Dil ilahi bir qüvvədir! .....                        Sumqayıtda bir nəfərin 20 min manatı mənimsənildi .....                        Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatdı .....                        Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb .....                        Azərbaycanda təbiət hadisəsi: Kiçik çillə çıxdı, Boz ay başladı .....                        Nazirlik əhaliyə növbəti dəfə müraciət etdi .....                        ABŞ rəsmiləri Zelenskini hədələdilər: “Ukraynanı dərhal tərk etsin!” .....                        Azərbaycanda yeni Agentlik yaradıldı .....                        Bu gün avtobuslar saat 21:30-dək işləyəcək .....                       
17-02-2025, 18:03
Azərbaycanda evlənənlərin sayı kəskin azalıb, boşanmalar isə...


Azərbaycanda evlənənlərin sayı kəskin azalıb, boşanmalar isə...

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb.
Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
17-02-2025, 17:53
Azərbaycan əhalisinin sayı açıqlandı


Azərbaycan əhalisinin sayı açıqlandı

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycan əhalisinin sayı 44 min 119 nəfər və ya 0,4 faiz artaraq 2025-ci il yanvar ayının 1-i vəziyyətinə 10 milyon 224 min 889 nəfərə çatıb.
Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri təşkil edir. Azərbaycanda əhalinin 49,8 faizini kişi, 50,2 faizi isə qadındır.
17-02-2025, 17:46
Millimiz İrana qalib gəldi


Millimiz İrana qalib gəldi

Azərbaycan U-17 millisi bu gün UEFA İnkişaf Kubokunda 2-ci tur oyununa çıxıb.
Yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə İranla qarşılaşıb. Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 47-ci dəqiqədə Amin Rzayev vurub.
Xatırladaq ki, millimiz ilk matında Rusiya ilə qarşılaşıb və böyük hesabla uduzub - 0:3. Komanda növbəti görüşünü Qazaxıstan millisinə qarşı keçirəcək. Matç fevralın 19-da oynanılacaq.
12:00. İran U-17 - Azərbaycan U-17 - 0:1
Qol: Amin Rzayev, 47
17-02-2025, 17:32
Azərbaycanın Suriyadakı Səfirliyi fəaliyyətini bərpa etdi - 13 ildən sonra


Azərbaycanın Suriyadakı Səfirliyi fəaliyyətini bərpa etdi - 13 ildən sonra

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.
Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir.
17-02-2025, 17:28
Nazirlikdən yazıçı Anarın şikayətinə cavab


Nazirlikdən yazıçı Anarın şikayətinə cavab

Prezident İlham Əliyev 2013-cü ildə “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi, 2022-ci ildə isə Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anar bildirib ki, təmir işləri ailəsinin hesabına həyata keçirilir: “Bir də mənim deputat pensiyam var, onun hesabına atamın ev-muzeyini təmir etdirirəm”.
Xalq yazıçısı Rəsul Rzanın ev-muzeyi yaradılması məsələsinə laqeyd yanaşılmasından şikayətlənib: “Mən bu məsələlərə qarışmaq istəmirəm, danışacam sonra hərə bir yerdən danışacaq. Ona görə də heç bir şey demək istəmirəm. Özü də bu laqeydlik təkcə Rəsul Rzanın ev-muzeyi ilə bağlı deyil. Cəfər Cabbarlının da ev-muzeyi hazırda yox kimidir, halbuki bir neçə il əvvəl yubileyi idi”.
Qeyd edək ki, Xalq şairi Rəsul Rzanın Bakı şəhərində xatirəsinin əbədiləşdirilməsi, onun həyat və yaradıcılığı haqqında gələcək nəsillərə daha dolğun məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli Sərəncamına əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyi yaradılılıb.
Ətraflı
Mədəniyyət Nazirliyindən bildirilib ki, sözügedən Sərəncamın icrasının təmin olunması məqsədilə Mədəniyyət Nazirliyinin 1 avqust 2022-ci il tarixli 229-f nömrəli əmr imzalanıb.
“Azərbaycanın Xalq şairi Rəsul Rzanın və həyat yoldaşı Xalq şairəsi Nigar Rəfibəylinin Bakı şəhərində yaşadığı evdə yaradılan muzeydə nümayiş olunacaq əşyaların yoxlanılması və siyahısının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq işlər aparılıb, mənzildə mövcud olan ümumilikdə 5113 (beş min yüz on üç) əşya, o cümlədən mebellər, rəsm əsərləri, heykəllər, kitablar, şəxsi sənədlər, fotolar və əlyazmalar siyahıya alınıb.
Mədəniyyət Nazirliyinin 8 avqust 2023-cü il tarixli, 3-24/3-1-f-181/2023 nömrəli əmrinə əsasən Rəsul Rzanın ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin balansına verilib. Muzeyin təsdiq olunan ştat cədvəlinə əsasən direktor, baş fond mühafizi, kiçik elmi işçi, bələdçi, muzey baxıcısı və xadimə olmaqla ümumilikdə 5.5 ştat vahidi ayrılmışdır. Muzeyin direktoru vəzifəsinə Rzayeva Fidan Adil qızı təyin olunub.
Hal-hazırda muzeydə ailə tərəfindən təmir işləri aparılır. Təmir işləri bitdikdən sonra nazirlik tərəfindən muzeyin ekspozisiyasının qurulması nəzərdə tutulur”.
17-02-2025, 17:16
İsrail HƏMAS komandirini öldürdü


