Türkiyədəki hərbi təlim başa çatdı .....                        Rusiya Xarkovu ələ keçirməyi planlaşdırmır - Putin .....                        Türkiyə və Ermənistan nazirləri danışıqlar apardı .....                        Millimizin oyunları ləğv edildi .....                        Rusiya MN Xarkovun 12 yaşayış məntəqəsini tutduğunu iddia edir .....                        “Tərtər işi”nə görə tutulanların cəzası azaldıldı .....                        Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını təltif etdi .....                        Dəmir yollarının Astara terminalı istifadəyə verildi .....                        İrəvanda maşınlar su altında qaldı .....                       
2-04-2024, 16:54
Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı


Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı

Konqo Demokratik Respublikasının ətraf mühit, davamlı inkişaf və hövzə üzrə naziri xanım Arlette Soudan Nonault ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:47
Zakir Həsənov Haluk Görgünlə görüşdü


Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.
Cənab H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:35
Tərtərdə 3 nəfər minaya düşdü


Tərtərdə 3 nəfər minaya düşdü

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
2-04-2024, 16:17
Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur


Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) //e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

10. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

«Dövlət rüsumu haqqında» Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.
Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
2-04-2024, 15:54
Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO


Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO

Xankəndidə pianonun içində ermənilər tərəfindən qoyulmuş qumbara aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Xankəndi şəhərində elə bir mülki obyekt yoxdur ki, döyüş ləvazimatı-silah aşkarlanmasın. Dünən şəhər ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlifçaplı patron və digər sursatlar tapılıb”, - məlumatda bildirilib.



2-04-2024, 14:18
Bakı Qızlar Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirildi


Bakı Qızlar Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirildi

29 mart 2024-cü il tarixində Bakı Qızlar Universiteti və Quba “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilidi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq, universitetin rektoru, professor Sevinc Rəhimova “31 mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzə etdi. Daha sonra Bakı Qızlar Universitetinin  “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli 1918-ci ildə Lənkəran və Şamaxıda törədilmiş soyqırımlardan danışaraq, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizlik və soyqırım siyasətini pislədi. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba  “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1918-ci ildə Salyanda baş vermiş mart soyqırımı barəsində məlumat verərək, azərbaycanlıların soyqırımının xüsusi qəddarlıqla həyata keçirildiyini bildirdi.
Bakı Qızlar Universitetinin baş müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə 1918-ci il Mart soyqırımının arxiv sənədlərində də əks olunduğunu
bildirərək, bu barədə ətraflı məlumat verdi. Daha sonra Quba “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsi”nin müdiri Lətafət Behbudova, şöbənin əməkdaşları  Nurcan Allahverdiyeva  və Ülkər Zeynalova çıxış etdilər. Çıxışlarda Qubada 1918-ci il hadisələri zamanı ermənilərin on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba “Soyqırımı Memorial Kompleksi” yaradıldığı, tarixi həqiqətlərin və xalqımıza qarşı yönəldilmiş amansız qətliamların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!