Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
2-06-2025, 16:59
Azərbaycana qələbələr yaraşır - Prezident


Azərbaycana qələbələr yaraşır - Prezident

Bütövlükdə qələbələr Azərbaycana yaraşır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında Azərbaycan qələbə qazanan ölkədir:
“Məhz bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirirlər”.
2-06-2025, 16:55
İstanbul danışıqları başa çatdı - YENİLƏNİB


İstanbul danışıqları başa çatdı - YENİLƏNİB

Rusiya və Ukraynanın İstanbul danışıqları başa çatıb.
Danışıqlar bir saatdan çox davam edib və rus dilində keçirilib.

***

16:00

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Görüşdən əvvəl çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, tərəflər arasında danışıqların birinci raundu zamanı vacib addımlar atılıb.
Onun sözlərinə görə, danışıqların ikinci raundu zamanı isə ölkə liderlərinin görüşü məsələsinin nəzərdən keçirilməsi gözlənilir.
Bununla yanaşı, o, bugünkü danışıqlar zamanı əsirlərin mübadiləsinə dair yeni razılaşmaların əldə ediləcəyinə ümid bəslədiyini vurğulayıb.

***

09:16

Türkiyə bu gün yenidən Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi edəcək.
Görüş İstanbulda yerləşən Çırağan sarayında baş tutacaq.
2022-ci ilin fevral ayında başlayan müharibənin ilk dövrlərində həm Antalya, həm də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərini bir araya gətirən Ankara 2025-ci ilin mayında tərəfləri üç ildən sonra bir daha danışıqlara cəlb etməyi bacarıb.
3 ildən sonra növbəti görüş mayın 16-da İstanbulda yerləşən Dolmabağça sarayında keçirilib.
Danışıqların ikinci mərhələsi bu gün saat 13:00-da Çırağan sarayında baş tutacaq.
Tərəflər ilkin danışıqlarda “1000 məhbus – 1000 məhbus” prinsipi ilə əsir mübadiləsinə razılıq veriblər. Razılaşma 25 mayda həyata keçirilib. Danışıqlarda həmçinin mümkün atəşkəs şərtləri də müzakirə olunub və prosesin davam etdirilməsi barədə razılıq əldə olunub.
Türkiyə xarici işlər naziri Hakan Fidan münaqişənin həlli istiqamətində diplomatik təmaslarını davam etdirir. O, 26–27 may tarixlərində Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Fidan İstanbulun danışıqlar üçün seçilməsini “ortaq sabitlik niyyətinin göstəricisi” adlandırıb.
Lavrov da Türkiyənin vasitəçiliyinə yüksək qiymətləndirib və Rusiya tərəfinin danışıqların növbəti raundunu 2 iyunda İstanbulda keçirməyi təklif etdiyini açıqlayıb.
Nazir Fidan Moskvadan sonra Kiyevə səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksək rütbəli rəsmilərlə görüşlər keçirib. Zelenski İstanbulda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rüstem Umerovun rəhbərlik edəcəyini bildirib.
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyacağına dair fikirlərini davam etdirir. Mayın 19-da Putinlə telefon danışığında Tramp danışıqların tezliklə başlanacağına dair optimist olduğunu bildirib.
Lakin Tramp son açıqlamalarında Rusiyanın “yavaş hərəkət etdiyini”, Putin isə “tamamilə nəzarətdən çıxdığını” deyib. Ağ Evdən edilən açıqlamada isə ABŞ-ın İstanbul danışıqlarını dəstəklədiyi və görüşün baş tutacağına inandığı bildirilib. Lakin ABŞ tərəfinin bu görüşlərə nümayəndə göndərib-göndərməyəcəyi hələlik məlum deyil.
2-06-2025, 16:30
Başqasının sənədi ilə sərhədi keçmək istəyən şəxs saxlanıldı


Başqasının sənədi ilə sərhədi keçmək istəyən şəxs saxlanıldı

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir. May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir.
Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2-06-2025, 16:30
Başqasının sənədi ilə sərhədi keçmək istəyən şəxs saxlanıldı


Başqasının sənədi ilə sərhədi keçmək istəyən şəxs saxlanıldı

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir. May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılmışdır.
Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir.
Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2-06-2025, 16:09
Azərbaycanla İran arasında razılaşma


Azərbaycanla İran arasında razılaşma

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikasının və İran İslam Respublikasının daimi fəaliyyət göstərən Birgə Komissiyasının 54-cü görüşü Bakı şəhərində keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.
Məlumata görə, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.


