Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
12-02-2026, 18:00
Daha bir mətbuat katibi medalla təltif olunub


Daha bir mətbuat katibi medalla təltif olunub

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vergi sisteminin inkişafında xidmətlərinə görə Dövlət Vergi Xidmətinin bir qrup əməkdaşı təltif ediliblər.
Təltif edilənlər arasında Dövlət Vergi Xidmətinin Media şöbəsinin rəisi Şahin Məmmədov da var.
O, 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalına layiq görülüb.
Qeyd edək ki, Şahin Məmmədov daha əvvəl mətbuatda iqtisadiyyat sahəsindən yazan jurnalist kimi çalışıb.
12-02-2026, 17:52
Kim Çen In 13 yaşlı qızını varisi təyin edib


Kim Çen In 13 yaşlı qızını varisi təyin edib

Şimali Koreya lideri Kim Çen In qızını varisi etmək qərarına gəlib.
Bu barədə Cənubi Koreya kəşfiyyatı məlumatına yayıb.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Kim Çen In-ın 13 yaşlı Kim Cu Eni varisi kimi hazırladığı və artıq varis hazırlamaq mərhələsindən, varis təyin etmək mərhələsinə keçdiyini bildirib.
Kim Cu-e müxtəlif tədbirlərdə iştirak etdiyindən və müəyyən dövlət məsələləri ilə bağlı fikirlərini bildirdiyinə dair məlumatlardan dolayı onun atasının varisi olaraq təyin edildiyi vurğulanır.
Qeyd edək ki, Kim Cu EN Kim Çen In və həyat yoldaşı Li Sol Cunun rəsmi olaraq yeganə övladıdır.
12-02-2026, 17:44
Ukraynada 20 deputat zəhərləndi


Ukraynada 20 deputat zəhərləndi

Ukrayna Ali Radasında deputatlar zəhərlənib.
Məlumata görə, təxminən 20-yə yaxın deputatda yüksək hərarət və ürəkbulanma müşahidə olunub.
Radadan verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı, parlamentin yeməkxanasında yoxlamalar aparıldığı bildirilib.
12-02-2026, 17:33
Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək


Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək

Moskva və İrəvan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
O qeyd edib ki, "Ermənistan tərəfinin xahişinə uyğun olaraq və Ermənistan xalqına olan dostluq və qardaşlıq hisslərinə əsaslanaraq, Rusiya Federasiyası Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, onların Yerasx (Arazdəyən) kəndi yaxınlığındakı Azərbaycan Respublikasının dəmir yolları ilə, eləcə də Axuryan (Düzkənd) kəndi yaxınlığındakı Türkiyə Respublikasının dəmir yolları ilə əlaqəsini təmin edəcək".
Xatırladaq ki, layihə Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz və Gümrü-Axuryan-Qars dəmir yolu xətlərinin bərpasını nəzərdə tutur.
12-02-2026, 17:22
Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır


Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-dək Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
12-02-2026, 17:17
İmran Xan görmə qabiliyyətinin 85%-ni itirib


İmran Xan görmə qabiliyyətinin 85%-ni itirib

Pakistanın sabiq baş naziri İmran Xanın səhəti pisləşib.
Həbsxanada hökumətin keçmiş başçısı 85% görmə qabiliyyətini itirib. Onun 1 gözü tamailə görmür.
Qeyd edək ki, 73 yaşlı İmran Xan 2018-ci ildən 2022-ci ilə qədər Pakistanın Baş naziri olub. Siyasətçi 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən uzaqlaşdırılıb.
O, 2023-cü ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.
12-02-2026, 17:08
Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü


Salyanda bir ailənin 4 üzvü qidadan zəhərləndi - 11 yaşlı uşaq öldü

Salyan rayonunun Qaraçala kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb
Ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.
Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırlıb. Xəstəxanadan bildirildiyinə görə, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.
İlkin məlumata görə, ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
12-02-2026, 16:56
Ramiz Mehdiyevin zəng edərək danışdığı qadının kimliyi məlum oldu


Ramiz Mehdiyevin zəng edərək danışdığı qadının kimliyi məlum oldu

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün yaydığı video materialda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin naməlum bir qadınla telefon danışığının fraqmenti var. Söhbət zamanı Ramiz Mehdiyev qadından Azərbaycanda “dövlət idarəetmə sistemində dəyişiklik”lə bağlı – faktiki olaraq, dövlət çevrilişindən sonrakı idarəetmə modelinə dair hazırladığı məktubu kimlərəsə ötürmək üçün məsləhət istəyir. Video fraqmentdə qadının şəxsiyyəti açıqlanmayıb.
Bu qadın Rusiya Elmlər Akademiyasında (REA) çalışır və R. Mehdiyevin Rusiya təhlükəsizlik orqanları ilə təmaslarında vasitəçilik edib. Mənbə bildirib ki, Mehdiyev AMEA prezidenti olduğu dövrdə (2019-2022) Rusiyadakı kuratorları ilə məhz təhlükəsizlik orqanlarının REA-dakı agenturası vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Ramiz Mehdiyev 2022-ci il fevralın 19-da AMEA prezidenti vəzifəsindən azad edilib. Bu hadisədən cəmi 3 ay əvvəl - 2021-ci il noyabrın 25–26-da o, Bakıda Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyətini qarşılayıb. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb, AMEA-da keçirilən görüşdə isə ona REA-nın xatirə medalı təqdim olunub.
Rusiya kəşfiyyat orqanlarının (xüsusilə FSB-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi müəssisələrdə güclü nəzarət mexanizmləri və agentura şəbəkəsi saxlaması faktı beynəlxalq media və araşdırmalarda dəfələrlə qeyd olunub. Bu sistem SSRİ dövründən qalıb və bəzən kəşfiyyat əməkdaşları RAN-da “məsləhətçi” və ya “ekspert” kimi fəaliyyət göstərir. Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyevin əlaqə saxladığı qadın da məhz belə “ekspert”lərdən biridir.
Həmin şəxsin şəxsiyyəti məlum olsa da, istintaq maraqlarına görə hələlik açıqlanmır.
12-02-2026, 16:50
Müdafiə Nazirliyindən əsgər ailələrinə MÜRACİƏT


Müdafiə Nazirliyindən əsgər ailələrinə MÜRACİƏT

Fevral ayı ərzində gənc əsgərlərlə görüşlər yalnız 15-i və 22-si tarixlərində keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşlər yalnız şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş yaxın qohumlara — valideynlər, həyat yoldaşı, uşaqlar, baba və nənə, həmçinin doğma və ögey (eyni ata və ya anası olan) qardaş və bacılara icazə veriləcək.
"Şəxsi heyətin sağlamlığının qorunması məqsədilə görüşlərə qida və ya ərzaq məhsulları gətirmək qadağandır", - məlumatda qeyd olunub.
12-02-2026, 16:43
Ukrayna əks-hücuma keçdi - bir sıra ərazilər azad olunub


Ukrayna əks-hücuma keçdi - bir sıra ərazilər azad olunub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın "Starlink" sistemlərinin bağlanması fonunda Zaporojye bölgəsində əks-hücum əməliyyatı keçirir.
Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi Zaporojye və Dnepropetrovsk vilayətlərinin bir hissəsində uğurlu əks-hücum əməliyyatları aparıb.
Qayçur çayı sahillərində baş verən döyüşlərdən sonra ukraynalıların 3 kəndi azad etdiyi, Berezovı kəndi uğrunda ağır döyüşlər getdiyi bildrilib. Hazırda Qulaypole və Stepanaqorsk istiqamətində döyüşlərin davam etdiyi əlavə edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!