3-07-2024, 22:47
3 ölkə mütəmadi birgə təlimlər keçirəcək Azərbaycan, Türkiyə və Pakistanın silahlı qüvvələri mütəmadi qaydada birgə təlimlər keçirəcəklər.
Bu barədə iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə razılıq ələ edilib.
Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş” şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub.
Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb.
3-07-2024, 22:36
İlham Əliyev qeyri-rəsmi şam yeməyinə qatıldıİyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından qeyri-rəsmi şam yeməyi verilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
3-07-2024, 22:32
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni nailiyyətlər əldə edəcək"İnanıram ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bundan sonra da ölkə quruculuğunun müxtəlif istiqamətlərində yeni nailiyyətlər əldə edəcək.
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Si Cinpin qeyd edib ki, Çin-Azərbaycan əlaqələri səmimiyyətə və qarşılıqlı etimada əsaslanır.
“Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır. Çin-Azərbaycan münasibətləri həmişə sağlam və sabit şəkildə inkişaf edib. İki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Bu gün biz Birgə Bəyannamə qəbul edəcəyik. Bu sənədlə ikitərəfli əlaqələrimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyimizi bəyan edəcəyik. Bu, həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik”, - Çin Sədri qeyd edib.
3-07-2024, 22:23
Türk silahları dünyanın 185 ölkəsində istifadə olunur 2024-cü ilin iyun ayında Türkiyənin müdafiə və aviasiya kompleksinin şirkətlərinin ixracı 563 milyon dollara çatıb.
Bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün çərşənbə axşamı sosial şəbəkələrdə paylaşıb.
Nəşrə görə, ilin birinci yarısında Türkiyənin müdafiə təyinatlı məhsullarının xaricə tədarükünün həcmi ümumilikdə 2 milyard 883 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 21,6 faiz çoxdur.
“Məqsədimiz yüksək əlavə dəyərə malik məhsullar sayəsində Türkiyənin hərbi-sənaye kompleksinin uzunmüddətli, mütərəqqi artımını təmin etməkdir. Biz fəxr edirik ki, Türkiyə müdafiə şirkətlərinin məhsulları dünyanın 185 ölkəsində uğurla istifadə olunur”, - deyə Görgün qeyd edib.
Haluk Görgün müdafiə və aviasiya şirkətlərini “Türkiyənin yüksələn parlaq ulduzu” adlandırıb.
3-07-2024, 22:20
Ərdoğan və Şərif COP29-da iştirak edəcəklərTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif COP29-da iştirak edəcəklər.
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüşdə Türkiyə Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət edib.
Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmnunluqla qəbul ediblər.
3-07-2024, 21:25
Qadın güləşçimiz Avropa çempionatının finalında Azərbaycan güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlıların Avropa çempionatında finala vəsiqə qazanıb.
59 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luna Rotenberger (12:2) və rumıniyalı Ana Mariya Puiuya (tuş) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda litvalı Anna Tielieginadan da güclü olan (9:5) R.Məmmədova adını finala yazdırıb. O, həlledici görüşdə rusiyalı Yelena Kurovayla güləşəcək.
Elvina Kərimzadə (50 kiloqram) polşalı Yoanna Samsonoviçi (6:4) yarışdan kənarlaşdırsa da, 1/4 finalda isveçrəli Svenja Junqoya (tuş) məğlub olub. Kərimzadə sabah təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmanla qarşılaşacaq. Nərgiz Səmədova (55 kiloqram) niderlandlı Olqa Zakrzevska (7:0) üzərində inamlı qələbə qazansa da, 1/4 finalda belaruslu Marta Hetmanavayla bacarmayıb – 0:10. Səmədova təsəlliverici görüşdə polşalı Nikola Vişnevska ilə üz-üzə gələcək.
Fatimə İsayeva (68 kiloqram) ilk mərhələdə rusiyalı Alina Şevçenkoya müqavimət göstərə bilməyib – 0:11. İsayeva təsəlliverici görüşdə polşalı Karolina Domaşukla mübarizə aparacaq.
3-07-2024, 20:42
Bu avtobuslardan istifadə edənlərin nəzərinə..Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 4 iyul saat 07:00-dan 5 iyul saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.
3-07-2024, 20:04
Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaqBəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq.
Bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı bildirib.
“Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir”, - Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.
3-07-2024, 19:32
Ermənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdırErmənistan Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ermənistan qonşuları ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır və bunun üçün əməli səylər göstərir.
“Biz Türkiyə ilə münasibətləri tamamilə normallaşdırmağa, əlaqələr qurmağa, sərhədi açmağa və bunun fonunda artıq əldə edilmiş razılaşmaları həyata keçirməyə hazırıq”, - deyə Mirzoyan vurğulayıb.
3-07-2024, 18:24
Çin Azərbaycanla bağlı bu məsələni dəstəkləyirÇin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır.
Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında “Birgə Bəyannamə”də deyilir.
“Birgə Bəyannamə”də bildirilib ki, Çin ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir.