Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
24-05-2024, 16:41
Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO


Vilayət Eyvazovla moldovalı həmkarı arasında saziş imzalandı - VİDEO

Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Həmin gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov moldovalı həmkarını və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir V.Eyvazov Moldova ilə Azərbaycan arasında əlaqələrin və qarşılıqlı münasibətlərin getdikcə daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.
O qeyd edib ki, Azərbaycanın Daxili İşlər Nazirliyi Moldovanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli formatda inkişaf etdirilməsinə böyük önəm verir.
Ölkələrimizin müvafiq strukturları arasında uzun illərdir ki, mövcud olan sıx və işgüzar əlaqələri diqqətə çatdıran general-polkovnik V.Eyvazov qabaqcıl təcrübə və məlumat mübadiləsində maraqlı olduğumuzu, belə görüşlərin münasibətlərin daha da inkişaf etdirilməsinə, əməkdaşlığın möhkəmləndirilməsinə yeni töhfə verəcəyinə əminliyini bildirib.
Mövcud problemlərə toxunan daxili işlər naziri transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıq ilə mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.
Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efros səmimi qəbula və yüksək qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib, səfərin iki ölkənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyinə əminliyini, rəhbərlik etdiyi qurumun bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini, azərbaycanlı həmkarlarının cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.
Görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Moldova Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.
Səfər çərçivəsində qonaqlar DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinə, “102” və “Təhlükəsiz şəhər” xidmətlərinə gedərək həmin qurumların fəaliyyəti ilə yaxından tanış olublar.


24-05-2024, 16:33
Putinin Şimali Koreyaya səfəri ilə bağlı hazırlıq gedir - Peskov


Putinin Şimali Koreyaya səfəri ilə bağlı hazırlıq gedir - Peskov

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya səfər edəcək.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
Onun sözlərinə görə, Putinin KXDR-ə səfəri ilə bağlı hazırlıq işləri görülür.
Səfərin tarixinə gəlincə, sözü bildirib ki, tarix öz vaxtında ictimaiyyətə açıqlanacaq.
24-05-2024, 16:30
Xalq artisti vəfat etdi


Xalq artisti vəfat etdi

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru, Xalq artisti Tofiq Mövləvi vəfat edib.
O, 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Mövləvi Tofiq Səməd oğlu 21 dekabr 1938-ci ildə Naxçıvan şəhərində anadan olub.

24-05-2024, 15:43
Prezident İsmət Abasovla bağlı sərəncam


Prezident İsmət Abasovla bağlı sərəncam

İsmət Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə görə İsmət Dursun oğlu Abasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, İsmət Abasov 2004-2013-cü illərdə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri, 2013-2018-ci illərdə Baş nazirin müavini olub.
24-05-2024, 15:29
TARİXİ AN: Qazaxın azad edilən kəndlərində bayrağımız ucaldıldı


TARİXİ AN: Qazaxın azad edilən kəndlərində bayrağımız ucaldıldı

Qazaxın nəzarətə götürülən kəndlərindən Prezident İlham Əliyevə məruzə olunub.
Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağı ucaldılıb.
15 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılmış və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.
Bu gün Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.
24-05-2024, 15:26
Dərbəndin müdafiə-istehkam qurğuları

“Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı çapdan çıxıb

Milli Müdafiə Universitetində “Dərbəndin müdafiə-istehkam qurğuları (qədim dövrdən XX əsrin əvvəllərinə qədər)” kitabı işıq üzü görüb. Geniş oxucu üçün nəzərdə tutulan əsər müəllifi Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
AZƏRTAC xəbər verir ki, kitab Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb və Dərbənddə hərbi istehkamlar və müxtəlif təyinatlı müdafiə qurğuların inşası tarixinə həsr olunub.

