
Telejurnalist

Zaur RZAYEV


(Telejurnalistin həpəndlər seriyasından)

ŞƏXSİYYƏTSİZ
Günlərin bir günü televiziya sahəsində çalışan iki əməkdaş axşam çağı işdən çıxıb piyada, söhbət edərək evlərinə gedirlər. Yolda qərara gəlirlər ki, gedib Nefçilər metrosunun yaxınlığında yerləşən kafelərin birində adama bir pors xəngəl yeyələr, bir 200 qram da araq içələr. Nefçilər metrosunun ətrafında kafelər çox olduğundan bunlar xeyli çək-çevir etsələr də, dəqiq seçim edə bilmirlər. Biri deyir Faxralıya (kafenin adıdır) gedək, digəri- ora yaxşı deyil, Mübarizin(kafenin icarədarının adıdır) kafesinə gedək, deyə israr edir. Nəhayət kafe seçimilə bağlı aralarında mübahisə yaranır. Dostlar istirahətdən vaz keçib mübahisə edə-edə metronun girişinə yaxınlaşırlar. Başları o qədər qarışır ki, ictimai yerdə olduqlarını unudurlar...
Bu arada bir haşiyə edim ki, əməkdaşlardan biri ucaboy, enlikürək, təxminən 120 kq çəkidə, digərinin görünüşü isə az qala, dostunun yarısı boyda- arıq, çəlimsiz, çəkisi də uzaqbaşı 50 kilo ola-olmaya.
Əlqərəz mübahisə qızışdıqca səs ətrafa yayılır. Bu zaman metroda xidmət aparan polis serjantı mübahisə etdiklərini görüb onlara yaxınlaşır. Üzünü yekəpərə tutaraq müraciət edir:
Vətəndaş, ay yoldaş, ay qardaş bir dəqiqə sakit olun! Kənardan qadın keçir, uşaq keçir, bir az mədəni olun də... Polisin mədəni olun sözü yekəpərin xoşuna gəlmir. Yanındakından əl çəkib başlayır polislə mübahisəyə – Sən bilirsən mən kiməm? - Mən Filan Tv-nin redaktoruyam, bu yoldaş da həmin Tv-nin rejissorudur...
Balacaboy və bədən görnüşünə görədə çəlimsiz olan zavallı rejissor isə gözlərini döyə-döyə, həyəcanla bunlara baxır. Üzündən oxunur ki, ürəyində deyinir- mən nə qələt elədim, bununla yol- yoldaşı oldum. Qəzəblənən polis əsəbi şəkildə boydan uca olan redaktora üzünü tutaraq deyir-ay vətəndaş hələ bir şəxsiyyət vəsiqəni ver görüm sən kimsən axı?!. Bayaqdan od-alovlu danışan bu tv əməkdaşı işinin çətinə düşəcəyini anlayaraq məzlum görkəm alaraq deyir, rəis başına dönüm, gərək adamın şəxsiyyəti ola ki, şəxsiyyət vəsiqəsi də ola. Əsəbdən üzü pörtən polis bu sözü eşidən kimi başlayır şaqqanaq çəkib gülməyə:
Bax burasını düz deyirsən, boy-buxun olmaqla deyil, gərək adamın şəxsiyyəti ola . O da səndə yoxdur, keç get, ay ŞƏXSİYYƏTSİZ!
26-01-2024, 22:43
Xəzərdə sərnişin gəmisi suyla doldu - 32 nəfər təhlükəylə üz-üzə qaldı


Xəzərdə sərnişin gəmisi suyla doldu - 32 nəfər təhlükəylə üz-üzə qaldı

Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.
Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib.
Qeyd olunub ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib.
Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək”, - məlumatda vurğulanıb.
26-01-2024, 22:35
Şarl Mişel Avropa Parlamentinin seçkilərində iştirak etməyəcək


Şarl Mişel Avropa Parlamentinin seçkilərində iştirak etməyəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə (AP) seçkilərdə iştirak etməmək qərarına gəlib.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, siyasətçi səlahiyyət müddətinin sonuna qədər vəzifələrini tam yerinə yetirəcəyini bildirib.
Bu o deməkdir ki, o, 2024-cü il iyunun 6-9-da keçiriləcək seçkilərdə iştirak edə bilməyəcək.
26-01-2024, 21:47
Erməni spikerin ailəsi qəzaya düşdü


