Ağdam və Ağdərədə güclü yanğın: Mina partlayışları baş verir .....                        Bütün bucaqlardan- bütöv .....                        Məşhur rok musiqiçisi vəfat etdi .....                        BMT Ukraynaya görə təcili toplanır .....                        Ərdoğan Kamran Əliyevi qəbul etdi .....                        İlham Əliyev jurnalistləri təbrik etdi .....                        “AzParking”lə bağlı yenilik .....                        Türkiyə-Naxçıvan dəmir yoluna 2,4 milyard avro dəstək .....                        Baş prokuror Ankarada görüşlər keçirdi - FOTO .....                       
17-06-2025, 13:54
İran uçuşlara qoyulan qadağanı uzatdı


İran uçuşlara qoyulan qadağanı uzatdı

İran uçuşlara qoyulan qadağanı iyunun 18-nə qədər uzadıb.
Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Qərar həm ölkə daxilində, həm də ölkə xaricindəki uçuşlara aiddir.
17-06-2025, 13:31
Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib


Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub.
Görüşdə ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
17-06-2025, 13:19
Bolqarıstan Milli Assambleyasının sədri Azərbaycana gəldi


Bolqarıstan Milli Assambleyasının sədri Azərbaycana gəldi

Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova iyunun 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Kamran Bayramov, Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, Bolqarıstanın ölkəmizdəki səfiri Ruslan Stoyanov və digər rəsmi şəxslər qarşılayıblar.
Spiker N. Kiselova ölkəmizə səfəri çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak edəcək, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
17-06-2025, 13:15
İlham Əliyev fərman imzaladı - Nazirlər Kabinetinə 6 ay vaxt verdi


İlham Əliyev fərman imzaladı - Nazirlər Kabinetinə 6 ay vaxt verdi

Keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.
Bu, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində Keyfiyyət informasiya sistemi haqqında əsasnaməni təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda Nazirlər Kabineti Sistemdən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydasını da altı ay müddətində təsdiq etməlidir.
17-06-2025, 13:03
İsrailə qarşı hücumlar daha da intensivləşəcək


İsrailə qarşı hücumlar daha da intensivləşəcək

Yeni və inkişaf etmiş Pilotsuz Uşuş Aparatları ilə İsrailə qarşı hücumlar başlayıb. Qarşıdakı saatlarda bu hücumlar daha da intensivləşəcək.
Bu barədə İran Ordusu Quru Qoşunları Komandiri Kiyumers Haydari bildirib.
"Ötən gün gecə boyunca dağıdıcı və dəqiq gücə malik müxtəlif PUA-larla İsrailə qarşı əkshücum əməliyyatı həyata keçirib. Bu silahlar siyonist rejimin Tel-Əviv və Hayfadakı stratejik nöqtələrini məhv edib",-Haydari deyib.
Xatırladaq ki, İsrail 13 iyun tarixində İranın müxtəlif şəhərlərinə yerləşən nüvə obyektlərini və ölkənin yüksək çinli hərbçilərini hədəfə alan irimiqyaslı hücumlar həyata keçirib. İran Baş Qərargah rəisi, SEPAH komandiri və digər bəzi yüksək çinli komandirlər, eləcə də 9 nüvə alimi İsrailin avia zərbələri nəticəsində həyatını itirib. İran tərəfinin məlumatına görə, 224 nəfər mülki vətəndaş da həyatını itirib.
İran ordusunun İsrailə ballistik raketlərlə həyata keçirdiyi əkshücumda isə 24 nəfərin öldüyü, 500-dən artıq insanın isə yaralandığı qeyd edilib.
17-06-2025, 12:54
Sabah da yağış yağacaq - Proqnoz


Sabah da yağış yağacaq - Proqnoz

Azərbaycanda iyunun 18-də havanın yağmurlu keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
17-06-2025, 12:30
Metroda azyaşlıya qeyri-etik hərəkətlər etdi - Həbs olundu


