İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib .....                        “3+3”ün qapıları Gürcüstan üçün açıq qalır .....                        Yeni konstitusiyanın qəbul edilməsi zəruridir - Paşinyan .....                        Bakı Arbitraj Mərkəzi yaradıldı .....                        Rusiya ordusu Kurskdan Ukraynaya daxil olub .....                        Paşinyan milli təhlükəsizlik strategiyasını dəyişir - Komissiya yaratdı .....                        Asiya Parlament Assambleyasının büdcəsi 1 milyon dollar olacaq .....                        Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi .....                        Bizə heç kim kömək etmir - İlham Əliyev .....                       
16-02-2025, 23:57
Azər Cabbarov - 55

Azər Cabbarov - 55


Nəslimizdə televiziyaçı kim varsa, hamı Arif dayımın böyük oğlu Azər Cabbarova borcludur.Azər müəllim bizi televiziyaya gətirənimiz, yol və yön göstərənimiz olub.Azər Cabbarov olmasaydı, indi uzaqbaşı hansısa orta məktəbdə, hansısa fəndən saathesabı dərs deyəcəkdim, vəssalam.Azər müəllimin sayəsində televiziyadan başlayan karyeram tədqiqatlara, araşdırmalara, ədəbiyyata qədər uzandı.
Xatırlayıram ki, Azər müəllimin həm də əla rəssamlığı vardı.Beş-altı yaşım olanda ayaqüstü bir rəsmimi çəkmişdi ki, iki göz lazım idi tamaşa eləyə.O şəkil indi də Vasifdə qalmalıdır.Bir də televiziya tarixində səs salacaq, amma əsla küy yaratmayacaq, sadə, lazımi, maraqlı layihələr, orijinal ssenarilər var ki, Azər müəllim onlara ehya verib, ilhamının gücü, qələminin kəsəri ilə neçə-neçə proqramlar ərsəyə gətirib.Demək olar ki, bu spesifik sahədə kipriyi ilə od götürüb Azər Cabbarov.Gerçəkləşməsi müşkül olan layihələri asan edib, onlara ekran həyatı bəxş edib.Olmazları olanlara, olanları əbədi qalanlara çevirib.Azər müəllim bizə yazmaqdan çox pozmağı öyrədib.Jurnalistin aludəçiliyə varmaması, ucundan tutub ucuzluğa getməməsi naminə öz dəyərli tövsiyələrini verib.İlk yazılarımı ona göstərəndə üç kələ-kötür kəlməmi silib, onu bir hamar sözlə əvəzlədiyinin şahidi olmuşam.Ancaq Azər müəllimin televiziya fəaliyyətinə kənardan seyrçi qismində şahidlik etmək istəməzdim.Arzum var ki, bu sferada onun zəhməti, əməyi layiqincə dəyərləndirilsin, əcrini, mükafatını haqqı ilə ala bilsin.

Jurnalist, pedaqoq, rəssam, peşəkar televiziyaçı Azər Cabbarovun yubileyi - qoşa-beşi mübarək deyib, başqa diləklərimi də çatdırım:
- Canınız sağlam, ömrünüz uzun olsun, dayıoğlu. Ömrünüz uzun olsun ki, növbə şeş-qoşalara -
başqa yubileylərə də çatsın.
Neçə sənələrə!
Turan Uğur
16.02.2025
16-02-2025, 22:41
"Wikisource-2025" beynəlxalq konfransında yeganə təmsilçimiz


"Wikisource-2025" beynəlxalq konfransında yeganə təmsilçimiz

Hörmətli qələm sahibi, fəal ictimaiyyətçi, vətənpərvər ziyalı Araz Yaquboğlu hazırda, 14-16 fevralda İndoneziyada keçirilən "Wikisource-2025" beynəlxalq konfransda iştirak edir. Qeyd edək ki, o, təkcə Wikipediada Azərbaycan üzrə ən çox məlumatı redaktə edən şəxslərdən biri kimi yox, həm də Qərbi Azərbaycanla bağlı kifayət qədər materiallar toplamaqla, səhifələr yaratmaqla dövlətimizə, millətimizə misilsiz xidmət göstərib. Araz müəllim bu tədbirə dəvət almış yeganə, həm də çox ləyaqətli həmvətənimizdir.
Ona bu müqəddəs işində yeni-yeni uğurlar arzulayırıq!

16-02-2025, 17:37
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olundu - FOTO


Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olundu - FOTO

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.
Nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.
Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.
O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.
Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.



