İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyənləşdi .....                        Zelenski Almaniya XİN başçısını təltif etdi .....                        "Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi .....                        6-cı sinif şagirdi qızılcadan dünyasını dəyişdi .....                        Dövlət Agentliyi üzrə tələb olunmayan icazələrin siyahısı silindi .....                        Şanxay Əməkdaşlıq Təşkilatında yeni mərkəz yaradılır - Lavrov .....                        Azərbaycanda dünya çempionatı keçiriləcək .....                        Rəisinin ölümü hansı dövlətlərin razılaşması olub? - ŞOK İDDİA .....                        Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO .....                       
17-04-2024, 16:39
Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı - VİDEO


Naxçıvanda "Bayraktar" dronları havaya qaldırıldı - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimdə yuxarı komandanlığın idarəetmə məntəqəsindən verilən "HAZIRLIQ-1" komandası ilə Ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri 1 nömrəli hazırlığa gətirilib. Eyni zamanda, ehtiyatda saxlanılan Hava Hücumundan Müdafiə (HHM) bölmələri döyüş tapşırığına əsasən təyinat rayonlarına çıxaraq döyüş tapşırıqlarını icra ediblər.
2 nömrəli hazırlıqda olan aviasiya vasitələrinin heyətləri ilə uçuşdan əvvəl brifinq keçirilərək şəxsi heyət qarşısında döyüş tapşırıqları qoyulub. Uçuş heyətləri tərəfindən Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, çoxqat və çoxhədli hava hücumundan müdafiə sisteminin dəf edilməsi üçün müxtəlif manevrlər yerinə yetirilib.
Təlimə cəlb olunan HHM bölmələrinin döyüş növbətçiliyində olan Kəşfiyyat və Hədəfgöstərmə stansiyaları ilə hava məkanının fasiləsiz kəşfiyyatı aparılıb, məlumatlar təhlil olunub, qiymətləndirilib, emal edilərək komanda və idarəetmə məntəqələrinə, həmçinin qarşılıqlı əlaqədə olan bölmələrə ötürülüb.
Hava vəziyyətinin qiymətləndirilməsi Radiolokasiya bölmələri ilə yanaşı, Bayraktar TB2 və Vizual Müşahidə Postlarından alınmış məlumatlar əsasında aparılıb.
Komandir və döyüş heyətləri real döyüş şəraitində hədəflərin ardıcıl olaraq məhvetmə zonasına girmə ardıcıllığının, onlar arasında vaxt intervallarının hesablanması, müxtəlif hündürlük diapozonlarında intensiv aktiv və passiv maneə şəraitində fəaliyyət göstərən hava düşməninin şərti məhv edilməsi, düşmənin kiçik ölçülü az sürətli PUA-lara qarşı HHM bölmələrinin fəaliyyəti üsulları üzrə məşq etdirilib.
Eyni zamanda, birlik, birləşmə, hissə və bölmələrin dislokasiya məntəqələri və döyüş mövqelərinin mini və mikro pilotsuz uçuş aparatlarının hücumlarından mühafizə olunması məqsədilə yerinə yetirilən aktiv tədbirlər çərçivəsində radiomaneə vasitələrindən istifadə olunub.
Taktiki-xüsusi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib və bölmələr arasında birgə fəaliyyətin uzlaşmasına nail olunub.

17-04-2024, 16:37
Tiflisin mərkəzində atışma - Yaralılar var


Tiflisin mərkəzində atışma - Yaralılar var

Gürcüstanın paytaxtı Tiflisin mərkəzində atışma qeydə alınıb.
Hadisə Vake rayonunda, Tabidze küçəsində baş verib.
Üç nəfər yaralanıb, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Hadisə şahidlərinin sözlərinə görə, atəş açan şəxs maska ​​taxıb.
O, küçə ilə hərəkət edən gəncə atəş açmağa başlayıb. Onun mühafizəçisi atəş açıb və hücumçunu yaralayıb.
Cinayətin motivi məlum deyil.
17-04-2024, 16:36
17 martda keçirilmiş imtahanın nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ


17 martda keçirilmiş imtahanın nəticələri bu tarixdə açıqlanacaq - RƏSMİ

17 mart tarixində IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri də bu həftə ərzində elan olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
“Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil”, - DİM bildirib.
Martın 17-də Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə (I hissə) Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.
İmtahanlarda 46700-dən çox şagird iştirak edib.
17-04-2024, 16:22
İlham Əliyev həmkarını COP29-a dəvət etdi


İlham Əliyev həmkarını COP29-a dəvət etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb.
N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunun surətini ona çatdırıb.
17-04-2024, 15:57
Ərdoğan seçki nəticələri ilə bağlı mesajlar verdi