2-06-2025, 15:55
Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi


Xaricdəki blogerlərlə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində istintaqa çağırılan blogerlər Tural Sadıqlı, Orduxan Teymurxan (Bəbirov) və Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev barəsində təqdimatlara baxılıb.
Baş Prokurorluğun təqidmatına Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə təqdimatları təmin edib və onlar barəsində qiyabi həbs qərarı verilib.
Məlumata görə, Baş Prokurorluğun istintaq idarəsi tərəfindən istintaqa çağırılan digər şəxslər barəsində də mərhələli şəkildə qiyabi həbs qərarları veriləcək.
2-06-2025, 15:22
SOCAR bu şirkətlə saziş imzaladı


SOCAR bu şirkətlə saziş imzaladı

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.
Eyni zamanda “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.
Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.
2-06-2025, 15:02
Ermənilər Mingəçeviri “Smerç”lə hədəfə alıbmış


Ermənilər Mingəçeviri “Smerç”lə hədəfə alıbmış

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində 2020-ci ildə baş vermiş 44 günlük müharibə dövründə Azərbaycan Respublikasının mülki infrastrukturuna ziyan vurulması, mülki şəxslərin öldürülməsi ilə bağlı hadisə yerinə baxış protokolları və ekspert rəyləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin iştirakı ilə tədqiq edilib.
Sənədlərdən bir qismi Mingəçevir şəhərinin atəşə tutulması faktları üzrə olub.
Tədqiq edilən sənədlərə əsasən, müəyyən olunub ki, silahlı münaqişə zonasından tamamilə kənar coğrafi koordinatda yerləşən Azərbaycan Respublikasının 4-cü ən böyük şəhəri olan Mingəçevir şəhəri, habelə həmin şəhərdə yerləşən və ölkəni elektrik enerjisini ilə təmin edən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2020-ci il oktyabrın 4-də saat 22 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raketlərlə qəsdən hədəfə alınaraq həmin istiqamətdə atəşlər açılıb.
Müəyyən edilib ki, “Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Bozdağ küçəsi 60 ünvanında yerləşən, 21.08.1984-cü il təvəllüdlü Bağırov Elçin Yaqub oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində inşa edilmiş darvazanın qarşısına düşərək partlayıb. Nəticədə evə, onun “Hundai Grandeur” markalı avtomobilinə, həyətyanı sahənin qarşısında olmuş, Ağdam rayonu, Evoğlu kənd sakini, 13.10.1958-ci il təvəllüdlü qohumu Səfərov Atamoğlan Sabir oğluna məxsus “Kamaz 55111” markalı yük avtomobilinə ziyan vurulub. Habelə Bağırov Elçin Yaqub oğlu, 10.09.1957-ci il təvəllüdlü anası Bağırova Nabat Çərkəz qızı, qohumu Səfərov Atamoğlan Sabir oğlu, eləcə də qonşuluğunda yerləşən fərdi yaşayış evinin sahibi, 02.09.2004-cü il təvəllüdlü İbrahimli Adil Müşviq oğlu bədən xəsarətləri alıblar.
Qeyd olunan partlayışın təsirindən raketin düşdüyü yerdə torpaq üzərində çala əmələ gəlib. Yük avtomobilinin dəmir konstruksiyalı yük yeri avtomobildən qoparaq təxminən 8 metr aralıdan keçən su kanalına düşüb. Müəyyən edilib ki, hadisə yerindən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-yə olan məsafə 2 min 800, Mingəçevir su anbarının bəndinə olan məsafə isə 5 min 300 metrdir.
“Smerç” raketlərindən biri Mingəçevir şəhəri, Azdres qəsəbəsində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6 və 7-ci enerji bloklarının arasındakı boş sahəyə düşərək asfalt örtüyü dəlib 40 santimetr dərinliyində yerə batıb və xoşbəxtlikdən partlamayıb. Raketin düşdüyü yerdən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin 6-cı enerji blokunun giriş qapısınadək məsafə 19 metr, 7-ci enerji blokunun giriş qapısınadək məsafə isə 29 metrdir.
Həmçinin müəyyən edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-dən sonrakı günlərdə də Mingəçevir şəhərini qəsdən hədəfə alaraq həmin istiqamətdə raket mərmiləri atıb. Belə ki, oktyabrın 11-də saat 05 radələrində “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yerləşdiyi ərazi yenidən hədəf seçilib və atılmış raket MMC-nin inzibati binasının həyətyanı sahəsindəki parkın ərazisində çəmənlik sahəyə düşüb. Xoşbəxtlikdən partlamadığı üçün həlak olan və ya xəsarət alan olmayıb.
Hadisələrin baş verdiyi yerin ətraf ərazilərində hər hansı hərbi obyekt yoxdur.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
2-06-2025, 14:08
350 tələbəyə təqaüd veriləcək - Nazirdən ŞAD XƏBƏR


