Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
11-02-2026, 00:13
Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır


Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanmasının hökumətin əsas gündəm məsələlərindən biri olduğunu bildirib.
Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.
O qeyd edib ki, bu məsələ onun gündəliyində artıq uzun müddətdir yer alır: “Müqavilənin ötən ilin dekabrında, yanvarında, oktyabrında və aprelində imzalanması da gündəlikdə olub. Çünki sülh sazişi layihəsi üzrə danışıqlar ötən ilin mart ayında yekunlaşıb. Buna görə də işi davam etdirəcəyik”.
Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi nəzərdə tutulur.
10-02-2026, 23:36
Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək"


Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək"

ABŞ, İranın nüvə proqramı ilə bağlı razılıq əldə olunmasa, Tehrana qarşı sərt addımlar atacağını açıqlayıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios" portalına verdiyi müsahibədə danışıb.
O bildirib: "Biz ya razılığa gələcəyik, ya da əvvəlki kimi sərt tədbirlər görməli olacağıq".
Tramp bu sözləri 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə endirilən zərbələri nəzərə alaraq söyləyib.
10-02-2026, 23:17
İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb


İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb

Türkiyənin İzmir vilayətində FETÖ-ya qarşı əməliyyat keçirilib, nəticədə 12 şübhəli saxlanılıb.
Əməliyyatı İzmir Baş Prokurorluğu, Təhlükəsizlik və Terrorla Mübarizə idarələri birgə həyata keçirib.
Saxlanılan şəxslərin təhlükəsizlik idarəsində dindirilməsinin davam etdiyi bildirilib.
10-02-2026, 23:07
Paşinyan alternativ marşurutların olmasından narahatdır


Paşinyan alternativ marşurutların olmasından narahatdır

Dəmir yolları məsələsi üzrə Ermənistan tərəfi həm siyasi, həm də texniki müstəvidə Rusiyadakı tərəfdaşlara müraciət edib və ilkin mərhələdə müsbət siqnallar alınıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli kanallara müsahibəsində deyib.
O açıq şəkildə vurğulayıb ki, hazırda prinsipial bir məqam var və bu, gizlədilmədən müzakirə olunmalıdır.
Paşinyanın fikrincə, Zəngilan istiqamətindən çəkiləcək dəmir yolunun Meğri ərazisinə daxil olması və oradan yenidən Azərbaycana çıxması texniki baxımdan mümkündür. Lakin bu layihənin hansı beynəlxalq formatda və hansı şərtlərlə reallaşdırılacağı əsas sual olaraq qalır.
Paşinyan bildirib ki, Azərbaycan və Türkiyə tərəfindən Qars – Dilucu dəmir yolu layihəsi fəal şəkildə irəli aparılır. Bu fonda Ermənistan üçün Axurik – Yerasx xəttinin logistika prosesinə cəlb edilməsi həyati əhəmiyyət daşıyır. Sözügedən xətt hazırda Rusiya idarəçiliyindədir və əgər bu istiqamət nəqliyyat zəncirinə daxil edilməzsə, Ermənistan faktiki olaraq rəqabət üstünlüyünü itirə bilər.
Baş nazirin sözlərinə görə, alternativ marşrutların digər tərəf üçün daha cəlbedici hala gəlməsi Ermənistan üçün strateji itkilər deməkdir. Buna görə də, maraqlar balansını qoruyan, tərəfdaşlıq və real dostluq prinsiplərinə əsaslanan bir həll yolu tapılmalıdır.
10-02-2026, 22:56
Salyanda "üstü bəzək, altı təzək" olan körpü


Salyanda "üstü bəzək, altı təzək" olan körpü

Körpünün üstü asfaltlansa da, alt hissəsi qəzalı vəziyyətdədir. Dörd mindən artıq əhalinin gündəlik istifadə etdiyi körpünin iri beton hissələri çatlayıb.
Söhbət Salyan rayonunun Qızılağac kəndində Akkuşa çayı üzərindən keçən, ötən əsrin ortalarından istismara verilən körpüdən gedir. Sakinlərin bildirdiyinə görə, körpü istifadəyə verildiyi gündən bu günədək heç vaxt əsaslı təmir olunmayıb.
Hər gün onlarla ağır texnikanın, yüzlərlə piyadanın istifadə etdiyi körpü kənd sakinlərinin əsas istifadə etdiyi keçid yoludur. Mövcud vəziyyət isə həm sürücülər, həm də piyadalar üçün ciddi risk yaradır.
Mövcud problemlə bağlı Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Rəşid Nəhmədov bildirib ki, körpüyə baxış keçirilib və akt tərtib olunub. Körpünün təmiri mütəxəssislərin rəyindən sonra aparılacaq.
10-02-2026, 22:27
Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib


Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib

ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.
10-02-2026, 22:05
Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi


Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi

Ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova və qətli icra etməkdə təqsirləndirilən şəxslərdən biri olan Bəxtiyar Fərzəliyev hökmdən apellyasiya şikayəti veriblər.
Bu barədə Əzizə Seyidovanın vəkili Elmira İsmayılova və Bəxtiyar Fərzəliyevin vəkili Babək Həmidov məlumat veriblər.
Vəkillər bildiriblər ki, birinci instansiya məhkəməsinin müvəkkilləri barəsində çıxardığı qərardan narazıdırlar. Növbəti məhkəmənin vaxtı hələlik məlum deyil.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, ərinin qətlini sifariş etməkdə təqsirləndirilən Əzizə Seyidova 17 il, sifarişlə sözügedən qətli törətməkdə təqsirli bilinən Mehdi Məmmədov 18 il 6 ay, Elvin Əliyev 17 il 6 ay, Bəxtiyar Fərzəliyev 17 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Hadisə 2023-cü ilin martında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. İttihama görə, 1993-cü il təvəllüdlü Əli Seyidli arvadı 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən qətlə yetirilib.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
10-02-2026, 21:47
Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu


Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ailə üzvləri ilə birlikdə Bakıda səfərdədir.
ABŞ-nin ikinci xanımı Uşa Vens Bakıda, Heydər Əliyev Beynəlxalq Hava Limanına çatan avtomobil karvanına doğru gedərkən həyat yoldaşını öpüb.
Fotoqraflar bu anı lentə alıb və bu görüntülər sosial şəbəkədə gündəm olub.

10-02-2026, 21:31
ABŞ-Azərbaycan   Xartiyasının   TAM MƏTNİ


ABŞ-Azərbaycan

Xartiyasının

TAM MƏTNİ


Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın mətni yayılıb.
Həmin sənədi təqdim edirik:
Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti:
İkitərəfli münasibətlərinin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bir daha təsdiqləyirlər;
8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində imzalanmış Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumundan çıxış edirlər;
Regional bağlantılar, iqtisadi sərmayə və təhlükəsizlik əməkdaşlığı da daxil olmaqla, qarşılıqlı maraq və ortaq fayda doğuran sahələrdə strateji tərəfdaşlıqlarının əhəmiyyətini təsdiqləyirlər;
Diplomatik, iqtisadi, enerji, texnoloji və təhlükəsizlik sahələri də daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələlərdə münasibətləri gücləndirmək üçün birgə niyyətlərini vurğulayırlar;
Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə yalnız dövlət qurumlarının deyil, həm də hər iki ölkənin özəl sektorlarının cəlb edilməsinin mühüm əhəmiyyətini təsdiqləyirlər.

Bölmə I: Regional Bağlantılar, o cümlədən Enerji, Ticarət və Tranzit

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Transxəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkə daxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Əsrin Müqaviləsi, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. Bu məqsədlə:
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Orta Dəhlizin inkişafına xüsusi diqqət ayıraraq enerji, nəqliyyat və rəqəmsal infrastruktur sektorlarında, o cümlədən TRIPP və digər layihələrin inkişaf etdirilməsi vasitəsilə iqtisadi artımı və regional bağlantıları təşviq etmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları regional bağlantıların əhəmiyyətini qəbul edərək, enerji və nəqliyyat sektorlarına, eləcə də rəqəmsal infrastrukturun inkişafına dövlət və özəl sektor sərmayələrini səfərbər etmək imkanlarını araşdırmaq niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi Azərbaycan Respublikasının strateji əhəmiyyətini qəbul edərək, ikitərəfli formatda və üçüncü ölkələrlə tərəfdaşlıq vasitəsilə, interkonnektor layihələri kimi birgə layihələrin icrası və təchizat marşrutlarının şaxələndirilməsi istiqamətində, neft, qaz və elektrik enerjisi sektorları da daxil olmaqla, enerji əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları mülki nüvə əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara tranzitini asanlaşdırmaqla bağlı əməkdaşlıq etmək niyyətlərini ifadə edirlər.

