Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
20-01-2025, 18:16
Trampın andiçməsi: arvadı, uşaqları və dostları... - FOTO


Trampın andiçməsi: arvadı, uşaqları və dostları... - FOTO

Bu gün ABŞ-nin seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.
Andiçmə mərasimi əvvəlki illərdən fərqli olaraq Kapitoli binasının daxilində baş tutacaq.
Tramp, birinci xanım Melaniya Tramp və vitse-prezident Vans Lafayette meydanının qarşısındakı kiçik, sarı kilsədə dua edəcəklər.
Trampın iki övladı - İvanka Tramp və Erik Tramp ada andiçmə mərasimində iştirak edirlər. Qonaqlar arasında aşağıdakı şəxslərə də var:

- Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson

- Hindistanlı milyarder Mukeş Ambani

- "Meta" şirkətinin sahibi Mark Zukerberq

- "Apple" şirkətinin icraçı direktoru Tim Kuk

- "Amazon.com""un qurucusu Cef Bezos və sevgilisi Lauren Sançez

- "Tesla" və "SpaceX"in sahibi Elon Musk.



20-01-2025, 17:43
Prezident tapşırıq verdi: İranda saxlanılan Fərid Azərbaycana gətirildi


Prezident tapşırıq verdi: İranda saxlanılan Fərid Azərbaycana gətirildi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində 18.01.2025-ci il tarixində İran İslam Respublikasından təhvil alınaraq ölkəmizə qaytarılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir.
20-01-2025, 17:34
Parisin keyfiyyətsiz medal qalmaqalı: Türkiyədə də araşdırma başladı


Parisin keyfiyyətsiz medal qalmaqalı: Türkiyədə də araşdırma başladı

Ötən il Parisdə keçirilən Yay Olimpiya Oyunları ilə bağlı qalmaqal yaşanıb. Belə ki, “Paris-2024” XXXIII nda qazanılan medallardan 100-dən çoxu keyfiyyətsiz olduğu üçün geri qaytarılıb.
Olimpiadanın başa çatmasından altı ay keçməmiş medalların geri qaytarılmasının əsas səbəbi onların zədələnmiş olması və paslanmasıdır. Medallar arasında bürünc olanların daha çox zədələnməyə və paslanmaya məruz qaldığı bildirilir.
Qeyd edək ki, bu barədə ilk narazılıqlar Olimpiya Oyunlarının başlamasından dərhal sonra ortaya çıxıb. Keçən ilin yayında amerikalı skeytbordçu Nicah Hustonun medalının keyfiyyətsiz olmasına dair videosu sosial mediada xeyli müzakirə edilib.
Olimpiadadan bir neçə gün keçməsinə baxmayaraq, medal olduqca köhnə görünürdü. Daha sonra bir çox idmançı eyni problemlə üzləşdiyini açıqlayıb. Son olaraq isə fransalı üzgüçü Klement Sekki medalının timsah dərisinə oxşadığını bildirib.
Beynəlxalq Olimpiya Komitəsinin məsələ ilə bağlı açıqlamasında zədələnmiş medalların istehsalçı “Monnaie de Paris” tərəfindən sistemli şəkildə əvəzlənəcəyi, prosesə yaxın həftələrdə başlanacağı bildirilib. Qeyd edək ki, Fransanın tanınmış zinət əşyaları brendi “Chaumet” tərəfindən dizayn olunan medallar Eyfel qülləsindən götürülmüş dəmir hissəciklərlə zənginləşdirilib.
Artıq Azərbaycan idmançılarına da verilən medalların keyfiyyətsiz olması faktları aşkarlanıb. Bəs Türkiyədə vəziyyət necədir?
Mövzu ilə bağlı Türkiyə Böyük Millət Məclisinin (TBMM) milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının katibi Mehmet Emin Özlə açıqlama verib.
O bildirib ki, sözügedən mövzu ötən həftələrdə Türkiyə mediasında da gündəm olub. Deputatın sözlərinə görə, Türkiyə idmançılarına verilən medalların keyfiyyətsiz olması, boyasının silinməsi ilə bağlı məlumatlar yayılıb.
"Hələlik bununla bağlı qərar verilməyib. Mən indicə cənab nazirlə danışdım, bildirdi ki, bununla bağlı yoxlamalar aparılır. Sonda qərarın nə olacağı isə yoxlamaların nəticəsindən asılı olacaq”, - Mehmet Emin Öz qeyd edib.
Xatırladaq ki, Paris Olimpiadasında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Türkiyə qızıl medal qazanmasa da, yarışı 8 medalla başa çatdırıb.
20-01-2025, 17:25
Avtoxuliqanlıq edən sürücü həbs edildi


Avtoxuliqanlıq edən sürücü həbs edildi

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib.
Bu barədə Bakı Şəhər DYP İdarəsinindən bildirilib.
Məlumata görə, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Volkwagen” markalı, 77-DD-459 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib:
“Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib”.
20-01-2025, 17:00
Mirzoyan Moskvaya gedir


Mirzoyan Moskvaya gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 21-də Moskvaya səfər edəcək.
Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü, bundan sonra isə nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulub.
20-01-2025, 16:53
Bakıda gənc ana itkin düşdü


