Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
6-02-2025, 17:43
Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib - FOTO


Dövlət Komitəsi yanında İctimai Şuranın iclası keçirilib - FOTO

Fevralın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın 2025-ci il üzrə ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, məcburi köçkünlərin doğma yurda qayıdışının təmin edilməsi istiqamətində məqsədyönlü, genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Bir daha qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılması öz ata-baba yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur.
Böyük qayıdışın səmərəliliyinin təmin edilməsində geniş ictimai fəaliyyətin də vacib olduğu diqqətə çatdırılıb, bu istiqamətdə cari ildə həyata keçirilməsi nəzərdə tutulan mühüm və təxirəsalınmaz vəzifələr müzakirə edilib. Şura üzvlərinin qaçqınlar və məcburi köçkünlərlə görüşlərinin daimi xarakter daşıması, təbliğat tədbirlərinin müasir informasiya-kommunikasiya vasitələrindən geniş istifadə etməklə aparılması diqqətə çatdırılıb.
İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin dəyərli olduğunu vurğulayıb.



6-02-2025, 17:36
Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ


Xocalı və Ağdamın bu kəndlərinə KÖÇ OLACAQ

Böyük Qayıdış çərçivəsində işğaldan azad olunan ərazilərimizə köç prosesi sürətlə davam edir. Xocalıya da köç prosesi ötən ilin mayında başlayıb.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, qarşıdakı müddətdə Xocalının bir sıra kəndlərinə köç nəzərdə tutulur:
“Xocalıya ilk köç 2024-cü ilin may ayında baş tutdu. Xocalı şəhərinə, Xocalı rayonunun Ballıca kəndinə köç olub. Ümumilikdə götürdükdə 100-dən çox ailə köçürmüşük. Proses mütəmadi, dayanmadan davam edir. Bu aylar ərzində Xocalı şəhərinin özünə, yenə Ballıca kəndinə, Xanyurduna, Əsgəran qəsəbəsinə, Naxçıvanlı kəndinə, Şuşakəndə, Badarakəndə və bir neçə əlavə kəndlərimizə köç olacaq. Getdikcə bu proses daha geniş vüsət alacaq. Köçənlərin sayı da təbii ki, artacaq. Hamı həsrətlə gözləyir ki, ev-eşik hazır olsun və köçək. Biraz səbirli olmaq lazımdır. Cənab Prezident öz çıxışlarında, görüşlərdə də deyir ki, bu gün dövlət büdcəsində də ən çox vəsaiti müdafiəmizə, təhlükəsizliyimizə ayırırıq. Yəni qələbəmiz əbədi olsun. Kifayət qədər-4 milyard manatdan artıq da qayıdışla bağlı ayrılıb. Tək Xocalıda yox, digər işğaldan azad edilmiş ərazilərdə də işlər aparılır. Mən həm də 118 saylı Ağdam-Xocalı Seçki dairəsindən seçilmişəm. Ağdam haqda da sizə məlumat vermək istəyirəm. Ağdam rayon mərkəzinə yox, ancaq Xıdırlı, Kəngərli, Saraclı kəndlərinə də köç gözlənilir”.
Elman Məmmədov söyləyib ki, sakinlərin köç mərasimlərində iştirak edir:
“Sakinlərin köçündə, əlbəttə, iştirak edirik. Məsələ buarasındadır ki, hər bir tədbirlə, hər bir proseslə müvafiq qurumlar məşğul olur. "Qaçqınkom", cənab Prezidentimizin Xankəndi, Xocalı, Ağdərə rayonları üzrə səlahiyyətli nümayəndəsi İlkin Yusubov öz əməkdaşları ilə birlikdə iştirak edir. Eyni zamanda Xocalı icra hakimiyyətinin əməkdaşlarından iştirak edirlər. 26 fevral zamanı vəziyyətlə əlaqədar olaraq, müəyyən hələ bizim bilmədiyimiz tədbir nəzərdə tutularsa,əlbəttə, böyük sevinclə iştirak etməliyik və edəcəyik də”.
6-02-2025, 17:13
MSK-da bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxıldı


MSK-da bələdiyyə seçkiləri ilə bağlı müraciətlərə baxıldı

Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Fuad Cavadov, Qabil Orucov, Tofiq Həsənov, İlkin Şahbazov və Nailə Əsgərovanın təqdim ediblər.
Qeyd edilib ki, müraciətlər 72 saylı Cəlilabad kənd, 113 saylı Qax-Şəki, 69 saylı Biləsuvar, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 83 saylı Beyləqan, 74 saylı Masallı (2 müraciət), 95 saylı Zərdab-Kürdəmir-Ucar (2 müraciət), 80 saylı Lerik-Astara seçki dairələri üzrədir.
Müzakirələrin yekununda bəzi müraciətlərin araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınıb, bəziləri isə əsassız hesab edilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
6-02-2025, 17:07
Bakıdakı “Rus evi” bağlanır - Rusiyaya nota göndərildi


Bakıdakı “Rus evi” bağlanır - Rusiyaya nota göndərildi

Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyasının “Rossotrudniçestvo” agentliyinin Azərbaycan Respublikası ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib.
Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir.
6-02-2025, 16:53
Nazirlikdən minimum pensiya açıqlaması - Müavinət və təqaüdlər də ARTACAQ


