20-dən çox ölkə lideri Azərbaycandandır - SİYAHIBakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək dövlət və hökumət başçıları, eləcə də digər rəsmi şəxslər artıq Azərbaycana gəlməyə başlayıblar.
Xarici ölkə rəsmiləri dünəndən etibarən Bakıya gəlir və Azərbaycan rəsmiləri onları qarşılayırlar.
İndiyədək Azərbaycana gələn liderlər aşağıdakılardır:
- Tanzaniya Birləşmiş Respublikasının Vitse-prezidenti Filip İsdor Mpanqo
- Marşal Adaları Respublikasının Prezidenti Hilda Heine
- Tuvalunun Baş naziri Feleti Teo
- ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik
- Baham adalarının Baş naziri Filip Davis
- Surinam Respublikasının Prezidenti Çandrikapersad Santokhi
- San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada
- Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam
- Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo
- Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva
- Anqola Respublikasının vitse-prezidenti Esperança da Kosta
- Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi
- Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska Davkova
- Niuenin Baş naziri Dalton Emani Makamau Taqelaqi
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Baş katibi Matias Korman
- Burundi Respublikasının vitse-prezidenti Prosper Bazombanza
- Antiqua və Barbuda Respublikasının Baş naziri Qaston Braun
- Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava
- Monqolustan Respublikasının Prezidenti Uxnaaqiyn Xurelsux
- Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Denis Beçiroviç və Heyətin üzvü Jelka Tsviyanoviç
- Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib
- Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo
- Butan Krallığının Baş naziri Tişerinq Tobqay.
Qeyd edək ki, qarşıdakı günlərdə daha çox ölkənin lideri və digər siyasi rəsmiləri Bakıya gələcək. Ümumilikdə 100-dən artıq ölkənin liderinin tədbirdə iştirak edəcəyi gözlənilir.