Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
29-11-2024, 17:02
Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimindən FOTOLAR


Azərbaycan-Türkiyə hərbçilərinin birgə təlimindən FOTOLAR

Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi başa çatıb.
Təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.





29-11-2024, 16:51
Birinci xanım: Müharibə Zelenskinin səhhətinə mənfi təsir edib


Birinci xanım: Müharibə Zelenskinin səhhətinə mənfi təsir edib

Ukraynanın birinci xanımı Yelena Zelenskaya etiraf edib ki, genişmiqyaslı müharibə onun həyat yoldaşı, prezident Volodimir Zelenskinin səhhətinə mənfi təsir edib.
Zelenskaya bunu İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib.
Prezidentin həyat yoldaşının sözlərinə görə, Volodimir Zelenski müharibə ilə əlaqədar xeyli stress keçirib. O etiraf edib ki, böyük fiziki və emosional stress səbəbindən ərinin kürəyi tez-tez ağrıyır.
Bununla yanaşı, Zelenskaya “1000 günlük müharibə”nin ərini daha da gücləndirdiyini də vurğulayıb.
29-11-2024, 16:18
Metroda qatarların hərəkət cədvəli dəyişdi - İnterval 10 dəqiqə olacaq


Metroda qatarların hərəkət cədvəli dəyişdi - İnterval 10 dəqiqə olacaq

"Bakı Metropoliteni" QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.
İki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq.
Metronun digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.
“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
"Qatarların yeni hərəkət qrafiki, 2 stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərimizdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edirik. Sərnişinlərdən “Əhmədli” stansiyasında diqqətli olmağı xahiş edirik. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur", - deyə metropoliten bəyan edib.
29-11-2024, 16:10
Makron Netanyahu ilə bağlı qərardan bu şərtlə imtina edib


Makron Netanyahu ilə bağlı qərardan bu şərtlə imtina edib

Fransa prezidenti Emmanuel Makron Livanda atəşkəs razılaşmasında rol almaq müqabilində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı çıxardığı ekstradisiya qərarını yerinə yetirməməyə razılaşıb.
Bu barədə Fransanın “Le Point” jurnalı Fransa liderinə yaxın mənbəyə istinadən yazıb.
Nəşrin məlumatına görə, atəşkəs razalaçmasından dərhal sonra Fransa prezidenti Netanyahuya zəng edib. Həmsöhbətlər Livanda atəşkəslə bağlı vəziyyəti müzakirə ediblər. Onlar razılaşıblar ki, Paris "İsrail-Livan sərhədindəki vəziyyəti tənzimləyən BMT Təhlükəsizlik Şurasının 1701 saylı monitorinq komitəsində mühüm rol oynayacaq".
Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyi BCM-nin göstərişinə baxmayaraq Netanyahunun Fransada həbs olunmayacağını açıqlamışdı.
Bəyanatda deyilir ki, Fransa qanunlarına görə, Netanyahu və digər nazirlər BCM-nin həbs və ekstradisiyasını tələb etdiyi təqdirdə nəzərə alınacaq toxunulmazlığa malikdir.
Xatırladaq ki, dünən, noyabrın 27-də səhər saatlarında İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlanmasından sonra ilk atəşkəs haqqında saziş qüvvəyə minib. Tərəflərin razılığı ilə BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası üçün ABŞ, Fransa və Böyük Britaniyanın da daxil olduğu monitorinq komissiyası yaradılacaq.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalantı 8 oktyabr 2023-cü ildən 2024-cü il mayın 20-dək Fələstin ərazisində hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətmək iddiası ilə həbsə orderlər verdiyini açıqlayıb.
29-11-2024, 16:01
Kobaxidze Aİ-nin Gürcüstandakı səfirini hədələdi


