Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
9-07-2024, 20:19
İlham Əliyev Pezeşkiana zəng etdi


İlham Əliyev Pezeşkiana zəng etdi

İyulun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı Məsud Pezeşkianı İran İslam Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Məsud Pezeşkian göstərilən diqqətə və təbrikə, həmçinin Prezident seçilməsi münasibətilə dövlətimizin başçısının daha əvvəl göndərdiyi məktuba görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İran Prezidenti gələcəkdə də ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Telefon söhbəti əsnasında Azərbaycan və İran prezidentləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı ölkəmizə səfərə dəvət edib.
Dəvəti məmnunluqla qəbul edən İran Prezidenti dövlət başçısına minnətdarlığını bildirib və öz növbəsində, Azərbaycan Prezidentini İran İslam Respublikasına rəsmi səfərə dəvət edib.
Dövlət başçısı bu dəvəti məmnunluqla qəbul edib.
9-07-2024, 19:45
Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar


Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün yeni avadanlıqlar

Avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər üçün texniki avadanlıqlar tətbiq ediləcək.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, paytaxtın avtobus zolaqlarına qanunsuz daxil olan avtomobillər ictimai nəqliyyatın fasiləsiz hərəkətində ləngimələr, süni tıxaclar, maneələr yaradır.
"Şəhər sakinlərini narahat edən bu halların qarşısının alınması istiqamətində DİN tərəfindən tədbirlər görülür. Xüsusilə, avtobuslarda zolağa qanunsuz daxil olan avtomobillərə qarşı qanuni tədbirlər görülməsi üçün texniki avadanlıqlar tətbiq olunacaq. Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə avtobuslarda pilot qaydasında müşahidə və nömrətanıma sistemləri quraşdırır. Bununla yanaşı, DİN tərəfindən seçilmiş stasionar nöqtələr müvafiq avadanlıqlarla təchiz edilir. Yeni sistemin qurulmasında məqsəd şəhər sakinlərinin ictimai nəqliyyatda fasiləsiz hərəkətini təmin etməkdir", - məlumatda qeyd edilib.
9-07-2024, 19:44
MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır


MİQ imtahanı verənlərin nəzərinə! - Apellyasiya başlayır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin tarix, coğrafiya və alman dili fənləri üzrə test imtahanının apellyasiya müraciətlərinə qəbul başlayıb.
Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.
Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
9-07-2024, 19:09
Meloni Vaşinqtona getdi


Meloni Vaşinqtona getdi

İtaliyanın Baş naziri Ciorcia Meloni NATO-nun 75-ci yubiley sammitində iştirak etmək üçün ABŞ-a səfərə gedib.
Bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.
İyulun 9-11-də keçiriləcək sammit çərçivəsində C.Meloninin müxtəlif ikitərəfli görüşlər keçirməsi gözlənilir.
9-07-2024, 18:25
Azərbaycanda bu kanalların yayımı dayandırılır


Azərbaycanda bu kanalların yayımı dayandırılır

Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.
İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.
Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.
Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, "ARB" televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının ("ARB 24" MMC-nin "ARB" kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının "ATV" kanalının və "RTV" MMC-nin "ARB Günəş" kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.
9-07-2024, 18:04
Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək


Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Zəfər Kuboku" keçiriləcək

20-21 iyulda Qusar Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibətilə jurnalistlər arasında Zəfər Kuboku keçiriləcək.
İdman Araşdırmalar Mərkəzi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, "Avrora Group"un baş sponsorluğu ilə ardıcıl dördüncü dəfə baş tutacaq yarışa 6 komanda qatılacaq.
Bunlar əvvəlki iki turnirin qalibi "Şuşa", son iki finalçı "Kəlbəcər, ilk turnirin qalibi "Zəngilan", jurnalist müharibə veteranlarından ibarət "Ağdərə", "Report" İnformasiya Agentliyinin kollektivindən təşkil olunmuş "Füzuli" və debütant "Laçın" kollektivləridir.
Püşkatma mərasimi iyulun 12-də saat 10:00-da Bakının Dərnəgül qəsəbəsindəki Voleybol Mərkəzində baş tutacaq.
9-07-2024, 17:44
Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?


Azərbaycanda diplomları tanınmayan ali məktəblər hansı ölkələrə məxsusdur?

