Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
12-04-2024, 16:36
Azərbaycan və Tacikistanın XİN Başçıları görüşdü


Azərbaycan və Tacikistanın XİN Başçıları görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Ceyhun Bayramov aprelin 11-də Belarusa işgüzar səfər edib. Azərbaycan XİN başçısı bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
12-04-2024, 16:12
Ceyhun Bayramov MDB sammitində COP29-dan danışdı


Ceyhun Bayramov MDB sammitində COP29-dan danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.
MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub.
MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşmanın, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolunun danılmaz olduğu qeyd edilib.
MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb.
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcəyi xatırlanıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışılıb. Eyni zamanda, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu hüququ əldə edilməsi məqsədilə Azərbaycanın Laçın şəhərinin namizədliyinin irəli sürüldüyü qeyd edilib.
2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb.
Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmizdə aparılan hazırlıq işlərindən bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin həmçinin MDB çərçivəsində yaşıl enerjiyə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.
Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə olunub.
12-04-2024, 15:44
Bakı İrəvandan təzminat tələb edir


Bakı İrəvandan təzminat tələb edir

Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesi keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində 30 illik qeyri-qanuni işğalı zamanı törədilən ətraf mühitin geniş şəkildə dağıdılmasına dair mövcud olan külli miqdarda dəlillər əsasında 18 yanvar 2023-cü il tarixində Azərbaycan tərəfindən sözügedən ilk arbitraj prosesi başladılıb.
"2020-ci ildə Azərbaycan öz ərazilərinin azad olunmasından sonra Ermənistanın ətraf mühiti məhv etməsi və onu qorumaması ilə bağlı dəhşətli dəlilləri üzə çıxarıb. Ermənistanın bu addımları ərazilərimizin təbii yaşayış mühiti və növlərinə ciddi ziyan vurub, təbii ehtiyatların tükənməsinə səbəb olub, habelə mövcud biomüxtəlifliyi məhv edib. Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub",-məlumatda qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu günədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə Azərbaycan ərazisində biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir:
"Azərbaycanın Ermənistana qarşı hüquqi fəaliyyəti bütün növ vəhşi flora və faunanın populyasiyalarını saxlamaqla bağlı qanuni öhdəliklər kimi sahələrdə vəhşi flora və faunanın mühafizəsi, bərpası və yaşayış mühitinin yaxşılaşdırılmasını təmin etmək, habelə Konvensiyada sadalanan, o cümlədən köç edən növlərin qorunması üçün tədbirlər görmək kimi konkret iddiaları özündə ehtiva edir. Arbitraj çərçivəsində Azərbaycan tribunaldan Ermənistandan Bern Konvensiyasının bütün davam edən pozuntularına son qoyulmasını və ətraf mühitin dağıdılmasına görə təzminatın tam ödənilməsini tələb etməyi sorğu edib. Sözügedən arbitraj ətraf mühitlə bağlı məhkəmə çəkişmələrinin aparılmasında əlamətdar addım kimi mühüm presedent yaratmaqla yanaşı, biomüxtəlifliklə bağlı dövlətlərin üzərinə qoyulan beynəlxalq hüquqi öhdəliklərin həqiqətən effektivliyini təmin edəcək. Bu, öz növbəsində ədaləti təmin etmək üçün ciddi səydir".
12-04-2024, 15:26
Gəncə MDB-nin idman paytaxtı olacaq


Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq.
Bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Biz Gəncə şəhərinin 2025-ci ildə, Almatı şəhərinin 2026-cı ildə Birliyin idman paytaxtı elan edilməsi barədə qərarı təsdiq etdik", - Lavrov bildirib.
12-04-2024, 15:08
Ağdamda mina partladı - Yaralılar var


Ağdamda mina partladı - Yaralılar var

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Bağırov Mirfəttah Bağır oğlu və 1973-cü il təvəllüdlü Teymurov Xəqani Allahverdi oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
"DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - deyə məlumatda vurğulanıb.
11-04-2024, 20:36
Bakıda benzinə su qatılırmış - Rəsmi AÇIQLAMA


Bakıda benzinə su qatılırmış - Rəsmi AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. Sürücülər bildiriblər ki, yanacağa benzinlə birlikdə su qatılır. Videodan da görünür ki, bu səbəbdən bir neçə avtomobil yolda qalıb.
Sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib.
Qeyd olunub ki, bu gün “İST Petrol” MMC rəhbərliyi məsələni nəzarətə götürüb:
“SOCAR PETROLEUM” QSC olaraq bizim üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problemin (çənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürüb. Belə ki,11.04.2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilib".
11-04-2024, 18:50
Almaniya və İranln XİN Başçıları telefon danışığı apardı


Almaniya və İran XİN Başçıları telefon danışığı apardı

Almaniya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
Bu barədə məlumatı İran tərəfi yayıb.
Annalena Berbok və Hüseyn Əmir Abdullahiyan bölgədəki vəziyyəti müzakirə ediblər.
11-04-2024, 18:41
Mirzoyan məhkəməyə çağırıldı


Mirzoyan məhkəməyə çağırıldı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvan məhkəməsinə çağırılıb.
O, döyülməsi ilə əlaqədar iş çərçivəsində dindirilib.
Qeyd edək ki, Mirzoyan aprelin 9-da parlament iclasından sonra bir qrup şəxs tərəfindən döyüldüyünü bildirib.
Bundan əvvəl 2020-ci ildə Ermənistanın kapitulyasiya aktına imza atmasından sonra qəzəblənən etirazçılar Ararat Mirzoyanı vəhşicəsinə döymüşdülər.
11-04-2024, 17:46
"Hörümçək adam" kostyumu ilə məsciddə namaz qılan şəxs tutuldu


"Hörümçək adam" kostyumu ilə məsciddə namaz qılan şəxs tutuldu

Türkiyədə "Hörümçək adam" kostyumu ilə məsciddə namaz qılan Ayaz Koç adlı şəxs saxlanılıb.
81 şəhəri gəzən izmirli Koç İsgəndərunda "Kaptan Paşa" məscidində bayram namazını "Hörümçək adam" kostyumu ilə qılıb.
Koçun geyimindən narahat olan insanlar polisə məsciddə maskalı şəxsin olduğunu xəbər verib.
Polis qısa müddətdə məscidə gələrək Koçu saxlayıb.
Ayaz Koç başlatdığı layihəsindən danışaraq onda şübhəli bir vəziyyətin olmadığı anlaşılıb və o sərbəst buraxılıb.
Ayaz Koç polis tərəfindən təzyiqə məruz qaldığını, ayağının gipsə salındığını və yeriyə bilmədiyini iddia edib.
11-04-2024, 17:23
Qəzzada ölənlərin sayı 33 min 500-ü ötdü


Qəzzada ölənlərin sayı 33 min 500-ü ötdü

Qəzza zolağında ölənlərin sayı 33 min 500-ü ötüb.
Bu barədə Fələstinin səhiyyə qurumu məlumat yayıb.
Son 24 saatda Qəzza zolağında 63 nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib.
Keçən ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlar nəticəsində ümumilikdə 33 min 545 fələstinli həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!