Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
3-04-2024, 17:03
İsrailin Azərbaycandakı səfirliyi iş rejimində dəyişiklik etməyib - RƏSMİ


İsrailin Azərbaycandakı səfirliyi iş rejimində dəyişiklik etməyib - RƏSMİ

İsrailin Azərbaycandakı səfirliyi öz iş rejimində heç bir dəyişiklik etməyib.
Bu barədə İsrailin Bakıdakı səfirliyindən bildirilib.
"Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.
Qeyd edək ki, bəzi media subyektlərində İranın Dəməşqdəki konsulluğuna endirilən hava hücumuna mümkün cavab reaksiyası fonunda İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb.
Xatırladaq ki, ötən gün İran parlamentinin deputatı Cəlal Rəşidi Kuçi İsrailin Azərbaycandakı səfirliyinin binasını vurmağı təklif edib.
3-04-2024, 16:54
Ukrayna Krım körpüsüylə baəlı yeni addımlara hazırlaşır


Ukrayna Krım körpüsüylə baəlı yeni addımlara hazırlaşır

"Ukrayna kəşfiyyatı Krım körpüsü ilə bağlı yeni addımlara hazırlaşır".
Bu barədə "The Guardian" yazıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli rəsmiləri qəzetə bildiriblər ki, zərbənin 2024-cü ilin birinci yarısında həyata keçirilməsi planlaşdırılır.
Nəşrin anonim həmsöhbətlərindən birinin sözlərinə görə, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Krım körpüsünü sıradan çıxarmaq üçün vəsaitin böyük hissəsinə artıq malikdir. Zərbənin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilə biləcəyi gözlənilir.
"The Guardian" əlavə edib ki, Krım körpüsünə zərbələr Volodimir Zelenski tərəfindən təsdiqlənən Rusiyanın Qara dənizdəki mövcudluğunu “minimumlaşdırmaq” planının bir hissəsidir.
Qeyd edək ki, Ukrayna ərazisi olan Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Sözügedən körpü bundan sonra inşa olunub.
3-04-2024, 16:50
Konqo Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi


Konqo Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi

Ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
3-04-2024, 16:37
Mətbuata və millətə bağlı ömür


Mətbuata və millətə bağlı ömür

Nəzərə alsaq ki, canlını söz yaşadır, bu mənada hər bir cəmiyyətin də var olması üçün mətbuatın – azad sözün mövcudluğu əsasdır. Əbəs yerə deyildi ki, bu məfhum "dördüncü hakimiyyət", "cəmiyyət aynası"... olaraq və insanların sərbəst fikir ifadə etmək arzusunu gerçəkləşdirmək, həqiqəti üzə çıxarmaq yolunda önəmlidir. Mətbuat dedikdə ilk ağlımıza bu sahənin qüdrətli tədqiqatçısı, Ali Media Mükafatı laureatı, "canlı ensiklopediyamız" adlandırılan və ən nəhayət, Bakı Dövlət Universitetinin professoru, jurnalistlərin müəllimi rəhmətlik Şirməmməd Hüseynov gəlir. Hər dəfə Jurnalistika fakültəsində Şirməmməd müəllim haqqında xoş sözlər, ən ali fikirlər eşidirəm. Böyük söz adamı sovet ideologiyasının hökm sürdüyü ağır senzura şəraitində tələbələrinə millət sevgisini ötürdüyünü, gələcək müstəqilliyə inamını eşidirəm. Nəhəng mətbuat adamının hər qələm məhsulu Azərbaycanın istiqlalı, bir sözlə milli dəyərlər, milli ideallarla qol-boyun idi.
Şirməmməd Hüseynovun kitabları içərisində ömrünün uzun illərinin mənəvi məhsulu olan “Parlament hesabatları” müstəqil Azərbaycan mətbuatının zirvəsi, xalqın milli sərvəti sayılır. Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyov, Əli Bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun fikir və mülahizələrini önə çıxararaq “Milli irsimizdən səhifələr” adlı kitabında yaşatmış, gələcək nəsillərə ərməğan etmişdir. Kitabda elə materiallar var ki, bu gün də oxucular üçün yenidir. Maraqlı və ibrətli məqam ondan ibarətdir ki, Şirməmməd müəllimin yaradıcılığında millət ziyalılarını, xalq yolunda özlərini, ailələrini fəda edən, istiqlal və istiqbal naminə hər zillətə qatlaşanları, habelə sapı özümüzdən olan baltaları da olduqları kimi göstərmişdir.
30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifi olan Şirməmməd müəllim Cəlil Məmmədquluzadə, Həsən Bəy Zərdabi, Əli Bəy Hüseynzadə irsini hər tərəfli araşdıraraq yetişməkdə olan nəsilə çatdırılmasında xidmət göstərmişdir. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmaları Azərbaycan tarixinin öyrənilməsində böyük rolu var. O, “Tərəqqi”,”Yoldaş”, “Açıq Söz”, ”Azərbaycan” və s. mətbuat orqanlarının dərc etdiyi çoxsaylı məqalələri bir yerə toplayaraq oxucuların ixtiyarına vermişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu nəcib Sərəncam Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarının həyat və yaradıcılığına işıq tutur. Yaddaş üçün deyək ki, Şirməmməd Hüseynov M.Ə.Rəsulzadənin 1920-ci ilə qədərki yaradıcılığını əhatə edən beşcildliyi, həmçinin onun mühacirətdə yaşadığı dövrlərdə qələmə aldığı əsərləri Azərbaycan mətbuatının ən müqəddəs səhifələrindən sayılır.
Məhəmməd Əmin Rəsulzadənin bütün külliyyatını xalqa çatdırmağı qarşısına məqsəd qoyan Şirməmməd Hüseynovun ruhu şaddır. Azərbaycanın dəyərli alimi Şirməmməd Hüseynovun Azərbaycan Mətbuat tarixini yüksək səviyyədə araşdıraraq bu gün biz gənclərə bir xəzinə ərmağan etmişdir. Bu xəzinə illər keçsə belə Şirməmməd Hüseynov ismi ilə birlikdə əbədi olaraq yaşayacaq.

