Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
6-05-2024, 22:44
"Qəbələ" "Səbail"i məğlub etdi


"Qəbələ" "Səbail"i məğlub etdi

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.
Günün yeganə oyununda "Səbail" və "Qəbələ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Səbail" 42 xalla altıncı, ötən tur "Kəpəz"ə məğlub olaraq Premyer Liqa ilə vidalaşan "Qəbələ" isə 20 xalla sonuncu - 10-cu yerdədir.
Turun daha əvvəl reallaşan görüşlərində "Qarabağ" "Neftçi"yə 5:0, "Zirə" "Turan Tovuz"a 2:1, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
6-05-2024, 22:26
ABŞ-la Ermənistan arasında qərargah danışıqları


ABŞ-la Ermənistan arasında qərargah danışıqları

Ötən həftə ABŞ-nin Avropa Komandanlığı və Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə ilk illik qərargah danışıqları baş tutub.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, danışıqların məqsədi müdafiə prioritetlərini və gələcək illərdə əməkdaşlıq məsələlərini müzakirə etməkdir.
6-05-2024, 22:17
Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı


Bakı bulvarında salınan velosiped zolağı narazılıq yaratdı

Bakı bulvarında salınan velosiped zolağının birbaşa şlaqbaum və parklanmanın üstündə olması velosiped sürənlərin narazılığına səbəb olub.
Bununla bağlı sosial şəbəkədə paylaşım edilib.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov "oxu.az"a bildirib ki, sosial mediada paylaşılan şəkilin çəkildiyi rakurs pandusdan sonra mikromobillik zolaqlarının dəmir dirəklərə dirəndiyi təəssüratını yaradır:
“Reallıqda isə pandusla hərəkət edən mikromobillik vasitələrinin istifadəçiləri kiçik radiusda sola meyillənməklə hərəkətlərinə davam edə bilərlər. “Park Bulvar” ticarət mərkəzinin qarşısında “Paylaşılan zona” (share zone) yaradılacaq və yol nişanları quraşdırılacaq. Mikromobillik vasitələrinin istifadəçiləri həmin hissəni piyadalarla birgə istifadə edəcəklər. Təhlükəsizliyin təmin olunması məqsədilə ticarət mərkəzinin yeraltı dayanacağının giriş-çıxışlarında sürətməhdudlaşdırıcı maneələr də quraşdırılacaq
6-05-2024, 21:47
HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi


HƏMAS İsraillə razılaşmaya "HƏ" dedi

HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs təklifini qəbul etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə o, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani və Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamil ilə telefon danışığında bildirib.
Qeyd edək ki, Qətər və Misir HƏMAS və İsrail arasında danışıqlarda vasitəçi rolunu oynayır.
“Mən onlara HƏMAS hərəkatının atəşkəs razılaşması təklifini təsdiqləməsi barədə məlumat verdim”, - HƏMAS-ın kanalında deyilir.
Bundan bir qədər əvvəl “The Times of Israel” qəzeti İsrail ordusunun Rəfah şəhərinin şərq bölgəsində təxliyə çağırışı ilə bağlı vərəqələr yaymağa başladığını yazıb. İsrail Qəzza zolağının cənubunda yerləşən şəhərdə hərbi əməliyyat keçirmək niyyətindədir.
Aprelin 29-da danışıqlar zamanı HƏMAS-a 40 günlük atəşkəs təklif olunub . Razılaşma həmçinin HƏMAS yaraqlıları tərəfindən saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsini də əhatə edir.
6-05-2024, 20:51
Laçında müntəzəm marşrut xətləri açıldı


Laçında müntəzəm marşrut xətləri açıldı

Bu gündən Laçın şəhəri - Zabux kəndi və Laçın şəhəri - Qarıkaha kəndi - ”Zerti” Aqro-Sənaye Parkı müntəzəm marşrut xətləri sakinlərin istifadəsinə verilib.
Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev deyib.
O bildirib ki, marşrutlar arasında interval əhalinin sayına uyğun olaraq müəyyən ediləcək: “Avtobuslar laçınlı sahibkar tərəfindən hər hansı bir gəlir gözlənilmədən hər gün xəttə buraxılacaq və intensiv işləyəcək. Nəzərdə tutulan istiqamət üzrə yolun uzunluğu təxminən 40 kilometrə qədərdir”.
“Gələcəkdə “Yaşıl enerji zonası” elan olunan Laçın rayonunda zamanın çağırışlarına çevik cavab verən elektrikli nəqliyyat vasitələrinin də istifadəyə verilməsi gözlənilir”, - deyə Hüseyn Quliyev əlavə edib.
Qeyd edək ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin olunub.
6-05-2024, 20:22
Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək?


Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək?

Moskvada keçiriləcək Qələbə paradında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də Kuba, Laos və Qvineya-Bisau liderləri iştirak edəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O bildirib ki, MDB, İttifaq dövləti və KTMT-nin icra orqanlarının rəhbərləri də tədbirə dəvət olunub.
"Mayın 9-da xarici dövlətlərin başçıları və xarici nümayəndələr Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcəklər”, - deyə Uşakov bildirib.
6-05-2024, 20:10
Sülhməramlılar Xocalı aeroportunu tərk edir


Sülhməramlılar Xocalı aeroportunu tərk edir

Bu gün səhər saatlarından Rusiya sülhməramlılarının növbəti hərbi yük maşınlarından ibarət karvanı Xocalı aeroportundakı ərazini tərk edib.
Bildirilir ki, sülhməramlılar Goran dəmir yolu stansiyasına hərəkət edib.
6-05-2024, 19:23
Slovakiyanın Baş naziri Azərbaycana gəldi


Slovakiyanın Baş naziri Azərbaycana gəldi

Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
6-05-2024, 18:48
Qədim keltlərin (seltlərin) mifoloji terminlərinin izahı



Qədim keltlərin (seltlərin) mifoloji terminlərinin izahı

(Druidizm - Ağac kultu)

Dilçilik elminin problemləri qlobal problemlərdir. Bütün dünya dillərində bu problemlərin yolları araşdırılır. Buna baxmayaraq dilçilik akademiyaları bu prosesləri ləngidə bilmir, əksinə problemlər daha da dərinləşir. Dillərdə sözlər arxaikləşir və tam şəkildə sıradan çıxaraq yerini digər xalqların dillərində olan sözlərlə əvəzləşdirir. Soyumuzun mirası olan sözlər qeybə çəkilir. Bu bütün dillərdə belədir. Yeganə olaraq ərəb dilidir ki, Qurani Kərimin sayəsində qədim ərəb sözləri bugünkü günə qədər qorunub saxlanmışdır. Təfsirçilər Quranın hər bir kəlamını əski qaydada izah edərək, ayələrdəki sözlərin arxaikləşməsinin qarşısını ala bilmişlər. Bəlkə də, Şah İsmail Xətai dövrünün savadlı adamları sayəsində qələmə aldırdığı “Kitabi Dədə Qorqud”un nüsxələrini çoxaldıb yaymağa icazə vermiş olsaydı, yəqin ki, qədim oğuz dillərində olan sözlərin də çox hissəsi günümüzə gəlib çata bilərdi... Özümüzdən qurtarmayıb keçək qərb xalqlarının yəni keltlərin dillərində olan tanrısal sözlərin izahına. Dilimizdə olan “Kelt dili” sözünün özü deformativ şəkildədir. "Kelt" sözü dilimizə rus dilindən “sekond-hand” (ikinci əl) kimi keçmişdir. ”Kelt” sözü qədim və bu gün mövcud olan qədim avropalıların Qaliya adından əvvəlki məcmu adıdır. “Kelt” sözü əslində avropalıların doğma dilində “Selt”dir. İngilis dilinin fonologiyasına görə “c” hərfindən sonra “e, i, y” hərfləri gələrsə, “c” hərfi “s” kimi oxunur.
Bu gün rus dilindən dilimizə keçən avropamənşəli bu strukturlu sözlərdə ingilis dilindəki “c” hərfi “s” səsi əvəzinə “k” səsi ilə oxunur. Məs: “cedrus” – “кедр”, “centaurus" – “кентавр”, “cinema” – “ кино”, ”Cyprus” – “Кипр” , ”Cyrus” – “Кир” və s.

