Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-05-2025, 22:51
Tramp ona yeni vəzifə verdi


Tramp ona yeni vəzifə verdi

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini müvəqqəti olaraq Marko Rubio icra edəcək.
Bu barədə Donald Tramp məlumat verib.
“Marko Rubio Dövlət Departamentində güclü rəhbərliyini davam etdirməklə yanaşı, milli təhlükəsizlik üzrə müşavir vəzifəsində çalışacaq. Biz birlikdə Amerika və dünyanı yenidən təhlükəsiz etmək üçün yorulmadan mübarizəyə davam edəcəyik”, - deyə Tramp bildirib.
Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verib.
1-05-2025, 22:47
Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı


Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxıldı

Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.
Həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.
V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.
Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V.Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılmışdı. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb.
Ukrayna polisi faktla bağlı araşdırmalar aparır.
1-05-2025, 21:30
Konstitusiya Məhkəməsindən mühüm qərar


Konstitusiya Məhkəməsindən mühüm qərar

Konstitusiya Məhkəməsi Plenumunun Fərhad Abdullayevin sədrliyi ilə növbəti iclası keçirilib.
Məhkəmə iclasında Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı Ağır Cinayətlər Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin V hissəsinin və 60-cı maddəsinin I hissəsinin tələblərinə uyğun olaraq, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-ci maddəsindən kənar qaydada xarici dövlətin məhkəməsinin hökmünün tanınması və təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən xarici dövlətin məhkəməsinin hökmü ilə çəkdiyi cəzanın ona təyin ediləcək cəza müddətinə hesablanması yolverilməzdir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
1-05-2025, 20:47
Sosial yardım adı altında dələduzluq


Sosial yardım adı altında dələduzluq

“Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, daha sonra istifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur:
“Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.
Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır”.
1-05-2025, 19:58
Trampın müşaviri istefaya gedir


Trampın müşaviri istefaya gedir

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valts istefa verəcək.
Onun müavini Aleks Vonq da onunla birlikdə vəzifədən gedəcək.
İstefanın ABŞ-ın Yəmənə hücumu ilə bağlı planın “Siqnal” sosial şəbəkəsində “Atlantic” jurnalının baş redaktoru Ceffri Qoldberqin də daxil edildiyi qrupda açıqlanması ilə bağlı olduğu bildirilir. Milli təhlükəsizlik üzrə müşavir hadisədən dərhal sonra məsuliyyəti öz üzərinə götürüb.
İstefa hələlik rəsmi şəkildə elan olunmayıb.
1-05-2025, 19:11
"Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib


"Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib

Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda milli mənəvi dəyərlərimizdən bəhs edən, "Elm və təhsil" nəşriyyatında yenicə işıq üzü görmüş "Babamın papağı, nənəmin kəlağayısı" kitabının təqdimatı və milli üslubda qədimi, həm də müasir baş geyimləri və örtüklərinin sərgisi keçirildi.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı tədbir iştirakçılarını salamladı, milli mənəvi dəyərlərimizən bəhs edən kitabın bu günkü gənclər və gələcək nəsillər üçün önəmli olduğunu vurğuladı.
Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı. Azərbaycan himni səsləndirildi.

Söz kitabın redaktoru araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlıya verildi. O bildirdi ki,
mili ruh hər bir xalqın milli simasıdı. Milli simasını, milli kimlyini qoruya bilməyən xalq yaşaya bilməz. Milli kimliyi yaşadan da xalqın milli mənəvi dəyərləridir. Mirvarid Dilbazi Poeziya Məclisi yarandığı gündən məhz milli dəyərlərimizin keşiyindədir. Azərbaycan xanımların gözəllik, yaraşıq, abır-həya, ismət rəmzi kəlağayının ölkədə və ölkəmizdən kənarda tanıdılmasında, təbliğində İctimai Birliyin sədri, şairə, publisist Güllü Eldar Tomarlının xidmətləri danılmazdır. Artıq onun dəstəyi ilə yeni ədəbi janr - kələğayı ədəbiyyatı yaranmışdır. Artıq papağın da təbliğinə başlamaq vaxtıdır. Bu məqsədlə çap olunan "Babamın papağı, nənəmin kəlağayısı" kitabında toplanan Türk kişisinin namus, qeyrət, qəhrəmanlıq rəmzi papağa və kəlağayıya aid ədəbi, tarixi yazılar gənc nəslin milli ruhda tərbiyəsində önəmli yer tutacaq.
Sonra neftçi Turan İbrahimov, Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, qurama ustası Aybəniz Camalova, şairlərdən - Sazlı, sözlü Borçalı Cəmiyyətinin sədri Sədi Yaradanqulu, Brilyant Atəş, Güləmail Murad, Tofiq Həsrət, Sevda Səfərli, Könül İbrahimsoy, Səriyyə Dumanlı, Zakir Ağdamlı, Afət Ömür İsmayıl, Mayil Məmmədli, QHT rəhbərləri Dünya Əliyeva, Mehriban Abdullayeva, Hicran Həsənova, ziyalılarımızdan Rasim İmanov, Əli Nəsib Zərdabi, Sayalı Dadaşova milli dəyərlərimizdən, folklorumuzdan söhbət açdılar, şeirlər söylədilər.
Tədbirdə şəhid ailələri, kitabda imzası olan şair və yazıçılar, KİV nümayəndələri, QHT rəhbərləri, poeziyasevərlər iştirak etdilər.

