Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-01-2024, 17:50
Azərbaycanda prezident seçkilərindən sonra sülh prosesi tam sürət qazanacaq


Azərbaycanda prezident seçkilərindən sonra sülh prosesi tam sürət qazanacaq

"Mən həmkarıma Ermənistan hökumətinin Azərbaycanla münasibətləri normallaşdırmaq səyləri barədə də məlumat verdim".
Bunu ölkənin baş naziri Nikol Paşinyan Gürcüstanda verdiyi açıqlamada deyib.
"Ümidvaram ki, Azərbaycanda prezident seçkilərindən sonra sülh müqaviləsini başa çatdırmaq üçün artıq razılaşdırılmış və məlum prinsiplər əsasında danışıqlar prosesi tam sürət qazanacaq", - deyə o qeyd edib.
26-01-2024, 17:49
Ermənistan və Gürcüstan strateji tərəfdaş oldu - RƏSMİ


Ermənistan və Gürcüstan strateji tərəfdaş oldu - RƏSMİ

Ermənistan və Gürcüstan strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasına yekun vurarkən deyib.
“De-fakto, biz artıq strateji tərəfdaş idik. Bu gün demək olar ki, bu reallıq rəsmiləşib. Bu gün biz rəsmi olaraq strateji tərəfdaşlıq sazişi imzaladıq”, - Qaribaşvili bildirib.
26-01-2024, 17:46
Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi


Ərdoğan İngiltərənin XİN Başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın xarici işlər naziri Devid Kameronu İstanbuldakı Vahdetdin sarayında qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd edək ki, D.Kameron Türkiyədə səfərdədir.
O, daha əvvəl həmkarı H. Fidanla görüşüb.
26-01-2024, 17:35
Keçirilən iclaslarda məktəb direktorlarına tapşırıqlar verildi


Keçirilən iclaslarda məktəb direktorlarına tapşırıqlar verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.
Bu barədə BŞTİ-dən bildirilib.
İlk olaraq paxtaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilən iclaslarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə, Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər.
İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib.
Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb.
İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.
26-01-2024, 17:27
Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi


Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı qərar verdi

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Fələstin soyqırımı ilə bağlı İsrailə qarşı iddiası ilə əlaqədar aralıq qərar verib.
Haaqa məhkəməsi İsrail dövlətinə Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bütün tədbirləri görməyi tapşırıb.
Qərarı 17 hakimdən 15-i dəstəkləyib. İclası Beynəlxalq Ədalət Məhkəməsinin rəhbəri Coan Donoqyu açıb: “Məhkəmə regionda baş verən insan faciəsinin miqyasını dərindən dərk edir və davam edən insan itkisi və iztirabdan dərin narahatdır”.
O, İsrail hərbçilərinə ünvanlanmış ittihamı oxuyub, həmçinin bəzi israilli siyasətçilərin çıxışlarından sitat gətirib.
Hakimin sözlərinə görə, iddia üzrə müvəqqəti qərar ona görə verilib ki, işə tam baxılana qədər Qəzza zolağında humanitar vəziyyət geridönməz ola bilər. Bundan əlavə, məhkəmənin qərarı İsraildən əhalinin güzəranını təmin etmək üçün zəruri olan xidmətləri təqdim etməyi tələb edir.
Hakimlər kollegiyasının qərarına əsasən, İsrail rəhbərliyi də təyin olunmuş qərarların icrası ilə bağlı hesabat təqdim etməlidir. Məhkəmə həmçinin İsrailə heç bir şərt qoymadan girovları dərhal azad etməyi tapşırıb.
"Associated Press" qeyd edir ki, iddianın həlli illər çəkə bilər. İsrail soyqırım ittihamlarını rədd edir. Beynəlxalq Məhkəmədə yəhudi dövlətinin mövqeyini vəkil Gilad Noam təmsil edir. Yanvarın 12-də cənab Noam bildirib ki, Cənubi Afrikanın tələbinin təmin edilməsi "terror qruplarına müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədə biləcəkləri və sonra bu məhkəmədə müdafiə axtara biləcəkləri barədə siqnal göndərəcək".
26-01-2024, 17:20
6 nömrəli məktəbdə baş vermiş hadisəni Ombudsman nəzarətə götürdü


6 nömrəli məktəbdə baş vermiş hadisəni Ombudsman nəzarətə götürdü

Bakı şəhəri T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə zorakılıq hadisəsinin baş verməsi ilə bağlı mediada yayılan məlumat dərhal Ombudsman Aparatı tərəfindən nəzarətə götürülüb.
Bu barədə Ombudsman Aparatından bildirilib.
Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı Ombudsman Aparatına daxil olmuş müraciətlə əlaqədar aidiyyəti səlahiyyətli dövlət qurumlarına sorğular göndərilib, məktəbin direktoru ilə əlaqə saxlanılıb.
"Hazırda araşdırma davam etdirilir. Nəticəsi barədə müraciət müəllifinə əlavə məlumat veriləcək", - deyə cavabda qeyd edilib.
26-01-2024, 17:03
Məhkəmə Makronun qəbul etdiyi qanunu ləğv etdi