Nəşrdə Dərbənd ərazisində qədim dövrdə və orta əsrlərdə baş vermiş tarixi hərbi-siyasi hadisələr və müharibələrdən bəhs olunur. Həmçinin Xəzər dənizinin qərb sahilləri uğrunda apardıqları qanlı mübarizədə Dərbənd keçidinin mühüm hərbi-strateji əhəmiyyəti əksini tapıb. Yadellilərin hücumlarından qorunmaq və müdafiə olunmaq məqsədilə həmin ərazilərdə müxtəlif təyinatlı müdafiə-istehkam qurğuların qədim dövrdə yaranması prosesi kitabda tədqiq olunur və orta əsrlərdə inkişafı məsələləri işıqlandırılır.
Hazırda Azərbaycan tarixşünaslığında Dərbənd Şimali Azərbaycanın ən qədim şəhərlərindən biri və Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Təqdim edilən nəşr respublikanın ali humanitar və xüsusi təyinatlı tədris müəssisələrinin adyunkt və dissertantları, professor-müəllim heyəti, tələbələri və kursantları, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
24-05-2024, 14:51
LDU-da Respublika elmi-praktiki konfrans keçirilir

LDU-da Respublika elmi-praktiki konfrans

Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gəncləşən və müasirləşən Lənkəran Dövlət Universiteti Lənkəran şəhərinin-türk dünyasının gənclər paytaxtının simvoludur” mövzusunda hibrid formatda (canlı və onlayn) Respublika elmi-praktik konfransı keçirilir. Konfransda Lənkəran-Astara Regional Təhsil idarəsinin müdiri Bəhruz Mehdiyev, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin müdiri Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirak edib.
Konfransın plenar iclasını Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb və belə tədbirlərin elmi mühitin formalaşmasına müsbət təsirindən, LDU-nun son illərdə əldə etdiyi uğurlardan, bu uğurların əldə edilməsində universitetdə çalışan gənclərin payından, gənc alimlərin elmi nailiyyətlərindən danışıb. Açılış nitqindən sonra LDU-da keçirilmiş 7-ci Zona Fənn Olimpiada qaliblərinin mükafatlandırılması olub. Qaliblərə diplom, medal və xatirə hədiyyələri təqdim edilib.

LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov “Cənub mirvarisi Lənkəran Türk Dünyasının mədəni həyatında”, “Tarix və onun tədrisi metodikası” kafedrasının müdiri, dos. Kamal Mahmudov “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisidir”, dos. Fərid Xankişiyev “Gəncləşən və müasirləşən LDU və gənclər paytaxtı Lənkəran” mövzusunda məruzə ediblər.
Plenar iclasdan sonar konfrans işini 3 bölmədə-humanitar, təbiyyat və riyaziyyat, aqrar və iqtisadiyyat elmləri bölmələrində davam etdirir.
Konfransda 180-ə yaxın tezis dinləniləcək. Qeyd edək ki, konfransın işində LDU-dan əlavə 19 ali təhsil müəssisəsindən və təşkilatlardan tədqiqatçı-alimlər iştirak edir.
24-05-2024, 07:42
"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü


