Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-04-2024, 17:15
Peskov: “Rusiya olmadan danışıqlar prosesi mənasızdır”


Peskov: “Rusiya olmadan danışıqlar prosesi mənasızdır”

Rusiya olmadan Ukrayna ilə bağlı danışıqlar mənasızdır.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna sülh formulu üzrə İsveçrədə keçiriləcək sammitə münasibət bildirərkən deyib.
"Əvvəlcə söhbətin nədən, hansı sülh formulundan getdiyini anlamaq lazımdır. Biz dəfələrlə demişik ki, Rusiya olmadan danışıqlar prosesi mənasız və boşunadır", - o vurğulayıb.
Kreml nümayəndəsi Rusiyanın Ukrayna məsələsi ilə bağlı danışıqlar prosesinə açıq olduğunu əlavə edib.
11-04-2024, 17:06
Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırdı


Şimali Koreya lideri ordunu müharibəyə hazırlaşmağa çağırdı

Şimali Koreya lideri Kim Çen In ordunu müharibəyə hazırlaşmağa çağırıb.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da Koreya Xalq Demokratik Respublikasının lideri Kim İr Sen adına Hərbi-Siyasi Universitetdə olarkən Cənubi Koreya paytaxtı Seulun maketinə baxış keçirib.
Kim Çen In Şimali Koreya ordusunu “heç vaxt olmadığı kimi müharibəyə hazırlaşmağa” çağırıb.
Şimali Koreya liderinin Hərbi Sənaye Universitetinə səfərinin nəticələri barədə məqalə və fotoşəkillər aprelin 11-də Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilib.
11-04-2024, 16:45
Regional eskalasiyanın qarşısını almaq lazımdır - Annalena Berbok


Regional eskalasiyanın qarşısını almaq lazımdır - Annalena Berbok

Almaniyanın xarici işlər naziri Annalena Berbokla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
Bu barədə Almaniyanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı A.Berbok bildirib ki, ehtimal olunan regional eskalasiyanın qarşısını almaq lazımdır:
“Bu, hər kəsin marağında olmalıdır. Biz bölgənin bütün aktorlarını məsuliyyətli və təmkinli olmağa çağırırıq”.
11-04-2024, 16:39
Ukrayna və Latviya arasında saziş imzalandı


Ukrayna və Latviya arasında saziş imzalandı

Ukrayna və Latviya dövlətləri arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Litvada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski latviyalı həmkarı Edqars Rinkeviçslə birlikdə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Müqaviləyə əsasən Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Latviya kibermüdafiə, minalardan təmizləmə və dron texnologiyaları sahəsində Ukraynaya dəstək vermək üçün 10 illik öhdəlik götürür. Bu sənəd, həm də Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa töhfə verəcək.
“Dost Latviyaya təşəkkür edirəm! Bizim azadlıq və müstəqillik uğrunda mübarizəmizə məhz bu, konkretlik lazımdır”, - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, NATO-nun Vilnüs sammitində G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar və sonradan bir sıra digər ölkələr də ona qoşuldular.
Müqavilə təkcə hərbi yardımdan deyil, həm də maliyyə və iqtisadi dəstəkdən, eləcə də Ukraynanın bərpasından bəhs edir.
Ukrayna ilə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayan ölkələr arasında Britaniya, Kanada, Almaniya, Fransa, Danimarka, İtaliya, Finlandiya və Niderland da var.
11-04-2024, 16:26
Klaar: “Hər iki tərəfdən siyasi öhdəlik varsa, bu, o qədər də uzun çəkməməlidir”


Klaar: “Hər iki tərəfdən siyasi öhdəlik varsa, bu, o qədər də uzun çəkməməlidir”

Ermənistan-Azərbaycan sərhədində atışmalarla bağlı xəbərlər narahatedicidir.
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Azadlıq" radiosunun erməni bürosuna açıqlamasında bildirib.
O qeyd edib ki, Aİ sülh müqaviləsinə, sərhədlərin demarkasiyasına dair razılaşmalara və sərhədlərin açılmasına gətirib çıxaracaq real, substantiv danışıqlar görmək istəyir.
“Diqqət buna yönəlməlidir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi bildirib və substantiv danışıqlar prosesinə qayıtmağın zəruri olduğunu vurğulayıb.
O, sülh müqaviləsinin niyə gecikməsi barədə suala cavab olaraq bildirib ki, bunun bir neçə səbəbi ola bilər.
"Mən hesab edirəm ki, reallıqda müsbət nəticə əldə etmək bu qədər uzun sürməməlidir. Biz müsbət nəticə əldə etmək üçün Ermənistan və Azərbaycanla birlikdə o istiqamətdə işləmək istəyirik. Çünki dediyim kimi, hesab edirəm ki, hər iki tərəfdən siyasi öhdəlik varsa, bu, o qədər də uzun çəkməməlidir”, - Klaar qeyd edib.
11-04-2024, 15:53
İran İsrailə hücum edəcək? - Hazırlıq gedir...


İran İsrailə hücum edəcək? - Hazırlıq gedir...