Quramaçı Aybəniz Camalova hazırladığı "Qurama Kəlağayı" kompozisiyasını Kəlağayı Muzeyinə hədiyyə etdi və tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Bu kompozisiya Güllü Eldar Tomarlının illərlə topladığı istifadəyə yararsız kəlağayıların naxışlarını qorumaq məqsədi ilə hazırlanıb.
Sonda şəhid Zaur İsmayılzadənin anası Sevil xanım Hüseynovanı tədbir iştirakçıları ayaq üstə dinlədi. Şəhidlərimizin yad edilməsi, Azərbaycan himni ilə başlayan möhtəşəm tədbir iştirakçılarının ifası ilə "Qarabağ" mahnısı ilə tamamlandı.
1-05-2025, 19:06
Müəllimlərin attestasiyası ilə bağlı təlimlər başladı


Müəllimlərin attestasiyası ilə bağlı təlimlər başladı

Bakı və Abşeron-Xızı regionları üzrə musiqi və incəsənət məktəblərinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə keçirilmiş attestasiya nəticələrinə əsasən, 100-dən çox şəxs müvafiq ixtisaslar üzrə təlimlərə cəlb olunub.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlimlər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil olunub. Attestasiyanın nəticələrinə əsasən keçirilən təlim prosesi V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət, R.Behbudov adına 2 nömrəli onbirillik və Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəblərində 2 ay müddətində təşkil olunacaq.
Təlimlərin ilk günündə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov təlim iştirakçıları ilə görüşərək, dərs qrafiki ilə bağlı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bu təlimlərin əsas məqsədinin təhsilverənlərin nəzəri və praktiki biliklərinin artırılması, onların müasir tədris metodlarına yiyələnməsi, həmçinin peşəkar fəaliyyətlərində daha da səmərəli nəticələr əldə etmələrinə dəstək olduğunu vurğulayıb.
Təlim proqramları attestasiya komissiyalarının müəyyən etdiyi təlim ehtiyaclarına əsaslanaraq tərtib olunub. Bu proqramlar fortepiano, musiqi tarixi və nəzəriyyəsi istiqamətləri üzrə iştirakçıların təkmilləşməsi və inkişafına yönəldilib. Təlimlər pedaqoji təcrübəyə malik peşəkar müəllimlər və mütəxəssislər tərəfindən aparılır.
Qeyd edək ki, musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq üç əleyhinə, iki lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla, onlara yenidən şans yaradılacaq. Belə ki, bu şəxslər müəllimlərin işə qəbulu üzrə test imtahanı və müsahibə mərhələsindən uğurlu nəticə əldə etməklə yenidən məktəblərdə işləyə bilərlər.
1-05-2025, 18:50
İtaliyalı deputatlar Xankəndiyə gəldi


İtaliyalı deputatlar Xankəndiyə gəldi

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər. Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər şərçivəsində parlamentarilər “Zəfər” meydanında olub, burda görülən işlərlə tanış olublar. Onlar Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər. Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.



1-05-2025, 18:32
BQU-nun müəllimləri ədəbiyyatın üfüqündə

BQU-nun müəllimləri ədəbiyyatın üfüqündə

Təhsil ocağını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Bakı Qızlar Universitetinin təsisçisi, tanınımış yazıçı-dramaturq, professor Ağarəhim Rəhimovun yaratdığı bu elm və mənəviyyat məkanı, eyni zamanda yaradıcı qələm sahiblərinin yetişdiyi bir ocağa çevrilib. Bu gün universitetdə fəaliyyət göstərən bir çox müəllimlər yalnız dərs deməklə kifayətlənmirlər – onlar ədəbi yaradıcılıqla da fəal şəkildə məşğuldurlar.
Bu da o deməkdir ki, onlar gələcək nəslə yalnız akademik bilik vermir, eyni zamanda zəngin mənəvi dünyalar bəxş edirlər. Başda professor Ağarəhim Rəhimov olmaqla, universitetdə fəaliyyət göstərən bir sıra müəllimlər həm elm, həm də ədəbiyyat sahəsində səmərəli fəaliyyət göstərilər.

Məsələn, “Tarix” kafedrasının müdiri, dosent Əzizağa Ələkbərli, “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi və “Bütöv Azərbaycan” qəzetinin redaktoru dosent İlham Məmmədli, “Pedaqogika” kafedrasının müəllimi Əlibala Zalov, tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, “Xarici dillər” kafedrasının müəllimi Elmira Kənan, “Psixologiya” kafedrasının əməkdaşı, psixoloq Cavid Musa kimi müəllimlərin yazıları dövri mətbuatda işıq üzü görmüş, bəzilərinin isə artıq kitabları nəşr olunmuşdur.
Müəllimlərimizin yazılarında hiss olunan dərin insanpərvərlik, tarixə və mədəniyyətə bağlılıq, cəmiyyətin problemlərinə həssas yanaşma, yalnız gələcək nəsillərin mənəvi tərbiyəsinə deyil, həm də butun ölkənin mədəni inkişafına töhfə verir.
Bu yaradıcı ruhu dəstəkləmək məqsədilə universitet daxilində təşkil olunan “Kitab” diskussiya klubunun fəaliyyətləri, müəllimlərin və tələbələrin qarşılıqlı fikir mübadiləsi üçün ideal bir platforma yaradır. Orada keçirilən görüşlər, müasir ədəbiyyatın ən aktual mövzularını müzakirəyə açaraq tələbələrin gələcəyə baxışlarını zənginləşdirir və onların mütaliə vərdişlərinin inkişafına güclü təsir göstərir.








1-05-2025, 18:30
Bu ərazilərdə binalar söküləcək - Komissiya yaradıldı


Bu ərazilərdə binalar söküləcək - Komissiya yaradıldı

Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.
Bakı Şəhəri İcra Hakimiyyəti yanında Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq Bakı şəhərində və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.
Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.
Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!