"Yeni Tərtər"ə bağlı qəzetçi ömrü

Qəzet qədim kütləvi informasiya vasitəsi olmaqla yanaşı, həm də etibarlı və dəqiq məlumat mənbəyidir, çünki hərtərəfli araşdırma tələb edir, hər fikrin arxasında böyük məsuliyyət dayanır, bir sözlə xalqın mənəvi inkişafının hərəkətverici qüvvəsi hesab olunur. Bu mənada dövlət və dövlətçilik dəyərlərinin artması, milli şüurun oyanışı və formalaşması, habelə özünüdərk məsələlərində milli mətbuatın, qəzetçiliyin rolu danılmazdır. Deyərdim ki, üzü mətbuatımızın təməl daşı olan Əkinçidən bu yana işıq üzü görmüş və indiki dövrə qədər fəaliyyət göstərən qəzetlər məktəb rolundadır. Bu qəzetlərdən biri də ötən əsrin üçüncü onilliyinin ortalarında işıq üzü görən, keşməkeşli mübarizələr yolu keçən və 90 yaşını tamamlayan "Yeni Tərtər" qəzetidir.
Bir əsrə yaxın tarixi özündə təcəlli etdirən qocaman qəzet fəaliyyətinin ilk günündən əyalət və xalq kütləsinin xitabət kürsüsünə çevrilərək öz səhifələrində kəndlilərin - sadə insanların, elm və mədəniyyət işçilərinin - ziyalıların üzünə həmişə açıq olmuşdur. Redaksiya kollektivi oxucu məsləhətini, istək və təkliflərini hər zaman qiymətləndirmiş, dərc olunan materialların aktuallığını, mənəvi dəyərlərə sadiqliyini, xalq dilinə yaxınlığını əsas meyar kimi üstün tutmuşdur. Çünki qəzet redaksiyasında hər zaman işinə sevgi və məsuliyyətlə yanaşan işçilər olmuşdur. Hesab edirəm ki, ömür yolunu, taleyini sevib-seçdiyi jurnalist ixtisasına, qəzetçilik fəaliyyətinə bağlayan, biliyini, yaradıcılığını bu sahəyə sərf və həsr edən, milli mətbuata, onun tarixi irsinə sadiq qalan ən gözəl nümunə kimi Svetlana Bağırovanın ismini çəkmək yetərlidir. Mübaliğəsiz demək olar ki, "Yeni Tərtər" qəzetinin Azərbaycan mətbuatında kəsb etdiyi önəm qədər Svetlana xanım da qəzetin tarixində və taleyində mənəvi sütun kimi bir o qədər əhəmiyyətli və vacib isimlərdəndir.
Svetlana Bağırova uzun illərdi ki, çalışdığı və rəhbərlik etdiyi qəzetdə daim dövlətə, xalqa sədaqətlə xidmət etmiş, qələmini süngüyə çevirərək canla-başla Vətən naminə fədakarcasına fəaliyyətdədir. Tarixi həqiqət naminə qeyd etmək lazımdır ki, ölkəmizə zəfər və qələbə bəxş edən Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin əsasında Azərbaycan dövlətinin maraqları, Azərbaycan xalqı və ərazi bütövlüyü dayanır. Və əlbəttə ki, qələbənin əsas iki açarı: əlində silah və qələm tutan Vətən övladları oldu. Bismarkın sözləri ilə desək, ordu mümkün olanı əldə etmək sənətkarlığının dünyaya göstərdi. Həmçinin, dünya gördü ki, müahirəbələri tək silah gücü ilə deyil, həm də birlik - Dəmir Yumruq gücüylə də həll etmək olur. Sözsüz ki, bu mübarizədə uzun illər işğalçı erməni ordusu qarşısında topların mərmisindən, ölümsaçan raket atəşləri altında doğma şəhərini tərk etmədən yurddaşları ilə birgə bütün məşəqqətlərə dözərək yaşayıb-yaradan qəhrəman şəhərin "Yeni Tərtər" qəzeti kollektivinin də müstəsna əməyi, payı vardır.