Metroda azyaşlıya qeyri-etik hərəkətlər etdi - Həbs olundu

Metronun “28 May” stansiyasında azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs həbs olunub.
Hadisə bir neçə gün əvvəl saat 18:48-də baş verib.
Belə ki, qatardan düşən azyaşlı metropoliten əməkdaşına yaxınlaşaraq tanımadığı şəxsin vaqonda ona qarşı əxlaqsız hərəkətlər etdiyini deyərək kömək istəyib. Azyaşlı həmin şəxsin qatardan düşərək gəldiyini və əməllərinə davam etdiyini deyib.
Dərhal metro əməkdaşı yaxınlıqdakı polisi çağırıb və həmin şəxs saxlanılıb. Bu zaman 30-35 yaşlı şəxs müqavimət göstərərək səs-küy salıb. Sərxoş halda olan həmin adam polis şöbəsinə aparılıb və onun Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ş.İsmayılov (şərti) olduğu müəyyənləşib. Sərxoş halda olan vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Saxlanılan şəxs ifadəsində sərxoş olduğu üçün heç bir şey xatırlamadığını deyib və “bir səhvdir olub”, - deyərək üzr istəyib.
Məhkəmənin qərarı ilə 34 yaşlı kişi 30 sutkalıq həbs edilib və Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanma məntəqəsinə göndərilib.
17-06-2025, 12:24
Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəzanın səbəbi AÇIQLANDI


Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəzanın səbəbi AÇIQLANDI

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində baş verən qəzanın səbəbləri açıqlanıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu cür qaza hallarında təmir-bərpa prosesində əsas vaxt texniki təmir işlərinə deyil, boru kəmərinin tam su ilə boşaldılması və sonradan təzyiqə uyğun şəkildə yenidən doldurulması mərhələlərinə sərf olunur.
“Bu proseslərin hər biri təxminən 24 saatdan artıq vaxt aparır və ciddi nəzarət və təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir. Qəza zamanı bu kəmərlə qidalanan ünvanların su təchizatı gün ərzində alternativ mənbələr hesabına, fasilələrlə təmin olunur. Hazırda qəzanın aradan qaldırılması istiqamətində qəza briqadası tərəfindən operativ və mütəzəm işlər davam etdirilir”, - deyə məlumatda deyilir.
Məlumatda qeyd edilib ki, su kəməri şüşə lifli (GRP) borularla inşa olunub: “Bu tip boruların əsas üstünlüklərindən biri korroziyaya qarşı dayanıqlı olmasıdır: “Lakin GRP borular spesifik texniki xüsusiyyətlərinə görə yüksək həssaslığa malikdir və istismar zamanı hidravlik gərginliklər və ya mexaniki təsirlər nəticəsində lokal qəzalar baş verə bilər”.
Qurumdan bildirilib ki, əhalidə çaşqınlıq yaratmamaq məqsədilə suyun verilişində fasilə yaranan ərazilər konkret küçə adları ilə deyil, ümumi şəkildə qeyd olunur: “Hazırda bəzi informasiya saytlarında fasilənin tətbiq olunduğu ərazilər qeyd edilsə də, faktiki olaraq həmin ərazilər qeyd olunanlarla məhdudlaşmır”.
Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər yekunlaşdıqdan sonra suyun iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.
17-06-2025, 11:46
Bakıda QDİƏT PA-nın iclası keçirilib - FOTO


Bakıda QDİƏT PA-nın iclası keçirilib - FOTO

İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komissiyasının iclası keçirilib.
Quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisi QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri deputat Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev və Səbinə Salmanova təmsil ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının sədri Musa Quliyev gündəlikdə olan məsələlər barədə məlumat verib. O bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızın əsas hədəflərindən biri birlikdə sosial rifahı yüksəltmək, insan ləyaqətini təbliğ etmək və heç kəsi kənarda qoymayan inklüziv cəmiyyətlər qurmaq üçün ortaq niyyətlərimizin həyata keçirilməsini təmin etməkdir.
M.Quliyev qeyd edib ki, tədbir “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.
İclasda “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsi nəzərdən keçirilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.
Daha sonra QDİƏT Parlament Assambleyasının baş katibi Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb.

