Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-04-2024, 12:57
Prezident Gəncə şəhər stadionunun təməlini qoydu - FOTO


Prezident Gəncə şəhər stadionunun təməlini qoydu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.
Dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verildi.
Bildirildi ki, 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib. Son illərdə stadionun tamaşaçı tribunaları yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından fəaliyyəti qismən həyata keçirilirdi. Stadionun ərazisində köməkçi məşq meydançaları və futbol akademiyası binası tikilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cu il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb.
Yenidənqurma işləri çərçivəsində stadionun ərazisi genişləndirilərək 10 hektara çatdırılacaq. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa ediləcək stadionun tamaşaçı tutumu layihə üzrə 15 min 464 yerlikdir. Stadionda VVIP, VIP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud tamaşaçılar üçün müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və sair zəruri sahələr nəzərdə tutulur. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Prezident İlham Əliyev Gəncə şəhər stadionunun təməlini qoydu.




9-04-2024, 12:41
Prezident Gəncə İdman Sarayının açılışında iştirak etdi - FOTO


Prezident Gəncə İdman Sarayının açılışında iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verdi.
Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.
Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançın qalması və istirahəti üçün hər cür imkan var.
Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.
Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.














9-04-2024, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 10-da Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Qeyd edık ki, sabah Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.
9-04-2024, 12:27
İlham Əliyev Hacıqabulda suvarma qurğuları kompleksi ilə tanış oldu - FOTO


İlham Əliyev Hacıqabulda suvarma qurğuları kompleksi ilə tanış oldu - FOTO

Aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Aqro Dairy” MMC-nin icraçı direktoru Niyazi Əmirbəyov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdilər.
Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.q
Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyanın xarici elektrik təchizatı işləri başa çatdırılıb.
Prezident İlham Əliyevə Hacıqabul suvarma layihəsi barədə də məlumat verildi. Qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin bildirildi ki, ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində azad edilmiş Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb.
Məlumat verildi ki, 2021-2023-cü illərdə 600-dək yerli fermer və sahibkar üçün müasir aqrotexniki torpaq becərilməsi üzrə təlimlər, “açıq qapı” günləri, tələbələr üçün təcrübə proqramları, universitetlərdə mühazirələr, eləcə də karyera günləri təşkil edilib.




9-04-2024, 12:19
İlham Əliyev Gəncə şəhərində səfərdə oldu - FOTO


İlham Əliyev Gəncə şəhərində səfərdə oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub.
Dövlət başçısı Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.


9-04-2024, 10:40
Rusiyadan övladlarına toy etmək üçün gələn ata və ana dəm qazından öldü


Rusiyadan övladlarına toy etmək üçün gələn ata və ana dəm qazından öldü

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.
Bu gün səhər saatlarında Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.
Onların 3 gün bundan əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldiyi bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və meyitlərini aşkarlayıblar.
Faktla bağlı araşdırma aparılır.
9-04-2024, 10:30
Türkiyə İsrailə ixrac qadağası qoydu


Türkiyə bir slra məhsulların İsrailə ixracına qadağa qoydu

Türkiyə Qəzza zolağında yaranmış vəziyyətlə əlaqədar bir sıra məhsulların İsrailə ixracına qadağa qoyub.
Bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.
Qadağalar aprelin 9-dan qüvvəyə minib. Qeyd edilib ki, gələcəkdə ixracı qadağan olunan malların siyahısı genişlənə bilər.
Bildirilib ki, qadağalar Qəzza zolağında dərhal atəşkəs elan edilənə və humanitar yardımın çatdırılmasına mane olmağı dayandırılana qədər qüvvədə qalacaq.
8-04-2024, 20:28
Cəsədi 200-dən çox parçaya bölən şəxs ömürlük həbs olundu


Cəsədi 200-dən çox parçaya bölən şəxs ömürlük həbs olundu

Arvadının cəsədini 200-dən çox parçaya bölən britaniyalı ömürlük həbs cəzasına məhkum olunub.
Nikolas Metson 2023-cü ilin martında həyat yoldaşı, 26 yaşlı Holli Bramlini qətlə yetirdiyini etiraf etmişdi. O, arvadına azı dörd bıçaq zərbəsi endirib, daha sonra onun bədənini 200-dən çox parçaya ayırıb.
Nikolas Metson cəsədin parçalarını bir həftə Linkolndakı mənzilinin mətbəxində saxlayıb. Daha sonra onları çaya atmasına kömək etmək üçün dostuna 50 funt sterlinq ödəyib.
“Lincoln Crown Məhkəməsi”ndə Nikolas Metson ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, polis Holli Bramlinin cəsədinin 224-ə yaxın parçasını Vitham çayından tapsa da, lakin ürək kimi bəzi hissələrini tapmaq mümkün olmayıb.
Prokurorlar cütlüyün 2021-ci ildə evləndiyini, lakin Metson qətli törədən zaman ayrılmaq ərəfəsində olduqlarını bildirib. Qatil ərin telefonuna baxış zamanı polislər onun “Google”da “cəsəddən necə qurtulmaq olar”, “arvadım ölsə, sığortadan necə pul ala bilərəm”, “Allah qətli bağışlayarmı” kimi suallara cavab axtardığını aşkarlayıblar.
8-04-2024, 19:52
Rusiyada körpü uçdu - 1 ölü, 6 yaralı


Rusiyada körpü uçdu - 1 ölü, 6 yaralı

Rusiyanın Smolensk vilayətində üzərində iki avtomobilin olduğu Paninski körpüsü uçub.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Körpüdən minik avtomobili və yük maşını keçən zaman uçma baş verib.
İlkin məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb, bir qadın isə həlak olub.
8-04-2024, 19:27
Müharibədə həlak olan həmyerlimiz dəfn edildi


Müharibədə həlak olan həmyerlimiz dəfn edildi

Rusiya-Ukrayna müharibəsində həlak olan həmyerlimiz dəfn edilib.
45 yaşlı Heydərov Vahid Sayadxan oğlu doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, o, mart ayında Ukraynanın Avdeyevka şəhərində minaya düşüb. Həmyerlimiz aldığı xəsarətlərdən həyatını itirib.
V.Heydərov Cəlilabad rayonunda doğulub. Sonradan Rusiyaya köçüb və həmin ölkənin vətəndaşlığını qəbul edib
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!