Yazını yekunlaşdırarkən, bəndənizə həmkarım Hikmət İslamoğlu zəng etdi. "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə bütün yaradıcı və texniki heyəti və onun baş redaktoru əzizimiz Svetlana Xanımı təbrik edənlər sırasında ilk olaraq Ədliyyə Müşaviri Firdovsi Həmzə oğlu Sadıqovun olduğunu bildirdi. Fikrimcə, hünər, igidlik, şücaət yolunu seçənlərin dəyərini, qiymətini, canını Vətən yolunda fəda edən kişinin övladı olanlar duya bilər...
Yeri gəlmişkən qeyd edək ki, Firdovsi müəllimin atası mərhum Həmzə Sadıqov İkinci Dünya müharibəsi illərində peşəsinə sadiq əsgər kimi zirzəmidə ölümə məhkum olunmuş yəhudi övladlarını həyatı bahasına xilas etməsi, 1943-cü ilin yanvar ayının 30-da Hitlerin ən yaxın silahdaşı, Birinci Dünya müharibəsi iştirakçısı, 76-cı piyada diviziyasının komandiri Karl Fon Rodenberqi yaralanmağına baxmayaraq Qırmızı Oktyabr zavodunun yaxınlığında əsir götürmüş, 35-dən çox faşist öldürmüşdür. Təəsüf ki, onun misilsiz şücaəti, qəhrəmanlığı diviziyada olan Mikoyan soyadlı sovet əsgərinə verilmişdir.
Həmzə Sadıqov hospitalda müalicə olunarkən Mikoyan onun öldürülməsinə göstəriş verir. Səbəb isə H.Sadıqovun yəhudi uşaqlarını, ailələlərini xilas etməsi olur. Görünən odur ki, erməni cəlladları faşistdən də təhlükəlidir. Ancaq H.Sadıqovun mərdanəliyi millətimizin qəhrəmanlıq tarixinin şanlı səhifəsinə həkk olaraq qalacaq. Çünki şücaət, mərdanəlik azərbaycanlı canında, qanındadır. Necə ki biz və dünya buna 44 günlük Vətən savaşında şahidlik etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: "Şuşa qalasına igid əsgər və zabitlərimizin əllərində süngü, bıçaqla sıldırım qayalara dırmaşaraq, dünya hərb tarixinə qəhrəmanlıq nümunəsi göstərdilər". Görünən odur ki, öncə “Fədai” cəmiyyəti, sonra “Difai” partiyası yaradaraq ermənilərin xalqımıza qarşı törətdikləri kütləvi terror və qırğınlara bir əlində qələm, bir əlində silah tutaraq öz bəy nəslinin, xalqının dəyərlərinə sadiq qalaraq Azərbaycanın şərəfini qoruyan Əhməd bəy Ağaoğlu torunları bu gün də var, yarın da.

Sonda bir daha doğma Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirən, 1968-ci ildən ömrünü qəzetçiliyə bağlayan, elin-obanın hörmətli ziyalısı, vətənpərvər xanımı Bağırova Svetlana Bilal qızını uzun illərdi ki, baş redaktoru olduğu "Yeni Tərtər" qəzetinin 90 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, mətbuat və xalq naminə fədakar əməyində uğurlar arzulayırıq...


Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi


24-05-2024, 07:34
Beş ilin yekunu, yaxud…


Beş ilin yekunu, yaxud…

Demək olar ki, artıq ali təhsil müəssisələrində yaz semestri başa çatmaq üzrədir. Semestr boyu müəllimlərimiz tərəfindən keçirilən dərslərin, verilən tapşırıqların öhdəsindən gəlməyə, etimadı doğrultmağa çalışırıq. Buna baxmayaraq tənəffüs müddəti yuxarı kurs tələbələrinin gərgin şəraitdə çalışması, müəllimlərimizin onlara əllərindən gələn köməyi göstərməsi diqqətimdən yayınmır. Sonra məlum olur ki, artıq əyani təhsil alan həmin bakalavrlar istehsalat təcrübəsindədirlər. Digər qiyabi təhsilalanlar isə təcrübə ilə yanaşı, həm də diplom müdafiəsi və dövlət imtahanına hazırlaşırlar. Məlumdur ki, 2020-ci ildə və ondan sonra bakalavr pilləsinə daxil olan tələbələrin diplom işi müdafiə etməsi və ya attestasiya imtahanı verməsi ləğv olunub. Bu mənada indiki qiyabi təhsilalanlar (2019-cu ildə qəbul olunanlar) demək olar ki, bakalavr pilləsində sonuncu diplom müdafiəçisidirlər.

