“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
17-02-2026, 17:08
Salyanda bu ailələrə 12 mənzil veriləcək


Salyanda bu ailələrə 12 mənzil veriləcək

Salyanda şəhid ailələri və əlilliyi olan şəxslər üçün növbəti mənzil satınalması həyata keçiriləcək.
Azərbaycan Respublikasının Sosial Xidmətlər Agentliyi Salyan rayonunda həssas qrupların mənzil təminatını genişləndirməyə davam edir.
Agentlik tərəfindən elan olunmuş tender çərçivəsində şəhid ailələri və əlilliyi müəyyən olunmuş şəxslər üçün daha 12 mənzilin satın alınması planlaşdırılır.
Layihənin ehtimal olunan qiyməti 1.188.000,00 AZN təşkil edir.
17-02-2026, 17:06
Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB


Rusiya-ABŞ-Ukrayna danışıqları başlayıb - YENİLƏNİB

İsveçrənin Cenevrə şəhərində Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar başlayıb.
Danışıqlar sabah da davam etdiriləcək.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.
Ukraynalılara Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov baçılıq edir.
ABŞ-ı görüşdə Prezidentin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edir.

***

Bu gün İsveçrənin Cenevrə şəhərində Rusiya, Ukrayna və ABŞ arasında danışıqların üçüncü raundu başlayacaq.
Moskva ilə Kiyev arasındakı münaqişənin həlli ilə bağlı danışıqlar 17 və 18 fevralda keçiriləcək.
Tərəflər əvvəllər 23-24 yanvar və 4-5 fevral tarixlərində Əbu-Dabidə görüşmüşdülər.
İsveçrə Xarici İşlər Nazirliyi müzakirələrin bağlı qapılar arxasında keçiriləcəyini bəyan edib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. Həmçinin xarici işlər nazirinin müavini Mixail Qaluzin və Baş Qərargahın Baş İdarəsinin rəisi admiral İqor Kostyukov da danışıqlara qatılacaq. Ümumiyyətlə Rusiyanın danışıqlar qrupu 15-20 nəfərdən ibarətdir.
Ukraynanı Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Kiril Budanov, onun müavini Sergey Kıslıtsya, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Hnatov və hakim Xalqın Xidmətçisi partiyası fraksiyasının rəhbəri David Araxamiya təmsil edəcək.
ABŞ-ı görüşdə Prezidentin xüsusi elçisi Stiv Uitkov və Amerika liderinin kürəkəni Cared Kuşner təmsil edir. Onlar həmçinin Cenevrədə İranın nüvə sazişi ilə bağlı dolayı danışıqlarda iştirak edirlər.
17-02-2026, 17:00
Magistratura imtahanlarının nəticələri AÇIQLANDI


Magistratura imtahanlarının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
İmtahanın nəticələri ilə buradan tanış tanış ola bilərsiniz.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 22780 bakalavrdan 519 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 2 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçılarının nəticələri ilə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq. Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.
17-02-2026, 16:47
Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR


Kənd Təsərrüfatı Nazirliyində CİDDİ POZUNTULAR

Kənd Təsərrüfatı Nazirliyinin 2026-2029-cu illər üzrə təqdim etdiyi məlumatlara əsasən, müvafiq bölmə çərçivəsində 8 proqramın icrası proqnozlaşdırılır. Hesablama Palatası tərəfindən aparılan təhlillər aqrar sahədə prioritetlərin müəyyənləşdirilməsi və vəsaitlərin bölgüsü ilə bağlı uyğunsuzluqları üzə çıxarıb.
Son illər heyvanların baş sayında davamlı azalma müşahidə olunsa da, “Heyvandarlıq sahəsinin inkişafı proqramı” üzrə 2026-cı ildə 71,7 milyon manat vəsait nəzərdə tutulur. Bu, cari ilin gözlənilən icra xərcləri ilə müqayisədə 3,6 milyon manat və ya 4,8 faiz azdır. Qeyd edilir ki, 2024-cü ildə sözügedən proqramın icrasına 59,8 milyon manat xərclənib. Bu məbləğ “Bitkiçilik sahəsinin inkişafı proqramı”na ayrılmış vəsaitdən 6 dəfə az olub.
Məlumata görə, təhlillər bəzi tədbirlər üzrə indikatorların inkişaf dinamikasını əks etdirmədiyini də göstərir. Belə ki, dən üçün günəbaxan əkin sahəsinin 12 950 hektardan 13 200 hektara qədər artırılması planlaşdırılır. Lakin məhsul istehsalının 31 303 tondan 30 360 tona enməsi hədəf kimi müəyyən edilib.
Bundan əlavə, xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində məhv edilmiş iribuynuzlu və xırdabuynuzlu heyvanların sayının 2025-ci illə müqayisədə müvafiq olaraq 50 və 100 baş artaraq 750 və 1 600 başa çatacağı proqnozlaşdırılır. Hesablama Palatasının qənaətinə görə, bu göstəricilər aqrar sahədə inkişaf meyllərini xarakterizə etmir.
17-02-2026, 16:43
Cenevrədəki İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB


