“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
17-02-2026, 14:50
Xamenei azərbaycanlılarla görüşdə Trampı HƏDƏLƏDİ


Xamenei azərbaycanlılarla görüşdə Trampı HƏDƏLƏDİ

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə sərt reaksiya verib.
Xamenei bu reaksiyanı Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Şərqi Azərbaycan əyalətindən olan insanlarla - azərbaycanlılarla görüşdə göstərib.
Xamenei bugün keçirilən həmin görüşdə İran xalqına da müraciət edib.
ABŞ Prezidenti Donald Trampın hərbi təhdidlərinə cavab verən Ayətullah Xamenei deyib: "ABŞ Prezidenti daim ordusunu "dünyanın ən güclü ordusu" kimi təsvir edir, lakin hətta bu güc belə gözlənilməz məğlubiyyətlərlə üzləşə bilər. O, İrana gəmilər göndərməklə öyünür. Gəmi təhlükəli bir vasitədir, amma gəmidən daha təhlükəlisi onu dənizin dibinə batıra bilən silahdır".
Xamenei daha sonra əlavə edib: "Son çıxışlarından birində ABŞ Prezidenti etiraf etdi ki, ölkəsi İslam Respublikasını 47 ildir məhv edə bilməyib. Bu, yaxşı bir etirafdır. Demək istədiyim odur ki, siz də bunu edə bilməzsiniz".
Ali lider İranda baş verən son hadisələrə toxunaraq deyib: "Qan töküldü. Hamımız yas içindəyik".
Xamenei son hadisələrdə həyatını itirənləri üç kateqoriyaya böldü. O, təhlükəsizlik qüvvələrinin həlak olan əməkdaşlarını "seçilən şəhidlər" adlandırıb. Eyni zamanda hadisələr zamanı həlak olan günahsız mülki şəxsləri şəhid hesab etdiyini bildirib.
O, həmçinin təhrikçilər tərəfindən yoldan çıxarılan, lakin sonradan tövbə edənləri "bizim övladlarımız" adlandırıb və onlar üçün bağışlanma diləyib. Lakin iğtişaşların başçılarını və düşməndən dəstək alanları bu kateqoriyadan kənarlaşdırıb.
Seyid Əli Xamenei bu fikirləri hazırda Avropada keçirilən İran-ABŞ danışıqları fonunda səsləndirib.
Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərindəki Oman səfirliyində İran və ABŞ arasında dolayı nüvə danışıqlarının ikinci mərhələsi keçirilir.
Danışıqların bu mərhələsi də əvvəlki kimi Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyilə baş tutub.
Prosedura əsasən, hər iki nümayəndə heyəti əvvəlcə Oman tərəfi ilə görüşəcək, fikirlərini və qiymətləndirmələrini Omanın xarici işlər nazirinə çatdıracaq; sonra Omanın xarici işlər naziri bu məsələləri tərəflərə çatdıracaq.
Cenevrə danışıqlarının mövzusu nüvə məsələlərinin müzakirəsidir.
Danışıqlarda Amerika tərəfinə ABŞ Prezidentinin elçisi Stiv Uitkov, İran tərəfinə isə xarici işlər naziri Abbas Arakçi rəhbərlik edir.
17-02-2026, 14:30
"Tarqovı"dakı yanğın söndürüldü: xəsarət alan var - YENİLƏNİB


"Tarqovı"dakı yanğın söndürüldü: xəsarət alan var - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində yanğın tam söndürülüb.

***

14:09

Bakının Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasındakı yanğın məhdudlaşdırılıb.
Bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Taleh Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər tüstülü zonadan təxliyə edib.
FHN rəsmisi bildirib ki, bina taxta konstrukdiyadan ibarət olduğu üçün yanğın söndürülmə işlərində çətinliklər olub:
"Hazırda yanğın məhdudlaşdırılıb. Əraziyə ümumilikdə 5 yanğın abtomobili, 27 nəfər şəxsi heyət cəlb olunub" (Report).