Kobaxidze Aİ-nin Gürcüstandakı səfirini hədələdi

Hakim "Gürcü arzusu” partiyasının lideri, baş nazir İrakli Kobazidze Avropa İttifaqı (Aİ) ölkələrinin Gürcüstandakı səfirlərini və Aİ-nin Gürcüstandakı nümayəndə heyətinin rəhbəri Pavel Qerçinskini hədələyib.
Kobaxidze diplomatın bugünkü bəyanatından qıcıqlanıb.
Baş nazir diplomatı dezinformasiya və yalan yaymaqda, ölkənin daxili işlərinə qarışmaqda ittiham edib:
“Biz bu cür hallara diplomatik reaksiya verməməyə çalışdıq, lakin hər şeyin bir həddi var, əgər davranışda dəyişiklik görməsək, gələcəkdə həm Aİ səfiri, həm də digər ölkələrlə bağlı bu cür faktlara mütləq cavab verəcəyik. Söhbət diplomatik reaksiyadan gedir”, - deyə Kobaxidze brifinqdə bildirib.
Aİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Pavel Gierczynski dünənki etiraz aksiyası və polisin güc tətbiqi ilə bağlı aşağıdakı bəyanatı verib:
"İlk növbədə gürcü xalqına demək istəyirəm: Aİ sizin tərəfinizdədir. Biz sizin qəzəbinizi və ümidsizliyinizi tam başa düşürük. Başa düşürük ki, Aİ-yə üzvlük gürcülərin böyük əksəriyyətinin arzusudur”.
Səfir deyib ki, Aİ dinc nümayişçilərə qarşı güc tətbiqini pisləyir.
Xatırladaq ki, Gürcüstan hökuməti Avropa İttifaqı ilə danışıqların dayandırıldığ barədə qərar qəbul edib.
29-11-2024, 15:56
Azərbaycanda hansı dərmanlar pulsuz olacaq? - AÇIQLAMA


Azərbaycanda hansı dərmanlar pulsuz olacaq? - AÇIQLAMA

Həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz alacaq. Bütün xərcləri isə İcbari Tibbi Sığorta qarşılayacaq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova mövzu ilə bağlı İTV-yə danışıb.
O bildirib ki, vətəndaşlar ixtisaslı həkim tərəfindən yazılan elektron resept əsasında agentliklə müqavilə imzalanan özəl apteklərə yaxınlaşaraq dərmanlarını əldə edə biləcəklər:
“Dərmanların tarifləri, qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Xidmətlər zərfində təsiredici maddələri də qeyd olunmaqla hər bir dərman vasitəsinin adı qeyd olunacaq və qarşısında şərti kompensasiya məbləği,yəni sığorta tərəfindən ödənilən məbləğ qeyd olunacaq”.
Qeyd edək ki, vətəndaş sığortanın tam qarşılamadığı dərmanı almaq istəsə, sığortanın ödədiyi məbləğlə aptekdəki qiymət arasında müəyyən fərq yaranacaq ki, bu zaman seçim vətəndaşa qalacaq. Aradakı fərqi ödəməklə sığorta hesabına dərmanı əldə etmək olar. Bu imkandan növbəti ildən yararlanmaq mümkündür.
29-11-2024, 15:34
Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır


[b]Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır[/b]

Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva məlumat verib.
"Yeni Vergi Məcəlləsinin strukturu üzərində işləyirik", - o qeyd edib.
Samirə Musayevanın sözlərinə görə, artıq bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əhatə edən Vergi Məcəlləsi olacaq.
O bildirib ki, Vergi Məcəlləsində bu il həyata keçirilən dəyişiklər, təqdim olunan dəyişiklik layihəsi sahibkarlığın heç bir növündə vergi yükünün artırılmasına gətirib çıxarmır:
"Əksinə, ölkədə iri investisiya qoyuluşunun, xüsusilə, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalına investisiya qoyuluşunun, dövlət-özəl tərəfdaşlıq çərçivəsində özəl tərəfdaş qismində çıxış edən investorların ölkəyə investisiya qoyuluşunun təşviq edilməsinin vergi yolu ilə dəstəklənməsini nəzərdə tutan dəyişiklikləri misal göstərə bilərik. Biz hər il olduğu kimi, investisiyaların cəlb edilməsi yalnız vergi təşviqi yolu ilə deyil, həm də qanunsuz sahibkarlarla düzgün, effektiv mübarizə yolunun mümkün olduğunu hər il vurğulayırıq və vergi qanunvericiliyinə dəyişiklikdə mütləq inzibatçılıq alətlərini təkmilləşdiririk".
29-11-2024, 15:27
Cəbrayıla köçənlərə mənzillərin açarları verildi - FOTO


Cəbrayıla köçənlərə mənzillərin açarları verildi - FOTO

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən xəbərə görə, bu mərhələdə şəhərə köçürülən 200 nəfərdən ibarət 40 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Cəbrayıla daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.




29-11-2024, 14:36
Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb - FOTO


Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb - FOTO

Noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyrini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Cari ildə Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb. Ölkəmizin liderliyi ilə uğurlu konfransın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərə mühüm töhfə olduğu vurğulanıb.
Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

29-11-2024, 14:21
Sumqayıtın kanalizasiya sistemi 41 milyona qurulacaq


Sumqayıtın kanalizasiya sistemi 41 milyona qurulacaq

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti tərəfindən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlanılır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat Xidmətindən bildirilib ki, işlərin icrası üçün “EL EPCM” MMC ilə dəyəri 41.505.291,51 AZN (41 milyon 505 min 291 manat 51 qəpik) olan müqavilə imzalanıb.
Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə dekabrın ilk günlərindən başlanılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!