Cenevrədəki İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB

İran və ABŞ arasında dolayı danışıqların ikinci mərhələsi İsveçrənin Cenevrə şəhərində başa çatıb.
İran mediasının məlumatına görə, dolayı danışıqlar başa çatdıqdan sonra hər iki ölkənin danışıqlar qrupları məkanı tərk ediblər.
Danışıqlar Omanın İsveçrədəki səfirliyində keçirilib.

***
Bu gün İsveçrədəki Oman səfirliyində İran və ABŞ arasında dolayı danışıqlar keçirilir.
İran KİV-i danışqıların artıq başladığı barədə məlumat yayıb.

***
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Arakçi ilə görüşüb.
Tərəflər 17 fevralda Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan ABŞ-İran nüvə danışıqlarını müzakirə ediblər.
Qrossi sosial mediada yazıb:
"Cenevrədə keçirilməsi planlaşdırılan vacib danışıqlara hazırlıq məqsədilə İranın xarici işlər naziri Arakçi ilə ətraflı texniki müzakirə apardım".
Xatırladaq ki, bu gün İran və ABŞ arasında dolayı danışıqlar İsveçrədəki Oman səfirliyində keçiriləcək.
17-02-2026, 16:23
Kür çayı daha bir can aldı


Kür çayı daha bir can aldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
17-02-2026, 16:10
İran Hörmüz boğazını bağlayır


İran Hörmüz boğazını bağlayır

İran hərbi təlimlər zamanı Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.
Bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, bu gün "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimləri zamanı təhlükəsizlik və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün Hörmüz boğazının bəzi hissələri bir neçə saatlıq bağlanacaq.
İran fevralın 16-da Yaxın Şərqdəki gərginlik və ABŞ-ın bölgədəki hərbi iştirakının artması fonunda "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimlərinə başlayıb.
17-02-2026, 16:01
Pakistanda terror: 11 ölü, 7 yaralı


Pakistanda terror: 11 ölü, 7 yaralı

Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində xeyli hərbçi həlak olub.
Bu barədə Pakistan mətbuatı çərşənbə axşamı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qəzet Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən "Xayber-Paxtunxva əyalətinin Bajaur rayonundakı nəzarət məntəqəsində partlayan avtomobil bombası nəticəsində 11 təhlükəsizlik işçisi həlak olub", - deyə bildirib.
Qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.
Pakistan hakimiyyəti teraktın arxasında ölkədə qadağan olunmuş "Təhriki Taliban Pakistan" hərəkatının tərəfdarlarının durduğuna inanır.
Məlumata görə, görülən tədbirlər nəticəsində 12 terrorçu öldürülüb.
Qəzet qeyd edir ki, Xayber-Paxtunxva əyalətində terror aktlarının sayı son bir ildə artıb. Pakistanın Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, əyalətdə ötən ölənlərin sayı 2024-cü ildəki 1620 nəfərdən 2025-ci ildə 2331 nəfərə çatıb.
17-02-2026, 15:45
"Traktor"un baş məşqçisi istefa verib


"Traktor"un baş məşqçisi istefa verib

Təbrizin "Traktor" klubunun xorvatiyalı baş məşqçisi Draqan Skoçiç istefa verib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
57 yaşlı mütəxəssis vəzifəsindən öz istəyi ilə gedib.
D.Skoçiç 2024-cü ildən "Traktor" klubunu çalışdırırdı. Komanda 204/2025 mövsümündən onun rəhbərliyi altında İran Pro Liqasının qalibi olub.
Məlumata görə, Təbriz klubunun sükanı arxasına müvəqqəti olaraq Mohammad Rabiei gətirilib. Onunla mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Hazırda isə "Traktor" 35 xalla İran çempionatında 2-ci yerdə gedir.
17-02-2026, 15:28
Şəhidləri təhqir edən ərəblər deportasiya olunacaq


Şəhidləri təhqir edən ərəblər deportasiya olunacaq

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan hökmdən verilən appelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, Səbail Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxslərin cəzası 2 ildən 6 aya endirilib. Deportasiya qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sabail rayon Məhkəməsinin hökmünə əsasən, Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammad hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onlar cəzalarını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarını çəkdikdən sonra ölkə ərazisindən məcburi şəkildə çıxarılmalıdırlar.
Xatırladaq ki, ötən il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb. Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!