Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-04-2024, 16:07
Ədliyyə işçilərinin və onlarən ailə üzvlərinin kirayə pulu ödəniləcək


Ədliyyə işçilərinin və onlarən ailə üzvlərinin kirayə pulu ödəniləcək

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayan iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilib. Yeni qaydanın tətbiqi ilə əlaqədar bu müddəa ləğv olunur.
8-04-2024, 15:25
Zığ-Hava limanı avtomobil yolunda təmir-bərpa işləri aparılır - FOTO


Zığ-Hava limanı avtomobil yolunda təmir-bərpa işləri aparılır - FOTO

Zığ-Hava limanı avtomobil yolunun (beton yol) Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində təmir-bərpa işlərinə start verilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, təmir-bərpa işləri hazırda avtomobil yolunun 14-15-ci km-də aparılır.
Uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yolun müəyyən hissələrində monolit-beton örtükdə çatlar və dağılmış hissələr yaranıb.
Təmir-bərpa işləri çərçivəsində yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı xüsusi material tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır.
Bu işlər yekunlaşdıqdan sonra yola lazımi qalınlığında monolit-beton tökülərək örtük bərpa olunur.
Sonda təmir-bərpa işləri yekunlaşan hissə üzrə yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetiriləcək.
Sözügedən yol ilə nəqliyyat axının intensivliyi nəzərə alınaraq hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından işlərin aparıldığı hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib.
"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.




8-04-2024, 14:56
XİN Başçısı Qırğızıstana rəsmi səfərə getdi


XİN Başçısı Qırğızıstana rəsmi səfərə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Qırğız Respublikasının xarici işlər naziri Ceenbek Kulubayev, habelə digər yüksək vəzifəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
8-04-2024, 14:23
Tiflisdə yeni beynəlxalq hava limanı tikiləcək


Tiflisdə yeni beynəlxalq hava limanı tikiləcək

Gürcüstanın paytaxtı Tiflisdə yeni beynəlxalq hava limanı tikiləcək.
Bunu ölkənin baş naziri İrakli Kobaxidze bildirib.
"Mövcud hava limanının tutumu təxminən 4-4,5 milyon sərnişindir. Turizm sektorunda çox müsbət dinamikamız var, ziyarətçilərin yüksək artımı gözlənilir, buna infrastruktur kömək etməlidir. Bizim iki variantımız var idi: mövcud hava limanını genişləndirmək və ya Vazianidə yenisini tikmək", - o qeyd edib.
"Mövcud hava limanının genişləndirilməsi 900 milyon dollara, yenisinin tikintisi isə 1,26 milyard dollara başa gələcək. Genişləndirmə daha inkişaf perspektivləri olmadan tutumunu maksimum 15 milyon sərnişinə, yeni hava limanı isə 19-a çatdıracaq”, - İrakli Kobaxidze deyib.
8-04-2024, 14:16
Bayram günlərində avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyətdə olacaq


Bayram günlərində avtovağzal gücləndirilmiş iş rejimində fəaliyyətdə olacaq

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Ramazan bayramı günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün aprelin 10-dan 14-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.
AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri //biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların satış kassalarından əldə edə bilərlər.
8-04-2024, 14:10
Prezident Şirvan suvarma kanalıyla bağlı Sərəmcan imzaladı


Prezident Şirvan suvarma kanalıyla bağlı Sərəmcan imzaladı

Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir:
“Uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir.
Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanmışdır”.
Sərəncama əsasən Yuxarı Şirvan suvarma kanalı yenidən qurulacaq və onu adı Şirvan suvarma kanalı adlandırılıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini təmin etməlidir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yevlax Şəhər İcra Hakimiyyəti, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu, Şamaxı və Hacıqabul rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Şirvan suvarma kanalının yenidən qurulmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görməlidir.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya bu Sərəncamın 2-ci və 3-cü hissələrində nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən suvarma kanalının yenidən qurulmasının cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
8-04-2024, 13:49
“Araz-Naxçıvan” klubuna baş məşqçi təyin olundu


“Araz-Naxçıvan” klubuna baş məşqçi təyin olundu

Elmar Baxşıyev “Araz-Naxçıvan” futbol klubunun baş məşqçisi təyin olunub.
Bu barədə mütəxəssisin özü məlumat verib.
Təyinat bu gün reallaşıb.
Qeyd edək ki, Elmar Baxşıyev "Araz-Naxçıvan"dan ayrılan Azər Bağırovu əvəzləyib. 43 yaşlı mütəxəssis bundan öncə “Qəbələ”ni çalışdırıb.
8-04-2024, 13:46
Dövlət orqanlarına işə qəbul qaydası dəyişdi


Dövlət orqanlarına işə qəbul qaydası dəyişdi

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsi zamanı müsabiqənin test imtahanı mərhələsindən azad edilən namizədlərin siyahısı dəyişib.
Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İnformasiya texnologiyaları sahəsində vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad ediləcəklər.
Qeyd edək ki, bundan əvvəl ali təhsil tələb olunmayan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad idi.
8-04-2024, 13:27
Şəhid Ülvi Bağırov dəfn olundu - FOTO


Şəhid Ülvi Bağırov dəfn olundu - FOTO

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu doğulub boya-başa çatdığı Salyan rayonunda dəfn olunub.
Ülvinin yaşadığı evdə vida mərasimindən sonra şəhidin nəşi rayondakı Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə bərabər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Ordusunun parlaq Qələbəsindən və qəhrəman oğulların Vətən uğrunda canını fəda edərək tarix yazmaqlarından danışıblar. Bildirilib ki, şəhidlərimiz öz vətənpərvərliyi ilə həm də gələcək nəsillərə örnək olaraq qəlblərdə əbədi yaşayacaqlar.
Daha sonra şəhidimiz yaylım atəşi altında torpağa tapşırılıb.
Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.




8-04-2024, 12:42
Bakı Avropa Liseyinin binasının söküntüsü dayandırıldı


Bakı Avropa Liseyinin binasının söküntüsü dayandırıldı

Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən və söküntü işləri aparılan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
“Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqdır. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaqdır”, - açıqlamada deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!