QƏRBİ AZƏRBAYCAN HAQQINDA YENİ KİTABAzərbaycan əsilli, nəsilli olaraq ümumilikdə Bütöv Azərbaycan tarixi bizi də çox maraqlandırır. Son iki əsrdə Bati Azərbaycan adlandırılan, yəni Arazdan Qüzeydəki ata-baba torpaqlarımızın Batı parçasının ağrılı-acılı tarixi də bizim üçün diqqət mərkəzində qalmaqdadı. Bu baxımdan yaxınlarda “Elm və təhsil” nəşriyyatının nəşryyat-poliqrafiya müəssisəsində nəşr olunmuş “ Qərbi Azərbaycan türklərinin Ermənistan SSR-dən 1947-1950-ci illərdə deportasiyası “erməni məsələsi” kontekstində” kitabı da mənən bizə yaxındır. Batı Azərbaycan tarixinin faciəvi parçasından bəhs edən 503 səhifəlik kitab bu sətirlərin həmmüəlliflərindən birinə hədiyyə ediləndə maraqla oxuyaraq digərinə ötürmüşdür. Onlarda eyni təəssürat yarandığından birgə rəy qələmə almaq fikri ortaya çıxdı. Tarixçi-alim Əsəd Canəli Qurbanlının tarixi faktlar əsasında yazılmış bu kitabı haqında fikir söyləmək istəyi təbiidir.
Son iki əsrdə Güney Qafqazda həmyerlilərimizə qarşı məqsədyönlü soyqırımı və digər dəhşətlər törədilmiəsi nəticəsində qırğınlara məruz qalmaqla soydaşlarımız tarixi-etnik torpaqlarından qovulmuşdur. Sovet hökumətinin iki (4083 saylı 23. 12.1947 və 754 saylı 10.03.1948) qərarı əslində xalqımıza qarşı cinayət aktları sayılmalıdır. Belə qeyri-insani əməldə təkcə erməni sövinizmi təqsirkar deyildir. Sovet İttifaqının partiya və sovet rəhbərliyinin açıq-aydın antiazərbaycanlı siyasəti, həmin qurumların bilavasitə təsiri altında Azərbaycan SSR rəhbərliyinin öz xalqına qarşı həyata keçirdiyi əməllər də öz mənfi təsirini göstərmişdir. Təbii ki, həmin torpaqlardan həmyerlilərimizin 1948-1953-cü illərdə qo-vulması faktının ötən onilliklər ərzində layiqincə təhqiq edilməməsi və hüquqi-siyasi qiymətini alma-ması dərin təəssüf hissinə səbəb olurdu. Həmin faktların təhqiqi və hüquqi-siyasi qiymətin verilməsi vacib problem kimi qarşıda dururdu. Bu baxımdan tarixçi-alimin axtarışları və nəticədə yazdığı kitab əhəmiyyət kəsb edir.