Bu məsələ birinci kurs tələbəsi olaraq mənim də marağımı çəkdi. Bəlkə də buna səbəb auditoriyamızın qiyabi şöbə ilə yaxın məsafədə olmasıdır. Tələbələr mütamadi olaraq bu otağa gəlir, müəllimlərlə çox vaxt da Esmira Rövşənova ilə məsləhətləşirlər. Beləcə, gərgin keçən iş prosesinə yaxından bələd olmaq, işin gedişatını öyrənmək və izləmək üçün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin sonuncu kurs tələbəsi Əsgər İsmayılovla bir gün keçirmək qərarına gəldim. O, təklifimə məmnunluğunu gizlətmədi. Söhbət əsnasında aydın oldu ki, diplom müdafiəsi ilboyu öyrəndiklərini, nəzəri və təcrübi biliklərini sistemləşdirmək, möhkəmləndirmək, sonda analitik və yaradıcı düşüncəni birləşdirərək son nəticəyə gəlməkdir. Məlum oldu ki, buraxılış işi "Milli Mətbuat tarixi" kafedrasında olacaq. Üzərində işlədiyi mövzu isə "Erməni-müsəlman davası"dır. Mövzu olduqca tarixidir, dünən, bu gün, sabah üçün çox əhəmiyyətlidir. Gün ərzində Əsgərlə nəşriyyata, kitab mağazasına, arxivə baş çəkdik. "Azərbaycan" qəzetinin müxtəlif nüsxələrilə tanış olduq.
Tariximizin qaranlıq səhifələrinə işıq salan qəzetin hər nömrəsi bizdə kədər və sevinclə bərabər, həm də xüsusi maraq doğurdu. Azərbaycan Respublikasında keçirilən seçkilər və digər tarixi məqamlar diqqət çəkdi. Digər məqam ondan ibarətdir ki, tarixi vərəqləyərkən yazıların əksərən kiril və ya əski əlifbada olması idi.

Bir əsrdə dörd dəfə əlifbanın dəyişməsi nə qədər də ağrılı imiş, deyə öz-özümə təəssüfləndim. Zaman azlığına baxmayaraq müəyyən mənada çalışdım ki, bu əlifbada nələrisə öyrənim. Əsgər bildirdi ki, ADA Universitetinin təşəbbüsü ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatı artıq transliterasiya olunmaq üzrədir. 20 cilddə nəzərdə tutulan toplunun demək olar, xeyli hissəsi işıq üzü görüb.
Sevindirici haldır ki, Azərbaycanın səhifələrində yaşayan müstəqillik və mübarək tariximiz bütün oxucular üçün əlçatan olacaq. Təbii ki, dünəninə bağlı olanlar üçün. Əsgərlə söhbətimiz əsnasında bildirdi ki, əvəzsiz tədqiqatçı, böyük azərbaycanlı rəhmətlik Şirməmməd Hüseynov vaxtilə gərgin zəhmət və çətinliklə Üzeyir Hacıbəylinin, Məhəmməd Əmin Rəsulzadənin yazılarını transliterasiya edərək qəzetlərdə dərcinə nail olmuş, həm də ayrıca kitablar halında nəşr etdirmişdir. Bununla da həm də "erməni-müsəlman davası"nın tarixi, bu məsələyə münasibətin kökləri görünmüşdür. Ümumən bu məsələyə fundamental yanaşan şəxsiyyətlərdən biri də Üzeyir bəy olmuşdu. Onun musiqisi, publisistikilası, geniş mənada bütün yaradıcılığında bunu görmək olar.
Əsgərlə olan görüşümüzün sonlarına yaxınlaşarkən, Şirməmməd Hüseynov yaradıcılığına bir daha toxundu. Şirməmməd müəllimin Üzeyir bəydən həm jurnalistlər üçün, ümümən hamıya xitabən söylədiyi misalı xatırladı: "Vətən abadlığı, millət səlamətliyi, camaat tərəqqisi, dövlət intizamı, bir də istiqlaliyyət. Kim bu prinsiplərə əməl edərsə, bizim qəzetin səhifəsi bir ananın öz doğma övladına açdığı qucağı kimi ona açıqdır.”
Dostluq şəraitində keçən görüşün sonuna gəldik və qarşı tərəfə minnətdarlıq etmişdim ki, birdən kitablar arasında rəngsiz, solğun şəkil diqqətimi çəkdi. Və şəklin tarixini soruşdum: - "Ayxan, rəsmdəki müəllimlər fakültəmizin sütunları olub və həmişə sevgiyə, sayğıya layiqdirlər. Mahmud müəllimə cansağlığı arzulayıram, şəkildəki digər müəllimlərimizin də ruhu şad olsun", deyə bildirdi. Digər müəllimlərin adlarını sadalamağı xahiş etdim. Əsgər ürəklə sağdan-sola saymağa başladı: Famil Mehdi, Tofiq Rüstəmov, Qulu Xəlilov, Seyfulla Əliyev, Mahmud Mahmudov və Əliş Nəbili. Söz verdim ki, yazını hazırlayanda bu şəkil başlıq olacaq.