İsrail və ABŞ İranın tezliklə hücuma keçəcəyini gözləyir.
İran aprelin 1-də İsrailin Suriyadakı konsulluğa hücumuna cavab olaraq qisas hücumu həyata keçirə bilər.
Almaniyaya məxsus "Lufthansa" aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Tehrana uçuşların dayandırılmasını uzadıb. Şirkət bildirib ki, Tehrana və Tehrandan uçuşları aprelin 13-dək dayandırıb.
"Lufthansa" və onun törəmə şirkəti "Avstriya Hava Yolları" Tehrana uçan yeganə iki Qərb aviaşirkətidir. İrana yalnız Türkiyə və Yaxın Şərqin digər ölkələrinə məxsus hava yolları xidmət göstərir.
"Lufthansa"ya məxsus olan və həftədə 6 dəfə Vyanadan Tehrana uçan "Avstriya Hava Yolları" cümə axşamı günü uçmağı planlaşdırdığını, lakin gecə qalmamaq üçün vaxtları tənzimlədiyini açıqlayıb. Tehrana uçan digər beynəlxalq aviaşirkətlərdən açıqlama verilməyib
Aprelin 1-dən bəri region və ABŞ İranın cavab hücumuna qarşı hazır vəziyyətdədir. İrana məxsus xəbər agentliyi "X" sosial media platformasında Tehran üzərindəki bütün hava məkanının hərbi təlimlər üçün bağlandığını bildirən ərəbcə xəbər dərc edib, lakin sonra bu xəbəri silinib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib ki, İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 əməkdaşının, o cümlədən onun xaricdəki elit birliyi olan Qüds Qüvvələrinin yüksək rütbəli komandirinin ölümünə səbəb olan zərbəyə görə İsrail “cəzasını almalıdır və bu olacaq”.
Xamneiyə cavabında İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, əgər İran İsrailə öz torpağından hücum edərsə, Təl-Əviv buna cavab verəcək.
İsrail Dəməşqə zərbənin arxasında olduğunu təsdiqləməyib, lakin Pentaqon məlumatı təsdiq edib.
"Bloomberg" nəşri çərşənbə günü ABŞ və İsrail təhlükəsizlik mənbələrinə istinadən yazıb ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İranın və ya onun dəstəklədiyi qüvvələrin İsraildəki hərbi və hökumət obyektlərinə böyük raket və ya pilotsuz uçuş aparatları ilə zərbələrin qaçılmaz olduğuna inanır.
ABŞ dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında ölkəsinin İranın istənilən təhdidinə qarşı İsrailin yanında olacağını açıqlayıb.
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İraqın xarici işlər nazirlərinə zəng edərək, İranı gərginliyi azaltmağa çağıran mesaj çatdırmalarını istəyib.
İran Xarici İşlər Nazirliyi bildirib ki, bu ölkələr nazir Hüseyn Əmir Abdullahianla telefonla danışıblar.
İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
11-04-2024, 15:44
Kobaxidze Almaniyaya rəsmi səfərə getdi


Kobaxidze Almaniyaya rəsmi səfərə getdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.
Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, İrakli Kobaxidze aprelin 12-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək. İrakli Kobaxidze və Olaf Şolts arasında təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra birgə mətbuat konfransı keçirəcəklər.
Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayer və Almaniya Bundestaqının sədri Berbel Bass ilə də görüşəcək.
Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası, Cənubi Qafqaz regionundakı vəziyyət diqqət mərkəzində olacaq.
11-04-2024, 15:05
Azərbaycan cüdo üzrə Avropa Kuboku turnirinə ev sahibkiyi edəcək


Azərbaycan cüdo üzrə Avropa Kuboku turnirinə ev sahibkiyi edəcək

Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.
Avropa Cüdo Birliyinin rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır. O, bu turnirin yeniyetmələrdən ibarət yığma üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını da vurğulayıb.
Qeyd edək ki, Avropa Kuboku bitdikdən sonra iştirakçı ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil ediləcək.
11-04-2024, 14:58
Batabat yolunda qaya uçqunu - FOTO


Batabat yolunda qaya uçqunu - FOTO

Güclü yağan yağışlar nəticəsində Batabat avtomobil yolunun 17-ci kilometrliyində qaya uçqunu baş verib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin mətbuat xidmətinədən verilən məlumata görə, nəticədə iri qaya parçaları aşaraq hərəkətin məhdudlaşmasına səbəb olub.
Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.
Qısa müddət ərzində qaya parçaları dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yolda təhlükəsiz hərəkət təmin olunub.



11-04-2024, 14:24
Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi


Ukraynanın Baş naziri Slovakiyaya səfər etdi

Ukraynanın Baş naziri Denis Şmiqal Slovakiyaya səfər edib.
Bu barədə Baş nazir Şmiqalın "Telegram" hesabında məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi hökumətlərarası komissiyanın iclasında iştirak etməkdir.
"Gündəlikdə enerji logistika ticarət sahəsində əməkdaşlıq və Ukrayna Prezidentinin Sülh Formuluna dəstəyin müzakirəsi dayanır", - o bildirib.
Şmiqalın sözlərinə görə, məsləhətləşmələr nəticəsində bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!