Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var .....                        Daha bir ölkə öz vətəndaşlarını İrandan qaçmağa çağırdı .....                        Qəzada yaralanmış FHN əməkdaşı evə buraxıldı .....                        İran sənətçilərinin Bakı səfəri: Onları kimlər qarşılamışdı? .....                        Zakir Həsənov hərbi hissəni yoxladı .....                        UEFA “Qarabağ”ı cəzalandırdı .....                        Göldə boğulan 8 nəfərin cəsədi tapıldı .....                        Heyvandarlıq məhsullarının istehsalı azalıb .....                        Ordumuzun əsgəri vəfat etdi .....                       
10-02-2026, 17:23
Nərimanın getməsi bizim üçün ürəkaçan deyil - Qurban Qurbanov


Nərimanın getməsi bizim üçün ürəkaçan deyil - Qurban Qurbanov

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin "Qarabağ" klubundan getməsi baş məşqçi Qurban Qurbanov üçün ürəkaçan deyil.
Təcrübəli mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, 21 yaşlı hücumçunun ABŞ təmsilçisi "Kolumbus Kru"ya mümkün keçidi ilə bağlı danışıb:
"Nəriman kimi futbolçunun komandadan getməsi bizim üçün ürəkaçan deyil. Amma sadəcə, son vaxtlar məlum məsələlərə görə getməsi lazım idi. Çünki özündə deyildi. Hər gün fərqli fikirdə idi, qarşısına nəsə çıxırdı, yazılanları oxuyub gəlirdi. Amma Nəriman Axundzadə bizim komandanın ən məhsuldar oyunçulardan biridir. Onun getməyinə ehtiyac var idi ki, öz oyununu yenidən tapsın. Nəriman mənə lazım olan futbolçudur, sıx qrafikdə ehtiyacım var. Edəcək bir şey yoxdur. Təki transfer alınsın, onun üçün yaxşı olsun. Böyümək üçün son iki ildə çox əziyyət çəkib.
10-02-2026, 17:19
Pezeşkianla dövlət televiziyası arasında gərginlik - DETALLAR


Pezeşkianla dövlət televiziyası arasında gərginlik - DETALLAR

Tehranda keçirilən rəsmi tədbir zamanı İran prezidenti Məsud Pezeşkyanla dövlətə məxsus IRIB televiziya və radio şirkəti arasında insident baş verib.
Kanal müxbiri prezidentə çıxışının canlı olduğunu xatırladaraq ondan təyin olunmuş vaxta uyğun danışmasını istəməsindən sonra gərginlik yaranıb. Jurnalistə cavab olaraq Pezeşkyan çıxışını qəfil kəsib və televiziyadan yayımını dayandırmasını tələb edib.
İran dövlət televiziyası insidentdən dərhal sonra tədbirin canlı yayımını dayandırıb.
10-02-2026, 17:00
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ


Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.
Bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ramiz Ənvər oğlu Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib.
Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur.
Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

10-02-2026, 16:54
“Qarabağ” qalib gəldi


“Qarabağ” qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Oruc Məmmədov açıb. 4 dəqiqə sonra qonaqların heyətində Joni Montiel fərqlənib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Kamilo Duran qoyub.
Bu nəticədən sonra Ağdam təmsilçisi 42 xalla 2-ci sırada qərarlaşıb. Şamaxının eyniadlı klubu isə 23 xalla 8-cidir.
Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda 24 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.
10-02-2026, 01:21
Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb


Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb

Türkiyənin paytaxtı Ankara şəhərində dəhşətli ailə faciəsi baş verib.
Hadisə Keçiören rayonunda qeydə alınıb.
Məlumata görə, 35 yaşlı Recep Cengiz odlu silahla 57 yaşlı anasını və 8 yaşlı qızını qətlə yetirib. Daha sonra onların cəsədlərini avtomobilinin baqajına yerləşdirərək boşanma mərhələsində olduğu həyat yoldaşının yaşadığı ünvana gedib və onu da öldürüb. Ardınca isə özünə qəsd edib.
Yerli “X” platformasında yayılan məlumatlara əsasən, R. Cengiz hadisədən əvvəl həbsxanadan müvəqqəti icazə ilə azadlığa buraxılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
10-02-2026, 00:57
Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır"


Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır"

"Ukrayna üçün təhlükəsizlik zəmanətləri real və təsirli olmalı, eyni zamanda uzunmüddətli sülhün əsasını formalaşdırmalıdır".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında paylaşımında bildirib.
O qeyd edib ki, yaxın günlərdə müdafiə və təhlükəsizlik mövzularında mühüm beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulur. Zelenskinin sözlərinə görə, Ukrayna mövqeyi Avropa ölkələri və ABŞ-yə ətraflı şəkildə təqdim olunacaq, danışıqlar qrupu isə qarşıdakı görüşlərdə nəticə verə biləcək sənəd və təkliflər üzərində gündəlik əsasda işləyir.
Prezident vurğulayıb ki, prosesin uğuru Ukrayna və onun tərəfdaşlarının koordinasiyalı fəaliyyətindən asılıdır.
“Bizə sülh lazımdır. Etibarlı təhlükəsizlik təminatları sülhün davamlı olması üçün yeganə real əsasdır ki, Rusiya əldə olunan razılaşmaları hücumlar və ya hibrid üsullarla poza bilməsin. Bu təminatlar real olmalı və uzunmüddətli sülh üçün möhkəm zəmin yaratmalıdır”, – deyə Zelenski bildirib.
O əlavə edib ki, təhlükəsizlik zəmanətləri və Ukraynanın müharibədən sonrakı bərpasına dair sənədlər artıq hazırlanıb.
10-02-2026, 00:37
Zaqatala sakini Oğuzda damdan yıxılıb


Zaqatala sakini Oğuzda damdan yıxılıb

Zaqatala rayon sakini Oğuzda binanın dam örtüyündən yıxılaraq ağır xəsarət alıb.
Oğuzda ustalıq fəaliyyəti ilə məşğul olan Zaqatala rayonunun Aşağı Çardaqlar kənd sakini Rasim Məmmədov iş zamanı binanın dam örtüyündən yıxılıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğuna görə Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
10-02-2026, 00:37
Zaqatala sakini Oğuzda damdan yıxılıb


Zaqatala sakini Oğuzda damdan yıxılıb

Zaqatala rayon sakini Oğuzda binanın dam örtüyündən yıxılaraq ağır xəsarət alıb.
Oğuzda ustalıq fəaliyyəti ilə məşğul olan Zaqatala rayonunun Aşağı Çardaqlar kənd sakini Rasim Məmmədov iş zamanı binanın dam örtüyündən yıxılıb.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Məmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə çatdırılıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğuna görə Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
10-02-2026, 00:16
Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı


Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülhün dəstəklənməsi və Azərbaycan-ABŞ əlaqələri barədə fikirlərini bölüşüb.
Fidan bu barədə “CNN Türk” telekanalının canlı efirində danışıb.
O, sülh prosesində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Donald Trampın münasibətlərinin rol oynadığını vurğulayıb.
H. Fidan bildirib ki, Türkiyə-ABŞ münasibətlərindəki müsbət dinamika Rusiya-Ukrayna müharibəsinin həllində aparılan danışıqlarda, Qəzzada atəşkəsin əldə olunmasında və Suriyaya dair bölgə üçün faydalı qərarların verilməsində də özünü göstərir.
9-02-2026, 23:50
Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi


Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi

Tehranda keçirilən tədbir zamanı İran Prezidenti Məsud Pezeşkianla IRIB dövlət televiziyası arasında canlı yayım zamanı gərginlik yaranıb.
Mühüm layihələrin təqdimatı məqsədilə kürsüyə çıxan Pezeşkian çıxışı zamanı dövlət televiziyasının müxbirinin müdaxiləsi ilə üzləşib.
Müxbirin “canlı yayımdayıq, vaxtı düzgün idarə etsəniz, yaxşı olar” məzmunlu xəbərdarlığı zaldakı ab-havanı daha da gərginləşdirib. Bu müdaxiləyə sərt reaksiya verən Pezeşkian çıxışını yarımçıq saxlayaraq “yayımlamayın, vacib deyil, biz işimizi görərik” deyib.
Bundan sonra İran dövlət televiziyası açılış mərasiminin canlı yayımını dayandırıb və efir qaraldılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!