Beləcə, Əsgərlə fakültə dəhlizində başlayan görüşümüz masa arxasında fakültə dəyərlərini yada salmaqla yekunlaşdı. Oxuculara isə xoş mütaliələr arzulamaq qaldı.

Ayxan İBİŞOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi
24-05-2024, 07:27
Quş-lar yox Quş-dar


Quş-lar yox Quş-dar

Azərbaycan xalqının formalaşmasında həm qıpçaq, həm də oğuz mənşəli bir sıra tayfalar və tirələr iştirak etmişlər. Bunlardan qarapapaq, qarasaqqal, qaraqovaq, qaramanlı, qaradağlı, qəmərli, qaçar, qaşqay, qurd, bayat, bayandurlu, kəngərli, padar, şahsevən, əfşar, kəbirli, dondar, qayı, qarxun, qarqar, topalhəsənli, kolanı, muradxanlı, otuzikilər, cavanşirlər, şamlı, rumlu, ayrım və s. göstərmək olar. Bu tayfalar həm Azərbaycanın və Türkiyənin, həm də başqa türk ellərinin alt yapısında dayanan əsas elementlərdəndirlər. Belə tayfalardan biri haqqında məlumat verərək bu tayfanın adı ilə bağlı yaranmış qeyri-dəqiqliyə, anlaşılmazlığa aydınlıq gətirmək istəyirəm.
Məlimdur ki, qədim türklər həmişə ova ov quşları və tazılarla gedərdilər. Ov zamanı xüsusi təlim görmüş alıcı quşların və ov itlərinin köməyi ilə ov daha maraqlı və məhsuldar keçərdi. Təsadüfi deyil ki, türk xalqları atların ilk miniciləri olduğu kimi ov itləri olan tazıların və ov quşlarının da ilk təlimçiləridirlər. Ov quşlarından şahin, tərlan, doğan, şonqar, şahbaz, qartal hətta türk xalqalarının antropoloji sistemində də daxil edilərək şəxs adı kimi istifadə edilmişdir. Məhz buna görə də, xaqanların və xanların saraylarında bu işlərə baxan xüsusi insanlar olurdular. Məsələn, atlara qulluq edənlərə mehtər, mehtərlərin böyüklərinə isə mehtərbaşı deyərdilər. Beləliklə, quş saxlayanlara quşçu, quşçuların böyüyünə isə quşdarbaşı deyirdilər. Əslən qıpçaq olan bir türk tayfası ov quşu yetişdirmək üzrə ixtisaslaşmışdı. Zaman keçdikcə bu tayfanın adı unuduldu, onlara elə quşçu – quşdar kimi müraciət etməyə başladılar. Onların tayfa adı beləcə dəyişdi. Bu tayfanın üzvləri körpə, yırtıcı quşları yuvalarından götürərək onları böyüdür, təlim verir və yüksək qiymətə satırdılar. Yuxarıda qeyd etdiyimiz kimi həm də saraylarda vəzifə tuturdular.
Lakin zaman keçdikcə quşçular bu vəzifə ilə yetinmədilər. Onlar yüksək inzibati vəzifələr tutmağa nail oldular. Təbii ki, sarayda yetişən gənclər yüksək təhsil və təlim görürdülər. Bizim coğrafiyamızda belə insanlardan üç nəfəri daha məşhurdur. Bunların biri Səfəvilər zamanında çox nüfuzlu şəxs olmuş Əli Quşçudur. O, sarayda vəzir olmuş və nüfuzlu bir dövlət xadimi kimi tanınmışdır. İkincisi isə Osmanlı sarayında yeniçəribaşı olan Doğan Quşçudur. O, II Sultan Mehmet Fatehin zamanında yeniçəribaşı vəzifəsini tutaraq Mehmetə qarşı müxalifətdə dayanmışdır. Sonda isə saray çəkişmələrinin qurbanı olmuşdur.
