Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
8-02-2025, 12:43
Bakıda avtomobil yandı - Yaxınındakı maşınlara ziyan dəydi


Bakıda avtomobil yandı - Yaxınındakı maşınlara ziyan dəydi

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.
“Toyota” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yüksək temperaturdan yaxınlıqdakı avtomobillərin ön və arxa buferi əriyib. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
8-02-2025, 12:34
Sabah qar yağacaq, yollar buz bağlayacaq


Sabah qar yağacaq, yollar buz bağlayacaq

Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Yağıntı gündüz tədricən kəsiləcək.
Arabir güclənən şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 1°-dək isti, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
8-02-2025, 11:51
Ermənistanın müdafiə naziri Hindistana getdi


Ermənistanın müdafiə naziri Hindistana getdi

Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Hindistana işgüzar səfər edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda nazirin keçirəcəyi görüşlər barədə detallar açıqlanmayıb.
8-02-2025, 11:17
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq - AÇIQLADI


Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq - AÇIQLADI

Xəbər verdiyimiz kimi, maliyyə naziri vəzifəsinə təyin olunmuş Sahil Babayev fevralın 7-də kollektivə təqdim olunub.
Yeni nazir Maliyyə Nazirliyinin Aparatında kollektivlə ilk iclasını keçirib.
Sahil Babayev hazırda Maliyyə Nazirliyində çalışan kadrlarla yola davam etmək istədiyini bildirib. O, köhnə komandadan işinə məsuliyyətlə yanaşan heç kimin vəzifədən azad edilməyəcəyinə söz verib. Yeni nazir işə can yandırmayanlarla yolları ayırmalı olacaqlarını da qeyd edib.
Xatırladaq ki, Sahil Babayev fevralın 6-da əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilərək, maliyyə naziri postuna təyin olunub.
Maliyyə Nazirliyindəki hazırkı heyət keçmiş maliyyə naziri Samir Şərifovun vaxtında formalaşıb. Samir Şərifov yanvarın 10-da maliyyə naziri vəzifəsindən azad olunub və Baş nazirinin müavini təyin edilib.
8-02-2025, 10:13
Bakıdakı yeni yola görə 1650 ağac köçürüləcək


[b]Bakıdakı yeni yola görə 1650 ağac köçürüləcək[/b]

Dövlət Ekoloji Ekspertiza Agentliyində “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 30 yanvar 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn məsələlərlə bağlı ictimai dinləmə keçirilib. Tədbirdə əsas məqsəd yaxın 5 ildə sərəncam üzrə həyata keçiriləcək layihələrin icrası zamanı ətraf mühitə təsirlərin qiymətləndirilməsinə, ekoloji təhlükəsizlik və ekoloji normaların gözlənilməsinə, bütövlükdə ekoloji qanunvericiliyin tələblərinə diqqət çəkilməsi olub.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib ki, Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər planından irəli gələn layihələrin reallaşdırılması həyati əhəmiyyət kəsb edir.
“Bakı şəhəri və Abşeron yarımadasında tıxacların qarşısının alınması insanların rahat hərəkət etməsi üçün nəzərdə tutulan tədbirlərdən ən vacibi yol infrastrukturunun bütün normalara cavab verməsi, mövcud yolların genişləndirilməsi, yeni yolların salınması, eyni zamanda, alternativ, modern üsulların tətbiqidir. Amma əsas məqsədimiz ondan ibarətdir ki, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi normalarına maksimum diqqət yetirilsin. Ətraf mühitə dəyən ziyanın aradan qaldırılması və ya ziyanın minimum həddə çatdırılması üçün alternativ variantlar seçilsin. Həmçinin yolun çəkilişi zamanı mövcud olan torpaq qatının, yaşıllıqların və digər ətraf mühit komponentlərinin kompensasiyası layihədə öz əksini tapsın. Əgər bu gün 5-10 ağac layihə altına düşürsə, onlar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilmiş əraziyə əkilsin. Həmin ağaclara aqrotexniki xidmət göstərilsin, onların tələf olmasının qarşısı alınsın”, - deyə M.Qənbərov bildirib.
Yeni çəkiləcək Akademik Həsən Əliyev küçəsi-Müzəffər Nərimanov küçəsinə qədər olan avtomobil yolunun layihəsi də müzakirə olunub. Qeyd edilib ki, layihə üzrə birinci hissədə metronun "Ulduz" stansiyasından Keşlə bazarına kimi, ikinci hissədə ərazidəki təhsil akademiyası istiqamətində, daha sonra Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən, sonda isə akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər yolun çəkilməsidir. Bildirilib ki, sözügedən ərazidən ümumilikdə 1 650 ağacın, 491 ədəd kol və tingin köçürülməsi planlaşdırılır.
"Ulduz" stansiyasından Keşlə bazarına kimi 2 km ərazidən 586 ağac, akademiya ərazisindən 73 ağac, Keşlə bazarının qarşısındakı iaşə obyekti ərazisindən 170 ağac, akademik Həsən Əliyev küçəsindən Müzəffər Nərimanov küçəsinə qədər 730 m ərazidən isə 820 ağac köçürülməlidir.
M.Qənbərov söyləyib ki, Keşlə bazarı və akademiya ərazisindəki ağacların köçürülməsi ilə bağlı rəy artıq hazırdır:
"Ağacların köçürüləcəyi ərazilər müəyyənləşdirildikdən sonra rəy müvafiq rayon icra hakimiyyətinə göndəriləcək. Əgər yol çəkilməsindən danışırıqsa, ağaclar daşınmalı, ekoloji normalar, təmizlik nəzərə alınmalıdır. Bütün qurumlar bu istiqamətdə bir-biri ilə sıx əlaqədə işləməlidir”, - deyə qurum rəhbəri bildirib.
8-02-2025, 00:13
Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - Ərdoğan


Baxçalı ilə danışdım, səhhəti yaxşıdır - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yaranan Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə telefon danışığı aparıb. Bu barədə Ərdoğan özü bildirib.
O, Baxçalının vəziyyətinin çox yaxşı olduğunu deyib.
"Cənab Baxçalının sağalma dövrünü ən qısa zamanda başa vuracağına və Türkiyəyə əvvəlkindən daha əzmlə xidmət etmək üçün mübarizəsini davam etdirəcəyinə inanıram" - Ərdoğan qeyd edib.
Xatırladaq ki, MHP-nin 77 yaşlı sədri Dövlət Baxçalının ürək qapağı dəyişdirilib.
O, fevralın 4-də xəstəxanaya yerləşdirilib.
7-02-2025, 23:13
Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Mehranə Vəliqızı yazır:


Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvərdir

Yeni yaranan uşaq ədəbiyyatı mənəvi, əxlaqi dəyərlərin daha çox təbliğ edilməsinə çalışmalıdır. Bütün tarixi təcrübə,xalqımızın mədəniyyətinin, mənəviyyatının əsas prinsipləri bunu tələb edir. Şərq mədəniyyəti, türk mədəniyyəti bunu tələb edir. Mənəvi dəyərlərə üstünlük verən yeni nəsil daha vətənpərvər, daha çalışqan, daha təəssübkeş, davranışlarında daha mədəni olurlar. Əksinə, bu dəyərlər arxa plana keçdikdə sadaladığımız keyfiyyətlər də zəifləmiş olur.
İndi yaranan uşaq ədəbiyyatı yeni nəslin estetik zövqünün, yüksək mədəniyyətinin formalaşmasına da kömək etməlidir. Çox təəssüf ki, indiki uşaqlar tez-tez zövqsüz, aşağı səviyyəli ədəbi nümunələrin təsiri altına düşür. Onların bir çoxu meyxana janrında uğursuz səviyyədə yazılmış, kobud şəkildə qafiyələnmiş şeirlərin, macəra xarakterli, kriminal aləmi təsvir edən hekayətlərin, mövhumat xarakterli, cəhalət aşılayan insanların əhatəsinə düşür. Bu mühit onlarda arzu edilməyən davranış formalaşdırır. İndi küçədə, avtobusda, digər ictimai yerlərdə öz xoşagəlməz davranışları ilə seçilməkdən zövq alan xeyli yeniyetməyə rast gəlirik. Əgər uşaq ədəbiyyatımız arzu olunan şəkildə yaransa, tədris edilsə, belə halların qarşısı xeyli dərəcədə alına bilər. Uşaq ədəbiyyatının yüksək səviyyədə yaranması, yüksək səviyyəli uşaq mahnılarının da yaranmasına kömək olar. Bu isə uşaqlarda musiqi zövqünün formalaşmasına xeyli kömək edər.
7-02-2025, 20:05
Bakıda yeni park: Prezident və xanımı açılışda - FOTO


Bakıda yeni park: Prezident və xanımı açılışda - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verib.
Paytaxtımızın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.
Dövlətimizin başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və binada bərpa işləri aparılıb.
Yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunub. Həmçinin burada fəvvarə də quraşdırılıb. Bu da istirahət məkanına əlavə gözəllik verir.
Müasir istirahət kompleksinin ərazisinin 14 hektarında yaşıllıq sahələri salınıb, 20 mindən çox ağac və kol əkilib. Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Həmçinin işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulub. Parkda piyada və velosiped yolları çəkilib, uşaq-əyləncə və açıq hava şəraitində müasir məşq qurğuları ilə təchiz edilmiş idman meydançaları yaradılıb.
Yeni parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirən yeraltı keçid də inşa olunub. Bu da sakinlərin təhlükəsiz və rahat hərəkətinə şərait yaradır.
Son illər Azərbaycanın bütün regionlarında, o cümlədən Bakı şəhərində abadlıq və yenidənqurma işləri geniş vüsət alıb. Əhalinin rahatlığının və istirahətinin yüksək səviyyədə təşkili məqsədilə yeni parklar və çoxsaylı yaşıllıq zolaqları salınıb, mövcud park və xiyabanlar isə əsaslı şəkildə yenidən qurulub. Həyata keçirilən bu layihələr Bakının və regionların simasını dəyişməklə yanaşı, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılmasında da mühüm rol oynayır.
Yeni istifadəyə verilən park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.







7-02-2025, 20:00
Beş rayona qar yağır


Beş rayona qar yağır

Saat 19:00-a olan məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neftçala, Biləsuvar, Lənkəran, Astarada arabir yağış, Qəbələ, Quba, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.
Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq külək Bakıda və Abşeron yarımadasında arabir 26 m/s-yə çatıb.
Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Quba, Qusar, Qrızda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 11, Naxçıvan MR-da 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.
Fevralın 10-dan ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
7-02-2025, 19:49
USAID bağlanmalıdır! - Trampdan SƏRT SÖZLƏR


USAID bağlanmalıdır! - Trampdan SƏRT SÖZLƏR

ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiya görünməmiş həddə çatıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.
“USAID radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb”, - o qeyd edib.
Tramp qeyd edib ki, USAID bağlanmalıdır.
Xatırladaq ki, Trampın ABŞ Prezidenti seçilməsindən sonra USAID-in fəaliyyətini məhdudlaşdırması ilə bağlı qərarlar qəbul edilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X”-dəki hesabı da ləğv olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!