19-04-2025, 17:19
Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi işdən çıxarıldıPrezidentin Təhlükəsizlik Xidmətində kadr islahatı olub.
Prezidentin Təhlükəsizlik Xidmətinin şöbə rəisi polkovnik Səftər Heydər oğlu Hacıyev vəzifəsindən azad edilib.
19-04-2025, 17:00
Qazaxda 4 nəfər dəm qazından zəhərləndiQazaxda zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun N.Nərimanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü S.Abbasova, 1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə zəhərlənən şəxslər bir ailənin üzvidir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
19-04-2025, 16:30
Azərbaycanda zəlzələ olduYardımlıda zəlzələ baş verib.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, zəlzələnin dərinliyi 11 kilometr, maqnitudası isə 3,3-dür.
19-04-2025, 16:15
Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində - FOTOCeyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində iştirak edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə keçmiş xarici işlər naziri və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun dəfn mərasimində iştirak edib, başsağlığı verib.
19-04-2025, 15:51
Çin orbitə 6 peyk buraxdıÇinin “Çanjen-6” raket daşıyıcısı günəşlə sinxron orbitə birdən-birə 6 “Şiyan-27” süni peykini qaldırıb.
Bu barədə Çinin Aerokosmik Elm və Texnika Korporasiyası (CASC) məlumat yayıb.
Məlumata görə, raketlər Çinin şimalında yerləşən Şansi vilayətinin Tayuan kosmodromundan yerli vaxtla 06:51-də buraxılıb. Kosmik aparatlar uğurla orbitdə təyin olunmuş mövqeni tutublar.
CASC qeyd edib ki, peyklər Yerə yaxın kosmik mühiti araşdırmaq və müvafiq texnologiyaların sınaqlarını həyata keçirmək üçün nəzərdə tutulub.
19-04-2025, 15:43
Bakının mərkəzi küçələrindən biri bağlanırBu gecədən Bakının Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir.
Məlumata görə, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
AAYDA sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edit.
19-04-2025, 15:30
Gürcüstan Azərbaycandan kömək istədiGürcüstanın paytaxtı Tbilisi də daxil olmaqla bir sıra regionlarda bu gün yenidən elektrik enerjisi kəsilib.
Buna səbəb Kavkasioni elektrik ötürücü xəttində qəzanın baş verməsidir.
“AzərEnerji”nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin “Qafqazinfo”ya verdiyi məlumata görə, böyük problemlə üzləşən Gürcüstan tərəfi Azərbaycana kömək üçün müraciət edib. Dərhal “AzərEnerji” tərəfindən Gürcüstan enerji sistemi ilə paralel iş bərpa olunub. Qəzanın ilk anında Gürcüstana 380-400 MVt enerji ötürülüb.
Xatırladaq ki, bir neçə gün öncə də Gürcüstan qaranlığa qərq olmuşdu. Genişmiqyaslı qəza nəticəsində Tbilisi, Qori, Batumi, Poti, Borjomi, Kutaisi, Zuqdidi və digər şəhərlərin bir hissəsində işıq kəsilmişdi.
19-04-2025, 15:22
Bulvarda dənizdən meyit çıxarıldıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
19-04-2025, 14:59
Açıq qalan Qarabağ məsələsi yoxdur - Ceyhun BayramovAzərbaycanla Ermənistan arasında birbaşa dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir.
Bunu “TRT World” telekanalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, bu gün Ermənistan da daxil olmaqla hər kəs Qarabağın de-yure və de-fakto Azərbaycana məxsus olduğunu qəbul edir, hətta açıq şəkildə elan edir:
“Bu o deməkdir ki, açıq qalan Qarabağ məsələsi yoxdur. Belə olan təqdirdə ortaya sual çıxır ki, Ermənistan niyə hələ də Minsk qrupunu saxlamaqda israr edir? Bilmirəm, bəlkə, bu gələcəklə bağlı planla əlaqəlidir? Əks təqdirdə, biz əsaslı məntiqli bir izah və səbəb görmürük”.
19-04-2025, 14:44
Futbolçuları daşıyan avtobus aşdı, məşqçi öldüQazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus qəzaya düşüb.
Komanda oyun üçün Pavlodardan Astanaya gedirmiş. Sürücü yük avtomobilini səhv ötüb və avtobus aşıb.
Mikroavtobusda 14-16 yaş arası 16 uşaq, həmçinin onları müşayiət edən məşqçi olub. İdmançılar yardım üçün tibb müəssisəsinə aparılıb və həkim nəzarətindədirlər. Məşqçi isə hadisə yerində dünyasını dəyişib.
Qəza ilə bağlı cinayət işi açılıb, bütün zəruri istintaq hərəkətləri başlanıb.
Həmçinin qeyd olunub ki, futbolçular özəl idman məktəbində məşq ediblər. Rəhbərliyin qarşıdakı səfərlə bağlı polis əməkdaşlarına əvvəlcədən məlumat vermədiyi və bu səbəbdən patrul dəstələrinin lazımi müşayiəti təmin olunmadığı bildirilib. Bu hadisə ilə bağlı da araşdırmalara başlanılıb.