Bu gün qədim avropa xalqlarının “keltlər” adlanmasında da səs deformasiyası müşahidə olunur. ”Kelt” sözü qədim avropa xalqlarının dilində “Seltae” sözündəndir.Yəni – “Seltlər”. Selt – Kelt. Tarixdən məlumdur ki, keltlərin vətəni olan Qərbi Avropa xalqları poiteist (çoxtanrıçılıq) olmuşlar. Qərb mifologiyasının ən dərin qatları keltlərə məxsusdur. Qədim Kelt xalqları təbiətdə olan ağacları, bitkiləri, heyvanları tamamilə mifləşdirmişlər. Kelt xalqlarının tarixində “Druizm” elə bir iz qoymuşdur ki, o bu günə qədər avropa xalqlarının folklorunda və real həyatında mühüm yer tutur. Druidlərin ağac cadusu çox qədim zamanlara gedib çıxır. Hətta kelt kahinlərini “druidlər” adlandırmışlar. Druidlər ağac kultunu sehrbazlıq rəmzinə çevirmiş, özlərini ağaclarla danışa bilən, onların gücünü özlərinə tabe etdirə bilən kahinlər kimi təqdim etmişlər. Ölkədəki yüksək sehrbazlıq əhval-ruhiyyəsi druidlərə dövlətdə vəzifə tutmağa da şərait yaratmışdır (Ensiklopedik materiallarda geniş təsvir olunduğundan təkrara ehtiyac bilmədim).

Bu gün irlandlar kelt mənşəli dillərdə olan “draoidh”, “deru”, druiade”, “druides” və s. sözlərin kökünü “deru” sözündən yarandığını hesab edərək, “sabit olmaq, bərk qalmaq” kimi mənada qəbul edirlər. Doğrudanmı bu belədir? Əgər bu sözün yaşını biz axtarsaq mənbələrdə göstərilən e.ə. 500-ci ildən çox qədimdir. Əslində ən qədim mifologiyalar hər xalqın insanı ilə yaşdaşdır. Məgər dünya xalqları 2500 il əvvəl dünyanı dərk etməyə başlamışlar? Halbuki, Misir Fironları (şərti 5000 il də azdır) mifologiyanı yaradanda məgər avropa xalqları ondan kənar qala bilərdilərmi? Əslində kelt dilində olan “draoidh” sözü çox qədimdir. Ona verilən məna sözün qədim forması ilə uyuşmur. Baxmayaraq ki, bu etimologiyanı müasir, qədim kelt mənşəli dilçi alimlər özləri vermişlər. Əgər məsələ “druidlər” sözünün etimologiyasının açılmasından gedirsə birinci növbədə sözün yaşı axtarılmalıdır. Söz mifolojidirsə deməli, bu sözün yaşının qədimliliyi təkzib olunmazdır. Əgər söz “ağac” kultu ilə bağlıdırsa, ilk növbədə dilçi-tədqiqatçı “ağac” sözünün həmin dildə oxşar variantlarını izləməlidir. Əgər biz “druid” sözünü şərti olaraq 2 hecaya bölsək, 1-ci heca olan “dr”, “dra”, “dro”, “dru”, “der” sözlərinin bir kökdən olmasını görərik. Bu gün biz ingilis dilini qədim kelt (Selt) dilinin varisi kimi qəbul ediriksə, “dro” sözünün psixolinqvistik-semantik analizlə müəyyən etmək olur ki, “dro” sözü müasir ingilis dilindəki “tree” – “ağac” sözünün qədim kelt dilindəki ilkin formasıdır. Qədim Kelt dilində “Dryas” – “Meşə Nimfası” kimi mənalanır.
Sözün 2-ci hecası “iade” əslində qədim kelt gilində “inanc” mənasını bildirən, müasir ingilis dilindəki “idol” sözündəndir. Qədim Kelt dilində “Druid” sözü fonoloji qaydada “Ağac inancı” mənasını bildirir (müəllif).