Məhkəmə Makronun
qəbul etdiyi qanunu ləğv etdi


Fransa Konstitusiya Məhkəməsi prezident Emmanuel Makronun yeni immiqrasiya qanununu ayrı-seçkilik hesab edərək onu ləğv edib.
Bu barədə “El Pais” xəbər verir.
Hakimlər Makronun ifrat sağçı “Milli Mitinq” partiyasının nümayəndələri ilə razılaşdığı miqrantların sadələşdirilmiş deportasiyası haqqında qanunun mətnini ölkə konstitusiyasına zidd sayıblar.
Nəşrin məlumatına görə, qanun layihəsinin mətni ifrat sağçıların tarixi şüarı olan “milli üstünlük” forması adlandırılıb. Bundan əlavə, məhkəmə əcnəbilərin əsas sosial müavinətlərə çıxışının məhdudlaşdırılmasını ayrı-seçkilik tədbiri kimi qiymətləndirib.
Məhkəmənin qərarından bir müddət əvvəl Parisdə “arzuolunmaz” əcnəbilərin deportasiyasını asanlaşdıracaq yeni qanuna etiraz aksiyaları keçirilib. Fransızlar prezidenti “sağa” getməkdə ittiham ediblər.
26-01-2024, 16:27
Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəldi


Azərbaycan MDB ölkələri arasında ikinci yerə yüksəldi

Azərbaycan təkcə beynəlxalq aləmdə yerini möhkəmləndirmək üçün deyil, həm də ölkə cəmiyyətinin inkişafı üçün “yumşaq güc” alətlərindən və humanitar texnologiyalardan uğurla istifadə edir.
Bu barədə Rusiya Humanitar Texnologiyalar Mərkəzinin “Azərbaycanın yumşaq gücü” adlı hesabatında deyilir.
Humanitar Texnologiyalar Mərkəzinin “Cəmiyyətin İnkişaf İndeksi 2023” adlı hesabatın hazırlanması çərçivəsində apardığı araşdırma postsovet məkanında vətəndaşların inkişafına yanaşmaların müəyyənləşdirilməsinə yönəlib.
Araşdırmanın nəticələrinə görə, Azərbaycan mərkəzin reytinqində ikinci yerdə qərarlaşıb.
Bildirilib ki, Azərbaycan MDB ölkələri arasında tarixi varisliyi qoruyub saxlamağı və ondan cəmiyyətin inkişafı strategiyası kimi istifadə etməyi bacaran nadir ölkələrdən biri kimi seçilir. 2023-cü ildə bu ölkə “Brand Finance”in “Global Soft Power” indeksində 57-ci yerə yüksələrək, əvvəlki illə müqayisədə nəzərəçarpacaq irəliləyiş göstərib.
Hesabatda vurğulanıb ki, “yumşaq güc” alətlərindən istifadə çox vaxt humanitar texnologiyaların istifadəsi ilə əlaqələndirilir. Bu texnologiyalar cəmiyyətin inkişafına yönəlib, fərdlərin potensialını üzə çıxarmağa, düşüncə stereotiplərini aradan qaldırmağa və ölkənin insan kapitalının keyfiyyətini yüksəltməyə kömək edir.
Hesabatda qeyd olunub ki, Azərbaycan “yumşaq güc” və humanitar texnologiyalardan fəal şəkildə istifadə edir ki, bu da ölkədə insan kapitalının keyfiyyətini gücləndirməyə kömək edir.
Müəlliflər Azərbaycanda “yumşaq güc”dən istifadə nümunəsi kimi “Show me Azerbaijan” layihəsini göstərirlər. Hesabatda bu yanaşmanın uğurla həyata keçirilməsinə misal olaraq Heydər Əliyev Mərkəzi göstərilir. Qeyd edilib ki, bu mərkəz 2014-cü ildə dünyada ən yaxşı tikili adını qazanıb.
Hesabat müəlliflərinin fikrincə, Azərbaycan həmçinin diplomatik və mədəni siyasətində diasporlardan fəal istifadə edir.
26-01-2024, 16:22
Yenidən qar yağacaq - Yollar buz bağlayacaq


Yenidən qar yağacaq - Yollar buz bağlayacaq

Azərbaycanın rayonlarında yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var.
Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.
26-01-2024, 15:51
Çavuşğolu: “AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”


Çavuşğolu: “AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”

Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir.
Bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu “X”də yazıb.
Onun sözlərinə görə, bu, açıq-aydın görünür: “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də, AŞPA-nın reputasiyasına ağır zərbədir”.
“Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - keçmiş nazir yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!