Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-01-2024, 17:19
İranla Pakistan sərhədindəki naməlum şəxlər öldürüldü


İranla Pakistan sərhədindəki naməlum şəxlər öldürüldü

İranın cənub-şərqində Sistan və Bəlucistan vilayətinin Pakistanla sərhədində yerləşən Səravan rayonunda naməlum silahlı şəxslər 9 nəfəri öldürüblər.
Bu haqda İran KİV-ləri məlumat yayıb.
Bildirilib ki, öldürülən şəxslər İran vətəndaşları deyil.
İndiyədək silahlı hücumu heç bir qrup öz üzərinə götürməyib.
Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
Əlavə edək ki, 17 yanvar Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.
27-01-2024, 16:58
“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandı


“Qarabağ” “Kəpəz” üzərində qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
Günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
27-01-2024, 16:23
Rəsmi Bakı Niderlandın XİN Başçısına cavab verdi


Rəsmi Bakı Niderlandın XİN Başçısına cavab verdi

Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar deyib.
Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi Parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir.
Bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa İttifaqı əlaqələrinə zərbədir.
Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib.
Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq.
27-01-2024, 15:31
Hərbi qulluqçumuz qətlə yetirildi - Zabit yoldaşı şübhəli qismində saxlanıldı


Hərbi qulluqçumuz qətlə yetirildi - Zabit yoldaşı şübhəli qismində saxlanıldı

Hərbi qulluqçumuz qətlə yetirilib.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Abdullayev Amil Hümbət oğlunun ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb, Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Allah hərbçimizə rəhmət eləsin!
27-01-2024, 14:53
Azad edilmiş ərazilərdə 1300 nəfər daimi işlə təmin olunub


Azad edilmiş ərazilərdə 1300 nəfər daimi işlə təmin olunub

Böyük Qayıdış proqramının vaxtında və keyfiyyətli icra olunması qarşıda duran əsas prioritet məsələlərdən biridir. Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad edəndən sonra işğaldan azad edilən bölgədə böyükmiqyaslı işlər görülür. Həmin ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel azad olunmuş bölgəyə köçən sakinlərin məşğulluğu üzərində də iş aparılır. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların içində əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib.
Nazir daha sonra bildirib: “Əmək qabiliyyəti olanlarla əlaqədar fəal iş aparılır və onlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, eyni zamanda da peşə hazırlığı çərçivəsində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq.
2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirildi, stimullaşdırıcı paketlər təsdiq edildi. İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına əlavə olaraq 20 faiz əlavə ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət ödənilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əməkhaqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir”.
27-01-2024, 14:40
Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradıldı - SƏRƏNCAM


Nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun 14-3-cü maddəsinə və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “Nəqliyyat vasitələrinin utilizasiyası fondu” yaradılır.
Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Bu sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
27-01-2024, 08:58
Ərşdən gələn söz...


Ərşdən gələn söz...

Söz ərşdən gəlir. Bunu anlayanlar üçün sözün dəyər və qiyməti, ölçüsüzlüyü görünür. Söz səhifələrə ilmə-ilmə toxunur: cümlələr yaranır; cümlələrdən hekayələr, romanlar hasil olur. Müqəddəs kitablar da sözün qüdrətilə yaranır. Tanrı sözlə bərabər, onu qoruyanları da yer üzünə göndərir. Həm də bu bir alın yazısına çevrilir.
Ustad müəllimimiz Cahangir Məmmədli bu ali missiyanı layiqincə yerinə yetirmək üçün qarlı-boranlı, lal-dinməz qış gecəsində doğuldu. Belə bir bənzətmə edərdim: makedoniyalı İskəndər dünyanı qılıncıyla fəth edərkən "beşikdən yəhərə atıldı"ğı kimi, müəllimim də fikri, düşüncəsi ilə söz meydanına atıldı. İsgəndər qılıncı ilə, müəllimim qələmi ilə mübarizə apardı. Sonradan sözə məhəbbətlə yanaşmağı, ona ürəksiz toxunmamağı bizə də öyrətdi. Anladıq ki, qələmi əlinə könülsüz almağın özü günahdır. Gərək sözün qayğısını, nəvazişini çəkəsən. Əks halda söz qələm adamından küsər.
Müəllimim sözə ehya verməyi, onu diri, canlı saxlamağın qələm adamının ən ümdə vəzifəsi olduğunu hər dəfə bizə öyrədir. Özü də canyanğısı ilə, böyük məhəbbətlə... Ümumiyyətlə, müəllimimlə hər görüşü bitməyən, tamamlanmayan dərsə, elm tamaşasına bənzədirəm. Yeri gəlmişkən, tələbə Əsgər İsmayılovun "Açılmamış dəfinənin xəzinəsi" başlıqlı yazısından çıxarışa nəzər salaq:
"Müəllim cəmiyyəti sonsuz səmalara qaldıran qoşa qanaddır. Bəndəni Allaha yaxınlaşdırmaq, pis işlərdən uzaqlaşdırmaq isə müəllimin həyat amalıdır. Platon demişkən: "Müəllimlik hər şeydən əvvəl Tanrı sənətidir". Demək ki, müəllim Allahın adamıdır. Tanrı bəndəsini düz yola çəkdiyi, səhvlərini bağışladığı kimi, müəllim də Yaradandan fərqli olaraq görünməz deyil, insanlar içərisində bu şərəfli missiyanı yerinə yetirir. Cəmiyyətin pərsəng daşı olan müəllim məktəbdə 45, universitetdə 90 dəqiqəsini deyil – bütün ömrünü, həyatını, canının şirəsini, gözünün nurunu, qəlbinin odunu və ələlxüsus da bütün bilik və elmini (bundan qiymətli nəysə ola bilərmi?!) şagirdlərinə, tələbələrinə ötürür".
Bəli, Əsgər, "bundan qiymətli heçnə ola bilməz" deyərək, fikirlərini təsdiqləyirəm. Və müəllimimin tələbəsi olduğum üçün, özümü çox xoşbəxt sayıram. Bəlkə də ən çox inamını qazanmış tələbələrindənəm. İnam. Bu məfhum o qədər güclüdür ki, yoxdan bir əsəri var etməsi üçün insana qələmdən sonra ehtiyac duyulan ən vacib vasitədir. Bu vasitə qələm və söz, qəlb və fikir, həmçinin iki insan arasında mütləq vacibliyə sahibdir, yoxdursa, heç vaxt intəhasız sevgi yarana bilməz. Ustad bu gün tələbəsinə inanır. Hələ qələmin mürəkkəbini ilk axıtdığı dönəmlərdən inanıb sevdi, bağrına basdı. Fakültəyə addım atdığım ilk gündən onun qayğısını, nəvazişini, sevgisini hiss etmişdim, bu mənə həm bu yolda işıq idi, həm də güc-qüvvət.
O, tələbənin dostu, elə bu gün çox saylı uğurlara imza atmış jurnalistlərin müəllimidir. Onun qələmi və yaradıcılığı bizlərə doğru yol göstəricisidir. Mətbuat sahəsində yaradıcılığı gələcək nəsillərə xəzinə, peşəmizin sabahına işıq tutacaq mayakdır.

Şəms Hüseynli,
BDU Jurnalistika fakültəsinin tələbəsi

27-01-2024, 00:15
Xəzərdə zəlzələ baş verdi


Xəzərdə zəlzələ baş verdi

Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!