350 tələbəyə təqaüd veriləcək - Nazirdən ŞAD XƏBƏR

“Artıq Qarabağ Universiteti birinci tədris ilini uğurla başa vurur və ikinci tədris ilinə hazırlıqlar davam edir”.
Bunu Qarabağ Universitetində keçirilən forumdan sonra jurnalistlərə açıqlama verən elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazirin sözlərinə görə, universitetin tələbə sayı əvvəlki ilə nisbətən dəfələrlə artıb və bu il daha çox tələbənin qəbul olunacağı gözlənilir.
Emin Əmrullayev özəl sektorla əməkdaşlığın əhəmiyyətini də vurğulayıb:
“Bu forumda ilkin fikirlər səsləndirildi. Bir çox aparıcı dövlət qurumları və özəl müəssisələr təqaüdlərlə bağlı təşəbbüslər irəli sürdü. Ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir”, – deyə nazir bildirib.
O qeyd edib ki, Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də təşkilatlanma nümunəsidir və özəl sektor bu təşəbbüsün bir parçası olmaq istəyir.
Nazir sonda forumun iştirakçılarına təşəkkür də edib:
“Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fikirlərimizi bölüşdük, eyni zamanda, biznes qurumları da öz baxışlarını və imkanlarını ifadə etdilər. Təbii ki, bu fikir və imkanlar gələcəkdə müxtəlif formalarda reallaşa bilər” ,– deyə Emin Əmrullayev qeyd edib.
2-06-2025, 13:40
Gorusda Fransa konsulluğu açıldı


Gorusda Fransa konsulluğu açıldı

Bu gün Gorus meriyasına bitişik binada Fransanın fəxri konsulluğu açılıb. Fəxri konsul milliyyətcə erməni, həm də Gorus Frankofoniya Mərkəzinin direktoru olan Karmen Apuntsdur.
Açılışda Fransanın Ermənistan Respublikasındakı səfiri, Ermənistan Respublikasının ərazi idarəsi naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Gorus şəhərinin meri, fransalı senatorlar və başqaları iştirak ediblər.
Qeyd edək ki, fəxri konsul Aparatı Baş Konsulluqdan xeyli aşağı statusa malikdir və bir qayda olaraq siyasi funksiyalara və toxunulmazlığa malik deyil. Fəxri Konsulun İdarəsi əsasən humanitar və mədəni funksiyalara malikdir və bəzi hallarda konsulluq xidmətləri göstərə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!