İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        ELMİN ÖMÜRLƏ VƏHDƏTİ .....                        "Beşiktaş" doğma meydanında məğlub oldu .....                        Şirvanda 4 nəfəri maşın vurdu .....                        Britaniyada fırtına: fövqəladə vəziyyət elan edildi .....                        Şair Vidadi Loğmanoğlunun doğum günü qeyd olunub .....                        Sürücülərə xəbərdarlıq! - 4 bal, 100 manat cərimə .....                        İstanbulda qar həyatı iflic etdi - FOTO .....                       
4-11-2024, 21:50
Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ


Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ

Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O qeyd edib ki, bu kartların verilməsinə gələn ildən başlanılacaq.
"Yeni tədris ilindən təhsil sahəsində çalışan hər kəsin istifadə edə biləcəyi təhsil kartının təqdim olunacağı nəzərdə tutulur. Həmin kartda da güzəşt və endirimlər olacaq", - Elnur Nəsibov Nazirliyin rəsmi qəzetinə müsahibəsində bildirib.
4-11-2024, 20:47
Gürcü müxalifəti mitinqlərə başladı


Gürcü müxalifəti mitinqlərə başladı

Tbilisidə müxalif partiyalar 26 oktyabr parlament seçkiləri ilə əlaqədar parlament binası qarşısında etiraz aksiyası keçirir.
Mitinqi "Birlik-Milli Hərəkat", "Dəyişiklik Koalisiyası" və "Güclü Gürcüstan" koalisiyaları təşkil ediblər.
Aksiya ilə əlaqədar Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb, əraziyə çox sayda polis və təcili yardım maşınları cəlb edilib.
Mitinq çərçivəsində müxalifət partiyalarının fəaliyyət planı bəyan ediləcək.
4-11-2024, 20:33
Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı


Ceyhun Bayramov həmkarı ilə danışıqlar apardı

Noyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
4-11-2024, 18:47
COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ


COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək? - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edəcəyi tədbirləri açıqlayıb.
Həmin tədbirlərə “Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masa, “Yaşıl şəhər nəqliyyatı”, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzularında nazirlərin dəyirmi masası, həmçinin “Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi daxildir.
“Yaşıl Rəqəmsal Fəaliyyət” üzrə yüksəksəviyyəli dəyirmi masada Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizəyə təsirləri ilə bağlı məsələlərin əhatə edilməsi gözlənilir. Dəyirmi masada “Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası”, “Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi”, “Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması”, “Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi”, “Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması” mövzuları müzakirə olunacaq.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masada “Şəhər nəqliyyatının yaşıllaşdırılması” mövzusunun tematik olaraq dərindən öyrənilməsinə həsr ediləcək.
Tədbir dövlətlər arasında birgə planlaşdırmaya, dayanıqlı infrastrukturun inkişafına və davamlılığın ölkələrin siyasətlərinə daxil edilməsinə şərait yaradacaq.
Dəyirmi masada dayanıqlı şəhər nəqliyyat sisteminin milli, regional və şəhər planlaşdırma strukturlarına inteqrasiyası üzrə təsirli strategiyaların hazırlanması gözlənilir.
Tədbir, həmçinin şəhər nəqliyyatının dekarbonizasiyasını sürətləndirmək üçün maraqlı tərəflər və hökumətlər arasında daha sıx əməkdaşlığı təşviq edəcək.
Urbanizasiya, Turizm və Nəqliyyat Günü çərçivəsində keçiriləcək növbəti - “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masada isə Orta Dəhliz və qlobal miqyaslı digər dəhlizlərdə davamlılıq və rəqəmsallaşmanın təşviqi ilə bağlı son irəliləyişlər, eləcə də qarşıdakı təşəbbüslər müzakirə olunacaq.
Tədbir region və onun hüdudlarından kənar ölkələrin nazirlərini, təşkilat rəhbərlərini bir araya gətirəcək.
Dəyirmi masa dayanıqlı və etibarlı nəqliyyat şəbəkələrinin inkişafı ilə bağlı ətraflı müzakirələr aparmaq üçün yüksək səviyyəli platforma rolunu oynayacaq.
Eyni zamanda qarşılıqlı əlaqə və iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün regional əməkdaşlığın gücləndirilməsini təşviq edəcək.
“Beynəlxalq aviasiya və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli panel müzakirəsi RİNN, Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) birgə təşkilatçılığı ilə keçiriləcək. Bu tədbir nazirləri, hökumət rəsmilərini, sənaye liderlərini və maraqlı tərəfləri beynəlxalq aviasiyanın dekarbonizasiyası sahəsində son nailiyyətlərlə bağlı önəmli dialoqa qatılmaq üçün bir araya gətirəcək.
Beynəlxalq aviasiya sektoru ümumi qlobal CO2 emissiyalarının təxminən 2 %-ni təşkil edir. Bu rəqəm digər sektorlarla müqayisədə nisbətən az olsa da, yaxın gələcəkdə artacağı proqnozlaşdırılır. Hava nəqliyyatına tələbatın yüksəldiyi dövrdə bu emissiyaların azaldılması üçün güclü və qabaqlayıcı tədbirlər görülməlidir. Əks təqdirdə emissiyaların əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Qeyd edək ki, aviasiya sektorunda yaxın gələcəkdə maye yanacağa etibarlı alternativin tapılması mümkün deyil. Buna görə də beynəlxalq aviasiya üzrə (LTAG) uzunmüddətli qlobal hədəflərə nail olmaq üçün davamlı aviasiya yanacağının (SAF), aşağı karbonlu aviasiya yanacağının (LCAF), həmçinin digər təmiz enerji mənbələrinin inkişafı və tətbiqinin qlobal miqyasını sürətləndirmək üçün təcili qlobal tədbirlərin görülməsinə ehtiyac var. Tədbir ICAO-nun 2050-ci ilə qədər beynəlxalq aviasiya üçün “xalis sıfır” (Net Zero) karbon emissiyasına nail olmaq kimi uzunmüddətli qlobal məqsədinə uyğundur.
4-11-2024, 18:39
Zakir Həsənov Slovakiyadadır - FOTO