Kitabın ilk fəslində oxucuya Azərbaycan türklərinin departasiyasına ümumi baxış təqdim edilir. Əslində bu yaxşı yanaşmadır. Yaxşı xatırlayırıq, ötən əsrin sonuncu onilliyinin başlanğıcında sovet imperiyasının süqutu da başlanmışdı. Beləliklə, sərt sovet senzurasının da fəaliyyəti başa çatırdı. Cəmiyyətdə yaranmaqda olan yeni siyasi ab-hava nəticəsində necə deyərlər, bağlı arxivlər açılırdı. Təhqiqinə qadağa qoyulmuş mövzulardan biri də Azərbaycan türklərini 1947-1953-cü illərdə doğma torpaqlarımızdan deportasiya problemi də açıq təhqiqat obyektinə çevrildi. Bolşeviklərin qurduğu sovet ölkəsində yeni cəmiyyətin, yəni sosializm quruculuğu dövründə təkcə totalitar reşimə əks çıxanlar amansız təqiblərə məruz qalmamışdı. Həmçinin bütöv xalqlar repressiyalara, repotasiyalara məruz qalmışdı. Sovetlərin xüsusi xidmət orqanları müxtəlif xalqların yüz minlərlə üzvünü bir yerdən digər yerlərə köçürmüşdü. Heç bir səbəb olmadan, özlərinin siyasi baxışına görə, məqsədlərinə münasib olaraq. Sovet ölkəsində xalqların ata-baba torpaqlarından zorla köçürülməsinin təsnifatı qısaca aşağıdakı kimi ifadə edilə bilər:
– Xaricdə yaşayan soydaşları ilə bir olduğuna və işğalçılara qarşı müharibədə mümkün xəyanətlərə görə qruplaşdırmaq olar. –Siyasi və milli kimlikləri nəzərə alınmaqla qruplaşdırmaq mümkündür. Söhbət türk xalqlarından gedirsə onlar milli kimliklərinə görə ata-babalarından onlara qalmış doğma topaqlarından sürgün edilmişlər. Bizim Azərbaycanlılar da türk xalqlarına mənsub olduğumuza görə departasiyaya uğramışıq. Ümumiyyətlə götürüləndə isə 1948-1950-ci illərdə həmvətənlərimizin bir yerdən başqa yerə köçürülməsi sovet hökumətinin həyata keçirdiyi böyük deportasiya siyasətinin bir hissəsi olmuşdur.
İkinci bölüm azərbaycanlılarin tarixi torpaqlarından, yəni Ermənistan SSR adlanan ərazidən deportasiyasının siyasi zəmini məsələsinə həsr olunmuşdur. Alman faşizmi üzərində sovet silahlı qüvvələrinin qələbəsindən sonra Sovet İttifaqının nüfuz dairəsi genişləndi. Ölkə rəhbərliyində özünə yer eləmiş və yüksək rəhbərliklə etibarlı tellərlə bağlı olan ermənilərin də iştahası açılırdı. Onlar “Böyük Ermənistan” ideyasını ortaya atmaqla qonşu ölkələrin torpaqlarına təkrar göz dikmələrindən xəbər verirdi. Ermənilər arasında türklərə qarşı düşmənçiliyi, ədavəti, nifrəti gücləndirirdi. “Böyük Ermənistan”ı da əsasən Azərbaycan və Türkiyə torpaqları hesabına yaratmaq nəzərdə tutulurdu. Azərbaycanlıların ata-baba torpaqlarından qovulması və oraya xaricdə yaşayan ermənilərin gətirilməsi də həmin məqsədə xidmət edirdi. Bu məqsəd yolunda aparlan işdə ilk baxışda qəribə görsənsə də sovet rəhbərliyi hətta, kilsələrlə əməkdaşlıq edir və xidmətindən də faydalanırdı.
Sovet rəhbərliyinin azərbaycanlıları Ermənistandan məcbiri surətdə və kütləvi surətdə köçürməsi xalqımıza qarşı böyük əbalətsizlik idi. Əsrlərlə dağ yerində yaşamış əhalinin arana köçürülməsi acınacaqlı nəticələr verdi. Bu köçürməni Azərbaycan və Ermənistan hökumətləri fərqli qiymətləndirirdi. Res-bublikamızın rəhbərliyi soydaşlarımızı yurd-yuvalarından köçürməklə guya Kür-Araz ovalığının inkişaf etdirilməsi ilə əlaqədar həmin rayonlarda tələb olunan işçi qüvvəsinə ehtiyacı ödəmək istəyirdi. Təbii ki, belə yalan yanaşma Moskvaya məxsus idi və Azərbaycan əhalisinin hiddətini, nifrətini nə dərəcədəsə yatırmağa hesablanmışdı. Ermənistan rəhbərliyi isə camaatımızı qovmaqla onların yaşayış evlərində xa-rıcdən gətirilmiş erməniləri yerləşdirmək məqsədi güdürdü. Onlar əslində belə böyük repartasiya ilə azərbaycanlıların etnik təmizlənməsini həyata keçirirdilər.
