Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
15-04-2024, 19:49
Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü


Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü

Özbəkistanda səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Prezident Şavkat Mirziyoyevlə görüşüb.
Tərəflər ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşıdakı görüş və gündəlikdə duran tədbirləri nəzərdən keçirib.
Görüşdə, həmçinin əməkdaşlığın 10 yeni istiqaməti üzrə fikir mübadiləsi aparılıb.
15-04-2024, 19:25
İsrail İrana görə əməliyyatı təxirə saldı


İsrail İrana görə əməliyyatı təxirə saldı

İsrail Müdafiə Qüvvələri İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Qəzza zolağında yerləşən Rəfahdakı quru əməliyyatını təxirə salıb.
Bu barədə CNN telekanalının iki israilli mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, İsrail bu həftə Rəfahda qurudan hücumda ilk addımları atmağa hazırlaşır.
Telekanalın mənbələrindən birinin məlumatına görə, bu gün, aprelin 15-də İsrail Hərbi Hava Qüvvələri şəhərə yerli sakinlər üçün təxliyənin zəruriliyi barədə vərəqələr səpməyi planlaşdırıb.
CNN-ə danışan başqa bir mənbə iddia edir ki, mülki şəxslərin təxliyə vaxtının müəyyən edilməməsinə baxmayaraq, İsrail hələ də Rəfahda əməliyyata başlamaqda “qətiyyətdədir”.
15-04-2024, 19:02
Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır


Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır - Abdullahian

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian britaniyalı həmkarı Devid Kemeron ilə telefon danışığı aparıb.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Abdullahian bildirib ki, Tehran Yaxın Şərqdə gərginliyin artmasına müsbət yanaşmır.
"İran İslam Respublikası regionda gərginliyin artmasına müsbət yanaşmır, lakin İsrail rejimi təxribatlar törətmək istəsə, bizim növbəti cavabımız dərhal, daha sərt və genişmiqyaslı olacaq", -o qeyd edib.
15-04-2024, 18:41
Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu


Bakıda Çingiz Aytmatovun abidəsi qoyuldu

Görkəmli qırğız yazıçı Çingiz Aytmatovun Bakıda ucaldılacaq abidəsi quraşdırılıb.
Abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parka gətirilib.
Abidənin açılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarovun da iştirakı gözlənilir.
Qeyd edək ki, heykəlin müəllifi Xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.
15-04-2024, 18:14
Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı


Hakan Fidan BMT-nin baş katibiylə telefon danışığı apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.
Bununla yanaşı, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
15-04-2024, 17:50
Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü


Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.
Nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.
"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.
15-04-2024, 17:50
Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü


Rəşad Nəbiyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə görüşüb.
Nazir bununla bağlı özünün "X" sosial şəbəkəsindəki paylaşım edib.
"Nəqliyyat, o cümlədən aviasiya sahəsində və Orta Dəhliz istiqamətində əməkdaşlığın inkişafını müzakirə etdik", - deyə o qeyd edib.
15-04-2024, 17:43
İtaliya Tehrandakı konsulluğunu bağladı


İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehranda konsulluğu 14 aprel tarixindən naməlum müddətədək bağlanıb.
Bu barədə İtaliyanın Tehrandakı Səfirliyi “X” şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, aprelin 14-də Niderland Xarici İşlər Nazirliyi İran və İsrail arasında artan gərginlik fonunda Niderlandın Tehrandakı səfirliyini bağladığını elan edib.
15-04-2024, 17:34
Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu


Kanada Avropa İttifaqının Ermənistandakı missiyasına qoşuldu

Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyasının sıralarına Kanadanın nümayəndəsi də qoşulub.
Bu, kanadalı ekspert Aleksandr Qruşevskidir. Məlumatı Aİ-nin müşahidə missiyası “X” sosial şəbəkəsində yayıb.
Beləliklə, Kanada Aİ-nin Ermənistandakı mülki missiyasına qoşulan ilk Avropa Birliyi üzvü olmayan ölkədir.
Xatırladaq ki, Aİ-nin missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyası 209 nəfərə çatdırılıb. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.
15-04-2024, 17:28
ABŞ-da itlər üçün aviareyslər açılacaq


ABŞ-da itlər üçün aviareyslər açılacaq

ABŞ-da itlər üçün oyuncaq istehsal edən “Bark” şirkəti yalnız itlərin və onların sahiblərinin daşınması üçün nəzərdə tutulan “Bark Air” aviakompaniyasını yaradıb.
Aviakompaniya hələlik Nyu-Yorkdan Los-Ancelesə və Londona uçuşlar həyata keçirəcək.
Nəşrin məlumatına görə, birtərəfli daxili uçuş it və sahibi üçün 6 min dollara, transkontinental uçuş isə 8 min dollara başa gələcək. Aviakompaniya yeddi it və on insanın daşınması üçün uyğunlaşdırılan “Gulfstream G500” biznes-reaktiv təyyarəsinə malikdir. Onun göyərtəsində heyvanlar üçün ədyal və yastıqlar, yeməklər, oyun meydançası, səs-küyün qarşısını alan qulaqcıqlar və sakitləşdirici jiletlər olacaq.
“Bark Air” aviakompaniyası ilk uçuşunu may ayında həyata keçirməyi planlaşdırır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!