Zakir Həsənov Slovakiyadadır - FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Slavin - İkinci Dünya Müharibəsi abidəsi"ni ziyarət edib. Abidə önünə əklil qoyaraq həlak olanların xatirələrinə ehtiram nümayiş etdirib.
Bratislava şəhərində Azərbaycan müdafiə naziri slovakiyalı həmkarı ilə görüşüb.
Görüşdən əvvəl təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.
Tərəflər, həmçinin hərbi, hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.





4-11-2024, 17:43
Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO


Bakı və Sumqayıtda qanunsuz yaşayan 75 əcnəbi saxlanılıb - VİDEO

Oktyabr ayı ərzində Bakı və Sumqayıt şəhərlərində qanunsuz yaşayan 75 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, oktyabr ayı ərzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları ilə birgə Bakı və Sumqayıt şəhərlərində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 75 əcnəbi vətəndaş saxlanılıb.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər. Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 488 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
4-11-2024, 17:35
RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb


RİNN-in saytında COP 29-la bağlı xüsusi bölmə yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) veb-saytında COP 29 çərçivəsində nazirlik tərəfindən təşkil ediləcək tədbirlərlə bağlı bölmə yaradılıb.
Bu barədə Nazirlikdən bildirilib.
Bölmədə Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa,“Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası, “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası, Beynəlxalq aviasiya və iqlim dəyişikliyi mövzusunda yüksəksəviyyəli panel müzakirəsi mövzularında məlumatlar almaq mümkündür.
4-11-2024, 17:30
Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi


Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi

Zaqatalada yeni doğulan körpə ölüb. Belə ki, Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində körpə ölümü qeydə alınıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 31.10.2024 tarixində saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi, dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub:
“Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb.
Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”.
4-11-2024, 17:18
Azərbaycanda ilk: çağırdığınız ambulansı onlayn izləyin!


Azərbaycanda ilk: çağırdığınız ambulansı onlayn izləyin!

Azərbaycanda ilk dəfə olaraq, çağırış etdiyiniz ambulansı online izləmə imkanı təqdim olunur. Gündəlik həyatımızda hər birimiz Təcili Tibbi Yardım Xidməti çağırmağına ehtiyac duyuruq. Bəzən yollarda tıxacların olması səbəbindən ambulansın nə zaman çatmağına görə narahat oluruq. Artıq yol tıxacları və ambulansın çatma vaxtı ilə bağlı narahat olmağa ehtiyac yoxdur. Referans bu sahədə daha bir yeniliyə imza atıb.
Referans Ambulansdan çağırdığınız ambulansın harada olduğunu izləmək üçün telefonunuza mesaj vasitəsilə link göndərilir. Linkə daxil olaraq ambulansın yerini canlı şəkildə izləyə, lazım olduqda ambulans heyəti ilə birbaşa əlaqə yaratmaq imkanı verir. Başqa bir üstünlük də ondadır ki, sizə gələn bildirişi qəbul etdiyiniz halda, Ambulans komandası da sizin harada olduğunuzu izləyə bilir. Bu da tibbi yardıma ehtiyacı olanların daha tez və effektiv şəkildə yardım almasını təmin edir.
Qeyd edək ki, Referans Ambulans Bakı və Azərbaycanın digər regionlarında təcili tibbi yardımı fasiləsiz və operativ şəkildə təmin edir. Bu xidmət çərçivəsində, ağır vəziyyətdə olan xəstələr ambulanslarla Bakıya və ya xəstənin seçdiyi hər hansı bir klinikaya ən yüksək səviyyədə tibbi evakuasiya olunurlar.
Bundan əlavə, Referans Ambulans təcili və təxirəsalınmaz hallarda, pasiyentin Azərbaycandan digər ölkələrə daşınması üçün xüsusi ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri də təqdim edir. Bu xidmətlər, təcili tibbi yardıma ehtiyacı olan şəxslərin təhlükəsiz və sürətli şəkildə lazımi tibbi müəssisələrə çatdırılmasına imkan yaradır.
Referans Ambulans
Həyat qurtarmaq üçün saniyələrlə yarışır.
Çağrı Mərkəzi: *0003
Mob: (+994 77) 426 00 03
//www.instagram.com/referansambulance/
//www.facebook.com/referansambulans0003

4-11-2024, 17:03
“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı


“Tərtər işi”nə görə məhkum edilmiş 4 hərbçinin cəzası azaldıldı

“Tərtər işi” cinayətlərinə görə 6 il 10 aya kimi azadlıqdan məhrum edilmiş 4 hərbçinin cəzası azaldılıb.
Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 341-ci ( Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə verilmiş ittihama xitam verilib.
Qərara əsasən, Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Elçin Əliyev və Sənan Maşıyevin hərəsinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, 2021-ci ildə istintaqı yenilənmiş “Tərtər işi” üzrə həbs edilmiş sonuncu dəstəyə ötən gün hökm oxunub.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!