Əsərin üçüncü bölmündə azərbaycanlıların deportasiyasının həyata keçirilməsi prosesi geniş işıqlandırılır. Tarixdən bizə məlum olduğu kimi SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarişli qərarı yerli azərbaycanlı əhalinin ata-baba torpaqlarından təmizlənməsi siyasətinə bö-yük təkan verdi. Azərbaycanlı kəndlərinin 138-i tamamilə və 130-u qismən olmaqla ümumilikdə 268-i dövlət səviyyərində depotdasiyaya məruz qalmışdı. Sovet rəhbərliyinin siyasətinə çevrilmiş bu iş nə dərəcədə ədalətsizlik olsa belə dayandırmaq mümkün deyildi. Lakin köçkünlər üçün ovalıqda ən adi şəraitin olmaması səbəbindən onların geri qayıtmasının ardı-arası kəsilmirdi. Hətta, hər iki respublikanın rəhbərliyinin gördükləri tədbirlər belə azərbaycanlıların geriyə köçünün qarşısını ala bilmirdi. Müəllif bu bölməni yazarkən yer adlarından və rəqəmlərdən geniş istifadə etməsiylə bir növ əyaniliyə nail olmaq istəmişdir.
Sonuncu, dördünçü bölümdə Azərbaycan və Ermənistan respublikaları hökumətlərinin köçkünlərin geri qayıdışı ilə əlaqədar həyata keçirdiyi tədbirlər və soydaşlarımızın deportasiyası məsələləri işıqlan-dırılmışdır.
Ölkəni diktatorcasına idarə edən Sovet hökuməti başçisının vəfatından sonra ölkədə köklü dəyişikliklər baş verdi. Dəyişikliklər köçkünlərə qarşı münasibətdə də özünü göstərdi. İllər boyu doğma ev-eşiyinə qayıtmaq həsrətiylə yaşayan azərbaycanlılar geriyə dönə bildi. Soydaşlarımızın Kür-Araz ovalğına köçürülməsi ylə bağlı onların boşaldılmış evlərinin və tikililərinin xaricdən gəlmiş ermənilərə verilməsi nəzərdə tutulmasına baxmayaraq bu nalayiq tədbir həyata kerilmədi.
Təhqiqatçı bu kitabı yazmaqla irihəcmlı işi yerinə yetirərkən azərbaycan-türk, Anadolu –türk, rus və erməni dillərində olan birlikdə 226 adda mənbədən istifadə etmişdir. Həmçinin kitab yazılarkən 776 adda arxiv materialına, sənədlər toplusuna , ana mövzu ilə əlaqədar mənbələrə, ayrı-ayrı müəlliflərin işlərinə müraciət edilmişdir. Bütün bunlar müəllifin əsər üzərində işləyərkən nə qədər əhatəli mənbələrdən faydalanmağa çalışdığını göstərir.
Müəllif apardığı təhqiqatların nəticələrini ümumiləşdirərək şəxsi qənaətlərini də qələmə almışdır. Sonuncu bölümün axırınca oxuculara təqdim olunur. 14 bəddə geniş yazılmış qənaətlər real görünür.
Kitabda əlavələrə də kifayət qədər yer ayrılmışdır. SSRİ Nazirlər Sovetinin 1947-ci və 1948-ci il qərarlarının tam mətnlərinin, habelə Azərbaycan SSR-na Ermənistan SSR-dən köç ürülmüş vətəndaşların siyahısı , onlar üçün kənd təsərrüfatı bankına ödəniləsi ssuda borclarının qalıqlarının silinməsinə dair rayonlar üzrə siyahının, Ermənistandam köçürülmüş məktəbyaşlı uşaqların və pedaqoqların siyahısının və d. verilməsi, daha neçə -neçə müxtəlif səpkili siyahı və cədvəllərin oxuculara təqdim olunması kitabın müsbət cəhətlərindən sayıla bilər. Qeyd edək ki, belə siyahı, cədvəl , arayışların və s. sayı kitabda on-larladır. İri həcimli həmin materialın dövlət arxivi tərəfindən hazırlanması müəllif tərəfindən xatırlanır ki, bu da oradakı rəqəmlərin və adların ciddiliyinə inam doğurur.
