“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
17-02-2026, 19:27
Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı


Ağdərədə itkin düşmüş şəhidin nəşi 34 il sonra tapıldı

Cəlilabad rayonundan olan itkin şəhidin nəşi tapılıb.
1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş rayon sakini Quliyev Mahir Abuzər oğlunun nəşi aşkar edilib.
Məlumata görə, şəhidin şəxsiyyəti müvafiq ekspertiza prosedurlarından sonra dəqiqləşdirilib və ailəsinə məlumat verilib.
Şəhid Mahir Quliyevin dəfn mərasimi fevralın 19-na planlaşdırılır.
17-02-2026, 19:11
Hatayda ailədən 1,2 milyonluq oğurluq


Hatayda ailədən 1,2 milyonluq oğurluq

Türkiyənin Hatay şəhərində ailə 1,2 milyonluq oğurluq edib.
Hatayda ana, ata və qızları 3 ay ərzində eyni markaya məxsus 3 fərqli kosmetika mağazasından ümumilikdə 1 milyon 200 min TL (46.650 manat) dəyərində makiyaj vasitələri və müxtəlif məhsullar oğurlayıb.
Şübhəlilərin oğurluq anları təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Məhkəməyə çıxarılan ana və ata barəsində həbs qətimkan tədbiri seçilib, qızları isə sərbəst buraxılıb.
17-02-2026, 19:01
Çantasını dayanacaqda unutdu, qızılları oğurlandı


Çantasını dayanacaqda unutdu, qızılları oğurlandı

Paytaxtın Nəsimi rayonu, Moskva prospektində yerləşən avtobus dayanacağında naməlum şəxs sərnişinlərdən birinin 1 200 manat dəyərində qızıl-zinət əşyasını oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 22 yaşlı H.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, zərərçəkən avtobusa minən zaman çantasını dayanacaqda unudub. Saxlanılan şəxs isə orada qalan çantanı talayaraq hadisə yerindən uzaqlaşıb.
Yeni Ramana qəsəbəsində isə evlərin birindən 2 ədəd televizor, samovar və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən 24 yaşlı X.Hüseynov və həmyaşıdı İ.Cənnətov da müəyyən olunaraq saxlanılıblar.
Hər iki fakt üzrə araşdırmalar aparılır.
17-02-2026, 18:39
Magistratura üzrə ölkə birinciləri AÇIQLANDI


Magistratura üzrə ölkə birinciləri AÇIQLANDI

Ali təhsil müəssisələrinin magistraturalarına fevralın 15-də keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan edilib.
Bu barədə Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan bölməsi üzrə ölkə birinciləri Elvina Əliyeva və Zahid Abdullayev olub.
Onların hər ikisi 91 bal toplayıb.
17-02-2026, 18:30
Moskvada ölən azərbaycanlı cütlüklə bağlı TƏFƏRRÜAT


Moskvada ölən azərbaycanlı cütlüklə bağlı TƏFƏRRÜAT

Moskvada yaşadıqları binanın qarşısında meyitləri tapılan azərbaycanlı ər-arvadla bağlı bəzi təfərrüatlar məlum olub.
Meyiti tapılan, 1984-cü il təvəllüdlü Vasif Yusif oğlu Nağıyev Ucar rayonunun Rəstəcə kənd sakinidir.
Həyat yoldaşı, 1987-ci il təvəllüdlü Aygün Yaqub qızı Hüseynova isə Rusiya vətəndaşıdır. Əvvəllər rayon ərazisində yerləşən şadlıq evində çalışan V. Nağıyev 10 ilə yaxındır işləmək məqsədi ilə Rusiyaya gedib.
Mərhumun nəşi bu gecə doğulduğu Ucar rayonuna gətiriləcək.
17-02-2026, 18:20
İran ABŞ ilə razılığa gəldi


İran ABŞ ilə razılığa gəldi

İran ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəlib.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ ilə nüvə danışıqlarının ikinci mərhələsindən sonra jurnalistlərə bildirib.
"Biz ABŞ ilə əsas prinsiplər üzrə razılığa gəlmişik", - o deyib.

17-02-2026, 18:16
İordan vadisində partlayış: Bir uşaq ölüb


İordan vadisində partlayış: Bir uşaq ölüb

İordan vadisində partlamamış hərbi sursatın partlaması nəticəsində bir fələstinli uşaq həlak olub, iki uşaq yaralanıb.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə uşaqların partlayıcı maddələrlə oynadığı zaman baş verib.
Məlumata görə, ərazi atəş zonası hesab olunur və yüksək təhlükə səbəbindən giriş qadağandır. Hadisə yerinə hərbçilər və tibbi yardım briqadaları gəlib.
17-02-2026, 18:05
Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb


Bakıda kişi keçmiş arvadının yeni ərini bıçaqlayıb

Bakıda boşandığı həyat yoldaşının yeni ailə qurduğu şəxsi bıçaqlayan 1981-ci il təvəllüdlü Rövşən Həmidova (soyadlar şərtidir) hökm oxunub.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, Rövşən bir neçə il əvvəl həyat yoldaşından boşanıb. Onların oğul övladı ata ilə, qız övladı isə ana ilə qalıb. Daha sonra qadın Cəlal adlı şəxslə ailə həyatı qurub və övladı ilə birgə onun yanında yaşayıb.
Ötən ilin 14 fevral tarixində isə Rövşən qızını görmək və keçmiş həyat yoldaşı ilə barışmaq niyyəti ilə onların yaşadığı məhəlləyə gedib.
Rövşən küçədə Cəlalla qızını görərək ona hücum edib və bıçaqla xəsarət yetirib. Məlum olub ki, həmin vaxt Cəlal ögey qızını hazırlıqdan evə gətirirmiş. Polisin keçirdiyi tədbirlərlə Rövşən tutulub və onun barəsində cinayət işi başlanıb.
Məhkəmənin hökmü ilə Rövşən Həmidova 2 il 3 ay həbs cəzası verilib.
17-02-2026, 17:57
İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA


İkinci cəhd magistratura imtahanı asan olacaq - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının esse istisna digər tapşırıqlar üzrə nəticələrini elan edib. Bakalavrlar isə imtahan suallarının çətinliyindən narazılıq edirlər.
Təhsil sahələri üzrə ekspert Ramin Nurəliyev hesab edir ki, Dövlət İmtahan Mərkəzi magistratura imtahanında ilk növbədə format dəyişikliyinə getməlidir.
Onun fikrincə, mövcud imtahan modeli magistraturanın mahiyyətinə uyğun deyil və xüsusilə humanitar ixtisaslar üzrə təhsil alanların akademik inkişafına ciddi maneə yaradır.
“Hazırkı modeldə magistratura imtahanı riyaziyyat-məntiq, informatika və xarici dil komponentləri üzərində qurulub. Halbuki humanitar sahələri bitirən məzunlar bu istiqamətləri zəif bildikləri üçün məhz həmin səbəbdən tarix, filologiya, sosiologiya, psixologiya kimi ixtisasları seçiblər. Bu halda həmin şəxslərin magistratura pilləsində öz ixtisasları üzrə imtahan verməməsi məntiqsiz və ədalətsiz yanaşmadır”.
Ramin Nurəliyev vurğulayır ki, magistratura peşə və ya karyera pilləsi deyil, akademik karyeranın başlanğıcıdır. Gələcəkdə elmlər doktoru olmaq istəyən bir tarixçi və ya filoloqun magistratura imtahanında öz ixtisasından sual görməməsi sistemli problemdir. Məhz bu səbəbdən humanitar ixtisas məzunlarının böyük əksəriyyəti magistratura imtahanından çəkinir və iştirak etmir.
Ekspert statistik göstəricilərə də diqqət çəkir. Onun sözlərinə görə, bu il magistratura imtahanına 23 min nəfər qeydiyyatdan keçib, dövlət isə 17 min plan yeri ayırıb. Bu 23 min nəfərin ən azı 4-5 mininin müsabiqə şərtlərini ödəməyəcəyi əvvəlcədən bəllidir. Digər tərəfdən, ixtisas sıxlığı və səhv seçimlər səbəbindən əlavə 2 minə yaxın namizəd də qəbul oluna bilmir. Nəticədə hər il minlərlə plan yeri boş qalır.
“Keçən il magistratura üzrə təxminən 3 min boş yerin qalması bu problemin təsadüfi yox, sistemli xarakter daşıdığını göstərir. Halbuki hər il ali təhsil müəssisələrini 60 mindən çox məzun bitirir. Bu məzunların yalnız yarısının magistratura imtahanına müraciət etməsi, ciddi siqnaldır və mövcud imtahan modelinin cəlbedici olmadığını sübut edir”.
Ekspert əlavə edir ki, məsələ yalnız sualların çətinliyi ilə bağlı deyil. Əgər imtahan həddən artıq çətin olarsa, müsabiqə şərtlərini ödəyənlərin sayı azalacaq və Dövlət İmtahan Mərkəzi növbəti, ikinci cəhd imtahanını məcburən asanlaşdırmalı olacaq. Çünki dövlətin ayırdığı plan yerləri dolmalıdır. Onun fikrincə, sağlam və rəqabətli seçim üçün ən azı 20 min namizəd müsabiqəyə buraxılmalıdır:
“Ən azı 20 min nəfər müsabiqəyə buraxılmalıdır ki, 17 min yer üzərində mübarizə aparsınlar. Dövlət İmtahan Mərkəzi növbəti ikinci qəbul imtahanını asanlaşdırmağa məcbur qalacaq. DİM keçənilki imtahanla müqayisədə bu il sualların çətin olub-olmadığı barədə yaxınlarda məlumat verəcək. Əgər imtahanın çətin keçdiyi təsdiqlənsə, bu, növbəti imtahanın asan olmasını tələb edir. DİM düzgün analiz apararsa, növbəti imtahanı asan salmalıdır” – o sonda qeyd edib.
17-02-2026, 17:44
Hərbi polisin binası partladı: 3 nəfər öldü


Hərbi polisin binası partladı: 3 nəfər öldü

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonundakı hərbi komendantlıq binasında partlayış baş verib.
Bu barədə Telegram kanalları xəbər verib.
Məlumata görə, hadisə zamanı 3 nəfər həlak olub. Binanın ikinci və üçüncü mərtəbələri, eləcə də çardaq çöküb. Daha da çökmə riski qalmaqdadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!