Müasir rus dilində “druidlər”lə bağlı kelt mənşəli sözlər lüğət tərkibində özünə xüsusi yer tutmuşdur. Eyni zamanda bu sözlər “druid” sözünün açılmasında açar rolunu oynayır. Rus dilində “дрова” – “ağac” mənasını verir. İngilis dilindəki “İdolatres” sözü isə rus dilində “идолопоклонник” – “bütpərəst” anlamına gəlir. İngilis dilində ”İdolatres” sözünə diqqət etsək, bu sözün tərkibində həm ”idol”, həm də “tree” sözlərini görərik. Əslində “idol” sözünün özü də 2 hecadan ibarətdir. 1-ci heca “İda” Qədim Friqiyalıların (Müasir Türkiyə ərazisinin Kiçik Asiya Qərbi-mərkəzi Anadoluda mövcud olmuş Friqiya dövləti) yaşadıqları ərazidə İda dağını özlərinə inanc yeri hesab edən Kibellərin inanc yerinin adından yaranmışdır. 2-ci heca “ol” isə qərb dillərində peşə bildirən “or” sözünün fonetik mümkün r-l əvəzlənməsi nəticəsində assimlatik formasıdır. ”İdol” sözü qədim kelt dilində “inanca sitayiş edənlər” mənasını verir (müəllif).

Rusiyada xristianlığın qəbulu zamanı bir müddət bütpərəstlərin çoxu yeni dini qəbul etmir, öz məsləklərində qalırdılar.Dindarlar onları “idiotlar” – “bütpərəstlər” adlandırırdılar. Sonralar Rusiyada xristianlıq hakim dinə çevrildikdən sonra bu söz rahiblər tərəfindən təhqiredici məna alaraq xalq arasında “idiot” – “axmaq” mənasında işlənmişdir. Sanki bu İslam dinində də “şərik” mənasını verən “müşrik” sözü kimi. İslamda Allahın tovhidliyini qəbul etməyən, ona şərik qoşanlara günah işlədən adamlar mənasında onlara “müşriklər” adı verilmişdir. Dildə özünəməxsus məna kəsb edən söz özünə yeni nominasiya almışdır. Druidlərin dini ayinləribəndən olan “Hollywood” bayramının adı da “ağac” mənasından yaranmadır. İngilis dilində “wood” sözü “meşə, odun, ağac, taxta” mənalarını bildirir. ”Holly” sözü də Qədim Kelt dilində “holy” müqəddəs sözündən olub, “müqəddəs bayramlar” mənasını bildirir. Sözün kökü Fironizmlə bağlıdır. ”Holy” sözü Qədim Misirlilərin “Hor” – “Günəş Tanrısı”nın adından yaranmadır (mümkün r-l əvəzlənməsi). İngilis dilindəki “holyday” – “istirahət günü, tətil” sözləri də buradandır. Qərbdən fərqli olaraq Qədim Türklərdə ağac kultu sehrbazlıqdan çox, məişətdəki əhəmiyyətinə görə inanca çevrilmişdi. Qədim Oğuzlar “qara ağcaqayın” ağacını müqəddəs hesab edirdilər. Onlar bu ağacdan ov və silah vasitəsi olan “ox” alətini düzəldirdilər. Ağcaqayın ağacının onların həyatında mühüm rol oynaması səbəbindən bu ağac onlar üçün müqəddəs hesab edilmişdir. Qərb ölkələri Qədim Oğuzların bu inanclarına görə “qara ağcaqayın” ağacını “Acer Tataricum” adlandırmışlar (Avropalılar türklərə “tatarlar” deyirdilər). Dağdağan ağacı da Qədim Türklərin müqəddəs ağac kultudur. Maraqlıdır ki, bu günə qədər folkloristlər “dağdağan ağacının” müqəddəsliyini sözün mənşəyinə görə təqdim edə bilməmişdilər.
Ta qədim zamanda türklər (eyni zamanda bütün dünya xalqları) dağları müqəddəs hesab edərək, onu Od Tanrısının məskəni kimi hesab etmişlər. Dağdağan ağacı sərt mühitə davamlı olduğundan ziyarət hesab edilən dağlarda bitdiyindən onu müqəddəs hesab etmişlər. ”Dağdağan” sözünün 1-ci hecası dağda bitdiyi üçün “dağ” sözündəndir. Qərb dillərindədə bu eyni semantikadandır. Latın dilində ”Dağdağan” – ”Montanum” sözü “mountain” – “dağ” sözündəndir. Dağdağan sözünün 2-ci hissəsi olan təkrarlanan “dağ” sözü isə teolojidir. Teoloji düşüncəyə görə dağın zirvəsi “Od Tanrısı”nın məkanı sayılırdı. Dağdağan ağacının oduncağından düzəldilən nəzərqaytaran muncuqlar hazırlandıqdan sonra onları odda dağlayaraq ütürdülər. Qədim Türklərin “ütmək” sözünün kökü “üt” sözü də “od” sözündəndir. ”Ütü” sözü rus dilinə də “утюr” kimi adlanır. “Ütü” sözü “Od Tanrısı”nın əlaməti kimi Qədim Türkün sözyaradıcılığında onların psixoloji düşüncələrinin məhsuludur. İngilis dilində də eyni paralellikdir. ”İron”-“ütü” qədim Fironizmdən gələn “od” mənasını verən “hor-ir” sözünün assimlatik formasından yaranmadır...

