Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-01-2024, 14:38
“Qırmızı Körpü” gömrük postunda 400 avtomobil gözləyir


“Qırmızı Körpü” gömrük postunda 400 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 400 avtomobil gözləyir.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 30, "Mazımqara" gömrük postunda 15, "Astara" gömrük postunda 304, "Biləsuvar" gömrük postunda 47 yük maşını var.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.
26-01-2024, 13:30
Füzuli şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olundu - FOTO


Füzuli şəhərinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olundu - FOTO

Yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, mərasimdə Komitəninin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 500 ailə, 1854 nəfərin daimi məskunlaşması təmin edilib.



26-01-2024, 12:25
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
26-01-2024, 04:27
Sözünüzün ömrü uzun olsun!


Sözünüzün ömrü uzun olsun!

Elə insanlar var ki, onlar sözü ilə birgə doğular. Yeni fikir tapmaq üçün daim axtarış yollarında olar. Düşüncə, fikir bahadırı kimi sözün əzəmətini, ululuğunu, calallığını qələminə sarılaraq qoruyar. Bu mənada hər misrası, hər kəlməsi hikmət dünyası olan müəllimimin sözünü onun özündən əvvəl sevmişəm. Yaratdığı əsərlərdə tər-təzə filoloji mülahizələr, fikir kamilliyi, məna bütövlüyü, bədii və elmi ruh maqnit kimi məni öz ağuşuna çəkib.
Hər dəfə düşünürəm ki, insanın gördüyü iş, fəaliyyəti, yaradıcılığı bilavasitə onun təbiətilə sıx bağlıdır. Təbiət etibarilə kübar insanların yaradıcılığında oxucu əhvalını müsbətə kökləyən, mənəvi rahatlıq və ucalıq gətirən elementlər zənginliyi vardır. Bu yazılarda xeyirxahlığın mahiyyəti ilə bərabər, həm də müəllifin etibarlığı görünür. Hər qələm məhsulunda ali münasibətlərə təsiri ilə bağlı nurlu fikirlərindən doğan işığın üfüqləri çox-çox uzaqlarda-insanlıq yolunun ən başındaca bərq vurur. Bu yolun sağı və solu insani fəzilət və mənəvi keyfiyyət gülzarı ilə çəkilmişdir, desək, yanılmarıq. Burada "çəkilmək" ifadəsini səbəbsiz işlətmədim. Çünki müəllimimin yazılarını qələmlə çəkilən söz tablosuna bənzədirəm. Hər məqam yerli-yataqlı, ruh və göz oxşayandır.
Səttar Bəhlulzadə Azərbaycan rəssamlığına poetik ruh qazandırmışdı. Bəli, qazandırmışdı, çünki rəssamın özü kimi, həm də yaradıcılığı bizim qazancımızdır. Bu mənada müəllimimin də yaradıcılığı müstəqil Azərbaycan jurnalistikasına fərqli bədii ruh qazandırıb. Səttar Bəhlulzadə fırçasıyla Ustadımın qələmində kamil oxşarlıq vardır. Bu, hər kəsin görmədiyini çəkmək, yazmaq qüdrətidir. Və hər iki – qələm və fırça adamının yaradıcılıq qayəsini səciyyələndirən ən ümdə məsələ məhz milli ruha bağlılıqlarıdır. Səttar Bəhlulzadə "Torpağın arzusu" əsərini yaratmış, cadar-cadar olmuş gil torpaqdan günəşə boy verən lalə qönçəsinin arzusunu, torpağın laləzara dönmək sevdasını duymuşdu. Müəllimim də REAL Tv-də efirə gedən "Azadlığın ad günü"nə həsr etdiyi yazısını oxucunu içdən silkələyən sətirlərlə belə başlayır: "Dilimizin işlək lüğət tərkibində mənim üçün ən duyğulu, ən kövrək və ən ağrılı sözlərdən biri də "qərib" anlayışıdır".
Nəticədə lalənin də, torpaqların da, insanın da, yerin-göyün də qəribsəməyində qəm var, ələm var. Bunu dərindən duymaq, anlamaq tək yaradıcılıq məsələsi deyil, burada həm də ziyalı həssaslığı, canyanğısı olmalıdır. S.Bəhlulzadə doğma xalqın həyatını, Vətən torpağını özünə güc-qüdrət bilir, buradan kənarda rahatlıq tapmadığını deyirdi. Müəllimimin də yaradıcılığı təpədən-dırnağa milli ruha bağlıdır. Əbəs yerə deyildir ki, əməkdar jurnalist Flora xanım Xəlilzadə müəllimimin publisistikasında ən çox özünü göstərən məqamın Vətən sevgisi olduğunu dəfələrlə qeyd edir.
Müəllimim elmi, bədii-publisistik əsərlərinə ziyalı sadəliyi ilə esse deyir. Müəllim adının ucalığı ilə qürur duyur. Bakı Dövlət Universitetini "qutsal yer" adlandırır. Müəllimim kiçik hücrəsində (evinin bir otağında) xoşbəxt günlərindən yadigar qalan bəzi ev əşyalarını qoruyub, saxlayır. İlk dəfə müəllimimgildə qonaq olanda həmin sadə otağı Apollon məbədinə-filosofların sevdiyi məkana bənzətmişdim. Bu ocaqda müdriklərin kitab timsalında "yığışdığını" gördüm. Rəfdə hər bir sahəyə aid kitab səliqə ilə düzülmüşdü. Bir məqamı da sezdim: müəllimim vaxtilə yazdığı qiymətli kitablarını bəzən unutsa da, ancaq yerli və xarici söz, düşüncə adamlarının kitablarını cild-cild xatırlayır.
Bəzən müəllimin nitqindəki təmizliyin, sözlərindəki cilalığın sehrinə düşürsən, bəzən də mütərəqqi fikirlərindən dolayı, yaxud da yenicə eşitdiyim terminləri tam həzm edə bilmədiyimdən və ya yeni kitab, müəllif adlarını indi duyduğumdan müəllimimi tam anlamasam da qulaq asmağa çalışıram. Bu anı hiss edən müəllimim ustufca yerindən qalxır, həmin kitablar, yazılar, terminlərlə məni tanış edir.
Müəllimimin publisistik fikir tariximizdə möhürünü vuran yaradıcılığının əsas qayəsi milli ziyalılığından və kosmopolitliyindən qaynaqlanır. O, dərk olunmuş həqiqətin sevdası ilə yazır, yaradır. Bu yolda sözünüzün ömrü uzun olsun, əziz Ustadım- Cahangir Məmmədli!

Əsgər İİSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!