Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                        Böyük Britaniya İrana yeni səfir təyin etdi .....                        Antarktida sürətlə yaşıllaşır .....                        Zaqatalada mağaza yandı .....                       
12-08-2024, 17:43
Gürcüstanda yeni siyasi partiya təsis olunur - "BİZ"


Gürcüstanda yeni siyasi partiya təsis olunur - "BİZ"

Gürcüstanda "İşğal Əleyhinə Hərəkat"ın lideri David Katsarava yeni siyasi partiyanın yaradıldığını elan edib. Yeni partiya “Biz” adlanacaq.
Katsaravanın fikrincə, “Biz” “öz sahəsində peşəkarları və ölkənin rifahı uğrunda mübarizədə heç vaxt geri çəkilməyən vətəndaş fəallarını birləşdirən” siyasi qüvvə olacaq.
Onun sözlərindən belə anlaşılır ki, partiya oktyabrda keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdırır. Bununla belə, “Biz”in hansı müxalifət platformasına qoşulacağı hələlik bəlli deyil.
12-08-2024, 16:58
Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI


Siyasi partiyalar neçə namizədlə seçkidə iştirak edəcək? - TAM SİYAHI

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq Mərkəzi Seçki Komissiyası tərəfindən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin qeydə alınması başa çatıb.
Qeydiyyatda olan 26 siyasi partiyadan 25-i öz namizədlərini irəli sürüb. Bəzi partiyaların sədrləri seçkilərdə iştirak etməsə də, partiyada müxtəlif vəzifə tutan şəxslərin namizədliyi qeydə alınıb.
Beləliklə, siyasi partiyalar aşağıdakı sayda namizədlə seçkilərdə iştirak edir:

1. Yeni Azərbaycan Partiyası - 125 namizəd;

2. Müsavat Partiyası - 25 namizəd;

3. Vətəndaş Həmrəyliyi Partiyası - 18 namizəd;

4. Ağ Partiya - 18 namizəd;

5. Ümid Partiyası - 17 namizəd;

6. REAL partiyası - 12 namizəd;

7. Ədalət,Hüquq və Demokratiya Partiyası - 11 namizəd;

8. Klassik Xalq Cəbhəsi Partiyası - 10 namizəd;

9. Azərbaycan Milli İstiqlal Partiyası - 8 namizəd;

10. Milli Cəbhə Partiyası - 7 namizəd;

11. Azərbaycan Xalq Partiyası - 7 namizəd;

12. Ana Vətən Partiyası - 7 namizəd;

13. Müasir Müsavat Partiyası - 6 namizəd;

14. Azad Vətən Partiyası - 6 namizəd;

15. Böyük Azərbaycan Partiyası - 6 namizəd;

16. Haqq Ədalət Partiyası - 5 namizəd;

17. Demokratik İslahatlar Partiyası - 5 namizəd;

18. Vəhdət Partiyası - 5 namizəd;

19. Ədalət Partiyası - 4 namizəd;

20. Azərbaycan Demokrat Partiyası - 4 namizəd;

21. Yeni Zaman Partiyası - 2 namizəd;

22. Gələcək Azərbaycan Partiyası - 2 namizəd;

23. Azərbaycan Demokratik Maarifçilik Partiyası- 1 namizəd;

24. Böyük Quruluş Partiyası - 1 namizəd;

25. Milli Dirçəliş Hərəkatı Partiyası - 1 namizəd;
12-08-2024, 16:38
Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA


Kərbəlaya getmək istəyənləri aldatdılar - QMİ-dən AÇIQLAMA

Azərbaycanda 50-dən çox zəvvar Kərbəla ziyarəti adı ilə aldadıldıqlarını iddia edirlər. Dünən günorta saat 14:20-də İraqa uçmalı olan zəvvarlar onlara saxta bilet verildiyini son anda hava limanında biliblər. Qeydiyyat üçün yaxınlaşdıqda məlum olub ki, onların biletlərinin nömrəsi yoxdur. Məlumatı "Xəzər TV" yayıb.
Məlumata görə, bir çoxu şəhid ailəsi olan zəvvarlar ziyarət üçün 750 manat pul ödəyiblər. Aylardır ki, ziyarəti gözləyən insanlar bütün günü hava limanında cavab gözləyiblər. Zərərçəkənlərin şikayəti əsasında polis vətəndaşları aldatdığı iddia edilən və özünü "Hacı xanım" kimi təqdim edən şəxslə bağlı araşdırma aparır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri bildirib ki, bununla bağlı onlara heç bir müraciət olmayıb.
"Kərbəla ziyarətləri özəl şirklətlər tərəfindən həyata keçirilir. Bu şirkətlərin hamısı lizensiyalıdır və normal fəaliyyət göstərirlər. Şirkətlər insanları aldatmır. Daha çox fərdi şəxslər, dələduzlar insanları aldadır. Həcc və Ümrə ziyarətləri zamanı da dəfələrlə, vətəndaşlar dələduzlar tərəfindən aldadılıblar", - o deyib.
Vüsal Cahangiri söyləyib ki, Kərbəla ziyarətlərinin təşkili məsələsinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi məsələsi hazırda gündəmdə deyil: "Əlbəttə, gələcəkdə çox şey ola bilər. Həmçinin Kərbəla ziyarətlərinin Qafqaz Müsəlmanları İdarəsinə verilməsi də mümkündür. Bununla bağlı heç bir təklifimiz olmayıb, yoxdur".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə bildirilib ki, zəvvarlardan polis orqanına müraciəti daxil olmayıb: “Şikayəti olan şəxslərin rəsmi müraciət etmələri tövsiyə olunur. Yayılan məlumatlarla bağlı araşdırma aparılır”.
12-08-2024, 16:21
"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"