Ərdoğan seçki nəticələri ilə bağlı mesajlar verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 31 Mart seçkilərindən sonra partiyasının parlament fraksiyasının ilk toplantısını keçirib.
Ərdoğan toplantıda bir sıra dəyişikliklərin anonsunu verib.
O, özünütənqidin vacibliyini vurğulayıb: "Millətin tələb və tənqidləri istiqamətində təşkilatımız daxilində lazımi dəyişiklikləri edib yolumuza daha da güclü şəkildə davam edəcəyik".
"81 əyalətimizdə yalnız bir hökumət var, o da 14-28 may seçkiləri ilə millətin ölkəni idarə etmə vəzifəsini verdiyi prezident və kabinetidir. Seçkilər 40,5 faiz səslə Cümhur İttifaqının üstünlüyü ilə nəticələndi. 1400 bələdiyyənin 54,3 faizini bu ittifaq idarə edəcək. Hər kəs görsün və bilsin ki, biz bitdi deyənə qədər heç nə bitməyib. “Biz bu ölkənin ən dinamik partiyasıyıq, həyəcanımız ilk günkü kimi güclüdür", - o əlavə edib.
Bununla belə, Ərdoğan qeyd edib ki, millətin seçki qutusunda verdiyi mesajları düzgün oxumaq lazımdır və seçkinin nəticələrində aşağı fəallıq rol oynayıb.
Ərdoğan partiyanın səs itkisinin səbəbləri arasında əsas amillərdən biri kimi göstərilən inflyasiya ilə mübarizəyə də toxunaraq deyib: “İnşallah qarşıdakı 4 ildə inflyasiya ilə mübarizəmizi qələbə ilə yekunlaşdıracağıq. Artıq seçki olmayacaq”.
Qeyd edək ki, martın 31-də keçirilən yerli seçkilərdə AKP-nin ötən seçkilərlə müqayisədə səs faizi və qazandığı bələdiyyələrin sayı azalıb. Partiyanın 22 illik hakimiyyəti dövründə ilk dəfə seçki yarışı ikinci pillədə başa vurulub. Ali seçki Komissiyası (YSK) iştirak nisbətinin 78 faiz olduğunu elan edib.
17-04-2024, 15:29
Sabiq deputat dəfn olundu


Sabiq deputat dəfn olundu

Sabiq deputat Hadi Rəcəbli dəfn olunub.
Onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

17-04-2024, 15:10
Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək


Ər-Riyad İrəvanla təhsildə əməkdaşlıq edəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Səudiyyə Ərəbistanına səfəri başlayıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu, 2023-cü ilin noyabrında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra ilk yüksək səviyyəli səfərdir. Ararat Mirzoyan Ər-Riyadda Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusuf bin Abdullah Əl-Bənyan ilə görüşüb.
Bildirilib ki, görüş zamanı nazirlər təhsil sahəsində əməkdaşlığa dair geniş spektrli məsələləri müzakirə edib, hər iki tərəfin təhsil, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər.
Qeyd olunub ki, təhsilin müxtəlif səviyyələrində təcrübə mübadiləsi, peşəkar kadr hazırlığının təmin edilməsi, həmçinin təqaüd və insan resurslarının böyük potensialının qarşılıqlı surətdə reallaşdırılması məqsədi ilə İrəvan və Ər-Riyad arasında əlaqələrin intensivləşdirilməsinə dair razılıq əldə olunub.
"Görüşə yekun vuran hər iki nazir dövlətlərarası əlaqələri erməni və ərəb xalqları arasında tarixi dostluq və qarşılıqlı rəğbətə uyğun inkişaf etdirməyə böyük hazır olduqlarını vurğulayıblar", - məlumatda deyilir.
17-04-2024, 00:40
Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq


Ukrayna üçün 1 milyarddan çox yardım ayrılacaq

Kanada hakimiyyəti 2024-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,74 milyard ABŞ dolları) məbləğində kredit vermək niyyətindədir.
Bu barədə ölkənin Maliyyə Nazirliyinin dərc etdiyi növbəti maliyyə ili üçün büdcə layihəsində deyilir.
“2024-cü ilin büdcəsində Kanadanın Ukraynaya 2,4 milyard dollar kredit vermək niyyəti var və bunun 2 milyard dolları artıq martın 20-də BVF-nin idarə etdiyi hesab vasitəsilə Ukraynaya köçürülüb”, - deyə sənəddə qeyd edilir.
Layihədə, həmçinin nəzərdə tutulub ki, Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollar dəyərində hərbi yardım köçürəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!