İyun ayı üzrə xaricdə təhsil almış 308 müraciətçinin 237-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 71 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Onların diplomları tanınmayıb.
Bəs diplomlar hansı hallarda tanınmır? Bu kimi hallar əsasən hansı ölkələrin ali məktəbləri ilə bağlı yaşanır?
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə məsələylə bağlı fikir bildirib.
Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması xüsusi bir prosedurdur:
“Bunun üçün ilk növbədə ali təhsil müəssisəsi akkreditasiyadan keçməlidir. Hər bir ölkədə ali məktəblər akkreditasiyadan keçir. Bu həmin ali təhsil müəssisəsinin öz ölkəsində və digər ölkələrdə tanınması deməkdir. Bəzən bizim tələbələr xarici ölkələrə gedir, bu məqama diqqət etmədən akkreditasiyadan keçməmiş ali məktəblərə daxil olur, təhsil alırlar, sonda isə diplomları tanınmır”.
Şura sədri bildirib ki, bu kimi halların baş verməsində başqa səbəblər də ola bilər:
“Ola bilər ki, tələbənin təhsil aldığı universitet qeyri-qanuni olaraq fəaliyyət göstərir, tələbə adını ora yazdırır və dərslərdə iştirak etmir. Belə hallar da aşkar edildikdə diplom tanınmır. Ümumiyyətlə, diplomların tanınması ölkələr arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir”.
H.Əlizadə sonda qeyd edib ki, bu problem əsasən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində olan bir sıra universitetlərlə yaşanır:
“SSRİ dağılandan sonra potsovet məkanında müxtəlif ali məktəblər formalaşdı. Ali məktəbin formalaşması üçün müəyyən dövr tələb olunur. Bir sıra ali məktəblər özlərinin nüfuzlu ali məktəblər sırasına daxil olması üçün zəruri olan işləri həyata keçirə bilmədilər. Bunun nəticəsində də həmin ali məktəblərin diplomları hətta öz ölkələrində də tanınmır. Nəticədə onlarda təhsil alan tələbələr çətinlik çəkirlər. Bu hallar əsasən Ukraynada yerləşən bəzi ali məktəblərdə yaşanır. Belə halların yaşandığı ölkələrdə çox nüfuzlu ali təhsil müəssisələri də mövcuddur, diplomları yüksək səviyyədə qəbul edilir”.
9-07-2024, 17:37
Quqeşaşvili "Qarabağ"ı tərk etdi


Quqeşaşvili "Qarabağ"ı tərk etdi

“Qarabağ” Gürcüstan millisinin üzvü ilə yollarını ayırıb.
Luka Quqeşaşvili Azərbaycan çempionunu tərk edib.
Gürcüstan millisi ilə AVRO-2024-ün iştirakçısı olan qolkiper karyerasını Yunanıstanda davam etdirəcək. O, “Panserraikos” klubuna transfer edilib. Quqeşaşvili yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, qapıçı 2022-ci ilin əvvəlindən “Qarabağ”ın heyətində idi.
9-07-2024, 17:37
Sadiq Qurbanovun ideya müəllifi olduğu üçcildliyin təqdimatı keçirilib


Sadiq Qurbanovun ideya müəllifi olduğu üçcildliyin təqdimatı keçirilib (FOTOLAR)

İyulun 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında deputat Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyi kitabının təqdimatı keçirilib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev toplunun ideya müəllifi və layihə rəhbəri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanova xüsusi təşəkürünü bildirib.
Toplunun elmi redaktoru Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, tərtibçilər isə hüquqşünas Səməd Vəkilov və Prezident Kitabxanasının məsul əməkdaşı Zakir İsmayılovdur.
Toplunun layihə rəhbəri Sadiq Qurbanov cənab Prezident İlham Əliyevin yaşıl hərəkata qarşı həssas olduğunu və dünyada bu istiqamətdə sistematik iş aparan şəxslərdən biri olduğunu deyib. Onun sözlərinə görə, 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. Bu sistematik aparılan işin tərkib hissəsdir. S.Qurbanov sonra deyib: “Bu gün "yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini təşkil edir. Azərbaycan dövləti yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə sübut edir.

Azərbaycan qlobal təşəbbüslərə həmişə ilk qoşulan ölkələr sırasında olmuşdur. Butün bu kimi genişmiqyaslı beynəlxalq tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa iştirakı və şəxsi təşəbbüsü ilə həyata keçirilməkdədir. Şübhəsiz, bu ilin sonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Bakıda keçirilməsi də elə bu zərurətdən irəli gəlib”.