Nazirlikdən minimum pensiya açıqlaması - Müavinət və təqaüdlər də ARTACAQ

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində minimum pensiya artımı da təmin edilib.
Dövlət başçısının təsdiqlədiyi yeni qanunla 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz və ya 40 manat artırılaraq 320 manata çatdırılıb.
Beləliklə, 2025-ci il fevralın 1-dək məbləği 320 manatdan aşağı olan bütün pensiyalar pensiyaçının hər hansı müraciətinə ehtiyac qalmadan elektron sistem üzərindən, avtomatik artım edilməklə həmin gündən 320 manat olub.
Eyni zamanda 2025-ci il fevralın 1-dən pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 280 deyil, 320 manat olacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda minimum pensiya məbləği 2025-ci il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (232 manat) 88 manat və ya 38 faiz üstələyir.
Qeyd edilib ki, dövlət başçısının 5 fevral 2025-ci il tarixli Sərəncamı ilə bütün pensiyaların 2024-cü il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun olaraq 8,1 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılması da təmin edilib. Həmçinin istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2025-ci il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb.
"2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara nail olunmaqla, o cümlədən minimum pensiya 3 dəfəyədək artırılıb. Eyni zamanda orta aylıq pensiya 2,4 dəfə artıb.
2025-ci ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqlarının artımı da təmin edilib. Müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.
Ümumilikdə bu ilin əvvəlindən reallaşdırılan növbəti (2018-ci ildən ötən dövrdə 5-ci) sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub və həmin artımlar 3 milyon vətəndaşı əhatə edir", - Nazirlikdən qeyd edilib.
6-02-2025, 16:49
Nazir kolleci bitirən müəllimlərin aqibətindən danışdı - "Bizim başqa müəllimə ehtiyacımız var"


Nazir kolleci bitirən müəllimlərin aqibətindən danışdı - "Bizim başqa müəllimə ehtiyacımız var"

Elm və təhsil naziri Emin Əmrullayev kolleclərdə bəzi müəllimlik ixtisasının zamanla ləğvi məsələsinə aydınlıq gətirib.
Nazir bu gün keçirdiyi brifinqdə çıxışı zamanı bildirib ki, həm kollec, həm bakalavr, həm də magistr səviyyəsində müəllim hazırlığı var.
Onun sözlərinə görə, misal olaraq, tar çalan biri musiqi məktəbində təhsil alır, ardınca kollec, ali təhsil və magistr oxuyur, amma nəzərə alaq ki, sonda onsuzda tar çalır.
"Vaxtı ilə savadsızlıq baxımından iki illik müəllim hazırlığına ehtiyac olub və kollec təhsili ilə kifayətləniblər. Amma bu gün bizim başqa müəllimə ehtiyacımız var. Bu, mütləq dəyişməlidir. Uzun müddət təhsil sahəsində dəyişiklik edilmir. Nəzərə almaq lazımdır ki, bir çox peşə və ixtisaslar sıradan çıxır", - nazir əlavə edib.
Nazir bildirib ki, kolleclərdə təhsil almaq universitetlərin sayının az olduğu dönəmlər üçün daha aktual idi, hazırda bəzi ixtisasların kolleclərdə olması vacib deyil:
"Artıq kolleclərdə ibtidai sinif üzrə müəllim hazırlığı məhdudlaşdırılıb. Gələcək dönəm üçün məktəbəqədər təhsil üzrə də müəllim hazırlığı məhdudlaşdırılacaq. Amma həmin kolleclər boş qalmayacaq. Ola bilsin gələcəkdə bu sahədə yeni ixtisaslar yaradılsın. Məsələn müəllim köməkçisi kimi ixtisaslar həmin kolleclərdə tədris oluna bilər".
6-02-2025, 16:44
Jurnalist Şəmşad Ağaya 2 ay 10 gün HƏBS VERİLDİ


Jurnalist Şəmşad Ağaya 2 ay 10 gün HƏBS VERİLDİ

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.
Bu barədə Xətai Rayon Məhkəməsi qərar verib.
Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.
Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 10 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
6-02-2025, 16:32
Məktəblər dəyişkən iş qrafikinə keçirələcək


Məktəblər dəyişkən iş qrafikinə keçirələcək

Valideynin uşaqlarını məktəbə gətirməsi ilə öz iş saatlarının uyğunlaşdırılması problemini tənzimləyə bilsək, məktəblər dəyişkən iş qrafikinə keçirələcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Qeyd edək ki, məktəblərdə iş qrafikinin dəyişdirilməsi məsələsi “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
6-02-2025, 16:28
Diplomlar Səhiyyə Nazirliyindən gələn rəy əsasında verilir - Nazir


Diplomlar Səhiyyə Nazirliyindən gələn rəy əsasında verilir - Nazir

Səhiyyə sahəsində diplomlar Səhiyyə Nazirliyindən gələn rəy əsasında verilir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, yaradılmış təftiş komissiyası nəticələr barədə ictimaiyyətə məlumat verəcək.
Qeyd edək ki, plastik cərrahların sertifikatlarının təftiş komissiyasında Elm və Təhsil Nazirliyi də var.
6-02-2025, 16:23
Nazir Bakının mərkəzindəki universitetlərin köçürülməsindən danışdı


Nazir Bakının mərkəzindəki universitetlərin köçürülməsindən danışdı

Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: "Universitetlərin köçürüləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə, bu asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə və üstəlik, nə qədər müəllim var".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!