Bakıda gənc ana itkin düşdü

Bakı şəhəri Xətai rayonunda 22 yaşlı qadın 1 aya yaxındır ki, itkin düşüb.
2002-ci il təvəllüdlü Gülasər Mustafayeva dekabrın 24-ü səhər saatlarında yaşadığı ünvandan ailəsini və 2 yaşlı qız uşağını qoyaraq evdən gedib.
Faktla bağlı polisə məlumat verilib.
Qeyd edilir ki, 2 yaşlı körpəyə atası baxır. Qadını tapan şəxsə pul mükafatı veriləcəyi bildirilir.
İtkin düşən şəxsi görənlərdən 070 431 33 39 nömrəsi ilə əlaqə saxlanılmasını vəya 34-cü polis bölməsinə məlumat vermələri xahiş edilir.
20-01-2025, 16:45
Ərdoğan komandasını gəncləşdirəcək - Hakim partiyadan AÇIQLAMA


Ərdoğan komandasını gəncləşdirəcək - Hakim partiyadan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbəri etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) rəhbərliyində dəyişikliklər etməyi planlaşdırır. Bu barədə “Türkiye” qəzeti yazıb.
Qəzetin məlumatına görə, partiya İdarə Heyətinin 60 faizinin yenilənməsi nəzərdə tutulub. Mənbələr dəyişikliklərin növbəti seçkilərlə əlaqəli olduğunu bildirib.
Nəşr qeyd edib ki, Ərdoğan artıq 2028-ci ilə planlaşdırılan prezident və parlament seçkiləri üçün partiyası üçün yeni komanda toplamağa başlayıb. Ötən il keçirilən bələdiyyə seçkilərində hakim partiyanın yüksək nəticə göstərməməsi də Ərdoğanın qərarına təsir edib.
Bəs necə dəyişiklik gözlənilir?
Məsələ ilə bağlı Ədalət və İnkişaf Partiyasının deputatı Adəm Yıldırım bildirib ki, partiyanın qazandığı səsi 50%-dən yuxarı qaldıracaq şəkildə yeniləşmə olacaq:
“Ortada dəqiq bir şey yoxdur. Ədalət və İnkişaf Partiyasının 22-23 illik fəaliyyəti var. Bunun gətirmiş olduğu yeniləşmədir. Lakin dəqiq bilinmir ki, dəyişiklik hansı minvalda olacaq. Qurultay yaxınlaşdıqca detalları cənab Prezidentimiz açıqlayar. Onsuz da Ədalət və İnkişaf Partiyası hər daim gəncləşməni önəmsəyən bir partiyadır. Prezidentimizin rəhbərliyi ilə gənc və qadın kadrlara həmişə yer verilib. Bu mənada həm gənc, həm qadın, həm də sahəsində yaxşı olan şəxslərlə siyasət aparmağa üstünlük verilib. Prezidentimiz daha gənc kadrların olacağı dəyişikliyi hədəfləyir”.
20-01-2025, 16:32
Laçında anım mərasimi - FOTO


Laçında anım mərasimi - FOTO

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentin Xüsusi nümayəndəliyinin təşəbbüsü, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib.
Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Bakı Abadlıq Xidməti”nə bağlı olan “Laçın Abadlıq Xidməti”nin əməkdaşları, Azərbaycan Ordusunun hərbi heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəs atəşə tutulub. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.
Qeyd edilib ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyev olub: “Ulu Öndər həmin günlərdə özünün və ailəsinin həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı qətiyyətlə pisləyib, xalqımıza qarşı törədilən bu cinayətə, günahsız insanların öldürülməsinə etirazını bildirib, təqsirkarların cəzalandırılmasını tələb edib”.
Xüsusi nümayəndə daha sonra Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad edib. İndi doğma Vətənimizin hər yerində Azərbaycanın şanlı bayrağı əzəmətlə dalğalanır. Bu torpaqlarda böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır və ölkəmiz güclü dövlətə çevrilib.
Daha sonra Laçın rayon ağsaqqalı Osman Həsənov və şəhid Vaqif Salmanovun qızı Vüsalə Salmanzadə çıxış edərək, 20 Yanvar hadisəsinin tarixi əhəmiyyətini, azadlıq mübarizəmizdə oynadığı mühüm rolu və şəhidlərimizin igidliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və “Silahdaşlar” adlı sənətli film nümayiş olunub.




20-01-2025, 16:24
Çin həmin sürücünü edam etdi


Çin həmin sürücünü edam etdi

Çinin Quandun əyalətində xalq məhkəməsi 62 yaşlı Fan Veyçiu barəsində ölüm hökmü çıxarıb.
Təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil 2024-cü ilin noyabrında insanlara çırpılıb, hadisə nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb.
Sürücü ictimai təhlükəsizliyə təhlükə törətməkdə təqsirli bilinib. Cəza hökmün çıxarılmasından bir ay keçməmiş həyata keçirilib, məhkəmə prosesi 2024-cü il dekabrın 27-də baş tutub.
20-01-2025, 15:54
İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi


İlham Əliyev 20 Yanvarla bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı video paylaşıb.
Dövlət başçısı paylaşımı öz şəxsi "İnstagram" sosial media hesabında paylaşıb.
Paylaşımı təqdim edirik:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!