Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdıBəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq tarif (vəzifə) maaşları artırılıb.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsindən maliyyələşən aşağıdakı dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) aylıq tarif (vəzifə) maaşları orta hesabla 10 faiz artırılıb.
1.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
1.2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
1.3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
1.5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi;
1.6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Tibb baş idarəsi;
1.7. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi;
1.8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti;
1.9. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
1.10. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
1.11. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
1.12. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
1.13. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
1.14. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.