Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-04-2024, 17:03
Azərbaycanda tutulan casus qadın İranda da həbs olunub


Azərbaycanda tutulan casus qadın İranda da həbs olunub

Azərbaycanda dövlətə xəyanətə görə tutulan Validə Yusifova barədə toplanmış materiallar Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
Validə Yusifova bundan əvvəl İranda 1 il həbsdə qalıb.
O, 2023-cü ilin yanvar ayında Türkiyədən İrana getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və uzun müddət Evin həbsxanasında qalıb, iyulun 16-da isə bu həbsxanadan Astara həbsxanasına köçürülüb.
31 yaşlı Validə Yusifova həbs olunan zamanı sənədlərin tam olmamasında ittiham olunub. Bu ittiham tezliklə dəyişdirilib və müstəntiqlər ona qarşı narkotik ittihamı irəli sürüb.
2023-cü ilin iyununda Tehran İnqilab Məhkəməsində Validə Yusifovanın işi üzrə iclas keçirilib. Hakim Validə Yusifovanın narkotiklə bağlı ittihamlarına bəraət qazandırıb və onu casusluqda ittiham edib.
Validə Yusifova 27 iyul 2023-cü il axşamı azad edilib. Həmin gün İslam Respublikasının ədliyyə məmurları onu Azərbaycan sərhədçilərinə təhvil verib.
2-04-2024, 16:54
Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı


Muxtar Babayev konqolu nazirlə COP29-un hazırlıq tədbirlərindən danışdı

Konqo Demokratik Respublikasının ətraf mühit, davamlı inkişaf və hövzə üzrə naziri xanım Arlette Soudan Nonault ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:47
Zakir Həsənov Haluk Görgünlə görüşdü


Zakir Həsənov Haluk Görgünlə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə istehsalat layihələrinin iki qardaş ölkənin ordularının müdafiə qüdrətini daha da artıracağına əminliyini ifadə edib.
Cənab H.Görgün öz növbəsində göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib, dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında mövcud olan ikitərəfli hərbi əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə olunub, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığı qeyd edilib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının və bu ölkənin aparıcı hərbi sənayə şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
2-04-2024, 16:35
Tərtərdə 3 nəfər minaya düşdü


Tərtərdə 3 nəfər minaya düşdü

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2024-cü il 2 aprel tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki,1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
2-04-2024, 16:17
Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur


Taksi fəaliyyəti üçün bu sənədlər tələb olunur

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) //e-xidmet.ayna.gov.az/ portalı üzərində elektron qaydada müraciət etməlidirlər. E-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.
İcazənin alınması üçün AYNA-ya ərizə təqdim edilir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

10. «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

«Dövlət rüsumu haqqında» Qanuna əsasən, buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Buraxılış vəsiqəsini aldıqdan sonra hüquqi və ya fiziki şəxslər sistemə daxil olaraq, heç bir əlavə sənəd yükləmədən mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduqları nəqliyyat vasitələrinə icazənin əlavəsi olan buraxılış kartı üçün müraciət edə bilərlər.
Buraxılış vəsiqəsinin alınması üçün sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
2-04-2024, 15:54
Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO


Xankəndidə pianonun içindən qumbara aşkarlandı - FOTO

Xankəndidə pianonun içində ermənilər tərəfindən qoyulmuş qumbara aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Xankəndi şəhərində elə bir mülki obyekt yoxdur ki, döyüş ləvazimatı-silah aşkarlanmasın. Dünən şəhər ərazisindən 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlifçaplı patron və digər sursatlar tapılıb”, - məlumatda bildirilib.



2-04-2024, 14:18
Bakı Qızlar Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirildi


Bakı Qızlar Universiteti və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə respublika elmi-praktik konfransı keçirildi

29 mart 2024-cü il tarixində Bakı Qızlar Universiteti və Quba “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların
soyqırımı gününə həsr olunmuş “Azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı hadisələrinin nəticələri” mövzusunda respublika elmi-praktik konfransı keçirildi.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilidi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İlk olaraq, universitetin rektoru, professor Sevinc Rəhimova “31 mart soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsidir” mövzusunda məruzə etdi. Daha sonra Bakı Qızlar Universitetinin  “Tarix” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əzizağa Ələkbərli 1918-ci ildə Lənkəran və Şamaxıda törədilmiş soyqırımlardan danışaraq, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizlik və soyqırım siyasətini pislədi. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Quba  “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1918-ci ildə Salyanda baş vermiş mart soyqırımı barəsində məlumat verərək, azərbaycanlıların soyqırımının xüsusi qəddarlıqla həyata keçirildiyini bildirdi.
Bakı Qızlar Universitetinin baş müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə 1918-ci il Mart soyqırımının arxiv sənədlərində də əks olunduğunu
bildirərək, bu barədə ətraflı məlumat verdi. Daha sonra Quba “Soyqırımı Memorial Kompleksi”nin “Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsi”nin müdiri Lətafət Behbudova, şöbənin əməkdaşları  Nurcan Allahverdiyeva  və Ülkər Zeynalova çıxış etdilər. Çıxışlarda Qubada 1918-ci il hadisələri zamanı ermənilərin on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba “Soyqırımı Memorial Kompleksi” yaradıldığı, tarixi həqiqətlərin və xalqımıza qarşı yönəldilmiş amansız qətliamların dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi vurğulandı.
Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.
1-04-2024, 22:26
"Cəsur Qəhrəmanlar" Füzulidə…


