Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
11-02-2026, 15:57
Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı


Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırıldı

Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.
Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.
“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayraqlarının rəbgi ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”,- səfirlik qeyd edib.
11-02-2026, 15:46
Kollecdə atışma: 3 nəfər güllələndi


Kollecdə atışma: 3 nəfər güllələndi

Rusiyanın Anapa şəhərindəki kollecin yaxınlığında atışma baş verib.
Krasnodar diyarı Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, 3 nəfər yaralanıb. İnsident Promışlennaya küçəsindəki sənaye kollecin yaxınlığında baş verib.
Atışmada şübhəli bilinən şəxs saxlanılıb. Onun 17 yaşında olduğu və avtomobil mexaniki kimi təhsil aldığı məlumdur.
Həmçinin iddia olunur ki, ən ağır xəsarət alan şəxs kollecin mühafizəçisi olub və atıcı ona ilk hücum edib.
11-02-2026, 15:28
ABŞ bizdən tualet kağızı kimi istifadə edib - Nazir


ABŞ bizdən tualet kağızı kimi istifadə edib - Nazir

Vaşinqton Pakistanı strateji maraqları üçün istismar edib və işlənmiş tualet kağızı kimi atıb.
Bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib.
Pakistan Milli Assambleyasında danışan nazir hazırda ABŞ ilə münasibətlərin gərgin olduğunu xatırladıb.
Müdafiə naziri 11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ-ın bölgə siyasətinin ölkəsi üçün dağıdıcı olduğunu bildirdi.
"Pakistanla bir məqsəd üçün istifadə edilən və sonra atılan tualet kağızından daha pis rəftar edildi", - deyə o bildirib.
11-02-2026, 15:10
ABŞ ilə müharibə qaçılmazdır - İranlı generallar


ABŞ ilə müharibə qaçılmazdır - İranlı generallar

İran ordusunun ali rəhbərliyi ABŞ ilə müharibəni qaçılmaz hesab edir.
Bu barədə “Washington Post” qəzeti yazıb.
Qeyd olunub ki, bir çox İran rəsmisi hesab edir ki, ABŞ ilə münaqişə qaçılmazdır və hazırkı danışıqlar mərhələsi yalnız Amerikanın hərbi əməliyyatlarını təxirə sala bilər.
Xatırladaq ki, ABŞ və İran Omanda sülh danışıqları aparır.
11-02-2026, 14:59
Aşıq Tellinin qardaşı vəfat etdi


Aşıq Tellinin qardaşı vəfat etdi

Bakı şəhər Səbail rayonunda yerləşən Atatürk Mərkəzində ölüm hadisəsi baş verib.
Dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən mərkəzdə paytaxt sakini 1966-cı il təvəllüdlü Ataxan Sədi oğlu Qurbanov qəfil vəfat edib.
60 yaşlı şəxsin ürək çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, vəfat edən şəxs aşıq Telli Borçalı adı ilə tanınan (Telzadə Sədi qızı Qurbanova) sənətçinin qardaşıdır.
11-02-2026, 14:44
Ərəb Parlamentinin prezidenti Zəfər parkını ziyarət etdi


Ərəb Parlamentinin prezidenti Zəfər parkını ziyarət etdi

Azərbaycanda rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub.
Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin sədr müavini Musa Qasımlı və digər rəsmi şəxslər müşayiət ediblər.
11-02-2026, 14:35
İran-ABŞ danışıqlarının 2-ci raundu keçiriləcək - Laricani


İran-ABŞ danışıqlarının 2-ci raundu keçiriləcək - Laricani

İran hazırda ABŞ ilə növbəti danışıqların vaxtını müəyyən etmək üçün məsləhətləşmələr aparılır.
“Tasnim”in məlumatına görə, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.
O, tarixin yaxın günlərdə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Məskət şəhərində İran-ABŞ danışıqlarının ilk raundu keçirlib. İran tərəfdən danışıqlara xarici işlər naziri Abbas Arakçi, ABŞ tərəfdən Prezidentin xüsusi elçisi Stiv Uitkof rəhbərlik edib.
11-02-2026, 14:17
Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək


Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.
Bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.
Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.
Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.
11-02-2026, 09:51
Təbrik edirik


Təbrik edirik!

Əziz həmkarım Şükür Şənol, nəvən Nəzrinin paylaşımından bildim ki, bu gün sənin doğum günündür. Nəzrin bala yazır ki, bu yaxşı ada layiq olmaq üçün nə qədər səbr və təmkinlə sadə ömür yaşadığını öncə Allah, sonra anam, mən və qardaşım bilirik. Əziz dostum, onu mən də bilirəm, səninlə iş yoldaşı olmuş dürüst, vicdanlı adamların hamısı bilir. Cəmiyyətimiz elə bir mərhələdən keçdi ki, hər kiş mənliyini qoruya bilmədi. Amma sən və sənin kimilər bunu bacardı. Səhər evdən alnı açıq çıxdın, işdən evə üzü ağ, ürəyi təmiz, hərdən də cibi pulsuz, əli boş qayıtdın. Amma Nəzrinin özü anası və qardaşı sənin boş əlindəki qabarı gördü, qiymətləndirdi, dəyər verdi və bu aləmə bəyan edir ki, babam dünyanın ən şərəfli ömür yaşamış babalarındandır.
Əzizim səni xoşbəxt baba olmağın münasibəti ilə təbrik edirəm! 100 yaşa! Sayğılarla həmkarın: Tamxil Ziyəddinoğlu.

İndi isə Nəzrinin babasına yazdığı ürək sözlərin "Butov.az"ın oxucularına təqdim edirik:

Yazar, şair, tərcüməçi Şükür Şənol, mənim əziz babam doğum günün mübarək!
Ötən hər il ömür adlı kitabın bir səhifəsidir, mənim babam!.. üzümüzə gələn qarşıdakı illərdə də sənin sağ-salamat olmağını, bizimlə birlikdə olmağını bir Allahdan arzu edirəm.
Bir daha keçmiş olsun, acı həyat hekayələrin...
Allah əməyini, səbrini qarşılıqsız buraxmadı. Bu gün səni saf, təmiz, alicənab bəy əfəndi kimi tanıyan çox hörmətli dost və tanışların əhatəsindəsən. Bu yaxşı ada layiq olmaq üçün nə qədər səbr və təmkinlə sadə ömür yaşadığını öncə Allah, sonra anam, mən və qardaşım bilirik.
Həm də onu bilirik ki, şərəflə yaşadığın ömür və həyat yolunda heç kimə əyilmədin!.. Səni çox sevirik!
Sənə böyük sevgilərlə,
nəvən Nəzrin.
11-02-2026, 00:13
Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır


Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin əsas gündəm məsələlərindən biri olduğunu bildirib.
Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.
O qeyd edib ki, bu məsələ onun gündəliyində artıq uzun müddətdir yer alır: “Müqavilənin ötən ilin dekabrında, yanvarında, oktyabrında və aprelində imzalanması da gündəlikdə olub. Çünki sülh sazişi layihəsi üzrə danışıqlar ötən ilin mart ayında yekunlaşıb. Buna görə də işi davam etdirəcəyik”.
Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi nəzərdə tutulur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!