Şimali Makedoniya Prezidenti Mikayıl Cabbarovu qəbul edib .....                        Budapeştdə daha iki medal - FOTO .....                        Ərdoğandan Kiprlə bağlı çağırış .....                        Hakan Fidan suriyalı həmkarı ilə danışıqlar apardı .....                        Kürdə batan var .....                        Bakının tərəf müqabili Qum deyil, Tehrandır! .....                        Media Forumunun iştirakçıları Xocalıda - FOTO .....                        Qalmaqallı görüntüləri yayılan şirkət rəhbəri İSTEFA VERDİ .....                        Xocalıya qayıdacaq insanların sayı açıqlandı .....                       
22-06-2025, 10:56
İran Ben Qurion hava limanını hədəfə alıb


İran Ben Qurion hava limanını hədəfə alıb

İranın İsrailə səhər hücumunun hədəfləri bioloji tədqiqat mərkəzi və komanda mərkəzləri olan Ben Qurion hava limanı olub.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
22-06-2025, 10:13
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb etdi


İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb etdi

ABŞ-nin İrana qarşı endirdiyi zərbələr beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır.
Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
“Şübhəsiz ki, ABŞ-nin İranın suverenliyi və ərazi bütövlüyünə qarşı hərbi təcavüzü beynəlxalq hüququn və BMT Nizamnaməsində təsbit olunmuş məcburi beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”, - İrəvaninin BMT Təhlükəsizlik Şurasının sədri və baş katibinə ünvanladığı məktubda deyilir.
“Beynəlxalq sülh və təhlükəsizliyə qarşı vəhşi və cinayətkar əməllərin ağır və genişmiqyaslı nəticələrini nəzərə alaraq, İran İslam Respublikası təcili olaraq Təhlükəsizlik Şurasından bu açıq-aşkar və qeyri-qanuni təcavüz aktını müzakirə etmək üçün təcili iclas çağırmağı xahiş edir”, - məktubda həmçinin deyilir.
22-06-2025, 09:54
İrandan İsrailə yeni raket zərbələri


İrandan İsrailə yeni raket zərbələri

İsrail Ordusu ABŞ-nin İrana endirdiyi zərbələrdən sonra İrandan yeni raket zərbələri qeydə alıb.
Bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Ölkə əhalisinə sığınacaqlara sığınmaq təlimatı verilib.
“Ynet” portalının məlumatına görə, bu dəfə ümumilikdə 20-yə yaxın raket atılıb.
22-06-2025, 09:20
Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq - İran XİN


Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq - İran XİN

ABŞ İsfahandakı, Nətənzdəki və Fordodakı İran mülki obyektlərinə hücum edərək beynəlxalq hüququ və nüvə silahlarının yayılmaması rejimini pozub, nüvə infrastrukturuna zərbələr uzunmüddətli nəticələrə səbəb olacaq.
Bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi sosial şəbəkədə yazıb.
“Təhlükəsizlik Şurasının daimi üzvü olan Amerika Birləşmiş Ştatları İranın dinc nüvə obyektlərinə hücum edərək BMT Nizamnaməsini, beynəlxalq hüquq normalarını və Nüvə Silahlarının Yayılmaması Müqaviləsini kobud şəkildə pozub. Bu səhər baş vermiş hadisələr dəhşətlidir və uzunmüddətli nəticələrə səbəb olacaq”, – XİN başçısı bildirib.
O, həmçinin vurğulayıb ki, qanuni özünümüdafiəyə icazə verən BMT Nizamnaməsinə uyğun olaraq, respublika öz suverenliyini və milli maraqlarını qorumaq hüququnu özündə saxlayır.
Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.
Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.
22-06-2025, 09:03
ABŞ İrana hücum etdi: nüvə obyektləri bombalandı


ABŞ İrana hücum etdi: nüvə obyektləri bombalandı

ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə zərbə endirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social”da yazıb.
“Biz İrandakı Fordo, Nətənz və İsfahan daxil olmaqla üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o yazıb.
İran mətbuatı Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib.
“Bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb”, – məlumatda deyilir.
“Fox News” məlumat yayıb ki, ABŞ İranın əsas nüvə obyektlərinə zərbələr endirmək üçün bunker əleyhinə bombalar və “Tomahawk” qanadlı raketlərindən istifadə edib.
Məlumata görə, əvvəllər ikisinin kifayət edəcəyi güman edilsə də, B-2 gizli bombardmançılarından Fordodakı çox məxfi yeraltı kompleksə beş-altı güclü bomba atılıb.
Qeyd edək ki, Fordodan başqa İsfahan və Natanzda daha iki nüvə obyekti də hücuma məruz qalıb.
“Fox News”un məlumatına görə, hədəflərdən təxminən 400 mil məsafədə yerləşən sualtı qayıqlardan onlara 30-a yaxın “Tomahawk” raketi atılıb.
21-06-2025, 22:30
Siyahıya "Patriot" sistemləri daxildir