17-06-2025, 11:24
Azərbaycançılıqda Cənubi Azərbaycan Amili

Asif Ata

Azərbaycançılıqda Cənubi Azərbaycan Amili

Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər…
Siyasi Dünya Nəsimi tanımır, Füzuli tanımır – o, bizi balaca görmək istəyir, balaca saxlamaq istəyir.
Vahid Azərbaycan «balacalığımızı» aradan qaldırar, dünyada yerimizi bilərik, Dünya da bizim yerimizi bilər…
Vahid Azərbaycan ölkəmizin Qafqaz vadisində əhəmiyyətini artırar – Şimali Azərbaycanın Cənubi Azərbaycan kimi arxası var…, bu, böyük Üstünlükdür – hələlik gerçəkləşməyən.
Nəhayət, Vahid Azərbaycan ölkəmizin iki gücünü — ruhanilik və Döyüşkənlik ənənələrinin – Nəsimiliyin və Səttarxanlığın Birliyi deməkdir.
Bu, Sabahın rəhnidir, onu bərpa etmək gərək.
2. Zənnimizcə, Cənubi Azərbaycanın Üç Ruhani Yağısı var: İslamçılıq, Farsçılıq və Qərbçilik.
İslamçılıq — Qismətçilikdir.
Qismətçilik Döyüşkənliyə ziddir. Dinə görə – Azərbaycanın indiki Fəlakətli halı – Allah işidir. Allah istəsə, səni xilas edər, istəməsə – eləməz. Allah nə elədiyini bilir. Döyüşməyin mənası yoxdur.
Qismətdən artıq yeyə bilməzsən. İkinci tərəfdən, əyər İslamçılıq bir zaman Ərəbçilik idisə, indi o, farsçılıqdır.
İran İslam vasitəsilə Dünyaya sahib olmaq istəyir – kommunizmin yerini tutmaq istəyir.
Bu səbəbdən də islamçılıqla ruhani Döyüş labüddür, bu nə qədər çətin də olsa – başlanmalıdır.
Ruhani Azadlıq – Siyasi Azadlığın Təməlidir.
Farsçılığın ən mürtəce cəhəti Cənubi Azərbaycanlıların Türklüyünü danmaq – onları fars saymaq, farslaşdırmaq – mahiyyətcə millət kimi ləğv etməkdir…
Bu təmayül mənliyini itirən, özgəçi azərbaycanlılar yaradıb – təhlükəli, fəlakətli.
Özümlüyümüzdən keçən, özgələşən azərbaycanlılar yarası yaranıb Azərbaycan sinəsində – onu sağaltmaq gərək.
Bunun üçün Azərbaycanın Etnos Birliyini Dərk etmək gərək. Azərbaycan Midiya dövründə də Türk ölkəsiydi, Albaniya dövründə də Türk ölkəsiydi, bütün başqa dövrlərdə də Türk ölkəsi olub və qalmaqdadır.
İran Midiyası – əfsanədir, udin Albaniyası – əfsanədir…
Üç Azərbaycan ideyası – Məqsədli Yalandır – Azərbaycan Birdir: onun əsas Etnosu – Türkdür.
Farslaşan azərbaycanlı ruhani və ictimai eybəcərlikdir, cəfəngiyyatdır, onun Varlığı yoxdur əslində – o Yoxluqdur – Varlıq görü¬nür…
Bu Yoxluqda milli Vüqarı, özümlüyü, aqibəti yox etmək niyyəti gizlənib…
O niyyətə qarşı – amansız, ardıcıl, qətiyyətli Ruhani Döyüş gərək.
Cənubi Azərbaycan Azadlığı, Vahid Azərbaycan İdeyasına qarşı – İranın parçalanması Təhlükəsini, «Ədalətsizliyini» qoyurlar və bu möhkəm olmayan İdraka və İradəyə təsir edə bilir, onları Fəaliyyətdən salır.
Əslində isə bir xalqın əzilməsi, buxovlanması, əriməsi bahasına yaranan möhtəşəmlik – parçalanmalıdır, bu, ədalətli hadisədir, qaçılmazdır – imperiyaların heç birinin axırı yoxdur; onlar hansı adlarla çağırılsalar da – mahiyyətləri, aqibətləri birdir…