"Kurskda 28 yaşayış məntəqəsi Ukraynanın nəzarətindədir"

Rusiyanın Kursk vilayətində Ukraynanın nəzarətində olan 28 yaşayış məntəqəsi var.
Bunu qubernator vəzifəsini icra edən Aleksey Smirnov bildirib.
O əlavə edib ki, orada 2 minə yaxın insan yaşayır. Smirnovun sözlərinə görə, Ukrayna qüvvələrinin bölgəyə nüfuz etmə dərinliyi 12 km, eni 40 km-dir.
Qeyd olunub ki, Kursk vilayətində 180 min insan təxliyə olunmalıdır.
12-08-2024, 16:04
Dənizdən iki nəfərin meyiti çıxarıldı


Dənizdən iki nəfərin meyiti çıxarıldı

Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
12-08-2024, 15:40
Dövlət qulluğuna qəbulun nəticələri


Dövlət qulluğuna qəbulun nəticələri

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanların nəticələri elan olunub.
Mərkəz 2024-cü il avqustun 11-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul və inzibati icraçı vəzifələrə aid BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.
Kağız daşıyıcılar vasitəsilə keçirilən hər iki imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğuna qəbul imtahanı

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2215 namizəddən 45 nəfər imtahana gəlməyib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 9 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 56 nəfər, BB1 altqrupu üzrə 116 nəfər, BB2 altqrupu üzrə 163 nəfər, BB3 altqrupu üzrə 252 nəfər, BB4 altqrupu üzrə 260 nəfər olmaqla, ümumilikdə 912 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 13-dən 26-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 153 namizəd iştirak edib.
İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 33, BB3 altqrupu üzrə 31, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 125 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Hər iki imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 15 avqust 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
12-08-2024, 15:37
İstefa verən MSK sədrinin yerinə yeni üzv seçiləcək


İstefa verən MSK sədrinin yerinə yeni üzv seçiləcək

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qərar imzalayıb.
Sessiya avqust ayının 12-dən başlayacaq. İclasların gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələləri əlavə edilib.
Əldə etdiyimiz məlumata görə, Ali Məclis Naxçıvan Mərkəzi Seçki Komissiyasının sədri Əjdər Əliyevin yerinə yeni üzv seçiləcək. Qeyd edək ki, o, bir müddət əvvəl tutduğu vəzifədən istefa verib. Məlumata görə, Əjdər Əliyev Ali Məclisə seçkilərdə iştirak etmək və deputat seçilmək niyyətindədir.
Naxçıvan Mərkəzi Seçki Komissiyasına yeni üzv seçildikdən sonra qurumun sədri də müyyənləşəcək.


12-08-2024, 15:30
Xankəndidə silah-sursat tapılıb - VİDEO


Xankəndidə silah-sursat tapılıb - VİDEO

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. "Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 38 avtomat silahı, 2 pulemyot, 9 tapança, 14 tüfəng, 69 qumbara, 1 qumbaraatan, 61 alışdırıcı, 1 mərmi, 10 mina, 11 kiloqram barıt, 9 gecəgörmə cihazı, 31 süngü-bıçaq, 26 rabitə vasitəsi, 197 patron darağı, 19986 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocavənd rayonu ərazisindən 4 avtomat silahı, Füzuli rayonu ərazisindən 2 avtomat silahı, 1 qumbaraatan, 3 pulemyot, 4 mərmi partlayıcısı, 1050 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 6 avtomat silahı, 1 tapança, 2 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 160 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb"-deyə məlumatda deyilir.

12-08-2024, 15:13
Ötən ay aşkarlanan minaları sayı


Ötən ay aşkarlanan minaları sayı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (05.08.2024 - 11.08.2024) məlumat açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina, 10 040 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 224,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

12-08-2024, 15:04
Prezident təsdiqlədi: Əmək müqavilələri elektron qaydada bağlanacaq


Prezident təsdiqlədi: Əmək müqavilələri elektron qaydada bağlanacaq

Əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunur.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək.
Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!