Aşotyandan Paşinyanla bağlı növbəti ittihamErmənistan Respublika Partiyası sədrinin müavini Armen Aşotyan Baş nazir Nikol Paşinyana qarşı növbəti dəfə ittihamlar səsləndirib.
O, Paşinyanın ölkə Konstitusiyasını dəyişmək çağırışını yolverilməz hesab edib.
Aşotyan bu cəhdi Ermənistana qarşı böyük təxribat adlandırıb.
Serj Sarkisyanın müavini Nikol Paşinyanı Ermənistanda dağıdıcı siyasət yürütməkdə suçlayıb.
“Əgər erməni xalqı Paşinyanı dəyişməsə, o, erməni xalqını dəyişəcək. Bu, acı reallıqdır, bunun nəticəsində Nikol öz rejimini əbədiləşdirməyə ümid edir. Obrazlı desək, Paşinyan xalqımızı məcburi “cins dəyişikliyinə” məruz qoyur, erməniləri “trans-identifikasiyanın” laboratoriya dovşanlarına çevirir”, – Armen Aşotyan 168.am-a açıqlamasında deyib.