Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-06-2025, 15:26
Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü


Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri nəzərdən keçirilib.
Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
22-06-2025, 15:15
Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi


Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.
İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.
Danışıq bloku üzrə imtahanın iyulun 1-dən 5-dək keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, imtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.

Qeyd: İyunun 22-də keçirilən imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər isə ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

***
09:43

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
İmtahanlarda ümumilikdə 2 144 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1 797 nəfər (1 773 nəfər ingilis dili, 9 nəfər fransız dili, 15 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 344 nəfər (342 nəfər ingilis dili, 1 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib. 3 əcnəbi isə iyunun 23-də Azərbaycan dili üzrə imtahan verəcək.
İmtahanda 3 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli, serebral iflic) namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb və fərdi nəzarətçilər təyin edilib.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.
İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 25 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

Qeyd 1. İyunun 22-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən şəxslər danışıq bloku üzrə imtahana buraxılmayacaqlar. Namizəd və iddiaçıların danışıq bloku üzrə qiymətləndirilməsi şifahi formada kompüter proqramı vasitəsilə 1- 4 iyul tarixlərində həyata keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər də ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, imtahandan keçmiş hesab olunmayacaqlar.

Qeyd 2. İmtahanda toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir. Yazı bloku üzrə maksimal bal 10-dur və ümumi balın hesablanması aşağıdakı kimi aparılır.

n(yazı)=0.4*n(vizual)+0.6*n(esse)

Danışıq bloku üzrə də toplanıla biləcək maksimal bal 10-dur. Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar.Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 23-də keçiriləcək.
22-06-2025, 15:08
İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı


İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı

ABŞ-nin hücumlarından sonra İranın İsrailə endirdiyi iki raket zərbəsi nəticəsində azı 86 nəfər yaralanıb.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
22-06-2025, 14:46
ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan narahatıq - Türkiyə XİN


ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan narahatıq - Türkiyə XİN

ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı nəticələrdən narahatıq.
Bu, Türkiyənin Xarici İşlər Nazirliyi yayınladığı bəyanatda yer alıb.
Qeyd olunub ki, Türkiyə İsrailin bölgədə təcavüzü ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib. ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.
“Türkiyə ABŞ-nin İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik.
Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq.
İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq”, - bəyanatda bildirilir.
Qeyd olunur ki, Türkiyə bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və konstruktiv töhfələr verməyə hazırdır.
22-06-2025, 14:31
Yəmən İran-İsrail münaqişəsinə qoşulacaq


Yəmən İran-İsrail münaqişəsinə qoşulacaq

Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib.
Bu barədə husi ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.
"Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun", - hərəkat qeyd edib.
Bir sıra teleqram kanalları Yəmənin Bab əl-Məndəb boğazını bağladığını bildirib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib. O, bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
22-06-2025, 13:36
İran hücumdan əvvəl zənginləşdirilmiş uranı Fordodan çıxarıb


İran hücumdan əvvəl zənginləşdirilmiş uranı Fordodan çıxarıb

İran hücumdan əvvəl zənginləşdirilmiş uranın böyük hissəsini Fordodan çıxarıb.
Bu barədə “Reuters” İranın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, şəxsi heyətin əksəriyyəti Qum şəhəri yaxınlığında (Tehrandan 150 km cənubda) 80-90 m dərinlikdə yerləşən uranın zənginləşdirilməsi zavodundan təxliyə edilib.
Qeyd edək ki, iyunun 22-də ABŞ İranın əsas nüvə infrastrukturu obyektlərinə zərbələr endirib. İrandakı Fordo, Natanz və İsfahan daxil olmaqla, üç nüvə obyekti hücuma məruz qalıb. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə daha çox hücumla hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edərək bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
22-06-2025, 12:59
Azərbaycan Cammu və Kəşmir münaqişəsinin hüquqla həllini dəstəkləyir


Azərbaycan Cammu və Kəşmir münaqişəsinin hüquqla həllini dəstəkləyir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
C. Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
C.Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.
C.Bayramov İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun iclasında iştirak edib.
22-06-2025, 12:30
Leysan yağacaq, dolu düşəcək - PROQNOZ


Leysan yağacaq, dolu düşəcək - PROQNOZ

İyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
22-06-2025, 12:00
İsraildən Qum əyalətinə zərbələr - Ölənlər var


İsraildən Qum əyalətinə zərbələr - Ölənlər var

İsrailin İranın Qum əyalətinə hava zərbələri endirib.
Bu barədə İSNA agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr nəticəsində 4 əsgər həlak olub.
22-06-2025, 11:28
İran İsrail casusunu edam etdi


İran İsrail casusunu edam etdi

İran İsrailin "Mossad" kəşfiyyat xidmətinə məxfi məlumatları ötürən şəxsi edam edib.
“İran İsrail kəşfiyyatı üçün casusluqda ittiham olunan bir şəxsi edam edib”, - məlumatda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!