Türk ağac kultundan olan Qarağac” da müqəddəs ağac hesab olunur. Ağacın rənginin matəm rəngində olması – (qalarkən qara rəng alır) həmin ağacdan qəbirüstü (başdaşı əvəzi) əlamət kimi istifadə olunmuşdur. Ağdam rayonunda olan məhşur Qarağacı qəbiristanlığı da adını bu ağac kultundan götürmüşdür. Rəvayətlərdə söylənilən Sarıhacı və Qarahacı qardaşları hekayəti xalq etimologiyasıdır (Həmin əraziyə yaxın olan yerdə Sarıhacılı kəndinin adı ilə Qarağacı adına oxşarlıq yaratmaq fikrindəndir).

P.S. Mifologiya folklorun elə tərkib hissəsidir ki, o bütün xalqların tarixində mövcuddur. O, xalqların formalaşmasında mühüm yer tutur. Bəzən mifik hesab etdiyimiz təsəvvürlər həyatda gerçəkliyə də keçə bilir. Necə ki, Qədim Türklərin uçan xalça, yerin altı ilə getmək, sevgilisinin əksini suda görmək, telinin tükünü bir-birinə sürtməklə sevgilisi ilə danışmaq və nələr, nələr... Bu gün bu mifik arzuların hər biri yeni texnologiya əsasında həyata keçmişdir. Əgər biz insanı “ömür ağacı” kimi təsvir etsək, sanki o, ictimai formasiyanı özündə təzahür edir. İbtidai, orta, tam şəklində dünyanı hissə-hissə dərk edir. O, da nağıllardan başlayıb, gerçəkliyin dərkinə qədər (Dünyanı dərk etmək istisna olmaqla). Mifologiya həyatın rənglənmiş formasıdır. O, insanın əlçatmaz arzuları şəklində ömürboyu onunla olur. Dilçilik elmi mənbələrə görə XVIII əsrdən formalaşıb. Əslində dilçilik elmi də tarix elmi kimi ibtidadan öyrənilməlidir. Deyək ki, bizlər sovet sistemində yaşadığımızdan dilçilik tarixini dərindən öyrənə bilməmişik. Yəni dilin tanrıçılıqla bağlı olduğu səbəbindən. Bəs Avropa dilçiləri Oxford, Humbolt, Kembric, Harvard Universitetlərinin akademikləri bu sahəni niyə öyrənməyiblər? Onlar sözlərin təsnifatlandırılması yolunu heç bu gün də bilmirlər? Əgər ən müasir loboratoriyalar, İTK, robotizm buna kömək edə bilmirsə yenə də fərdi insan amili daha üstündür. Onu da qiymətləndirən olsa... Bu məqaləni bir dilçi alim yaza bilsəydi mən inanıram ki, dilçilik tarixi çox inkişaf etmiş olardı. Hər bir xalqın dilinin zənginliyi onun dil tarixinin öyrənilməsi ilə ölçülür. Bunun yolu isə birdir. Yəni heç bir elmi mənbəsi yazılmayan teolinqvistika.

Fikirləşirəm, görəsən adını çəkdiyim universitetlərin aliminin biri bu məqaləni oxusaydı mənə nə cavab yazardı?..

Həsən Əliyev
6-05-2024, 18:48
Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb


Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!