İsrail HƏMAS komandirini öldürdü

İsrail ordusu HƏMAS hərəkatının Livandakı əməliyyat şöbəsinin rəhbəri Məhəmməd Şahinin öldürüldüyünü açıqlayıb.
Bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
O, Livanın cənubundakı Sidon bölgəsinə endirilən hava hücumunda öldürülüb.
Açıqlamada deyilir ki, Məhəmməd Şahin İsrailə qarşı terror aktları planlaşdırırmış. Döyüşlər zamanı o, Livandan İsrailə raket hücumlarını idarə edib və “HƏMAS üçün əsas xəbərçi” olub.
17-02-2025, 17:02
Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan


Ermənistanı Avropa İttifaqında heç kim gözləmir - Koçaryan

Ermənistanın Avropa İttifaqına daxil olmaq perspektivi yoxdur və İrəvan bunun naminə Avrasiya İqtisadi İttifaqına üzvlüyün verdiyi bütün üstünlükləri itirir.
Ermənistanın sabiq prezidenti Robert Koçaryan bunu İrəvanda keçirilən mətbuat konfransında deyib. O, Avropa İttifaqına üzvlük məsələsinin ölkədə keçiriləcək parlament seçkilərində əsas mövzu olacağını bildirib.
Qeyd edək ki, fevralın 12-də Ermənistan parlamenti Avropa İttifaqına üzvlük haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ermənistanın ikinci prezidenti olan və 1998-2008-ci illərdə ölkəyə rəhbərlik edən Robert Koçaryan hazırda respublika parlamentində ən böyük müxalifət fraksiyasına malik “Ermənistan” blokunun lideridir.
17-02-2025, 17:00
Prezident Azər Qasımovu işdən çıxardı


Prezident Azər Qasımovu işdən çıxardı

Azərbaycan Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azər Qasımov işdən çıxarılıb.


17-02-2025, 16:47
Nazirliyin əməkdaşı intihar etdi


Nazirliyin əməkdaşı intihar etdi

Beyləqanda intihar hadisəsi baş verib.
1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb.
O, qardaşının evinə qonaq gedibmiş.
Qeyd edək ki, M.Bayramov Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
17-02-2025, 16:41
Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ


Əməkdar jurnalistin şikayət etdiyi qadın saxlanıldı - RƏSMİ

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızının kirayə verdiyi mənzilin əşyalarının kirayəşin tərəfindən talanması barədə daxil olan müraciət üzrə şübhəli şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məhkəmənin qərarı ilə Aygün Cavadova 4 gün yox, 8 gün müddətinə inzibati qaydada həbsdə olub.
"Hazırda şübhəli şəxs barəsində araşdırmalar davam etdirilir, onun digər qanunsuz əməlləri istisna edilmir", - Lumu İsrəfilli deyib.
Qeyd edək ki, Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub yazıb. O, Badamdarda yerləşən mənzilin qarət olunduğunu qeyd edək, oğrunun tapılması üçün nazirdən kömək istəyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!