Siyahıya "Patriot" sistemləri daxildir

Ukrayna Vaşinqtona ABŞ-dan almaq istədiyi silahların siyahısını verib. Siyahıya "Patriot" sistemləri daxildir.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, orada çox böyük məbləğ var:
"Bura "Patriot" sistemləri də daxildir. Dediyim kimi, biz bütün bu paket üçün pul tapmağa hazırıq".
Zelenski həmçinin əlavə edib ki, bu, ABŞ Prezidenti Donald Trampla müzakirə olunacaq mövzulardan biridir.
21-06-2025, 19:50
Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü


Nəsrullahın mühafizəçisi Tehranda öldürüldü

Hizbullahın keçmiş Baş katibi Həsən Nəsrullahın mühafizəçisi Əbu Əli əl-Xəlil Tehranda hava hücumu nəticəsində öldürülüb.
Bu barədə “Al-Arabiya” Hizbullah mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, Həsən Nəsrullahın yaxın köməkçisi və mühafizəçisi Əbu Əli Xəlil İranda hava hücumu nəticəsində oğlu ilə birlikdə öldürülüb.
Qeyd edilib ki, Əl-Xəlil onilliklər ərzində Nəsrullahın şəxsi mühafizəçisi olub.
21-06-2025, 19:42
DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU


DTX-nin saxladığı sabiq icra başçısı HƏBS OLUNDU

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev həbs edilib.
M.Şəkiliyev barəsində Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə belə qərar qəbul edib.
Məhkəmə istintaq orqanının vəsatətini əsaslı hesab edərək təmin edib.
Qərara əsasən Musa Şəkiliyev barəsində 3 ay 28 günlük həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu gün Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilən Musa Şəkiliyev vəzifə səlahiyyətlərindən sui-istifadə və digər korrupsiya xarakterli cinayətlərdə ittiham olunur. DTX-nin apardığı istintaq çərçivəsində onun vəzifədə olduğu dövrdə yol verdiyi qanun pozuntuları araşdırılır.
21-06-2025, 19:30
Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı


Məskunlaşma ilə bağlı yeni faktlar açıqlandı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 21-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasa təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar qatılıblar.
Məhkəmə iclasında 2007-2020-ci illərdə Azərbaycanın vaxtilə Ermənistan işğalı altında olan ərazilərində yaradılmış qondarma qurumun “rəhbəri” olmuş Bako Sahakyana növbəti suallar ünvanlanıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran B.Sahakyan vaxtilə “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvlərindən biri olduğunu təsdiqləyib.
O, Ermənistan hakimiyyətinin nümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvü olduqlarını söyləyib.
Təqsirləndirilən şəxs fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin, habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərini diqqətə çatdırıb. “Avropa ərazisində radio, Amerikada isə hər il televiziya vasitəsilə tədbirlər keçirilirdi. Bu tədbirlər zamanı vəsaitlər toplanırdı”, - deyə o əlavə edib.
B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsi Ermənistanda, bir hissəsi isə qondarma rejimdə müxtəlif işlərin görülməsinə (infrastruktur, səhiyyə, təhsil) sərf olunub. O, fondun gördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaiti hesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlar İrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistral yollarıdır.
Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandan verilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanın vaxtilə işğal altında olan ərazilərinə gətirildiyini də təsdiqləyib. Bildirilib ki, fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərf edilib.
Məhkəmə prosesinin davamında Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma aparılması sübuta yetirilib.
Eyni zamanda, vaxtilə işğal altında olmuş ərazilərdə qanunsuz məskunlaşma aparılmasına dair bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olan və istintaq materiallarına əlavə edilmiş sənədlər tədqiq edilib.
Sənədlərlə əksəriyyəti Suriya və Livan, habelə bəzi digər ölkələrin vətəndaşlarının Azərbaycanın vaxtilə işğalda olan ərazilərində qanunsuz şəkildə məskunlaşdırıldığı təsdiqlənib. Bu ərazilərə Azərbaycanın Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı rayonları və digər yerlər daxildir. Məhkəmədə qanunsuz məkunlaşmış şəxslərin Suriya, Liviya və digər ölkələrdə anadan olmalarını sübuta yetirən pasportların surətləri də nümayiş etdirilib.
Ermənilər tərəfindən hazırlanmış və məhkəmədə tədqiq edilən videomaterialda danışan şəxs aşpaz olduğunu, Beyrutdan gəldiyini bildirərək deyib: “Mən Beyrutdan gəlmişəm. Ermənistan vasitəsilə Qarabağa gəldim. Adım Toni Hacardır. Gəldim və gördüm ki, bura çox yaxşıdır. Bizə ev verdilər. Burada işləmək üçün kifayət qədər imkan var”.
Digər videomaterialda Şuşa “icra hakimiyyətinin nümayəndəsi” Elik Harutunyan bildirir ki, yerli “hökumət” (qondarma rejimi nəzərdə tutur – red.) Toni Hacari ailəsinə müvəqqəti mənzil verib, onların kommunal xərclərini ödəyir. Növbəti günlərdə isə “hökumət” Hacari ailəsinə ev verəcək.
“Nümayəndə” qeyd edir ki, 10 il həmin orada yaşadıqdan sonra həmin ev onların özəl mülkiyyətinə çevriləcək.
Tədqiq edilən növbəti sənədə əsasən, qondarma rejim 2001-ci ildə qanunsuz məskunlaşdırma planı ilə bağlı 10 illik proqramı təsdiqləyib. Orada qanunsuz məskunlaşdırmanın məqsədləri və coğrafi əraziləri göstərilib. Həmin layihəyə əsasən, 10 min mənzil, 200 məktəb və digər ictimai müəssisələr tikilməli, su xətləri, yollar və digər infrastruktur qurulmalı idi. Qeyd edilib ki, “Tüfəngiyan” fondu Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində 2003-cü ildə fəaliyyətə başlayıb. Layihənin əsas məqsədləri “məskunlaşma və iqtisadi inkişaf” olub. Bu məqsədlə təxminən 4 milyon ABŞ dolları məbləğində sərmayə qoyulub.
B.Sahakyan prokurorun suallarına cavabında Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərinə əsasən Suriya və Livan vətəndaşlarının, habelə digər ölkələrdən bəzi vətəndaşların gətirilərək məskunlaşdırıldığını deyib.
B.Sahakyan söyləyib ki, bu işlərlə qondarma qurumun “sosial müdafiə nazirliyi” məşğul olub.
“Əvvəllər “dövlət miqrasiya xidməti” “sosial müdafiə nazirliyi”nin tabeliyində idi. Amma sonradan bu struktur ayrıldı. Bu layihə bizim üçün strateji əhəmiyyətli idi. Çünki Birinci Qarabağ müharibəsindən sonra əhalinin sayı kəskin şəkildə azalmışdı”, - deyə o əlavə edib.
B.Sahakyan daha sonra qeyd edib: “Bu layihələr o qədər də cəlbedici deyildi ki, adamlar canfəşanlıqla gəlsinlər, qəbul etsinlər, bu layihələrə cəlb olsunlar. Adamlar olurdu ki, gəlirdilər, ərazi ilə tanış olurdular və sonra burada qalmamaq (məskunlaşmamaq – red.) barədə qərar verirdilər. Çünki istənilən ailə üçün bu cür qərar verməklə bağlı da müəyyən səbəblər var. İnfrastruktur, səhiyyə təminatı, məktəblər olmalıdır”.
O, qanunsuz məskunlaşdırma üçün gətirilən şəxslərə imtiyazların verildiyini, onlarla bağlı bir sıra təşviqedici hərəkətlər icra olunduğunu da etiraf edib. Bu sıraya müxtəlif kompensasiyalar, vergi güzəştləri və s. daxil idi.
Təqsirləndirilən şəxsin sözlərinə görə, qondarma rejimin ərazisində elə yerlər olub ki, bir kvadratkilometrdə bir nəfər yaşayıb. O, layihənin uğurla başa çatmadığını da bildirib. Əlavə edib ki, əhalinin sayını 200 minə çatdırmaq istəsələr də, bu mümkün olmayıb.
B.Sahakyan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində ağacların kəsildiyini də təsdiqləyib və deyib: “Meşələrin kəsilməsinin harada aparılmasına ehtiyac yaranırdısa, bu, yalnız aidiyyəti “nazirliyin məsul şəxslərinin icazəsi” ilə həyata keçirilə bilərdi. Amma konkret ağac növü də deyə bilmərəm”.
O, ağacların ixtisaslaşmış şirkətlər tərəfindən şərabçılıq şirkətlərinə satılmaq üçün kəsildiyini də etiraf edib: “Müxtəlif ölçüdə çəlləklər hazırlayırdılar”.
B.Sahakyanın sözlərinə görə, kəsilmiş ağacların bir hissəsi qondarma rejimdə istifadə edilib, bir hissəsi isə istifadə üçün Ermənistana göndərilib.
Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
21-06-2025, 19:01
Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək


Azərbaycan gələn il İƏT-ə sədrlik edəcək

Azərbaycan 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi təhvil alacaq.
Bunu xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında çıxışı zamanı bildirib.
Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub.
Çıxışı zamanı nazir Ceyhun Bayramov lqarşıdan gələn İƏT sədrliyi münasibətilə qardaş Türkiyə Respublikasını təbrik edib, ölkəmizin Türkiyənin sədrlik prosesinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!