Toplu haqqında məlumat verən S.Qurbanov deyib ki, orda Azərbaycan Prezidenti İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair nitqləri, çıxışları, görüşləri və seçilmiş iqtibasları geniş şəkildə, xronoloji ardıcıllıqla verilmişdir. Ölkəmizdə, eyni zamanda, erməni vandallarından təmizlənən ərazilərimizdə münaqişə sonrası həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələrinin reallaşdırılması zamanı ekoloji cəhətdən təmiz texnologiyalara, “günəş enerjisinə”, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara üstünlük verilməsinə dair materiallar topluda öz əksini taplb.
S.Qurbanovun sözlərinə görə, toplu Azərbaycan Respublikasında ətraf mühit, dayanıqlı inkişaf və “yaşıl dünya” məsələlərinə aid rəsmi dövlət tədbirlərini özündə ehtiva edən ilk əhatəli kitabdır. Toplu Azərbaycan Respublikasında “yaşıl düşüncə” və ekoloji həyat tərzinin formalaşmasına töhfə verməklə, ekologiyaya dair beynəlxalq konvensiyaların, dövlət proqramlarının, milli strategiya və qanunvericilik sənədlərinin mətni də verilmişdir. Qeyd edək ki, geniş ictimaiyyətə təqdim edilən üç cilidlik topluda 62 qanun, 97 fərman, 95 sərəncam öz əksini tapıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ictimaiyyətə təqdim olunan “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin COP29 strategiyasına və “Yaşıl dünya naminə həmrəylik ili”nə mühüm töhfə olduğunu bildirib. Qeyd edib ki, topluda Prezident İlham Əliyevin ekoloji siyasətinin ana xəttini təşkil edən “yaşıl iqtisadiyyat”a dair çıxışları, görüşləri və seçilmiş iqtibasları xronoloji ardıcıllıqla verilib. Nəşrə ölkə başçısının imzaladığı qanunlarla yanaşı, Azərbaycan dövlətinin qoşulduğu Beynəlxalq Konvensiyalar daxil edilib, həmçinin kitabda 20 il müddətində qəbul olunmuş Dövlət Proqramları və Milli Strategiya proqramlarına dair tədbirlər planı əksini tapıb. İ.Həbibbəyli üçcildliyinin tədqiqatçılar, eləcə də ekoloji siyasət sahəsində mövcud qanunvericiliyi öyrənənlər üçün mötəbər mənbə, etibarlı bələdçi olduğunu bildirib.

Sonra Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev çıxış edərək kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürünü bildirib. O, ictimaiyyətə təqdim edilən üçcildlikdə Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş strateji sənədlər, fərman və sərəncamlar, qanunvericilik aktları, dövlət proqramları və beynəlxalq konvensiyalar haqqında geniş məlumatların yer aldığını diqqətə çatdırıb. Nazir dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ətraf mühitin təmin olunması kimi mühüm vəzifənin qarşıya məqsəd qoyulduğunu qeyd edib.
Muxtar Babayev vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli və beynəlxalq səviyyədə apardığı siyasətə, o cümlədən iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür. O, “Yaşıl dünya naminə həmrəylik ili”ndə çapdan çıxmış “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” üçcildliyinin məlumatlılığın artırılması sahəsində vacib rol oynayacağına əminliyini bildirib.
Muxtar Babyev toplunun ideya müəllifi və layihə rəhbəri Sadiq Qurbanova xüsusi təşəkürünü bildirdi.

Daha sonra nəşrin redaktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.

Sonda layihənin rəhbəri və baş məsləhətçisi, “Ön söz”ünün müəllifi Sadiq Qurbanov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına, eyni zamanda nəşrin ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

9-07-2024, 17:18
Namizədliyim barədə düşünməyə vaxtım yoxdur - Sabir Rüstəmxanlı


Namizədliyim barədə düşünməyə vaxtım yoxdur - Sabir Rüstəmxanlı

2024-cü il sentyabr ayının 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
İndiyə kimi, bir sıra partiya sədrləri hansı dairədən namizədliklərini irəli sürəcəklərini bildiriblər.
Amma hələ gözləyən, tərəddüd edən partiya liderləri də var.
VI çağırış Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı necə, namizədliyini irəli sürəcək?
O bildirib ki, başı partiyanın seçkilərdə iştirakı məsələsinə qarışıb:
"Mən hələ partiyanı fikirləşirəm. Partiyanın bütün işlərini yoluna qoyduqdan sonra özümün namizədliyimi irəli sürmək barədə fikirləşəcəm. Hələlik bu barədə düşünməyə zamanım yoxdur".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!