Ərdoğan İranın yeni rəhbərinə zəng etdi .....                        Ərdoğan İlham Əliyevə zəng etdi .....                        İranda seçkinin tarixi açıqlandı .....                        Quterreş Rəisiyə görə başsağlığı verdi .....                        Hidayət Heydərov dünya çempionu oldu .....                        Qabiliyyət imtahanlarında iştirak etmək istəyən bakalavrların nəzərinə .....                        Putin müdafiə nazirinə yeni müavin təyin etdi .....                        Rəisinin helikopteri niyə qəzaya uğrayıb? .....                        Sahibə Qafarova latviyalı həmkarı ilə görüşdü - FOTO .....                       
11-04-2024, 15:53
İran İsrailə hücum edəcək? - Hazırlıq gedir...


İran İsrailə hücum edəcək? - Hazırlıq gedir...

İsrail və ABŞ İranın tezliklə hücuma keçəcəyini gözləyir.
İran aprelin 1-də İsrailin Suriyadakı konsulluğa hücumuna cavab olaraq qisas hücumu həyata keçirə bilər.
Almaniyaya məxsus "Lufthansa" aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Tehrana uçuşların dayandırılmasını uzadıb. Şirkət bildirib ki, Tehrana və Tehrandan uçuşları aprelin 13-dək dayandırıb.
"Lufthansa" və onun törəmə şirkəti "Avstriya Hava Yolları" Tehrana uçan yeganə iki Qərb aviaşirkətidir. İrana yalnız Türkiyə və Yaxın Şərqin digər ölkələrinə məxsus hava yolları xidmət göstərir.
"Lufthansa"ya məxsus olan və həftədə 6 dəfə Vyanadan Tehrana uçan "Avstriya Hava Yolları" cümə axşamı günü uçmağı planlaşdırdığını, lakin gecə qalmamaq üçün vaxtları tənzimlədiyini açıqlayıb. Tehrana uçan digər beynəlxalq aviaşirkətlərdən açıqlama verilməyib
Aprelin 1-dən bəri region və ABŞ İranın cavab hücumuna qarşı hazır vəziyyətdədir. İrana məxsus xəbər agentliyi "X" sosial media platformasında Tehran üzərindəki bütün hava məkanının hərbi təlimlər üçün bağlandığını bildirən ərəbcə xəbər dərc edib, lakin sonra bu xəbəri silinib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 əməkdaşının, o cümlədən onun xaricdəki elit birliyi olan Qüds Qüvvələrinin yüksək rütbəli komandirinin ölümünə səbəb olan zərbəyə görə İsrail “cəzasını almalıdır və bu olacaq”.
Xamneiyə cavabında İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, əgər İran İsrailə öz torpağından hücum edərsə, Təl-Əviv buna cavab verəcək.
İsrail Dəməşqə zərbənin arxasında olduğunu təsdiqləməyib, lakin Pentaqon məlumatı təsdiq edib.
"Bloomberg" nəşri çərşənbə günü ABŞ və İsrail təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın və ya onun dəstəklədiyi qüvvələrin İsraildəki hərbi və hökumət obyektlərinə böyük raket və ya pilotsuz uçuş aparatları ilə zərbələrin qaçılmaz olduğuna inanır.
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında ölkəsinin İranın istənilən təhdidinə qarşı İsrailin yanında olacağını açıqlayıb.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərinə zəng edərək, İranı gərginliyi azaltmağa çağıran mesaj çatdırmalarını istəyib.
İran Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkələr nazir Hüseyn Əmir Abdullahianla telefonla danışıblar.
İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
11-04-2024, 15:44
Kobaxidze Almaniyaya rəsmi səfərə getdi


Kobaxidze Almaniyaya rəsmi səfərə getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, İrakli Kobaxidze aprelin 12-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək. İrakli Kobaxidze və Olaf Şolts arasında təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayer və Almaniya Bundestaqının sədri Berbel Bass ilə də görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası, Cənubi Qafqaz regionundakı vəziyyət diqqət mərkəzində olacaq.
11-04-2024, 15:05
Azərbaycan cüdo üzrə Avropa Kuboku turnirinə ev sahibkiyi edəcək


Azərbaycan cüdo üzrə Avropa Kuboku turnirinə ev sahibkiyi edəcək

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır. O, bu turnirin yeniyetmələrdən ibarət yığma üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını da vurğulayıb.
Qeyd edək ki, Avropa Kuboku bitdikdən sonra iştirakçı ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
11-04-2024, 14:58
Batabat yolunda qaya uçqunu - FOTO


Batabat yolunda qaya uçqunu - FOTO

Güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrliyində qaya uçqunu baş verib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən verilən məlumata görə, nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yolda təhlükəsiz hərəkət təmin olunub.



11-04-2024, 14:24
Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi


Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi

Ukraynanın Baş naziri Denis Şmiqal Slovakiyaya səfər edib.
Bu barədə Baş nazir Şmiqalın "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
"Gündəlikdə enerji logistika ticarət sahəsində əməkdaşlıq və Ukrayna Prezidentinin Sülh Formuluna dəstəyin müzakirəsi dayanır", - o bildirib.
Şmiqalın sözlərinə görə, məsləhətləşmələr nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
11-04-2024, 13:47
Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı


Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı

Azərbaycanda futbol klubunun prezidenti hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Birinci Liqa təmsilçisi “İrəvan” klubunun prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.
Klubun mətbuat katibi Mübariz Süleymanlı bildirib ki, hüquq-mühafizə orqanlarının apardığı təhqiqat “İrəvan”da ciddi maliyyə pozuntularının olduğunu üzə çıxarıb. Söhbət təqribən 30 min manatın təyinatı üzrə xərclənməməsindən gedir.
Qeyd edək ki, komandanı hazırda vitse-prezident Həsən Həsənov idarə edir.
11-04-2024, 12:47
İtkin düşən 16 yaşlı qız tapıldı


İtkin düşən 16 yaşlı qız tapıldı

Şəki şəhərində itkin düşən 16 yaşlı qız tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb.
Araşdırma aparılır.
11-04-2024, 12:33
Hindistan Ermənistana hərbi attaşe təyin etdi


Hindistan Ermənistana hərbi attaşe təyin etdi

Hindistan ilk dəfə olaraq Ermənistana hərbi attaşe
təyin edib.
Hindistan 10 yeni ölkəyə hərbi attaşe göndərir və bu ölkələrin sırasında Ermənistan da var.
Agentliyin xəbərinə görə, Dehlinin attaşe təyin etdiyi ölkələrin bəziləri Hindistan hərbi nümayəndələrini ilk dəfə qəbul edəcək. Qeyd olunub ki, Hindistanın hərbi-texniki əməkdaşlığı inkişaf etdirdiyi dövlətlərə xüsusi diqqət yetirilir.
Agentliyin mənbəsi bildirib ki, Hindistan silahlarının ixrac olunduğu ölkələrə xüsusi diqqət yetirilməklə 10 yeni hərbi attaşe yaradılır və Ermənistana da ilk dəfə olaraq hərbi attaşe təyin edilib. Hindistan artıq Ermənistanla Pinaka stansiyaları, “Akaş” qısa mənzilli zenit-raket kompleksi və digər silahların tədarükü barədə razılığa gəlib.
Cibuti, Fil Dişi Sahili, Mozambik, Polşa, Tanzaniya, Filippin və Efiopiyaya da yeni hərbi nümayəndələr göndəriləcək.
11-04-2024, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 13-17° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
11-04-2024, 11:57
XİN Başçısı Belarusa işgüzar səfərə yola düşdü


XİN Başçısı Belarusa işgüzar səfərə yola düşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxışı, habelə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!