Böyük itkimiz - Mustafa Vəkiloğlu yazır .....                        Xocalıya növbəti köç oldu .....                        Körpükənd – yüz illərin arasına körpü salan kənd .....                        MSK 3 şikayətlə bağlı qərar verdi .....                        Azərbaycanlı biznesmen Rusiyada vəfat etdi .....                        HƏMAS komandirin öldüyünü 6 ay sonra təsdiqlədi .....                        Bakı-Quba yolunda qəza: 5 nəfər yaralandı .....                        Ronaldo "Sumqayıt"da oynayacaq .....                        Bakıda tramvayların işə başlayacağı tarix məlum oldu .....                       
26-04-2024, 17:08
Prezident BƏƏ-nin naziri ilə görüşüb


Prezident BƏƏ-nin naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşüb.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

26-04-2024, 16:31
İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb


İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
26-04-2024, 16:13
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlandı


Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
Mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Zirə” klublarının nümayəndələri iştirak ediblər.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.
26-04-2024, 15:26
COP29 qarşıdurma arenası olmayacaq


COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ Azərbaycan və Braziliya troyka şəklində fəaliyyət göstərir.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında səsləndirib.
Bu ölkələrin əldə olunmuş gəlirlərin yaşıl enerjiyə sərf edilməsi istiqamətdə addımların atdıqlarını vurğulayan dövlətimizin başçısı deyib: “COP29 qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı”.
26-04-2024, 15:18
Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb - Prezident


Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb - Prezident

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Bu ilin sonuna qədər 20 min məcburi köçkünün doğma yurduna qayıdacağını bildirən dövlətimizin başçısı qeyd edib ki, qayıdan hər insan Azərbaycan Ordusuna, Azərbaycan rəhbərliyinə minnətdarlıq hissi ilə, şəhidlərimizə Allahdan rəhmət diləyərək qayıdır. Bu, ümumxalq məsələsidir. “Torpaqlarımızın azad edilməsi necə ümumxalq məsələsi idisə, torpaqların bərpa olunması da ümumxalq məsələsidir”, - deyə Prezident bildirib.
26-04-2024, 15:15
Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - İlham Əliyev


Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - İlham Əliyev

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.
Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.
26-04-2024, 15:10
COP29-un uğurla keçəcəyinə inanıram - Şolts


COP29-un uğurla keçəcəyinə inanıram - Şolts

İqlim konfransını qalıq yanacaq istehsal edən ölkələrin keçirməsi də yaxşı haldır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts bildirib.
Olaf Şolts deyib ki, karbohidrogen istehsal edən ölkələrin bu yanacaqdan istifadəni azaltması da vacibdir: “Bu, bizə müəyyən şanslar verir. COP28 uğurlu keçib, Bakıda qarşıda COP29-un da uğurla keçəcəyinə inanıram”.
26-04-2024, 15:00
Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Şolts


Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Şolts

Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə imkanlar və məsuliyyət gətirir.
Bu fikirləri Almaniya Kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi brifinqdə bildirib.
Demarkasiya ilə bağlı ilkin razılıqların Almaniya tərəfini sevindirdiyini deyən Kansler bu dinamikanı saxlamağı və bu istiqamətdə cəsarətli addım atılmasını dəstəklədiyini vurğulayıb.
26-04-2024, 14:54
İlham Əliyev Almaniyanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür etdi


İlham Əliyev Almaniyanın Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür etdi

Prezident İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Dövlətimizin başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.
26-04-2024, 14:32
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü


Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
Doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!