Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
4-04-2024, 15:56
Əli Əsədov Konqo Prezidentini qəbul etdi


Əli Əsədov Konqo Prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşüb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Covid-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
4-04-2024, 15:43
Güclü külək paytaxtda 20 ağacı sındırıb - FOTO


Güclü külək paytaxtda 20 ağacı sındırıb - FOTO

Bakıda güclü külək səbəbindən 20 ağac sınıb.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd edilib ki, külək nəticəsində 30-dan çox ağacın budaqları qırılıb:
"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib".







4-04-2024, 15:27
İlham Əliyev: “Azərbaycan COP29-a çox ciddi hazırlaşır”


İlham Əliyev: “Azərbaycan COP29-a çox ciddi hazırlaşır”

Prezident İlham Əliyev Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu COP29 tədbirində iştiraka dəvət edib.
Bu barədə Prezident İlham Əliyev konqolu həmkarı ilə mətbuata bəyanatında bildirib.
Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.
4-04-2024, 15:22
UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi


UEFA növbəti dəfə “Qarabağ”a ödəniş etdi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.
Ağdam təmsilçisinə Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazandığına və 1/8 final mərhələsinə yüksəldiyinə görə 1,700,000 (bir milyon yeddi yüz min) avro verilib.
Vəsait milli assosiasiyanın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
4-04-2024, 15:07
Rusiya sülhməramlıları minatəmizləmə əməliyyatlarına cəlb olunacaq


Rusiya sülhməramlıları minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

Rusiya sülhməramlıları Xocalıda minatəmizləmə əməliyyatlarına cəlb ediləcək.
Bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi ilə mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin minatəmizləmə əməliyyatlarına cəlb olunması prosesi ilə bağlı müəyyən sənədləşmə işləri gedir:
"Artıq onlar akkredasiyadan keçirilir. Texniklar, itlər və canlı qüvvələr yaxın vaxtlarda Xocalıda minatəmizləmə prosesinə başlayacaq".
4-04-2024, 14:58
Daxili işlərimizə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir - Prezident


Daxili işlərimizə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir - Prezident

Dünən ABŞ Dövlət katibi Antoni Blinkenlə Prezident İlham Əliyev arasında telefon danışığı ilə əlaqədar ABŞ tərəfindən verilmiş mətbuat açıqlamasında qeyd olunur ki, telefon danışığı zamanı müzakirə edilən məsələlərdən biri də insan hüquqları olub.
"Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir. Bir sıra Qərb ölkələrinin bu məsələ ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik. Bu xüsusda dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.
Prezident İlham Əliyev telefon danışığı zamanı, həmçinin tanınmış jurnalist Culian Assancın məhz jurnalist fəaliyyətinə görə uzun müddət fiziki və mənəvi işgəncələrə məruz qalması məsələsini bildirmişdir. Culian Assancın ABŞ-a ekstradisiya edilmək və edam olunmaq məsələsinin müzakirə edildiyini vurğulamışdır. Dövlətimizin başçısı onu da əlavə etmişdir ki, insan hüquqları məsələsinə təkcə lokal deyil, bütövlükdə qlobal kontekstdə baxılması zəruridir", - açıqlamada deyilir.
4-04-2024, 14:47
Ermənistan və Azərbaycan nümayəndələri nə baxt görüşəcək? - RƏSMİ


Ermənistan və Azərbaycan nümayəndələri nə baxt görüşəcək? - RƏSMİ

Hazırda Ermənistan və Azərbaycan nümayəndələri arasında hər hansı səviyyədə görüş barədə razılıq yoxdur.
Bunu aprelin 4-də Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində bildirib.
O qeyd edib ki, Ermənistan üç prinsip əsasında irəliləmək üçün heç bir maneə görmür.
“Biz Alma-Ata Bəyannaməsinin müvafiq xəritələri əsasında 1991-ci il sərhədlərini bərpa edərək delimitasiya aparmağa hazırıq.
Əgər bu məsələ ilə bağlı razılıq əldə olunarsa, bu, yazılı şəkildə öz əksini tapacaq və bununla bağlı müvafiq ictimaiyyətə məlumat veriləcək”, - Kostanyan vurğulayıb.
Nazir müavini Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması üçün vaxt çərçivəsinin olub-olmaması ilə bağlı sualı cavablandırarkən belə deyib. “Belə bir tarix yoxdur”.
“Hazırda delimitasiya və demarkasiya ilə bağlı heç bir əminlik yoxdur, mən bu məsələ ilə bağlı başqa şərh verə bilmərəm. Əgər hər iki tərəf arasında razılaşmalar olarsa, hər iki tərəf bunu dərc edəcək”.
Kostanyan deyib ki, Ermənistan sülh prosesində iştirakını davam etdirir, prosesdə maraqlı olmaqda davam edir.
“Azərbaycan 2023-cü ilin may və iyun aylarında Brüsseldə dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaları kağız üzərində qeyd etməyə razılaşarsa, o, proses başa çatdırıla bilər”, - o vurğulayıb.
4-04-2024, 14:40
Aprelin 7-də bu rayonlar üzrə burazılış imtahanları keçiriləcək


Aprelin 7-də bu rayonlar üzrə burazılış imtahanları keçiriləcək

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan saat 11:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından martın 27-dən etibarən çap edib götürə bilirlər.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.
İmtahanda 55887 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
4-04-2024, 12:33
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 5-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək.
Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-74 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti olacaq.
4-04-2024, 12:13
Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi baş tutdu - FOTO


Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi baş tutdu - FOTO

Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzaladılar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzaladılar.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzaladılar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!