17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                       
9-11-2024, 19:57
Hərbçimiz faciəvi şəkildə həlak oldu


Hərbçimiz faciəvi şəkildə həlak oldu

Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həbib İlham oğlu Orucov odlu silahdan açılmış atəş nəticəsində ölüb.
Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev "Qafqazinfo"ya bildirib ki, hadisə ilə əlaqədar Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.
"Daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin", - o bildirib.
9-11-2024, 19:40
Zakir Həsənov Pakistana başsağlığı verdi


Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Başsağlığında deyilir: "Pakistanın Bəlucistan əyalətində yerləşən Kvetta şəhərində dəmiryol stansiyasının yaxınlığında baş verən terror aktı nəticəsində həlak olan və yaralananlarla bağlı xəbər məni hədsiz kədərləndirdi.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Baş vermiş partlayış nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir, Allahdan bütün yaralılara şəfa diləyirəm.
Allah rəhmət eləsin".
9-11-2024, 19:21
ABŞ Ukraynaya raket verməkdən imtina etdi


ABŞ Ukraynaya raket verməkdən imtina etdi

ABŞ Ukraynaya ATACMS raket sistemlərinin göndərməkdən imtina edib.
Bu barədə “The Wall Street Journal” nəşri ABŞ-nin müdafiə naziri Lloyd Ostinə istinadən yayıb.
O bildirib ki, Ukrayna tərəfinə bu sistemlərin göndərilməsi ölkəsinin raketlərin idxalını gözləyən digər dövlətlər qarşısındakı öhdəliklərinə xələl gətirə bilər.
9-11-2024, 18:33
COP29-un proqramı açıqlandı


COP29-un proqramı açıqlandı

11-22 noyabr tarixlərində keçiriləcək COP29 konfransının proqramı konfransın rəsmi veb-saytında yerləşdirilib.
Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib.
COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək tədbirlərin proqramını təqdim edib. COP29 rəsmi veb saytında yerləşdirilən və konfransın gündəliyinə uyğun yenilənməkdə olan proqram qlobal iqlim gündəliyini əhatə edəcək müxtəlif tədbirlər, müzakirələr və sərgilər haqqında məlumatları ehtiva edir. Konfransda əyani surətdə iştirak edən şəxslər bu proqramları həm Mavi, həm də Yaşıl zonaların məlumat masalarından əldə edə biləcəklər.
Proqram, rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.
Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur. 13-22 noyabr tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.
Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli dəyərləndirəcəklər.
9-11-2024, 17:53
Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb


Əsir və itkinlərlə bağlı Bakı bəyanatı BMT-nin rəsmi sənədi kimi yayılıb

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən 2-3 oktyabr 2024-cü il tarixlərində Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə komissiyadan məlumat verilib.
Bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər:
Sənəddə həmçinin, beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur.
Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün "İllik Bakı Dialoqu"nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
9-11-2024, 17:50
Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb


Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb

Gürcüstanın müxalifət liderləri və onların tərəfdarları noyabrın 9-da Tbilisidə yürüş keçirirlər.
Bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.
Müxalifət liderləri və tərəfdarları “Universitet” və “Mardjanişvili” metro stansiyalarından yürüş edir. Onların tələbi yeni seçkilərin keçirilməsidir.
Aksiya iştirakçıları bildiriblər ki, əsas etiraz nümayişi Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini elan etdiyi və parlamentin ilk iclasının toplandığı gün keçiriləcək.
Mərkəzi Seçki Komissiyası məlumatına görə, 26 oktyabr parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya - Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.
Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.
Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.
9-11-2024, 16:46
Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov


Rusiya Trampın Ukraynaya dair təkliflərini dinləməyə hazırdır – Ryabkov

Rusiya tərəfi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı vəziyyəti həll etmək üçün təkliflərini dinləməyə hazırdır, lakin bu problemin sadə həlli ola bilməz.
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Ryabkov “İnterfaks”a müsahibəsində Moskvanın Trampın Ukrayna ilə bağlı təkliflərini dinləməyə hazır olması ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz bu sahədə ölkələrin təklif etdiyi istənilən ideyaya son dərəcə diqqətlə, məsuliyyətlə və diqqətlə yanaşırıq”.
“Əgər Amerika tərəfindən Kiyev rejimini hər cür yardımla daha da gücləndirmək müstəvisində deyil, həll müstəvisində daha da irəliləyəcəkləri ilə bağlı fikirlərinin olduğuna dair hər hansı bir siqnal olarsa, bunun nəticəyə gətirib çıxaracağı gözləniləndir. Şübhəsiz ki, biz bunu təhlil etmək və cavab vermək üçün əlimizdən gələni edəcəyik”.
O qeyd edib ki, “bəyannamələr, bəyanatlar, vədlər, bəzi siqnallar, əlbəttə ki, vacibdir”.
“ABŞ-ın indi 47-ci prezidenti məlum oldu və biz onu əvvəlki hakimiyyətə gəlişindən tanıyırıq. Hesab edirəm ki, onun Ukraynadakı vəziyyətin çox sürətli həlli ilə bağlı verdiyi bəzi vədlər ritorikadan başqa bir şey deyil, bu, seçkiqabağı dövrdə əlavə diqqəti özünə cəlb etmək üsuludurl”, - deyə xarici işlər nazirinin müavini bildirib.
Ryabkov vurğulayıb ki, Amerika administrasiyası Rusiya tərəfinin bu siqnallarını çox ciddi qəbul etməlidir – həm gedən administrasiya, həm də gələcək.
“Bizim fürsətçi dalğalanmalarımız yoxdur və fundamental maraqlarımızı Ağ Evin Oval Ofisində kimin olmasından asılı etmirik. Yeri gəlmişkən, bu, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-da keçirilən seçkilərdən bir gün sonra dərc olunmuş bəyanatında kifayət qədər aydın ifadə olunub”, - o əlavə edib.
9-11-2024, 16:25
COP29-un tədbir məkanı BMT-nin qurumuna verildi


COP29-un tədbir məkanı BMT-nin qurumuna verildi

Bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransının tədbir məkanında yerləşən Mavi Zonası COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) rəsmi surətdə müvəffəqiyyətlə təhvil verilib.
Bu barədə COP29 Əməliyyat Şirkətinin mətbuat xidməti bildirib.
Bildirilib ki, Mavi Zona UNFCCC tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılacaq.
Mavi Zonanı UNFCCCə təhvil verməklə, COP29 Azərbaycan Əməliyyat Şirkəti mühüm əməliyyat mərhələsinə yekun vurmuşdur. Nümayəndə heyətlərinin tədbir məkanında rahatlığının təmin edilməsi üçün burada müvafiq şərait yaradılmışdır. Mavi Zonada təxminən 39 piyada yoxlama-keçid zolağı, akkreditasiya üçün 35 qeydiyyat masası, müyəssərliklə bağlı üç xüsusi yardım masası, eləcə də 9 əlavə və 5 xüsusi tədbir otağı, habelə nümayəndə heyəti üçün 132 ofis yerləşir. Burada həmçinin nümayəndələr üçün müxtəlif qida və içkilərin təklif olunduğu müxtəlif iaşə sahələri yerləşir.
Konfrans zamanı hər gün səhər saat 07:00-dan axşam saat 22:00-a kimi əsas nəqliyyat qovşaqları ilə Bakı Stadionu arasında konfransın xüsusi marşrut avtobusları işləyəcək. Bununla yanaşı, axşam saat 22:00-dan sonra da stadionda qalan insanlar üçün məhdud sayda marşrut avtobusları xidmət göstərməyə davam edəcəkdir. COP29-un qonaqları yenicə istifadəyə verilmiş və strateji mövqelərdə yerləşən nəqliyyat qovşaqlarını, eləcə də tədbirin keçirildiyi yer və zonaları, habelə qonaqlama yerləri haqqında məlumatları özündə əks etdirən Rəqəmsal Nəqliyyat Xəritəsindən onlayn qaydada istifadə etməklə Bakı Stadionuna gediş-gəlişi planlaşdıra biləcəklər.
COP29-un Mavi Zonası bütün nümayəndələrin, eləcə də maraqlı tərəflərin builki mühüm konfransda konstruktiv iştirakı üçün tələb olunan şərait nəzərə alınmaqla hazırlanıb.
9-11-2024, 16:09
Bakıya daha bir Baş nazir gəldi


Bakıya daha bir Baş nazir gəldi

Baham adalarının Baş naziri Filip Davis noyabrın 9-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
9-11-2024, 15:34
Ərdoğan Azərbaycan xalqını təbrik etdi


Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Ərdoğan sosial şəbəkə hesabındakı təbrikində bildirib:
“Dostumuz, qardaşımız, tale ortağımın Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin şəxsində Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!