***

Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla bağlı ərazidə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti davam edir.
Bu barədə FHN-dən məlumat verilib.
"Binanın taxta araskəsmələrdən ibarət olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də yanğından mühafizə bölmələri tərəfindən görülmüş operativ tədbirlərlə yanğın nəzarət altına alınıb
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. Hazırda yanğınla mübarizə əməliyyatı davam edir.
Əlavə məlumat veriləcək", - məlumatda deyilir.
17-02-2026, 10:18
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə


Azərbaycan-Serbiya münasibətləri

yeni strateji mərhələdə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda real iqtisadi, energetika və investisiya imkanları üzərində qurulduğunu açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç haqqında səsləndirdiyi yüksək qiymətləndirmələr qarşılıqlı etimadın və səmimi dostluğun bariz nümunəsi kimi diqqət çəkir. Hər iki liderin dövlət maraqlarını hər şeydən üstün tutması bu münasibətlərin əsas dayaq nöqtəsi kimi çıxış edir.
Prezidentin vurğuladığı kimi, Serbiya təbii sərvətləri olmayan ölkə olmasına baxmayaraq, müstəqil iqtisadi siyasət yürüdərək öz gücünə arxalanan və heç bir kənar yardımdan asılı olmayan inkişaf modelini formalaşdırıb. Bu isə həm Avropa məkanında, həm də beynəlxalq miqyasda Serbiyanın nüfuzunun artmasına səbəb olub. Azərbaycan tərəfinin bu uğurları yüksək qiymətləndirməsi iki ölkə arasında həm siyasi, həm də mənəvi yaxınlığın göstəricisidir.
Səfər çərçivəsində keçirilən Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclası isə münasibətlərin gələcək perspektivlərini daha da aydınlaşdırdı. Müzakirələr zamanı siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə sərmayə layihələrinin həyata keçirilməsi kimi mühüm məsələlər gündəmə gətirildi.
Prezident İlham Əliyevin Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi bu əməkdaşlığın konkret nəticələrə yönəldiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi həm Serbiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də regionda enerji balansının qorunmasına xidmət edəcək. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və yaxın dövrdə bu həcmlərin artırılması planlaşdırılır. Bu qazın elektrik enerjisinə çevrilməsi isə Serbiya üçün yeni iqtisadi üstünlüklər yaradacaq.
Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etməyi planlaşdırması və bunun böyük hissəsinin ixraca yönəldilməsi ölkəmizin Avropa enerji bazarında strateji rolunu daha da gücləndirir. Bu baxımdan Serbiya ilə əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyan bir model kimi qiymətləndirilə bilər.
Səfərin yekununda səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” çağırışı isə sadəcə diplomatik jest deyil, iki xalq arasında dərin tarixi, siyasi və insani bağların rəmzidir. Bu münasibətlər göstərir ki, dövlətlər arasında qurulan səmimi tərəfdaşlıq xalqların rifahına, regionun sabitliyinə və gələcək nəsillərin daha təhlükəsiz dünyada yaşamasına xidmət edir.

Sevil Əliyeva
Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru
17-02-2026, 00:24
Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb


Abbas Əraqçi Cenevrədə BQXK prezidenti ilə görüşüb

İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsiin prezidenti Miryana Spoljaric ilə görüşüb.
Bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər beynəlxalq humanitar hüquq və İran ilə BQXK arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Abbas Əraqçi bütün hökumətlərin beynəlxalq humanitar hüququn prinsip və normalarına riayət etməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranın XİN rəhbəri Cenevrəyə ABŞ ilə nüvə danışıqları aparmaq üçün Omanın vasitəçiliyilə səfər edib.
16-02-2026, 23:57
Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var


Gəncədə yanğın: Tüstüdən zəhərlənənlər var

Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Yanğın zamanı 2004-cü il təvəllüdü G.Nəbiyeva, 1989-cu il təvəllüdlü N.Mövsümov tüstüdən zəhərləniblər.
Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.
16-02-2026, 23:53
Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub


Azərbaycan nümayəndələri Ermənistana bu kənddən daxil olub

Bir neçə gün əvvəl Ermənistanda keçirilən “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü baş tutub.
Səfərdə iştirak edən nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycan nümayəndə heyətinin sərhədi keçməsi ilə bağlı detalları açıqlayıb.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurları tamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və Ermənistanın Voskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmiş quru sərhəd hissəsindən keçməklə Ermənistana daxil olub. Keçid sərhəd və gömrük nəzarəti qaydalarına uyğun şəkildə həyata keçirilib.
Qeyd edək ki, görüşdə 39 nəfər iştirak edib. Proqrama əsasən, Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində yol və yerləşmə, dörd diskussiya sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-formal dialoq təşkil edilib.
Müzakirələr zamanı proqramda nəzərdə tutulan məsələlərlə yanaşı, hər iki cəmiyyəti narahat edən mövzular, sülh gündəliyinə yanaşmalar, mövcud maneələr və problemlər, eləcə də gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
16-02-2026, 23:10
Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü


Bakıda 23 yaşlı oğlan ondan ayrılmaq istəyən sevgilisini maşında döydü

Bakının Sabunçu rayonunda 23 yaşlı oğlan sevgi münasibətində olduğu qızı döyüb.
Hadisə ötən ilin iyulun 15-də rayonunun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində baş verib. Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Pənah həmin gün saat 20 radələrində avtomobilin içərisində sevgilisi Günayla (adlar şərtidir – red.) mübahisə edib. Onların mübahisəsinə səbəb isə Günayın ondan ayrılmaq istəməsi olub. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə qızın qol və kürək nahiyələrindən bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində cinayət işi üzrə araşdırma aparılan zaman məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkmiş qızda ona qarşı şikayətini geri götürüb.
Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
16-02-2026, 22:07
“Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək


Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək

Apple yaxın zamanda daha əlçatan qiymətə “MacBook” noutbuklarını təqdim edəcək.
Bu barədə Bloombergin texnologiya eksperti Mark Gurman sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, yeni model “Mac” xəttində indiyədək təqdim olunan ən ucuz noutbuk olacaq. Cihaz sarı, yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz rəng seçimləri ilə satışa çıxacaq.
Məlumata görə, noutbuk 13 düymlük ekran və “iPhone 18 Pro” modellərində istifadə olunan A18 Pro prosessoru ilə təchiz olunacaq. Qurman plastik korpusla bağlı iddiaları təkzib edib və bildirib ki, model digər “Mac” cihazları kimi alüminium korpusa malik olacaq.
Rəsmi qiymət açıqlanmasa da, nəşr yeni “MacBook”un təxminən 699 dollara satışa çıxacağını yazır.
16-02-2026, 21:42
Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir?


Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir?

Bakıda estetik əməliyyat etdirən 43 yaşlı qadın dünyasını dəyişib. Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Fevralın 10-da "Medi Hall" tibb müəssisəsində bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın qəfil halı pisləşib. Ona tibbi müdaxilə göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Müəyyən edilib ki, "Medi Hall" hospitalının baş həkimi, adı daha əvvəl də bir sıra uğursuz estetik əməliyyatlarda hallanan Nigar Məhəmmədovadır. Sözügedən həkim əvvəllər "MedAura" klinikasında fəaliyyət göstərib və həmin dövrdə pasiyentlərin çoxsaylı şikayətləri ilə üzləşib.
Klinika direktoru isə Baku TV-yə qadının ölümünün tibb müəssisəsi ilə əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, pasiyent əməliyyatdan bir neçə gün sonra evə buraxılıb və evində dünyasını dəyişib. Ölümün səbəbi kimi ürək problemi və tromboemboliya ehtimalı göstərilir.
Klinika rəhbərliyi qeyd edib ki, əməliyyatdan əvvəl pasiyent müayinədən keçirilib və hər hansı ciddi problem aşkarlanmayıb. Bildirilib ki, tromb yaranması halları müxtəlif səbəblərdən baş verə bilər və bu cür risklər istənilən şəxsdə mümkündür.
Hadisə ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Medi Hall" tibb müəssisəsi ilə bağlı səlahiyyətlərinə aid olan bütün məsələlər ciddi şəkildə araşdırılır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinə əsasən, istintaq sirrini təşkil edən məlumatların yayılması qadağandır və bu məlumatlar yalnız istintaqı aparan orqanın icazəsi ilə açıqlana bilər.
Baş vermiş ölüm hadisəsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall" hospitalda əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın üç gün sonra dünyasını dəyişməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırıldıqdan sonra müvafiq qərar qəbul ediləcək.
16-02-2026, 21:12
İsrail HƏMAS-a 60 gün vaxt verəcək


İsrail HƏMAS-a 60 gün vaxt verəcək

İsrail HƏMAS hərəkatına tərk-silah olunması üçün 60 günlük müddət verəcək. Əks halda, İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edə bilər.
Bu barədə İsrail Nazirlər Kabinetinin katibi Yossi Fuks Qüdsdə keçirilən konfransda çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 60 günlük müddətin verilməsi xahişi Amerika Birləşmiş Ştatları administrasiyası tərəfindən irəli sürülüb və İsrail tərəfi bu müraciətə hörmətlə yanaşır.
Fuks qeyd edib ki, müddətin hesablanmasına başlanacaq dəqiq tarix hələ müəyyən edilməyib. Ehtimal olunur ki, bu vaxt Qəzza üzrə Sülh Şurasının ilk iclasının keçirildiyi gündən etibarən hesablanacaq.
O əlavə edib ki, müddətin sonunda vəziyyət yenidən qiymətləndiriləcək və tərk-silah baş verməzsə, İsrail ordusu Qəzzada əməliyyatları davam etdirmək məcburiyyətində qalacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!