"Cəsur Qəhrəmanlar" Füzulidə…

Aprelin 1-i AYB-nin üzvü Esmira Günəşin Füzuli rayonunun Horadiz qəsəbəsində Fəqan Zalov adına 3 saylı tam orta məktəbdə "Cəsur Qəhrəmanlar" kıtabının təqdimatı keçirilib. Şəhidin doğum günündə baş tutan tədbirdə şəhidin ailəsi, doğmaları, döyüş yoldaşları ilə yanaşı Cocuqmərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Füzuli rayon Mark Hacıyev adına Babı kənd tam orta məktəbinin direktoru İsrafil Əliyev, Füzuli rayon şahmat məktəbinin direktoru Kamil Qulamov, qarmon müəllimi Habil Məmmədov (adı çəkilən şəxslər həm də ilk qarabağ savaşının iştirakçıları olublar), Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Füzuli rayon Tarix Diyarşunaslıq muzeyinin direktoru Xalisə Məmmədova, Füzuli rayon Dram teatrının aktyoru şair Vüsal Ümidli, Füzuli rayon İcra nümayəndəliyinin və təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə həmçinin şəhid ailələrindən şəhid Şakir Cəmillinin anası, həyat yoldaşı və övladı, şəhid Amil Hüseynovun anası və yoldaşı, şəhid Elçin Nəsirovun anası, şəhid Şamil Əliyevin anası, şəhid Hüseynov Sərhədin anası, şəhid Paşayev Elgünün yoldaşı, şəhid Süleymanov Elçinin anası, şəhid Əliyev Sehrmanın anası, şəhid Mahir Səfərovun bacısı, şəhid Əliyev Allahyarın bacısı, şəhid Talıbov Məhəmmədin anası, şəhid Məmmədov Xəyalın anası, şəhid Cəfərli Əli və şəhid Cəfərov Elşadın bibisi (həmçinin şəhid Cəfərov Adilin də bacısıdır)iştirak edirdi.
Tədbirin gedişatında şəhidin xatirəsinə həsr olunmuş şeirlərlə yanaşı, ona həsr olunmuş videoçarxlar qonaqların diqqətinə çatdırılıb. Sonda şairə Esmira Günəş şəhid Fəqan Zalovun anasını və atasını səhnəyə dəvət edərək kitabını təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra qonaqlar şəhidin məzarını ziyarət ediblər. Xüsusi olaraq qeyd edirik ki, şəhidin qardaşı Nicat Zalov Vətən müharibəsində yaralansa da xidmətini davam etdirir. Bibisi oğlu Taleh də hərbiçidir.







1-04-2024, 22:19
Ceyhun Bayramov iftar mərasimində iştirak etdi


Ceyhun Bayramov iftar mərasimində iştirak etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycandakı diplomatik korpus üçün iftar mərasimində iştirak edib.
Bu barədə XİN başçısı sosial şəbəkədə yazıb.
“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün iftar süfrəsində çıxış etməkdən məmnunam. Bu mübarək ayda bütün müsəlman dünyasına sülh, firavanlıq diləyirik. Qarşılıqlı dəstək və həmrəylik ümumi təhdidlərlə mübarizə aparmaq və problemlərin tezliklə həllinə töhfə verməyin açarıdır”, – xarici siyasət idarəsinin rəhbəri bildirib.
1-04-2024, 22:07
Astarada dəhşətli qəza: Bir ailənin 3 üzvü yanaraq öldü


Astarada dəhşətli qəza: Bir ailənin 3 üzvü yanaraq öldü

Astarada baş verən qəzada bir ailənin 3 üzvü avtomobildə yanaraq ölüb.
Dəhşətli qəza axşam saatlarında Ələt-Astara-İran sərhədi avtomobil yolunun 201-ci kilometrliyində, Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı Rusiya vətəndaşı 56 yaşlı Maqammədəmin Abdullaşa məxsus iritonnajlı yük avtomobili yol kənarında hərəkətsiz olub. Astara rayonunun Şiyəkəran kənd sakini 31 yaşlı Elman Mirzəmməd oğlu Əliyevin idarə etdiyi BMW markalı 99-SZ-632 dövlət qeydiyyat nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək iritonnajlı avtomobilin altına girib.
Zərbənin təsirindən avtomobil alışaraq yanıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı 22 yaşlı Fərqanə İlham qızı Əliyeva, eləcə də onların 3 yaşlı uşaqları Gülxanım Elman qızı Əliyeva avtomobildə yanaraq ölüblər.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Astara rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi, nazirliyin Cənub regional mərkəzinin xilasetmə qurumunun iki briqadası cəlb olunub.
Meyitlər nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!