Üçüncü şəxs isə tanınmış astronom-alim, orta əsrlərdə Özbəkistanda yaşamış əsl adı Əbül-Qasim Əliəddin ibn Məhəmməd əl-Quşçudur. O, Əli, bin-Məhəmməd əl-Quşçu kimi tanınır. O da quşçu tayfasının nümayəndəsi kimi məşhurdur. Məhz bu tip insanların, nüfuzlu quşçuların sayəsində quşçu – quşdar tayfası türk coğrafiyasına yayılaraq çox miqdarda toponimik vahidlər formalaşdırmışdır. Azərbaycan coğrafiyasında Təxminən 20-yə yaxın bu adlı toponimik vahid mövcuddur.
• Quşçu – Göygöl, Yevlax, Laçın və Şamaxı rayonlarında dörd kənd;
• Quşçu Dağı (1421 metr), Quşçular Dağı – Şamaxı və Xocavənd rayonlarında dağ adları;
• Quşçu kəndi, Quşçu məbədi, Quşçu Dağı – Daşkəsən rayonunda;
• Quşçu-Ayrım, Dondar Quşçu, Aşağı Quşçu – Qazax və Tovuz rayonlarında üç kənd;
• Dəli Quşçu, Dağ Quşçu, Çöl Quşçu – Zərdab, Siyəzən və Şabran rayonlarında üç kənd;
• Quşlar – Qəbələ və Kürdəmir rayonlarında iki kənd;
• Quşçular – Goranboy, Cəbrayil və Xocavənd rayonlarında üç kənd;
• Aşağı Quşçular, Yuxarı Quşcular – Şuşa rayonunda iki kənd;
• Quşlar kəndinin xarabalıqları – Oğuz rayonunda;
• Quşar adlı nəsil – Qax rayonunun İlisu kəndində;
• Quşçu, Quşçu qalası – Gürcüstanın Marneuli rayonunda kənd və tarixi abidə;
• Quşi, Quşçu – İrəvan xanlığında üç kənd;
• Quşi, Quşidərəsi – İrəvan quberniyasında iki kənd;
• Quşçuqaya – Gəncə quberniyasının Qazax qəzasında mahal;
• Quşçu – Ermənistanın Abaran və Dərələyəz rayonlarında iki kənd;
• Quşçu – Ermənistanın Qafan rayonunda keçmiş kənd;
• Quşçu – İranın Qərbi Azərbaycan ostanında şəhər;
• Quşçu – İranın Şərqi Azərbaycan və Qəzvin ostanlarında iki kənd.
Belə kəndlərdən biri də hal-hazırda müəllim vəzifəsində çalışdığım Kürdəmir rayon Quşlar kənd natamam orta məktəbinin yerləşdiyi “Quşdar” kəndidir. Lakin çox böyük təəssüf hissi ilə qeyd etməyi özümə borc bilirəm ki, bu kəndin adı qeyd edilərkən leksik-semantik yanlışlığa yol verilərək kəndin adı “Quşlar” şəklində yazılmışdır. Yuxarıda da göstərdiyimiz kimi tayfanın adı quşdar olduğu üçün (quş saxlayan, quş yetişdirən; maldar sözündə oldoğu kimi) adı da quşdar şəlində yazılmalıdır. Quşlar şəklində yazılarkən kəndin adının mənası tamam başqa cür səslənir. Dar komponenti lar cəm şəkilçisi kimi səslənir.
Fikrimizcə bu səhv həm Kürdəmir, həm də Qəbələdə dərhal aradan qaldırılmalıdır. Kənd əhalisi və əlaqədar qurumlar bu səhvin fərqinə varmalıdırlar.

Mircəlal İSMAYILOV,
Kürdəmir rayon Quşdar tam
orta məktəbin dil-ədəbiyyat müəllimi


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!