Bölmə II: İqtisadi Sərmayələr, o cümlədən Süni İntellekt (AI) və Rəqəmsal İnfrastruktur

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi artımı gücləndirmək, sərmayələri təşviq etmək və ikitərəfli biznes mühitini inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının qlobal iqtisadiyyata daha da inteqrasiya etmək və Xəzər regionu üçün enerji, ticarət, data, maliyyə, nəqliyyat və logistika şəbəkəsi kimi mövqeyini gücləndirmək səylərini alqışlayır;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları iqtisadi və ya ticarət dialoqu platformalarının təşkili imkanlarının araşdırılması da daxil olmaqla, ikitərəfli ticarət və sərmayələri artırmaq üçün strateji fürsətləri müəyyənləşdirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları özəl sektorun fəal iştirakı ilə ikitərəfli və regional iqtisadi, ticarət və sərmayə əməkdaşlığını inkişaf etdirmək üçün əməkdaşlığı genişləndirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq, özəl müəssisə kapitalını təşviq etməyə, texnoloji inkişafı erkən mərhələdə riskdən azad etməyə və kommersiyalaşmanı sürətləndirməyə yönəlmiş birgə Tədqiqat və İnkişaf (R&D) dəstək alətləri, innovasiya körpü platformaları, eləcə də kibertəhlükəsizlik və süni intellekt sahəsində sektor-əsaslı təşəbbüslər kimi məxsusi mexanizmlərin yaradılmasını araşdırmaq niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları inkişafda olan texnologiyaların, platformaların və biznes təcrübələrinin tətbiqində uğurlu təcrübələri bölüşmək və texniki yardım göstərmək, dəstəkləyici tənzimləyici mühitə əsaslanaraq Azərbaycan Respublikasında istedadların inkişafı və bacarıqlı texnoloji işçi qüvvəsinin artımı üçün tərəfdaşlığı gücləndirmək və transsərhəd və Transxəzər rəqəmsal bağlantılar üçün sərmayələri təşviq etmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları, Azərbaycan Respublikasında rəqəmsal infrastrukturun inkişafı və AI tətbiqi üçün birgə tədqiqatı, inkişafı, kommersiyalaşmanı, texnologiyanın mühafizəsini və qarşılıqlı müəyyən edilmiş şərtlər əsasında, hüquqi və tənzimləyici çərçivələrə uyğun olaraq texnologiyaların könüllü ötürülməsini dəstəkləmək məqsədilə hökumətlərarası səviyyədə və dövlət-özəl tərəfdaşlıqları vasitəsilə əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə III: Təhlükəsizlik Əməkdaşlığı

Cənubi Qafqazda sülh Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının ortaq marağındadır və Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Birləşmiş Ştatlar, Azərbaycan qüvvələrinin beynəlxalq və regional təhlükəsizliyi irəlilətmək üçün Birləşmiş Ştatlar və koalisiya tərəfdaşları ilə birlikdə xidmət etdiyini nəzərə almaqla, Azərbaycanın beynəlxalq sülhməramlı səylərə verdiyi töhfələri yüksək dəyərləndirir.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi sahəsində bacarıqları artırmaq məqsədilə əməkdaşlıq etmək niyyətindədirlər;
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikasının mina və digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinlikləri nəzərə alaraq, maliyyə dəstəyi və texnologiya ötürülməsi vasitəsilə humanitar minatəmizlənmə sahəsində potensialın artırılmasında əməkdaşlıq etmək niyyətindədirlər.

Bölmə IV: İnstitusional Çərçivə və tətbiq

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları bu Xartiyadan irəli gələn öhdəliklərini yerinə yetirməklə bağlı ortaq niyyəti qəbul edərək, mövcud Strateji Tərəfdaşlıq çərçivəsinin bir hissəsi kimi, iqtisadiyyat və ticarət; enerji; bağlantılar, AI və rəqəmsal inkişaf; təhlükəsizlik və müdafiə daxil olmaqla, əməkdaşlıq sahələri üzrə işçi qrupları yarada bilərlər.
Müvafiq İşçi Qrupları hazırkı Xartiyanın imzalanmasından sonrakı üç ay ərzində layihələrin siyahısını və onların həyata keçirilməsi üçün yol xəritələrini razılaşdırmaq niyyətindədirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları hazırkı Xartiya çərçivəsində ildə ən azı bir dəfə müntəzəm olaraq görüşmək niyyətindədirlər və tərəfdaşlıqlarının həyata keçirilməsi üçün zəruri olan və qarşılıqlı olaraq müəyyən edilmiş digər dialoq platformaları yarada bilərlər.
10-02-2026, 21:23
“Neftçi” qələbə qazandı


“Neftçi” qələbə qazandı

Futbol üzrə Misli Premyer Liqasında XIX tura yekun vurulub.
Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edib.
Görüş Bakı klubunun minimal hesablı qələbəsi ilə bitib. Yeganə qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub.
Bu nəticədən sonra 27 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Günün ilk matçında “Qarabağ” səfərdə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!