Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
13-02-2024, 17:16
Ərəb Parlamentinin sədri AŞPA-nı tənqid etdi


Ərəb Parlamentinin sədri AŞPA-nı tənqid etdi

Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məktubda deyilir: «Ərəb Parlamenti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasına dair qəbul etdiyi qətnamə ilə tanış olub. Ərəb Parlamenti bu qətnamənin qəbul olunması ilə bağlı dərin təəssüfünü bildirir. Azərbaycan Respublikası ərəb dövlətlərinin yaxın dostu və strateji tərəfdaşı olmaqla yanaşı, həm Avropa, həm də dünya miqyasında mədəni müxtəlifliyin qorunmasında, həmçinin sivilizasiyalararası dialoqun təşviq olunmasında əhəmiyyətli rol oynayır».
Qeyd olunub ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür və qurumun fəaliyyətlərinin təşviqində, habelə təşkilatın məqsəd və prinsiplərinə nail olunmasında mühüm yer alır: «Azərbaycan qlobal səviyyədə gərginliyin azaldılması, münaqişələrin qarşısının alınması istiqamətində səylərini əsirgəməməkdədir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu istiqamətdə əldə olunmuş uğurlar bunun əyani sübutudur».
Məktubda deyilir ki, Azərbaycan Milli Məclisinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi fəaliyyət göstərdiyi qısa müddət ərzində dialoq və əməkdaşlıq dəyərlərinin və prinsiplərinin təşviq olunmasında, həmçinin sülhün və tolerantlıq mədəniyyətinin yayılmasında qlobal rol oynamağa başlayıb.
Bildirilib ki, Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq çoxtərəfli təşkilatlar öz fəaliyyətlərində dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə əsaslanırlar: «Belə təşkilatlar əməkdaşlığın genişləndirilməsi üçün platforma rolunu oynamaqla yanaşı, dünyada artan münaqişələr və fikir ayrılıqları zamanı güclərini və birliklərini itirməməlidirlər. Bundan əlavə, çoxtərəfli parlament diplomatiyası baxış nöqtələrini uzlaşdırmaq üçün bir vasitə olaraq qalmalı, hər hansı fikir ayrılığı qarşısında müqavimət divarı kimi çıxış etməli, sülh və tolerantlıq prinsiplərinin yayılması üçün əlavə dəyər olmalıdır».
Məktubun sonunda deyilir ki, Ərəb Parlamenti bir daha Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmaması ilə bağlı təəssüfünü bildirir, AŞPA-nın əsasını təşkil edən dialoqa və əməkdaşlıq prinsiplərinə zidd olan bu qətnaməyə yenidən baxılmasında AŞPA sədrinin şəxsi və peşəkar dəstəyinə ümid edir, AŞPA ilə Azərbaycan Milli Məclisini tez bir zamanda birbaşa dialoqa səsləyir.
13-02-2024, 17:00
AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi


AFFA "Qarabağ" və "Neftçi"ni cərimələdi

AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla 2 oyunluq cəzalandırıb.
Buna təcrübəli yarımmüdafiəçinin "Sabah"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Köhlən atlar" buna görə 1500 manat cərimələnib.
"Neftçi" "Sumqayıt"la heç-heçə etdiyi cavab oyununa görə 2200 manat ziyana düşüb. "Ağ-qaralar" azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 6 oyunçusunun sarı vərəqə alması ucbatından isə 700 manat ödəyəcək. "Gənclik şəhəri" təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığı üçün 700 manat cərimələnib.
Eyni cərimə "Araz-Naxçıvan"a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü "Qəbələ" ilə görüşdə sarı vərəqə görüb.
13-02-2024, 16:55
Bakıda bir ailənin 3 üzvü qətlə yetirildi


Bakıda bir ailənin 3 üzvü qətlə yetirildi

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
13-02-2024, 16:32
Məhv edilmiş erməni hərbçisinin şəkli yayıldı


Məhv edilmiş erməni hərbçisinin şəkli yayıldı

Ermənistan Ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində məhv edilmiş daha bir döyüşçüsünün şəkli yayılıb.
Qaqik Varazdatoviç Manukyan Kotayk rayonunun Kasax kəndindən olub. Evli və üç azyaşlı övladı atası idi.
Onun 44 günlük müharibədə də iştirak ediyi bildirilir.
Qaqik Manukyan da “Yerkrapa” terror təşkilatının döyüşçüsü idi.
Xatırladaq ki, fevralın 13-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas əməliyyatı” nəticəsində Ermənistan Ordusunun 4 hərbçisi ölüb, 1-i yaralanıb.
13-02-2024, 14:47
Kəlbəcərdə qazıntı zamanı kütləvi məzarlıq aşkarlandı


Kəlbəcərdə qazıntı zamanı kütləvi məzarlıq aşkarlandı

Kəlbəcər şəhərinin yenidən qurulması və bərpası ilə bağlı aparılan qazıntı işləri zamanı daha bir kütləvi məzarlıq aşkarlanıb. İlkin məlumata görə, bir neçə insana aid olduğu güman edilən sümüklər "Bakı Abadlıq" MMC-nin hazırda Kəlbəcər şəhərinin mərkəzində inşa etdiyi binaların arxa hissəsində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar aparılan qazıntı zamanı aşkarlanıb.
Hazırda "Zəfər prospekti" adlandırılan həmin ərazi keçmiş Musiqi məktəbindən bir qədər yuxarıda, Uşaq Xəstəxanasının yaxınlığındakı yolayrıcında, Aşıq Alı küçəsi ilə Nizami prospekti arasında yerləşir. Sümüklərin əksəriyyəti çürüntüyə məruz qaldığından ərazidə qazıntı işləri dərhal dayandırılıb.
Qeyd edək ki, ermənilər I Qarabağ müharibəsi zamanı Kəlbəcərdə bir çox qırğınlar törədib. Bunlardan ən dəhşətlisi Başlıbel kəndində olub. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib.
13-02-2024, 14:28
Magistraturaya qəbul imtahanının nəticələri elan edildi


Magistraturaya qəbul imtahanının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bu barədə Mərkəzdən məlumat verilib.
İmtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 19725 bakalavrdan 421 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.
Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
13-02-2024, 14:13
Urmiyada etiraz aksiyası


Urmiyada etiraz aksiyası

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölməsinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.
Onlar pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.
Etirazçlar inflyasiya ilə gəlirlərinin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.
13-02-2024, 13:52
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq


Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi rəhbərliyinə xəbərdarlıq edib.
MN Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş təxribatlara yol verməməyə çağırıb.
“Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik”, - məlumatda deyilir.
13-02-2024, 13:12
Prezident 3 gün ərzində and içəcək


Prezident 3 gün ərzində and içəcək

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Prezident 3 gün ərzində and içəcək.
Belə ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.
Dövlət başçısı and içən zaman aşağıdakı mətni oxuyur:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.
And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
13-02-2024, 12:47
Sabahın havası


Sabahın havası

Fevralın 14-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz olacaq.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 17-22° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!