Fatimə ƏZİZLİ,
BDU Jurnalistika fakültəsinin tələbəsi
3-04-2024, 16:33
Xankəndidən iki nəfər Ermənistana aparıldı - Rəsmi


Xankəndidən iki nəfər Ermənistana aparıldı - Rəsmi

Martın 29-da Xankəndidən iki nəfər Ermənistana aparılıb. Məlumata görə, onlar Samvel Qalstyan və Marqarita Şahnazaryan adlı ər-arvaddır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova məlumatı təsdiqləyib.
“Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib”, - deyə o bildirib.
Erməni KİV-ləri yazır ki, Sarkis Qalstyan Gorus şəhərində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və nəzarətə götürülüb. Ermənistan İstintaq Komitəsinin rəsmi nümayəndəsi Qor Abramyanın sözlərinə görə, o, casusluqda ittiham edilir.
Qeyd edək ki, Qalstyan işğal dövründə Şuşada otellərdən birinin direktoru olub.
3-04-2024, 16:11
Tərtər və Ağdamda minaya düşənlərin vəziyyəti ağırdır


Tərtər və Ağdamda minaya düşənlərin vəziyyəti ağırdır

Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.
Hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir.
Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.
Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan evinə buraxılıb.
Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər rayon prokurorluqlarında araşdırma aparılır.
3-04-2024, 16:02
Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəldi


Konqo Prezidenti Azərbaycana rəsmi səfərə gəldi

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso aprelin 3-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
3-04-2024, 15:56
Gürcüstan Prezidenti təcili brifinq planladı


Gürcüstan Prezidenti təcili brifinq planladı

Gürcüstan prezidenti Salome Zurabişvilinin saat 17:00-a təcili brifinqi planlaşdırılıb.
Salome Zurabişvilinin hakim partiyanın “xarici agentlər” haqqında qanunun qəbuluna yenidən başlamaq qərarına münasibət bildirəcəyi gözlənilir.
Ötən ilin yazında Zurabişvili Tiflisdə xarici təsirin şəffaflığı haqqında qanuna qarşı etirazları açıq şəkildə dəstəkləmişdi.
3-04-2024, 15:49
Goranboyda şagirdlər arasında insident - Rəsmi açıqlama


Goranboyda şagirdlər arasında insident - Rəsmi açıqlama

Goranboy rayonu Dəliməmmədli şəhəri M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər.
"Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiləri müvafiq tədbirlər nəticəsində Dəliməmmədli şəhərində yerləşən tam orta məktəbin 11-ci sinif şahirdi A. Seyxova bıçaqla xəsarət yetirən şəxsin sinif yoldaşı U. Tağıyev olması müəyyən edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir
3-04-2024, 15:44
Bakıda kişi körpüyə çıxaraq intihara cəhd etdi


Bakıda kişi körpüyə çıxaraq intihara cəhd etdi

Bakı şəhər Sabunçu rayonu ərazisində körpüdə intihara cəhdin qarşısı alınıb.
Heydər Əliyev prospektinin üzərindəki körpüyə çıxaraq özünü atmaq istədiyini nümayiş etdirən gənc oğlan ərazidəki polis əməkdaşları tərəfindən fikrindən daşındırılıb.
O, ərazi üzrə polis şöbəsinə aparılıb. Müəyyən edilib ki, intihara cəhd edən şəxs 1997-ci il təvəllüdlü S.Əhmədzadədir.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, bu körpüdə əvvəllər də dəfələrlə intihar və intihara cəhd hadisələri baş verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!