Erməni spikerin ailəsi qəzaya düşdü

Ermənistanın Kotayk rayonunda avtomobil qəzası baş verib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
İlkin məlumata görə, iki maşının toqquşması nəticəsində baş verən qəza zamanı xəsarət alan olmayıb.
Qəzaya uğrayan maşınlardan biri Ermənistan parlamentinin balansında olub və parlamentin spikeri Alen Simonyanın ailəsinə xidmət edib.
26-01-2024, 21:23
Rusiya AŞPA nümayəndələrini prezident seçkilərinə dəvət etməyəcək


Rusiya AŞPA nümayəndələrini prezident seçkilərinə dəvət etməyəcək

Rusiya AŞPA nümayəndələrini bu ilin martında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət etməyəcək.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib. O deyib ki, hazırda Rusiya seçkiləri müşahidə etmək üçün xarici ölkələrin nümayəndələrinə, MDB və ŞƏT kimi təşkilatlara dəvətlər göndərir.
M.Zaxarova vurğulayıb ki, Rusiya Avropa Şurasında üzvlükdən imtina edib və bu baxımdan AŞPA nümayəndələrinin müşahidəçi kimi dəvət olunması qəribə görünərdi.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin martında keçiriləcək.
26-01-2024, 20:56
Qaribaşvili: “Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişini imzalayacaq”


Qaribaşvili: “Ümid edirik ki, Azərbaycan və Ermənistan tezliklə sülh sazişini imzalayacaq”

Biz həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olmuşuq, bu məsələyə öz töhfəsini verməyə hazırıq.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
“İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - o bildirib.
26-01-2024, 20:36
Sahibə Qafarova Avropa Şurasına üzv olan dövlətlərə məktub ünvanladı


Sahibə Qafarova Avropa Şurasına üzv olan dövlətlərə məktub ünvanladı

Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb.
Milli Məclisdən bildirilib ki, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır.
Qeyd olunur ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib.
Məktubun mətnində bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb.
Qeyd olunur ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin "əsaslı" səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Qeyd olunur ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur.
Eyni zamanda, bildirilir ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib.
Məktubda nəzərə çatdırılır ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir.
Məktubda vurğulanır ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir.
Bildirilib ki, bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq.
Məktubun sonunda bildirilir ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək.
26-01-2024, 19:54
Ərdoğan NATO-nun baş katibiylə telefon danışığı apardı


Ərdoğan NATO-nun baş katibiylə telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.
Bu barədə TRT HABER məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı qlobal və regional məsələlər, eləcə də Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi müzakirə edilib.
26-01-2024, 17:57
Moskva İrəvanın tərəfdaşı olaraq qalır - Zaxarova


Moskva İrəvanın tərəfdaşı olaraq qalır - Zaxarova

Moskva İrəvanın tərəfdaşı olaraq qalır və hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verir.
Bunu yanvarın 26-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın İrəvanın yeni mina sahəsi xəritələrinin Bakıya verilməsi məsələsində tərəfdaş olmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
O deyib ki, Rusiya 2020-ci ilin payızında Ermənistanın məğlubiyyətinin qarşısının alınmasına həlledici rol oynayıb.
"Eyni zamanda, biz Ermənistan-Azərbaycan arasında humanitar məsələlərə daim diqqət yetirmişik. Rusiya hərbi əsirləri mübadiləsi, itkin düşmüş şəxslərin axtarışı, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal kömək göstərib.
Moskva Cənubi Qafqazda sülh və sabitliyin əldə edilməsinə səbəb olan bu səyləri davam etdirməyə hazırdır”, - deyə o bildirib.
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bir müddət öncə bəyan etmişdi ki, etimad mühiti yaradılarsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə Ermənistan Azərbaycana minalanmış ərazilərin yeni xəritələrini verə bilər.
Ermənstan Milli Təhlükəsizlik Xidməti isə Azərbayacana 8 yeni mina xəritəsi verə biləcəklərini bəyan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!