16-02-2025, 17:23
Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq - Netanyahu


Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıracağıq - Netanyahu

Prezident Donald Tramp İsrailin Ağ Evdə indiyə qədərki ən yaxşı dostudur.
Bunu ABŞ dövlət katibi Marko Rubio ilə görüşdən sonra keçirilən mətbuat konfransında İsrail Baş naziri Binyamin Netanyahu bildirib.
Binyamin Netanyahu Marko Rubio ilə bir sıra məsələlərlə bağlı məhsuldar müzakirə apardıqlarını söyləyib: “İsrail və ABŞ İran təhlükəsinə qarşı çiyin-çiyinə dayanır. Biz hesab edirik ki, İrana nüvə silahına malik olmağa imkan vermək olmaz. İranın bölgəyə qarşı aqressiyası dayanmalıdır. Biz Donald Trampın dəstəyi ilə İranla bağlı işi başa çatdıra bilərik və başa çatdıracağıq”.
Marko Rubio da İranın regionda ən böyük qeyri-stabillik mənbəyi olduğunu, zorakılıq aktlarının arxasında durduğunu vurğulayıb: “Bu məsələni həll etmək lazımdır. Nüvə silahına malik İran heç vaxt peyda olmayacaq. Donald Tramp da bu məsələ ilə bağlı mövqeyini dəqiq ifadə edib. Əgər Yaxın Şərqdə daha çox israilli olsaydı, bölgə daha təhlükəsiz olardı”.
Qeyd edək ki, Marko Rubio Yaxın Şərq turnesi çərçivəsində ilk dəfə İsrailə səfər edib.
16-02-2025, 16:45
Vağzalda izdiham - 18 nəfər öldü


Vağzalda izdiham - 18 nəfər öldü

Hindistanda dəmiryolu vağzalında izdiham yaşanıb, ölənlər və yaralananlar var.
Bu barədə “BBC News” məlumat yayıb.
Ötən gecə Nyu-Dehlidə dəmiryolu vağzalında qatara minik zamanı yaşanan izdiham nəticəsində 18 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb. Ölənlərədn 4-ü uşaq, 10-u qadındır.
16-02-2025, 16:21
Qatar yük avtomobili ilə toqquşdu


Qatar yük avtomobili ilə toqquşdu

Yaponiyanın Fukuoka prefekturasında dəmiryol keçidində qatar yük avtomobili ilə toqquşub.
İnsident Yanaqava şəhərində qeydə alınıb.
Hadisə yerində xilasedicilər və təcili yardım xidmətləri çalışır.
Polisin məlumatına görə, yük maşınının sürücüsü qatarla toqquşmadan əvvəl nəqliyyat vasitəsini tərk etməyi bacarıb. Qatarda azı bir sərnişin yüngül xəsarət alsa da, həyatı üçün təhlükə yoxdur. Polis hadisənin səbəbini araşdırır.
Dəmiryol operatoru Nişi-Nipponun sözlərinə görə, insidentlə əlaqədar yerli xətlərdən birində hər iki istiqamətdə şəhərətrafı qatarların hərəkəti dayandırılıb.
16-02-2025, 16:05
ABŞ İsrailə ağır bombalar verdi


ABŞ İsrailə ağır bombalar verdi

Co Bayden administrasiyasının İsrailə tədarükünə qadağa qoyduğu ağır MK-84 bombaları daşıyan ilk gəmi də gecə saatlarında Aşdod limanına gəlib.
Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Gəmidən boşaldılan 1800 bomba yük maşınları ilə İsrail aviabazasına daşınıb.
Müdafiə naziri Israel Katz bunun İsrail və ABŞ arasında güclü müttəfiqliyin növbəti sübutu kimi dəyərləndirib və bu qərara görə Donald Tramp administrasiyasına təşəkkür edib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio da Yaxın Şərq turnesi çərçivəsində bu gecə Təl-Əvivə səfər edib.
16-02-2025, 15:50
İsrail Qəzzanı vurdu - 3 HAMAS üzvü öldü


İsrail Qəzzanı vurdu - 3 HAMAS üzvü öldü

İsrail Ordusu Qəzzanın cənubunda israil hərbçilərinə yaxınlaşan bir qrup silahlıya pilotsuz uçuş aparatından (PUA) zərbə endirib.
Bu barədə İsrail Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Fələstin mediası PUA zərbəsi nəticəsində 3 HAMAS üzvünün öldüyü barədə məlumat yayıb.
İsrail Müdafiə Nazirliyi fələstinliləri bir daha israilli hərbçilərin olduğu rayonlara yaxınlaşmamağa çağırıb.
16-02-2025, 15:37
Magistraturaya qəbul imtahanı keçirilib


Magistraturaya qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirib.
Bu barədə DİM-dən bildirilib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 85 binada təşkil olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
Məlumat üçün qeyd edək ki, imtahanda iştirak etmək üçün 21 926 bakalavr ərizə təqdim edib. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkar olunub. 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub. Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. Bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərinizə çatdırırıq.
Fevralın 17-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Mərkəzin saytına yerləşdiriləcək.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında) da sabah DİM-in internet saytının "Xidmətlər" bölməsində > “E-xidmətlər” > "DİM-in nəşrlərinin elektron versiyalarının satışı" > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə biləcəklər. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/).
16-02-2025, 14:51
Məftillə boğub, ayağına daş bağlayıb suya atıblar - Saatlıda cinayət


Məftillə boğub, ayağına daş bağlayıb suya atıblar - Saatlıda cinayət

Saatlı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!