Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-04-2024, 18:22
Ermənistan sərhəddə dayaq məntəqəsi qurur - Rəsmi məlumat


Ermənistan sərhəddə dayaq məntəqəsi qurur - Rəsmi məlumat

Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.
Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.
"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək", - Nazirlik qeyd edib.
1-04-2024, 18:16
Türkiyə və Rusiya XİN başçıları telefon danışığı apardılar


Türkiyə və Rusiya XİN başçıları telefon danışığı apardılar

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.
Bu barədə TRT kanalı məlumat yayıb
XİN başçlaırı regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Nazirlər Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə ediblər.
1-04-2024, 17:53
Şərurda baş vermiş yanğın söndürüldü


Şərurda baş vermiş yanğın söndürüldü

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu Diyadin kəndində ot bağlamalarında yanğın başlaması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən ərazilərə cəlb edilib.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın daha geniş əraziyə yayılmadan söndürülüb.
1-04-2024, 17:47
Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi


Qırğızıstan vətəndaşlarının Rusiyaya girişi qadağan edildi

“Crocus City Hall” konsert zalında törədilən terror aktından sonra 69 Qırğızıstan vətəndaşının Rusiyaya girişi qadağan edilib.
Bunu Qırğızıstan xarici işlər nazirinin müavini Almaz İmanqaziyev parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında deyib.
“Martın 23-dən qırğızıstanlılar Moskva hava limanlarından vətənlərinə qayıdıblar. Bəziləri qara siyahıya salınıb. Rusiya, təhlükə kimi gördüyü əcnəbiləri ölkəyə buraxmamaq hüququna malikdir”, - o bildirib.
1-04-2024, 17:34
"20 Yanvar"da Rəsulzadənin sözləri olan lövhənin sökülmə səbəbi açıqlandı


"20 Yanvar"da Rəsulzadənin sözləri olan lövhənin sökülmə səbəbi açıqlandı

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha" enməz yazılan lövhənin sökülməsi barədə xəbərlər yayılıb. Sözügedən lövhə "20 Yanvar" dairəsi kimi tanınan ərazidə yerləşən binanın üzərində yerləşdirilmişdi. Lövhənin altında isə Azərbaycan bayrağı var idi.
Yayılan fotolarda həm yazının, həm də bayrağın götürüldüyü görünür. Qeyd edək ki, sözügedən bina 1993-cü ildə tikilib və Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir.
Yasamal Rayon İcra Hakimiyyətindən verilən açıqlamada bildirilib ki, yazı və bayraq təmir işləri ilə əlaqədar götürülüb. Təmir işləri başa çatdıqdan sonra onlar öz yerlərinə bərpa ediləcək.
1-04-2024, 17:25
Məhkəmələrə 32 hakim təyin olunacaq - FOTO