İranda Azərbaycan Dərdi var – Azərbaycanın Dərdinə qalmaq gərək – Vahid Azərbaycan Məqsədi var – bu Məqsədi siyasətçi taktiki səbəblərdən gizlədə bilər – ancaq Ruhaniyyatçı, İnamçı gizlədə bilməz; Cənubi Azərbaycan Şimali Azərbaycanla Birləşməli, Vahid Azərbaycan yaranmalı, natam Azərbaycan Bütövləşməlidir; – bu, milli məqsəddir – Ədalətli, Zəruri… Bu, Zəbtçilik deyil, qəsdçilik deyil, zəbtçiliyə qarşıdır, qəsdçiliyə qarşıdır.
Türkmənçay yırtıcılığının nəticələri aradan qalxmalıdır.
İndi Şimali Azərbaycanın İrana qatılması məqsədi sezilir; Şimali Azərbaycanın İrandan ayrılıb Rusiyaya calanmasından – Şimali Azərbaycanın İrana «qaytarılmasından» danışırlar… ikinci «İran Azərbaycanı» yaradırlar…
Bu həyadan uzaq niyyət – İdrak və İradə əskikliyinə qida vermək istəyinə əsaslanır: Azərbaycan yoxluğu iftirasını yaymağa çalışır, burda yırtıcılıq yönü tam aşkarlanır, bəyan edilir…
Farsçılıqla Döyüş Ardıcıllığı, Aramsızlığı, Qətiyyəti gərəkdir – azərbaycanlılara – hərtərəfli İnam, İdrak, Mənəviyyat, İradə əməli.
Qərbçiliklə İslamçılıq – eyni hadisənin – özgələşmənin iki qütbləridir.
İslam – farslaşdırır, Qərb Avropalaşdırır…
İslam – möminlik adıyla özgələşdirir, Qərb – azadlıq adıyla.
İslam – dini ağalıqdır, qərbçilik – siyasi ağalıq.
Hər ikisi biri-birini yaşadır. Təzadlar birliyi yaranır.
Cənubi azərbaycanlılar müasir Qərb siyasətinin mahiyyətini yaxşı dərk etməlidirlər.
İndi Qərb və xüsusən ABŞ – İrana qarşıdır…
İran Amerikanı özünə düşmən sayır – Amerika İranın zəifləməsini istəyir.
Lakin Amerika və ümumən Qərb – Azərbaycanın güclənməsini, iri, vahid Azərbaycan yaranmasını istəməz, bu, onun ağalıq iddialarına ziddir. Güclü ölkələr üzərində ağalıq etmək çətindir…
Güclü ölkələrin çoxalması – ağalığın azalması deməkdir əslində.
Bu səbəbdən də Qərbi – azadlıq uğrunda mübarizədə müttəfiq saymaq sadəlövhlük olardı.
Qərbin ağalıqdan başqa dərdi-səri yoxdur; azadlıq – ağalıq vasitəsidir, silahıdır; Qərbin İranla döyüşündə Azərbaycan dərdi yox¬dur; Qərb İranda «demokratik hökumət» istəyir – Qərb ağalığına yarayan; Vahid Azərbaycan ideyası ona yaramır.
3. Cənubi Azərbaycanda müstəqil Uluyurd hərəkatı yaranmalıdır. Tarixdən ibrət dərsi götürməliyik.
İran məşrutəsini Səttarxan yaratdı.
İran məşrutəsi də Səttarxanı məhv etdi.
İran Molla inqilabının ən döyüşkən qüvvəsi Azərbaycanlılardı.
İran inqilabı Azərbaycanlıları əsarətdən qurtarmadı, əsarəti şiddətləndirdi.
Ümumiran hərəkatlarına rəğbət bəsləməli, ancaq onlara qatılmamalı, onlarda itməməli, müstəqilliyi qorumalı, yüksəltməli, ərsəyə çatdırmalı…
4. Şimali Azərbaycanın rəsmi siyasəti – açıq qapı yönüdür. Bu siyasət Azərbaycanın qapısını bütün ölkələrin – o cümlədən İranın üzünə açıb. Ancaq Azərbaycan təkcə rəsmi Dairədən ibarət deyil.
Cənubi Azərbaycanla Şimali Azərbaycan Yurdçularının birliyi gərək: İnam Birliyi, İdrak Birliyi, Mənəviyyat Birliyi, İradə Birliyi.
Bu Birlikdə Fəal iştirak etməyi Ocağımızın borcu sayırıq…
5. Siyasi Əməl – Ruhani Əməllə Birləşməlidir.
Xalqı ayağa qaldırmaq – Xalqı Ayaq üstə qoymaqla Birləşməlidir…
Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
4 İşıq ayı, 18-ci il. Bakı.
(May, 1996).
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!