"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
5-11-2024, 17:47
İdmançını döyüb öldürdülər - Dəhşətli hadisə


İdmançını döyüb öldürdülər - Dəhşətli hadisə

Rusiyanın “Metallurq” hokkey komandasının üzvü Artyom Tortoçakov döyülərək öldürülüb.
İnsident Abakan şəhərində yerləşən gecə klublarından birinin yaxınlığında baş verib. Dava zamanı ağır xəsarətlər alan hokkeyçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə əsasən, idmançının ölümünə kəllə-beyin travması səbəb olub.
Faktla bağlı araşdırma davam edir.
5-11-2024, 17:38
"Rusiya Azərbaycanı tələsdirmir" - Lavrov


"Rusiya Azərbaycanı tələsdirmir" - Lavrov

Rusiya tərəfi Azərbaycanı sülh sazişi imzalamağa tələsdirmir.
Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov bildirib.
"Azərbaycan-Ermənistan sülh prosesi çərçivəsində əldə edilmiş əhəmiyyətli irəliləyişi alqışlayırıq. Qərbin saxta vasitəçilərindən fərqli olaraq, tərəfdaşlarımızı tələsik sülh sazişi imzalamağa sövq etmirik", - S.Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olmasında maraqlıdır
5-11-2024, 17:32
"Təəssüf ki, qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadə danışdı


"Təəssüf ki, qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadə danışdı

Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən 1984-cü il təvəllüdlü Xəyal Abdıyev özünü Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin xalası oğlu kimi təqdim edərək bir neçə nəfərə qarşı dələduzluq edib.
O, bu adda xalası oğlu olmadığını bildirib: “Ümumiyyətlə, mənim heç bir qohumum həbs olunmayıb. Bilmirəm kim özünü mənim qohumum adlandırıb. Yayılan məlumat haqqında mənim xəbərim yoxdur. Hər halda onun yalan danışması sübut olunub ki, məhkəmə ona cəza təyin edib. Təəssüf ki, mənim qohumlarımın çoxu ölüb”.
5-11-2024, 17:25
Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - AÇIQLAMA


Flora Kərimovanın vəziyyəti ağırlaşıb? - AÇIQLAMA

Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə aparıcı Zümrüd Bədəlova “Gün ortası” proqramında deyib.
O bildirib ki, sənətçini verilişinə dəvət edib, lakin vəziyyəti ağırlaşdığı üçün canlı yayımda iştirak edə bilməyib.
Məsələ ilə bağlı Xalq artistinin köməkçisi "qafqazinfo"ya bildirib ki, yayılan məlumat tamamilə yalandır:
“Yanlış məlumatdır. Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib”.
5-11-2024, 16:56
Məktəblərdə tətildən sonra ilk dərs günü nə vaxtdır? - Rəsmi


Məktəblərdə tətildən sonra ilk dərs günü nə vaxtdır? - Rəsmi

Nazirlər Kabineti COP29-un keçiriləcəyi dövrdə ölkə ərazisində təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair qərar qəbul edib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qərara əsasən, ümumi təhsil müəssisələrində payız tətili 2024-cü il noyabrın 12-dən 22-dək olacaq. Noyabr ayında bayram günləri və şənbə-bazar günlərini nəzər alsaq payız tətilindən sonra ilk dərs günü noyabrın 25-ə təsadüf edəcək.
5-11-2024, 16:51
Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - FOTO


Prezident Aytmatovun ailəsi ilə çay süfrəsi arxasında - FOTO

Qırğızıstanda səfərdə olan Prezident İlham Əliyev görkəmli qırğız yazıçı Çingiz Aytmatovun ev muzeyinə gedib.
Dövlət başçısı əvvəlcə ev muzeyi ilə tanış olub.
Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.
Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.
Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.
Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.
Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.





5-11-2024, 16:30
Məktəbli yelləncəyin ipi ilə özünü asdı


Məktəbli yelləncəyin ipi ilə özünü asdı

Salyanda intihar hadisəsi baş verib.
8-ci sinif şagirdi, 13 yaşlı Ə.S. özünü yelləncəyin ipi ilə asaraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.
5-11-2024, 16:26
Bakı küçələrində yeni qurğular - FOTO


Bakı küçələrində yeni qurğular - FOTO

Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən verilən məlumata görə kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl Bakı Şəhər MKTD-nin sifarişinə əsasən yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.
Bu barədə Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən məlumat verilib.
Bu yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.
Ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.
Bakıda küçələrin təmizliyində istifadə məqsədilə yeni texnikalar gətirilib.
Görüntülər sosial şəbəkədə paylaşılıb.
Yeni texnikalar şəhərin Azadlıq prospekti, 160 nömrəli Klassik Gimnaziyanın qarşısında görülüb.


5-11-2024, 16:17
Makron və Putin Bakıya gələsi olmadılar


Makron və Putin Bakıya gələsi olmadılar

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyəcək.
Bu barədə "Euronews" nəşri BMT-yə yaxın mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.
Çexiya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa və İspaniya liderləri iştirak edəcəklərini bildiriblər.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri, COP-29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev bir neçə gün əvvəl bildirib ki, COP-29 liderlər sammitində 100-dən çox dövlət və hökumət başçısının, vitse-prezidentin iştirakı gözlənilir. Onun sözlərinə görə, COP-29-da iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası katibliyi vasitəsilə 50 mindən çox adan qeydiyyatdan keçib.
COP-29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.
5-11-2024, 16:05
Polisin əmrinə tabe olmayan sürücü həbs olundu


Polisin əmrinə tabe olmayan sürücü həbs olundu

Polisin əmrinə tabe olmayan sürücü 15 gün həbs olunub.
Bu barədə DYP-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini Murad Kərimov idarə etdiyi “Toyota” markalı avtomobilin xarici işıq cihazlarında dəyişiklik etdiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi taqımının əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olması şübhə doğurduğundan o, müayinədən keçməyə dəvət edilib. Bu zaman Murad Kərimov məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb. Müayinədən keçməkdən imtina edən M.Kərimov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 15 gün müddətində inzibati qaydada həbs olunub.
Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!