Məhkəmələrə 32 hakim təyin ediləcək - FOTO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.
İclasda parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında 7 məsələnin daxil edildiyini bildirib. Qeyd olunub ki, bu məsələlər ölkə Prezidentinin təqdimatı əsasında müzakirəyə çıxarılıb.
Sonra iclasda çıxış edən Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Məhkəmə-Hüquq Şurası tərəfindən və məhkəmə sistemində görülən işlər barədə söhbət açıb. O, məhkəmə-hüquq sistemində islahatların davamlı olaraq həyata keçirildiyini, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanı ilə bu sahədə yeni mərhələnin başlandığını bildirib. Qeyd olunub ki, həmin sənədə əsasən, müəyyən edilmiş istiqamətlər üzrə Məhkəmə-Hüquq Şurası, Ali Məhkəmə, məhkəmə hakimiyyəti tərəfindən müvafiq tədbirlər görülür. Həmçinin Milli Məclisin məhkəmə-hüquq sahəsində aparılan islahatların həyata keçirilməsi üçün qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində atdığı addımlardan da bəhs edilib.
Ç.Əsgərov Məhkəmə-Hüquq Şurasının tərkibinin yenidən formalaşdırıldığını, yeni tərkibin Şuranın fəaliyyətinin gücləndirilməsi və məhkəmə hakimiyyətinin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. O, habelə, hakimlərin təyin edilməsi proseduru, onların peşəkarlığının artırılması, sayının çoxaldılması, məhkəmə icraatının səmərəliliyinin, qərarların keyfiyyətinin yüksəldilməsi barədə fikirlərini açıqlayıb.
Diqqətə çatdırılıb ki, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilir. Ölkənin bütün məhkəmələri “Elektron məhkəmə” sisteminə qoşulub, elektron kabinet vasitəsi ilə məhkəmə icraatı təşviq olunur.
Bildirilib ki, hakimlərin vəzifələrində irəli çəkilməsi ilə bağlı bir sıra meyarlar müəyyən edilib. Bu gün namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı, iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 32 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunur. Onlardan 2 nəfərin Apellyasiya məhkəmələrinin hakimi vəzifəsindən azad edilərək Ali Məhkəmənin hakimləri təyin olunması, 1 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, 21 nəfərin birinci instansiya məhkəmələrindən azad edilərək Apellyasiya məhkəmələrinə hakim təyin edilməsi, 6 nəfərin Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək birinci instansiya məhkəmələrinə hakim təyin edilməsi, 2 nəfərin isə yerinin dəyişdirilərək bir Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək digər Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi təklif olunur.
İclasda çıxış edən komitənin sədr müavini Qüdrət Həsənquliyev, üzvləri Nizami Səfərov, Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Elşən Musayev, Azay Quliyev, Vüqar İskəndərov, Tahir Kərimli ölkəmizdə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini açıqlayıblar, qeyd və təkliflərini səsləndiriblər. Çıxışlarda məhkəmələrin işinin müasir dövrün tələblərinə uyğun qurulmasının, onların fəaliyyətində şəffaflıq prinsiplərinə əməl olunmasının, məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin əhəmiyyətindən söhbət açılıb. Deputatlar namizədlikləri təqdim olunmuş şəxslərin iş təcrübələri, mənəvi keyfiyyətləri barədə danışıblar.
Sonra komitə sədri Əli Hüseynli çıxış edərək Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin yeni qanunvericilik bazasının əsasında qurulduğunu söyləyib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu ildə imzaladığı müvafiq Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi, bu istiqamətdə qanunvericilik bazasının təkmilləşdirilməsi, Məhkəmə-Hüquq Şurasının yeni tərkibinin formalaşdırılması bu sahədə fəaliyyətin səmərəliliyinin daha da artırılmasına öz töhfəsini verəcək. Komitə sədri hakimlərin təyinatı ilə bağlı məsələyə toxunaraq, yuxarı instansiya məhkəməsinə daha təcrübəli, peşəkar hakimlərin irəli sürülməsinin önəmindən bəhs edib.
İclasda Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Kərəm Mansurov səsləndirilən fikirlərə münasibət bildiriblər, qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Müzakirələrin sonunda gündəlikdəki yeddi məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.


1-04-2024, 17:04
Azərbaycan və Macarıstan oyununun hakimləri müəyyənləşdi


Azərbaycan və Macarıstan oyununun hakimləri müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Macarıstan yığmasına qarşı keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununun təyinatları bəlli olub.
Matç İngiltərədən olan hakimlərə tapşırılıb.
Referi Kirsti Doula yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Emil Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupundakı oyun aprelin 5-də, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
1-04-2024, 16:05
Bu ərazilərdə balıq tutmaq qadağan edilir


Bu ərazilərdə balıq tutmaq qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.
Xidmət rəisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər: “Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.
Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.
1-04-2024, 15:53
Pakistan məhkəməsi İmran Xanın şikayətini təmin etdi