Kitab müəllifi ilə şəxsən tanış olan bu sətirlərin həmmüəlliflərindən biri bəzi xoşagəlməzliklər, el dilində desək, əyri-əskikliklər haqda da qeydlər etməkdən yan keçmək fikrində deyildir. İrili-xırdalı bəzi ifadələr yerli-yersiz neçə-neçə dəfələrlə işlənir. Məgər belə istifadə əsərə gözəllik gətirirmi? “Güney Azərbaycan” və “Şimali Azərbaycan” yazılır. Güney yazılırsa məgər Qüzey yazılması münasib olmaz-dımı? Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətin adları kimi işlədilən şimal,cənub, şərq, qərb sözləri əcnəbi sözlərdir. Dilimizin əcnəbi sözlərdən təmizlənməsi haqda söhbətlərin getdiyi bir vaxtda onların əvəzinə türkcə qüzey, güney, doğu, batı sözlərinin istifadəsi yerinə düşməzdimi? “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları ...” kimi uzun -uzadı ifadələr kitab boyu neçə dəfələrlə təkrarlanır. İlk dəfədən sonra bunları qısaca ifadə etmək olmazdımı? «Ağır cümlələr” deyilən ifadə var. Təsadüfən bu cür ad almamış ifadələr hər hansı materialı asanlıqla oxumağa və mənimsəməyə kömək edirmi? Kitabda çoxsaylı olaraq təkrar çəkilən bəzi qurumların və d. (Kənt təsərrüfatı bankı, İkinci Dünya müharibəsi və s) adını da ixtisarların siyahısına daxil etmək nədənsə unudulmuşdur. Bu kimi iradların sayını artırmaq olardı.
Belə deyim var ki, iş olan yerdə çatışmazlıqlar da olur. Bu deyimlə razılaşmamaq çətindir. Ümumiyyətlə, əsərə yanaşdıqda necə deyərlər, irəli çəkilmiş, bu günümüz üçün aktual olan problemə toxunulması , təhqiqat aparılması, nəticələrin əldə edilməsi müsbət qiymətləndirilə bilər. Zamanın hökmü ilə ermənilərə müvəqqəti də olsa pay verilmiş Batı Azərbaycan torpaqlarında erməni faşistlərinin “minnətdarlıq” əlaməti kimi törətdikləri azğınlıqları bir daha qələmə almaq, gözdən keçirmək o deməkdir ki, biz azərbaycanlılar həmin qanlı tarixçəni, eləcə də həmin torpaqların bizə məxsus olduğunu unutmamışıq və unutmaq fikrində də deyilik.
Biz – bu sətirlərin həmmüəllifləri sonda nə demək istəyirik, diqqəti nəyə çəkmək istəyirik?
Biz azərbaycanlılar çox gözəl bilirik ki, hazırda Ermənistan Respublikası adlandırılan ərazinin tor-paqları həqiqətdə Batı Azərbaycan torpaqlarıdır, ata-babalarımızdan bizə miras qalmış doğma torpaq-larımızdır. Bizim camaatımız oraya qayıtmalıdır və bizdəki daxili əminliyə görə hökmən qayıdacaqlar. Respublika Prezidenti cənab İlham Əliyev də bu haqda birmənalı və qəti demişdir: ”Bizim tarixi torpaq-larımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtma-lıyıq. Bu bizim strateji hədəfimizdir”.
Eldar MƏMMƏDBƏYLİ,
kimya elmləri doktoru, professor, Rəsul RƏXŞANLI,
kimya üzrə fəlsəfə doktoru.