İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
22-04-2025, 22:40
Şərurda bədbəxt hadisə - 3 yaşlı uşaq öldü


Şərurda bədbəxt hadisə - 3 yaşlı uşaq öldü

Şərur rayonunda bədbəxt hadisə baş verib.
Rayon sakini 2022-ci il təvəllüdlü Rzayeva Damla Amin qızı yaşadığı Şərur şəhərində yerləşən yaşayış evinin qarşısından keçən suvarma kanalına düşərək boğulub ölüb.
Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.
22-04-2025, 22:21
Putin döyüşlərin dayandırılmasını təklif edir


Putin döyüşlərin dayandırılmasını təklif edir

Rusiya prezidenti Vladimir Putin cəbhə xəttində döyüşlərin dayandırılmasını təklif edib.
Bu barədə "Financial Times" (FT) üç mənbəyə istinadən məlumat yayıb.
O, ABŞ prezidenti Donald Tramp tərəfindən təklif olunan sülh sazişinin bir hissəsi olaraq bu təklifi irəli sürüb.
Qəzet qeyd edir ki, təklif Vladimir Putinlə ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff arasında aprelin 11-də Sankt-Peterburqda keçirilən görüş zamanı edilib.
Moskva Ukraynanın nəzarəti altında olan dörd rayonun həmin ərazilərinə dair iddialarından imtina etməyə hazır olduğunu bəyan edib.
Qəzet vurğulayır ki, bu təklif Rusiyanın sülhün bərqərar olması üçün “maksimalist” şərtlərdən əl çəkməyə hazır olduğuna dair ilk rəsmi işarədir.
FT qeyd edir ki, bu görüşdən sonra ABŞ Ukrayna və Avropaya Krımın Rusiya kimi tanınmasını, eləcə də Rusiyanın döyüşlər zamanı əldə etdiyi əraziləri özündə saxlamasını ehtiva edən sülh planı təklif edib.
22-04-2025, 21:52
Orban Ukraynaya "YOX" dedi


Orban Ukraynaya "YOX" dedi

Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı ümummilli referendumda iştirak edib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
O, Ukraynanın təşkilata qoşulmasının əleyhinə səs verib.
O, müvafiq qutuya “yox” sözü yazılmış seçki bülletenini ataraq şəklini sosial media hesabında paylaşıb.
Qeyd edək ki, referendum 2025-ci il aprelin 14-də poçtla göndərilən sorğu anketləri ilə başlayıb. Səsvermə Ukraynanın Aİ-yə üzvlüyünün dəstəklənməsi və ya rədd edilməsi ilə bağlıdır. Sorğunun nəticələrinin iyunda yekunlaşdırılması və Brüsselə göndərilməsi planlaşdırılır.
"Brüssel və Tisza partiyası Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyir. Bu, Macarıstan iqtisadiyyatını məhv edər. Biz onların gələcəyimizlə bağlı qərar qəbul etmələrinə imkan verməyəcəyik", - o qeyd edib.
22-04-2025, 21:43
Ərdoğan Şahbaz Şəriflə görüşdü


Ərdoğan Şahbaz Şəriflə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən bildirilib.
Liderlər Prezident iqamətgahında bir araya gəliblər.
Onların hansı məsələləri müzakirə etdikləri hələlik açıqlanmır.
22-04-2025, 21:01
Bütün məsələlərdə eyni tərəfdəyik - Tramp


Bütün məsələlərdə eyni tərəfdəyik - Tramp

ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Bu barədə Donald Tramp bildirib. O qeyd edib ki, tərəflər ticarət, İran və digər çoxsaylı mövzularla bağlı müzakirə aparıblar.
“Telefon danışığı çox yaxşı keçdi. Biz bütün məsələlərdə eyni tərəfdəyik”, - deyə Tramp bildirib.
22-04-2025, 20:27
Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt cavab


Türkiyədə növbədənkənar seçki? - Bağçalıdan sərt cavab

Türkiyədə yenidən növbədənkənar seçkilərin keçiriləcəyi barədə xəbərlər yayılıb.
Mətbuatda Türkiyənin hakim dairələrində seçki barədə müzakirələrin aparıldığı iddia edilir.
Müzakirələr tanınmış yazar Mümtazer Türkönenin açıqlamasından sonra qızışıb. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalının seçki prosesinə başlayacağını bildirib.
Məsələ ilə bağlı Bağçalının özü də açıqlama verib. O, son günlər mediada yer alan erkən seçki iddialarını təkzib edib.
Yazılı açıqlamasında Bağçalı bu iddiaların partiyanı qaralamaq məqsədi daşıdığını deyib.
O, bildirib ki, MHP və Cümhur İttifaqı seçkilərin vaxtında keçirilməsində qərarlıdır və bu mövqedən geri dönüş olmayacaq.
“Partiyamızı müzakirəyə açmaq istəyənlərin, niyyət oxumağa çalışanların arzuları puç olacaq,” – deyə Bağçalı vurğulayıb.
22-04-2025, 19:58
Nazir ona yüksək vəzifə verdi


Nazir ona yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr təyin olunub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə bu vəzifəyə Ramin Alik oğlu Rzayev gətirilib.
Ramin Rzayev bu təyinata qədər idarə heyətinin sədr müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sabiq sədri Anar Bayramov bu ayın 17-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
22-04-2025, 19:37
“Bir gündə iki oğlumu itirdim” - Vardanyan mina qurbanlarını dinlədi


“Bir gündə iki oğlumu itirdim” - Vardanyan mina qurbanlarını dinlədi

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”.
Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib.
Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb.
Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib.
Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb.
Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar.
Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər.
Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər.
Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib.
ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”.
Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib.
İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib.
Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar.
Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.



22-04-2025, 19:06
Azərbaycanla Çin arasında sənədlər imzalandı


Azərbaycanla Çin arasında sənədlər imzalandı

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində ölkəmizin Energetika Nazirliyi ilə Çin şirkətləri arasında bir sıra sənədlər imzalanıb.
İmzalanmış sənədlər arasında “Azərbaycan Respublikasının Hökuməti və “Universal Solar Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında 100 MVt gücündə Qobustan günəş elektrik stansiyası Layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “China Energy Overseas Investment Co. Ltd.” şirkəti arasında Azərbaycan Respublikasında dənizdə külək enerjisi layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “China Datang Overseas Investment Co. Ltd” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Böyükşor gölündə 30 MVt gücündə batareya enerji saxlanc sistemi ilə 100 MVt gücündə üzən günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi, “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “PowerChina Resources Limited” və “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 160 MVt gücündə günəş elektrik stansiyası layihəsinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqaviləsi (mübadilə ediləcək)”, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu arasında “Bərpa olunan enerjinin inkişafı və elektrik enerji sisteminin planlaşdırılması”na dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi, “SOCAR Green” Məhdud Məsuliyyətli Cəmiyyəti, “China Datang Overseas Investment Co. Ltd” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 QVt gücündə dənizdə külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu” yer alıb.
22-04-2025, 18:33
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi


Səfərbərlik Xidmətinin idarə rəisi həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.
Ramin Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir.
Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma o zaman barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi.
Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün o, üç aylıq həbs edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!