Pakistan məhkəməsi İmran Xanın şikayətini təmin etdi

Bazar ertəsi günü Pakistan məhkəməsi sabiq Baş nazir İmran Xanın rüşvətxorluq ittihamı ilə bağlı verdiyi apellyasiya şikayətini təmin edib və onun 14 illik həbs cəzasını təxirə salıb.
Bu barədə siyasətçinin rəhbərlik etdiyi partiya məlumat yayıb.
Fevralın 8-də keçiriləcək seçkilərə cəmi bir həftə qalmış İmran Xan və həyat yoldaşı Büşra Bibi dövlət hədiyyələrini qanunsuz satmaqda ittiham olunaraq 14 il həbs cəzasına məhkum ediliblər. Keçmiş kriket ulduzu bir çeçə ittihamla hələ də həbsdədir və məhkəmənin hökmləri onu 10 il ərzində hər hansı bir dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.
İslamabad Ali Məhkəməsi bildirib ki, bayram tətilindən sonra əsas vəsatət kimi arqumentlər və dəlillər üçün qaldırılacaq məhkumluğa dair yekun qərar çıxarılana qədər cütlüyün cəzası təxirə salınacaq.
İmran Xan və onun partiyası bildirirlər ki, siyasətçiyə qarşı məhkəmə iddialarının əsasını ordu generalları ilə fikir ayrılığı və bu zəmində irəli sürülən saxta ittihamlardır. Pakistan Silahlı Qüvvələri, öz növbəsində, bu fikirləri rədd edib.
1-04-2024, 15:36
İran baş vermiş terror aktını öncədən bilirmiş.. - Açıqlama


İran baş vermiş terror aktını öncədən bilirmiş.. - Açıqlama

İran Moskva yaxınlığındakı “Crocus City Hall” konsert salonunda həyata keçirilən hücumdan əvvəl Rusiyaya mümkün terror aktı barədə xəbərdarlıq edib.
Bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.
“Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, - mənbələrdən biri bildirib.
Qeyd edək ki, bu ilin yanvar ayının 3-da İranın cənub-şərqindəki Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarla əlaqəsi olan 35 nəfər həbs edilib. Yanvarın 19-da rəsmi Tehran İŞİD terror təşkilatının Əfqanıstanda yerləşən qolunun – İŞİD-K-nın liderlərindən birinin həbs edildiyini açıqlayıb.
Adının açıqlanmasını istəməyən ikinci mənbə deyib ki, Tehranın gözlənilən hücumla bağlı açıqlamasının vaxtı və ya dəqiq hədəflə bağlı konkret təfərrüatlar verilməyib. “Onlara (qrupun üzvlərinə) Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq tapşırılıb... Terrorçulardan biri (İranda həbs edilib) qrupun bəzi üzvlərinin artıq Rusiyaya getdiyini açıqlayıb”, - nəşr yazır.
Üçüncü mənbə isə İranın təhlükəsizlik sturukturlarının birində işləyən yüksək vəzifəli şəxsdir. O agentliyə açıqlamasında deyib ki, İran uzun illər terror hücumlarının qurbanı olub və buna görə həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirlikləri martın 7-də Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq ediblər. ABŞ səlahiyyətliləri gözlənilən terror aktı ilə bağlı məlumatları Rusiya kəşfiyyat xidmətlərinə ötürdüklərini bildiriblər. Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təsdiqləyib ki, Rusiya həqiqətən də martın əvvəlində ABŞ-dan terror aktının hazırlanması ilə bağlı məlumat alıb. Onun sözlərinə görə, Amerika tərəfinin ötürdüyü məlumat ümumi xarakter daşıyır.
Amerika kəşfiyyat agentliklərinin məlumatına görə, “Crocus City Hall”a hücuma görə məsuliyyəti İŞİD-K təşkilatı daşıyır. Bortnikov terror aktı ilə bağlı ilkin məlumatlarda Ukrayna izinin olduğunu iddia edib. “Sputnik-Tacikistan” nəşrinin məlumatına görə, terror aktını törədənlərdən biri - Şəmsidin Fəriduninin tacik ekstremist təşkilatları ilə əlaqəsi olub.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalında yerli “Piknik” rok qrupunun səhnəyə çıxışı ərəfəsində terror aktı baş verib. Silahlı şəxslər konsert zalının binasına soxulub, atəş açıb və məkanı yandırıblar, sonra isə hadisə yerindən qaçıblar. Son məlumata görə, ölənlərin sayı azı 144 nəfərdir, 695 nəfər yaralanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!